Elm və SƏNƏt məCLİSİ 11-20



Yüklə 8,56 Mb.
Pdf görüntüsü
səhifə23/88
tarix19.07.2018
ölçüsü8,56 Mb.
#56866
1   ...   19   20   21   22   23   24   25   26   ...   88
    Bu səhifədəki naviqasiya:
  • Süqut

 
79 
 
 
 
da sadə hun kimi yaşayırdı, hun böyükləri yeməkdə qızıl və gü-
müş  qaşıq  və  boşqablar  işlətdiyi  halda  Attila  taxta  qaşıq  və 
boşqabdan istifadə edərdi. Qılıncı, paltarı, ayaqqabıları da di-
gərlərindən fərqli olaraq bəzəkli deyil, sadə idi; lakin o, təmiz 
geyinməsi ilə diqqət çəkərdi. Çox ciddi idi, sifəti gülməzdi. O, 
şamanlara (“kam”lara) çox inanırdı. Bu inanc, deyilənə görə, 
onun Qalliyada Troyes yaxınlığındakı Mauriacum (bunu Cata-
launum hesab edənlər də var) savaşında (451) və Romanın fət-
hi məsələsində tam gücünü toplamasına və düşündüyünü həya-
ta keçirməsinə mane olmuşdu (şamanlar Attilanın uğur qazan-
mayacağını irəlicədən gördüklərini demişdilər). O, görünür ki, 
qərbi  qot  kralı  Alarixin  qədərini-Romanı  fəth  edib  öldüyünü 
təkrar edə biləçəyindən ehtiyat etmişdi.
79
  
Attila  ona  boyun  əyən  və  sadiq  qalan  xalqlara  öz  kral-
larını seçmək imkanı verir, lakin sadiqliyi qorumağı və verilən 
sözün  üstündə  durmağı  tələb  edirdi.  Akatsirlərin  (ağacərlər, 
ağaçərilər) hunlarla ittifaq qurmuş başçılarından olan Kuridax 
(Qurudağ?)  şübhəli  fikirlərə  düşəndə  Attila  böyük  oğlu  Ellakı 
onlara (və ümumiyyətlə, şərqi hun ərazilərinə) başçı təyin etdi. 
Attila ona tabe olan qotların qaçıb Bizansa sığınmasını xəyanət 
hesab edərək onların geri verilməsi tələbini belə ifadə etmişdi: 
“Öz  kölələrimin  mənə  qarşı  savaşmasına  göz  yumacağımımı 
düşünürsünüz?”  O,  hunlara  vergi  ödəməli  olan  Bizans  impe-
ratoru Theodosiusa məktubunda öz atası Muncuğun soyunu qo-
ruduğunu, imperatorun isə atasının soyunu qorumağı bacarma-
dığını qeyd etmiş və “Theodosius Attilaya vergi ödəməyi qəbul 
edərək kölə halına gəlmişdir” yazmışdı.
80
  
 
Süqut 
 
453-cü  ildə  Burqundiya  gözəli  İldiko  ilə  evlənən  Attila 
toy  gecəsi  öldü  (başqa  bir  varianta  görə  bu  ölüm  Romalıların 
qəsdi  nəticəsində  baş  verdi).  Hun  imperiyası  Attiladan  sonra 
                                                 
79
  Hunlar  ve  Tanrının  Kırbacı  Attila.  Hazırlayan  Gyula  Nemeth.YKY,  İstanbul, 
1996. səh. 81,82–Peter Vaczy 
80
  Hunlar  ve  Tanrının  Kırbacı  Attila.  Hazırlayan  Gyula  Nemeth.YKY,  İstanbul, 
1996. səh. 71 –Peter Vaczy 


 
80 
 
 
 
qısa zamanda dağıldı. Hun birliyindəki xalqlar baş qaldırdılar. 
Hunlar  454-cü  ildə  üsyan  edən  qepidlərə  qarşı  savaşı  uduzdu-
lar, Atillanın böyük oğlu Ellak savaşda öldürüldü. Denqizik və 
İrnəkin  başçılıq  etdikləri  hunlar  Qara  dənizin  şimalına  doğru 
çəkildilər (onların ordusunda türk adları olan bittiqur, ulçinzur 
və anqisçirlər tayfaları da vardı?!). Şərqi qotlar da hunları tərk 
edib Roma ilə ittifaqa girdilər. Denqizik qərbə, İrnık şərqə yer-
ləşdilər.  Hunların  Bizansla  barışmaq  üçün  göndərdiyi  elçilər 
çox güman ki, 465-466-cı  illərə təsadüf etmişdi. “Qədim  ənə-
nəyə uyğun olaraq” Dunay yaxınlığında bazarların açılması is-
tənilirdi. İmperator “mənə tabe olun” şərtini qoydu, barış əldə 
edilmədi. Romalılara qoşulan hun tanınmışları arasında Çelça-
lın/Chelchal`ın adı çəkilir. 
5-ci əsrin ikinci yarısında Qərbi Sibirdə yaşayan və avar-
lar tərəfindən sıxışdırılan sabir tayfaları qərbə hərəkət edib sa-
raqur (saroğuz, yəni ağ və ya uca oğuz) və digərlərini (onuqur, 
yəni on oğuz kimilərini), onlar üsə öz növbəsində hunların bir 
qolu  olan  akatsirləri  (ağacərləri)  466-467-ci  illərdə  məğlub  et-
dilər  (Don  çayının  şərqinin  hunların  əlindən  çıxması  ilə  onlar 
daha  da  zəiflədilər).  İrnək  öz  adamları  ilə  Romanın  himayəsi 
altına  girdi.  Bizans  torpağına  girib  sülh  əldə  etmək  istəyən 
Denqizik  buna nail olmadı  və qürurunu da sındırıb tam boyun 
əymək istəmədi. Denqizik 469-cu ildə məğlub oldu, onun nizə-
nin  ucuna  taxılmış  başını  Konstantinopol  küçələrində  gəzdirdi-
lər.  Hunların  əraziləri  demək  olar  ki,  Dunay  çayına  qədər  Bi-
zansla ittifaq quran və bulqar adlanan oğuz türklərinin əlinə keç-
di. (yəqin ki, hunlar özləri də, ən azı bir hissəsi həmin türklərin 
idarəsi altına keçdilər). 
 
Hun kimliyi 
 
Dilçilər  bulqarların  çuvaş  dili  kimi  “r”  qrupuna,  digər 
türklərin (hunların?!) isə “z” qrupuna daxil olduğunu təsbit et-
mişlər. Bulqarlar özlərini hun, Attila və İrnəyin davamçıları he-
sab  edirdilər.  Bulqarlar  və  sabirləri  bir  sıra  hallarda  özləri  və 


 
81 
 
 
 
başqaları hun adlandırırdılar (?!). 
Hunların dili haqqında elmdə çox mübahisələr olmuş, ağ-
la gələ bilən hər variantın müdafiəçiləri tapılmışdır; bu barədə 
mütəxəssislərin məqalələrindən ibarət iki  toplu
81
,
82
  təsəvvür  ya-
rada bilər. Bu alimlər içində özünü “hun dilinin türk dili istisna 
olmaqla dünyanın çox dilləri ilə əlaqəsi ola bilər” tezisini müda-
fiə etməyə həsr edənlər də olub. G.Doerfer böyük inadla məlum 
dillərin,  o  cümlədən  qədim  türkcənin  Avropa  hunlarının  dili 
olmadığını, bu dilin ölü dil olduğunu isbat etməyə çalışır.
83
  
Digər  sual  isə  Çinin  çimalında  yaşayan  hunlar  (hunnu, 
syunnu...)  ilə  Attilanın  hunları  arasında  etnik  əlaqənin,  yaxın-
lığın olub-olmasıdır. 
Tarixçilərin  əksəriyyətinin  ikinci  suala  cavabları  eynidir 
və ya bir-birinə yaxındır. Məsələnin məğzi, bir qədər yuxarıda 
qısaca  qeyd  edilmişdi.  Çinin  çimalında  yaşayan  hunlar  Avro-
paya doğru uzun bir yol keçmiş, bu yolda rast gəldikləri bir sıra 
tayfa və xalqları da, xüsusilə də qot tayfalarının bir qısmini öz 
dəstələrinə  qatmışlar,  müəyyən  etnik  transformasiyaların  baş 
verməsi də istisna olunmur (hərçənd ki, belə transformasiyala-
rın təbiəti mürəkkəb və qaranlıq olaraq qalır). Lakin bu konqlo-
meratda hunlar (daha dəqiq deyilsə, türkdilli hunlar!) öz dil və 
kimliklərini və aparıcı-mərkəzi rollarını qorumuşlar. 
Çin  hunları  və  Avropa  hunları  eyni  deyil,  amma  güclü 
eyni hissəyə - hunları birləşdirən türk (proto-türk) dilli mərkəzə 
malikdirlər (bu eyni hissəni “xalis” hunlar, yəni Çindən yola çı-
xan hunlar və onların övladları hesab etmək təbii görünür). 
Otto  Mençen-Helfen  “Asiya  və  Avropa  hunlarının  eyni 
dildə  danışmasının  isbatı  yoxdur”  deyir.  Əslində  onların  hər 
ikisi çox müxtəlif dillərdə danışan ünsürlərdən təşkil olunmuş-
                                                 
81
 
Зарубежная Тюркология. Выпуск 1. Древние тюркские языки и литературы. 
“Наука”, Москва, 1986. стр.29,30
 
82
 
Hunlar  ve  Tanrının  Kırbacı  Attila.  Hazırlayan  Gyula  Nemeth.YKY,  İstanbul, 
1996. səh. 81,82–Peter Vaczy 
83
 Зарубежная Тюркология. Выпуск 1. Древние тюркские языки и литературы. 
“Наука”, Москва, 1986. стр.71-134 


Yüklə 8,56 Mb.

Dostları ilə paylaş:
1   ...   19   20   21   22   23   24   25   26   ...   88




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə