Elm və SƏNƏt məCLİSİ 11-20



Yüklə 8,56 Mb.
Pdf görüntüsü
səhifə25/88
tarix19.07.2018
ölçüsü8,56 Mb.
#56866
1   ...   21   22   23   24   25   26   27   28   ...   88

 
85 
 
 
 
bir  çox  qərb  tədqiqatçılarını  hunların  Çin  tərəfdən  gəlmələri 
fikrinə uyğun gələn hər şeyi təsadüf hesab etmələrinin əsas sə-
bəbidir  (şüurlu  və  ya  bilincaltı  olaraq).  Çağdaş  Çin  tarixçisi 
Çanq Sinq-lanq 7-ci əsrin birinci yarısında yaşayıb-yaratmış bir 
Çin  tarixçisinin  əsərində rast  gəlinən Pa-su-ki-li  xalqının  Baş-
qırdlarla  eyni  olduğunu  irəli  sürməklə  baxdığımız  məsələyə 
münasibət bildirmiş olur. Həmin qaynaq pa-su-ki-lilərin Tölöc 
türk qəvimlərindən olduğu, sonuncuların isə hiunq-nuların da-
vamı olduğunu söyləyir!
93
 Bəzi fikirlərə görə hunların bir qismi 
qərbi  Avropaya,  digər  qismi  Qafqaz  və  İrana  doğru  hərəkətə 
keçdilər (gürcü və erməni qaynaqları bunlardan bəhs edir). So-
nuncular  Ağ  hunlardır,  başqa  adla  xionitlərdir,  təbii  ki,  müəy-
yən dərəcədə Qafqaz və  İran dillərinin təsirinə  məruz qaldılar 
(məsələn adam adlarında; bu, tədqiqatçıların bir qismini “hun-
lar bəlkə də Qafqaz əsilli və ya İranəsilli olublar” fikrinə belə 
sala  bilib).  Eftalitlər  ağhunları  məğlub  edib  onların  yerini  tut-
dular.
94
 Eftalitlər xronitlərin bir qoludur – bu cür fikir də var.  
                                                 
93
 Зарубежная Тюркология. Выпуск 1. Древние тюркские языки и литературы. 
“Наука”, Москва, 1986. стр. 16 – L.Ligeti 
94
 Yenə orada, səh. 18 – L.Ligeti 


 
86 
 
 
 
İki fikir şübhəsizdir; hər iki bölgədə də türkcə danışan bir 
xalq var olub və hər iki bölgədə onlar aparıcı rolda olublar. Hər 
iki  dövlət  dağıldıqdan  sonra  onların  əmələ  gətirdikləri  yeni 
dövlətlər əsasən türkdilli xalqlardan ibarət olub. 
Avrasiyada  böyük  yürüşlər  etmiş  hunları  Asiya  hunları 
ilə müqayisə etdikdə, tədqiqatlara görə Çinin şimalı ilə Dunay 
hövzəsi  arasındakı  maddi  mədəniyyət  sahəsində  müəyyən  ya-
xınlıq, varislik olduğu görünür. Mis-bürünc qazanları hamının-
kından,  o  cümlədən  sarmatlar  kimi  digər  köçəri  xalqlardan 
fərqlənir,  lakin  asiya  və  avropa  hunlarına  məxsus  yerlərdə 
tapılanlar  bir-birnə  kifayət  qədər  oxşayır.  Müxtəliv  növ  Çin 
güzgüləri at belində Avrasiyanı başdan-başa keçən hunlar için-
də çox yayılıb və sevilib. Hunlar arasında geniş ərazilərdə ənə-
nəvi  qızıl,  gümüş,  daş-qaş,  tac  və  sırğaların  yayılması  barədə 
xeyli məlumatlar toplanmışdır. Onların bir qismi Otto J. Maen-
chen-Helfen tərəfindən sistemləşdirilmişdir. Bu fədakar müəllif 
hun  mövzusunun  daha  geniş  və  dərindən  araşdırılmasını  arzu 
edirdi: “mən düşünürəm və ümid edirəm ki, mənim bu araşdır-
malarım (onların ən azı bir hissəsi) on ildən sonra köhnəlib ya-
rarsız  hala  düşəcək”  (Otto  J.  Maenchen-Helfen,  1968).  Lakin 
bu əsər öz qiymətini saxlayır, “Bu kitab standart əsərdir və ya-
xın  gələcəkdə  bundan  daha  yaxşısının  əmələ  gəlməsi  ağlabat-
mır” (Ön sözün müəllifləri). 
Canavardan törənmiş hesab olunan əfsanəvi Aşina (mon-
qolca əsilzadə və ya alicənab canavar, qurd kimi izahı var) tari-
xə türk adını ilk dəfə daxil etdirən türkütlərin və ya tükyülərin 
(tükülərin) babası, əcdadı hesab edilir. Çin salnamələrinin bədii 
gözəlliklə bəzəyib həvəslə söylədikləri türklərin dilindən yazıl-
mış əfsanə türkləri qərbdə yerləşən hunlarla bağlayır.
95
 Türklər 
(Tükyülər), daha doğrusu Aşınlər “Qərb dənizi” sahilində düş-
mənlər tərəfindən amansızcasına qırılmış, yalnız əl-ayaqları kə-
silmiş  on  yaşlı  uşaq  sağ  qalmışdı.  Bu  (hun)  şahzadəsi  ilə  dişi 
                                                 
95
  Лев  Гумилев.  Древние  тюрки.  Товарищество  ”Клышников,  Комаров  и  К°, 
Москва, 1993.стр. 21-24 


 
87 
 
 
 
canavardan on oğul doğulur. Onlar Turfanlı (Çincə - Qaoçanlı) 
qızlarla  evlənirlər.  Bu  gənclərdən  ən  cəsarətlisi  olan  Aşina  öz 
adamlarını gizləndikləri mağaradan çıxarıb Altayda yerləşdirir. 
Digər əfsanəyə görə 17 qardaşın ərazisi düşmənlərin hücumuna 
məruz  qaldı.  Bu  qardaşlardan  biri  canavarın  oğlu  idi,  məhz 
onun  nəslindən  olan  qəhrəmanlardan  birinin  10  arvadı  vardı. 
Onun  oğlanları  analarının  məxsus  olduqları  qəbilələrin  adını 
daşıyırdılar; Aşina o oğlanlardan biri idi.
96
  
Tele tayfalarının isə hun şanyusunun qızı ilə erkək cana-
vardan  törəndiyi  nağıl  olunur.  Çin  səlnamələri  türklərin  belə 
təsvirini verir: “Saçlarını uzadırlar, sol tərəfini yuxarıda bağla-
yırlar. Çadır və keçə yurtlarda yaşayırlar, ot və suyun bolluğuna 
görə bir yerdən digərinə keçirlər; heyvandarlıq və ovçulula məş-
ğul  olurlar”.  Bu,  az  qala  sözbəsöz  hunların  çinlilər  tərəfindən 
verilən təsviri ilə eynidir. 
Diqqətinizə və səbrinizə görə təşəkkür edirəm. 
 
Professor Firudin Ağasıoğlu (Cəlilov): 
 – Birincisi, mən hun dеyəndə, hər yеrdə (Asiya və Avro-
pada)  еyni  xalqdan  danışıldığını  güman  edirəm,  bu  barədə 
faktlar çoxdur, məruzə də diqqətimizi birbaşa və ya dolayısı ilə 
həmin faktlara yönəltdi. Çоx gözəl milli ruhu оlan bir alim və 
ziyalının bu mövzunu çоx sağlam bir düşüncəylə gündəmə gə-
tirməsini yüksək qiymətləndirirəm. Mənə görə, bu qiymət çоx-
çox yuxarı olmalıdır.  
Mənim bu sеminarlardan xəbərim yоx idi. “Xəzər Xəbər” 
jurnalından  Sülеyman  müəllimin  etnоgеnez  haqqında  məruzə-
sini və müzakirələri оxudum, çоx xоşuma gəldi. Etnоgеnеz çоx 
ağır və dərin mövzudur. Sülеyman müəllim tarixşünaslıqda bu 
məsələyə yanaşmaq izlərini qоyub. Yəni qapını о açdı. İndi bu-
nun dalınca digər məsələlər gəlməlidir, bu sahələrlə məşğul оl-
maq lazımdır. Qədim mifоlоji görüşlər də о tarixi yaşadan mə-
                                                 
96
 М.В.Крюков, В.В.Малявин, М.В.Софронов. Китайский этнос в средние века 
(7-12 вв.). “Наука”, Москва, 1980. стр. 68 


Yüklə 8,56 Mb.

Dostları ilə paylaş:
1   ...   21   22   23   24   25   26   27   28   ...   88




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə