82
du, yəni “eyni dildə danışmaq”- məsələnin düzgün qoyuluşu
deyil, “hər ikisində prototürk dillilər vardı” demək daha düz-
gün fikir ola bilər (Çin türklərində daha çox, Avropa hunların-
da daha az?!). O, hun və hsiunq-nu adlı iki xalqın incəsənət və
mədəniyyətinin çox fərqli olduğunu da onların çox fərqli xalq-
lar olduğu tezisinin əsasında qoyur. Sonralar O, bu tezisini xeyli
dəyişdirdi. Otto Mençen-Helfen, ümumiyyətlə Avropa hunları-
nın Çin tərəfdən gəlməsi fikrini də əsassız (isbatsız) sayır. Rus
məktəbinin (V.Bartold və sonrakı dövr alimlərin) ortaya atdığı
çuvaşcanın hun dilinin davamı olması, çuvaşların dilindəki qə-
dim türk-monqol ünsürlərini onların Çin tərəfdən gəlməsi fikri
ilə əlaqələndirməsi O.M-Helfenin “tam ayrı” tezisinin tam
əleyhinədir. O.M-Helfenin ən mühüm arqumentlərini L.Qumi-
lev təkzib edir,
84
eyni zamanda O.M-Helfenin bu iki xalqın bir-
birinə oxşamaması fikrini əsaslı sayır. “Öz tarixi mövcudluğu
boyunca bütün xalqlar etnoqrafik (və mədəni) cəhətdən dəyişir-
lər və hunlar istisna deyillər”.
85
O.M-Helfen də Qumilevin fin-
uqor evlənmələri kimi fikirlərini tənqid edir.
Hiunq-nu sözünün soqdca deyilişinin hun şəklində ol-
ması Asiya (Mao-Dun) hunnuları ilə avropa (Attila) hunları-
nın yaxınlığı problemi baxımından çox maraqlıdır!
86
Dil məsələsini çətinləşdirən isə hun dilinə aid çox az ma-
terialın qalmasıdır. Çin hunlarının dilindən qalan bir neçə nü-
munə bu dilin kimliyi barədə ciddi fikir söyləməyə əsas vermə-
sə də, onları qədim türk dili baxımından müəyyən dərəcədə
şərh etmək cəhdləri mövcuddur. Digər tərəfdən isə, mütəxəs-
sislər başqa dillər vasitəsi ilə belə şərhlər verməyə ciddi cəhd
etməmiş, ya da heç bir ağlabatan nəticə ala bilməmişlər. Lakin
Çin salnamələrinin verdiyi məlumat, yəni 6-cı əsrdə öz dövlət-
84
Гумилев. История народа Хунну. Издательство Люкс, Москва, 2004; стр.661-
672
85
Yenə orada,, səh. 665
86
Jean-Paul Roux. Türklerin Tarihi. Pasifik`ten Akdeniz`e 2000 Yıl. Kabalcı, 2007.
səh. 70.
83
ləri ilə ortaya çıxan “türklər cüzi fərqlərlə hun dilində danışır-
dılar” fikri digər tarixi, arxeoloji və lingvistik amillərlə birləşə-
rək, gərək ki, hər şeyi həll edir, hunların “mərkəz”inin türkdilli
olduqlarına şübhə yeri qoymur. Tarixçilər bu fikri hazırda az
qala yekdilliklə qəbul edir, sadəcə o dövrə məxsus dil abi-
dələrinin çox yoxsul olmasından qayğılanırlar.
O dövrün bəzi qaynaqları türklərin məlum ilk tayfa bir-
ləşmələrindən biri olan teleləri (tölösləri) hunların bir qolu
hesab edir.
87
Uyğurlar da tele tayfalarından hesab edilir (bəzən
isə onları eyniləşdirirdilər). Eyni qaynaqlar türkütləri hunların
bir qolu hesab edir, “onların adətləri də hunlarla birdir”.
88
Avropa hunlarının məşhur lideri Attilanın adının mənşəi
haqqında tarixçilər arasında fikir birliyi olmasa da (“atta”
qotca ata, “ila” kiçik və əzizləyici şəkilçidir, yəni Attila “Ata-
cığımız” demək ola bilər, Ruqila, Rua da eyni cür...Türkcə Ata
və onun qotca Attila adlanması da mümkündür), “onun atası
Mundiuchos, Mundzukus (Muncuq), əmisi Oibarsios (və ya
Oybars/ Aybars), baş arvadı Arıkan (Arıkağan), ondan olan
varisləri – oğulları Ernax/Hernac (İrnik və ya İrnək), Ellak
(İllek; ilik-hökmdar?!) və Dengizik (Dengiz, Tengiz) xalis türk
adları daşıyırlar” fikri böyük mübahisə doğurmur. Eyni fikir
şaman anlamlı Atakam, Eşkam (mənaca Ata-şaman, Dost-şa-
man), eləcə də Basıq, Ayqan, Uldin, Uldinzur kimi hun kişi ad-
larına, eləcə də hun birliyinə daxil olan əksər tayfa adlarına
(ağacəri, yəni meşə xalqı, və ya ağ-xəzir, ağ-xəzər, alp-il-çur,
huniquri=onoqur, kutriqur, bittuqur, ultinçur, ultindur və s.)
da aiddir. Hun adının xalq anlamına gələn türkcədəki kün sö-
zündən alındığı ehtimalı da müzakirə olunur.
89
(Dengizik adın-
dakı z səsi huncanın bulqarcadan fərqli qrupa daxil olduğunu
göstərmək üçün yetərmi?). Tək türk mənşəli deyil, german və
87
bax, məsələn, История Сибири. Том первый. Древняя Сибирь. “Наука”,
Ленинград, 1968, стр. 267
88
История Сибири. Том первый. Древняя Сибирь. “Наука”, Ленинград, 1968,
стр. 269.
89
Зарубежная Тюркология. Выпуск 1. Древние тюркские языки и литературы.
“Наука”, Москва, 1986. стр. 150-152; 64, стр. 392-443
84
ya germanlaşmış, İran və digər mənşəli hun adları da var. Ad-
ların bir qisminin mənası və mənşəi isə bu gün anlaşılmır.
Hunların Qara dənizin şimalında “süpürüb keçdiyi” (yəni
hunlardan əvvəl burada yaşamış) tayfalar arasında alpilçurların,
bu türkdilli tayfaların adı birinci çəkilir.
90
18-ci əsrin ortalarında sinoloq Deguignes Çin qaynaqları
əsasında Çinlə qonşu olan qədim köçəri xalqların tarixini yaz-
mağa çalışdı və məşhur kitabında onları Avropaya köç edən
xalqlar axını ilə əlaqələndirdi. Daha sonra Deguignes çinlilərin
hiung-nu adlandırdığı xalqın Avropa hunları ilə, juan-juanların
isə Avropada bilinən avarlarla əlaqəli olduğunu irəli sürdü (dis-
sertasiya işində). O zamandan başlayaraq bu mövzu tarixçi və
arxoloqların diqqətində oldu, Deguinnesin tezisini genişləndi-
rən və dərinləşdirən, həmçinin əleyhinə olanlar əmələ gəldilər.
1900-cü illərdə digər görkəmli sinoloq F.Hirth Çin qaynaqla-
rında hiung-nu və hunları eyniləşdirən məlumatlar olduğunu
irəli sürmüşdü. Bu nüfuzlu sinoloqun fikirləri böyük maraq do-
ğursa da, onun qaynaqları hal-hazırda tarixçilər tərəfindən tam
qəbul edilmir.
91
Hiung-nu və hun yaxınlığının daha bir göstə-
ricisi olaraq qədim Yunan və Roma xəritələrində və coğrafi
ədəbiyyatda (Pompeius, Apollodoros, Dionysios, Ptolemaeus,
Plinius və başqaları) Çinin qonşuluğunda hun sözünə yaxın bir
adda xalqın yaşadığını qeyd etmişlər.
92
Ligeti bu fikrin çox tə-
rəfdarları olması ilə yanaşı “təmkinli olmağa çalışanlar”ın var-
lığını da göstərir.
Hunlar Avropanı məğlub etdilər, müəyyən dövrdə Roma
və Bizansdan güclü olduğlarını göstərdilər. Əgər onların Çin-
dəki hiunq-nularla yaxın qohumluğu isbat olunarsa, bu, onların
dövlətçilik və mədəniyyət tarixini dərnləşdirir, adi barbalar ol-
ması fikrini təkzib edir. Zənnimcə, məhz bu psixoloji durum
90
Priscus, Jordanes; Otto J. Maenchen-Helfen. The World of The Huns. University
of California Press, 1973, səh. 23
91
Yenə orada, 1986. səh. 12,13 – L.Ligeti
92
Yenə orada, 1986. səh. 14 – L.Ligeti
Dostları ilə paylaş: |