Elm və SƏNƏt məCLİSİ 11-20



Yüklə 8,56 Mb.
Pdf görüntüsü
səhifə31/88
tarix19.07.2018
ölçüsü8,56 Mb.
#56866
1   ...   27   28   29   30   31   32   33   34   ...   88

 
105 
 
 
 
səmimiyyətlə  xidmət  edərsə  bədrlənər”-  dedim.  Şəhabəddinin 
elmi  ağlına  qələbə  çalmışdı,  halbuki  ağlın  elmə  qalib  gəlməsi 
lazımdır”.  Öz  “Məqalat”ında  isə  Şəms  belə  deyirdi:  “Məqtul 
adlandırılan Şəhabəddin Sührəvərdi Hələb sultanının nəzərində 
əziz və möhtərəm bir şəxs idi. Lakin ona həsəd apardılar. Onu 
gözdən düşürdülər. Sonra sultanın  ona qəzəbi  tutdu. Şəhabəd-
din saf və ruhani bir adam idi. Cüzü də bilirdi, küllü də”. 
Suriyada  olarkən  Şəms  Muhyəddin  İbnü‟l-Ərəbi  ilə  də 
görüşmüşdü.  Onun  haqqında  Şəms  demişdi:  “Muhyəddin  İb-
nü‟l-Ərəbi  rüku  edər,  səcdəyə  gedər,  namaz  qılar,  deyərdi  ki, 
şəriət əhlinin  quluyam  mən. Amma əsla şəriətə əməl  etməzdi. 
Mən ondan çox faydalandım. Söhbətlərində tez-tez “filan adam 
səhv elədi, filankəs xətaya düşdü” deyərdi. Bir dəfə mən onun 
bir  xətasını  gördüm.  Vaxtı  gələndə  üzünə  vurdum.  Mənə  “öv-
lad,  yaman qamçı  vurursan” -  dedi.  Şəms  bir müddət  Suriyanı 
tərk  edərək  Bağdada  getmiş  və  Rüknəddin  Əbü‟l-Qənaim  Şü-
casinin yanında olmuşdu. Bağdadda olarkən o, Rüknəddin Şü-
casinin müridi Əvhədəddin  Kirmani  ilə  tanış olmuş  və onların 
arasında  maraqlı  bir  dialoq  olmuşdu.  Əvhədəddin  Kirmani 
Şəmsə onunla yoldaşlıq etmək istədiyini bildirəndə, Şəms ona 
demişdi: “Bağdad bazarının ortasında, hamının gözü qabağın-
da  mənimlə  birlikdə  içki  içərsən?  Kirmani:  “Bunu  edə  bilmə-
rəm”. Şəms: “Mənim üçün xüsusi bir şərab tapıb gətirə bilər-
sən?”  Kirmani:  “Bunu  da  edə  bilmərəm”.  Şəms:  “Mən  içki 
içərkən oturub mənə yoldaşlıq edərsən?” Kirmani: “Xeyr, edə 
bilmərəm”. Şəms: “Elə isə, Allah dostlarının hüzurundan uzaq 
ol,” – deyə, cavab vemişdi. 
Şəmslə  Mövlana  Cəlaləddin  Ruminin  ilk  tanışlığı  Suri-
yada  olmuşdu.  Mövlana  atası  Bəhaəddin  Vələdin  ölümündən 
(1229)  bir  il  sonra  Suriyaya  getmiş,  Həlaviyyə  mədrəsəsində 
təhsil  almış  və  7-8  il  orada  qalmışdı.  Mövlana  ilə  Şəmsin  ilk 
dəfə rastlaşmasını Əhməd Əflaki belə təsvir etmişdi: “Mövlana 
həzrətləri bir gün Şamda bir meydanda gəzirdi. İzdihamın için-
də qara paltarlı, başında külah olan qəribə bir adamla rastalşır. 


 
106 
 
 
 
Həmin  şəxs  Mövlanaya  yaxınlaşaraq  onun  əlini  öpür  və  “ey 
dünya sərrafı, məni dərk et” deyir. Mövlana onunla danışmağa 
və tanış olmağa fürsət tapa bilmir. Həmin şəxs izdihamın ara-
sında gözdən itib gedir. Bu ulu şəxsiyyət Şəms Təbrizi idi”. 
 
Təfəkkür dünyası 
 
 Gördüyümüz  kimi,  gənclik  illərində  və  təhsil  həyatında 
Şəms  Təbrizi  sürəkli  olaraq  hər  hansı  bir  təriqət  şeyxinə  və 
mürşüdə bağlı olmamışdı. Yəni Şəms Təbrizi hər hansı bir sufi 
təriqəti  silsiləsinə  mənsub  deyildi.  Gənc  yaşlarında  onun  hər 
hansı  bir  mürşidin,  şeyxin  xidmətində  uzun  müddət  qalmağa 
səbri və hövsələsi çatmamışdı. Bütün həyatı boyu Şəms Təbri-
zinin,  elm  və  biliyindən  ötrü,  heç  kimə  rəğbəti  olmamışdı. 
Şəms istər görüşdüyü, istərsə də görüşmədiyi, öz dövrünün bü-
tün mütəfəkkirlərinə və alimlərinə xor gözlə baxır, hətta bəzən 
söhbətlərində  onları  təhqir  edirdi.  Onun  ən  çox  tənqid  etdiyi 
zümrə filosoflar idi. Fəlsəfə elminə və filosoflara qarşı öz mən-


 
107 
 
 
 
fi münasibətini Şəms belə dilə gətirirdi: “Ən çox təəccüb edilə-
cək şey budur ki, hər hansı bir şeyi əllərinə alarlar, ovuclarına 
qoyub gətirib  göstərərlər, fəqət  yenə də bir  şey  görmək  müm-
kün olmaz”.  
Öz  “Məqalat”ında  filosofları  tez-tez  tənqid  edən  Şəms 
belə deyirdi: “Cəhənnəm əhlinin böyük əksəriyyəti bu qəti fikir-
lilərdən, bu filosoflardan, bu alimlərdən ibarətdir”. Maraqlıdır 
ki,  Şəmsin  tənqid  və  təhqirlərinə  ən  çox  məruz  qalan  filosof 
alim  Fəxrəddin  Razidir  (1148-1209).  Belə  ehtimal  etmək  olar 
ki,  Şəmsin Fəxrəddin Raziyə qarşı mənfi  münasibətinin təmə-
lində  Şəhabəddin  Yəhya  Sührəvərdinin  bu  alimə  qarşı  olan 
fikirləri  dayanır.  Çünki  Şəhabəddin  Yəhya  Sührəvərdi  qələmə 
aldığı  əsərlərində  Fəxrəddin  Razinin  fikirlərini  tez-tez  tənqid 
edirdi.  
Lakin hər halda bu yeganə səbəb deyildi. Fəxrəddin Razi-
ni  ən  çox  tənqid  edənlər  şiəliyin  ifrat  cərəyanlarından  biri  he-
sab olunan Batinilər idi. Xarəzmşah Əlaəddin Təkişin və onun 
oğlu  Məhəmməd  Xarəzmşahın  rəğbətini  qazanmış  Fəxrəddin 
Razi Heratda məskunlaşmış və öz elmi fəaliyyətini burada da-
vam etdirmişdi. O, Heratda ikən İsmaililərin bir qolu olan Kər-
ramilərin lideri Rəis Məcdəddinlə girişdiyi elmi mübahisələrin 
birində Rəis Məcdəddini məğlub etmiş və onun savadsız oldu-
ğunu  hamının  yanında  üzünə  demişdi.  Bu  hadisə  Heratda  bö-
yük  bir  iğtişaşa  səbəb  olmuşdu.  Hətta  Kərramilər  Fəxrəddin 
Razini  öldürmək  üçün  onun  evinə  hücum  etmişdilər.  Xarəzm-
şahların Herat canişini şəhərə ordu qüvvələri yeritməyə məcbur 
olmuşdu.  İğtişaşlar  hərbi  qüvvə  ilə  yatırılmışdı.  Bu  hadisədən 
sonra Fəxrəddin Razi Heratı tərk etməyə məcbur olmuşdu. 
Şəms  Təbrizinin  müasirləri  olaraq  Anadoluda  yaşamış 
Siracəddin Urməvi, Əxi Əvrən Nasirəddin Mahmud Xoyi, Əf-
zələddin Xunəci, Əsirəddin Əbhəri, Səfiyəddin Urməvi və daha 
bir  çox
 
alim  və  mütəfəkkirlərlərdən  bəziləri  şəxsən  Fəxrəddin 
Razinin tələbələri olmuşdular. Bəziləri isə Fəxrəddin Razi kimi
 
məşşai  fəlsəfi metodu  mənimsəmişdilər. Mövlananın  atası  Bə-


Yüklə 8,56 Mb.

Dostları ilə paylaş:
1   ...   27   28   29   30   31   32   33   34   ...   88




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə