Elm və SƏNƏt məCLİSİ 11-20



Yüklə 8,56 Mb.
Pdf görüntüsü
səhifə34/88
tarix19.07.2018
ölçüsü8,56 Mb.
#56866
1   ...   30   31   32   33   34   35   36   37   ...   88

 
115 
 
 
 
qarşı  da  qulağını  kar  edib,  şərrinə  qarşı  da.  Fəqət  ağızlarını 
qulağıma  tutub  çığırırlar.  Uca  Allaha  and  olsun  ki,  oğlumun 
haqqında  elə  şeylər  danışırlar  ki,  röyada  görsəydim,  yuxunu 
özümə haram edərdim, imkan tapsaydım, səfərə çıxardım, bu-
ralardan  köçərdim.  Neçə  dəfə  öyüd  verildi,  lakin  oğlum  bu 
öyüdləri  bildiyi  kimi  yozdu,  hamısını  da  həsiraltı  elədi.  Ağız 
dolusu  deməyə  imkan  yoxdur,  könül  dolusu  yazmaq  mümkün 
deyil. Sən o padşahın üzündən qorx, o sultanın ruhundan utan 
artıq. Beytül-Həram (Kəbə) kimi yaxşı adla tanınan, barmaqla 
göstərilən o evin Ziyanın karvansarayı kimi tanınacağı vaxt elə 
də uzaq deyil. Vallahi onun ruhu aslan kimi nərə çəkir, billahi 
nərə  çəkir.  Baş  verənlərin  hamısından  da  az-çox  xəbəri  var. 
Evini uçurması, əməllərini başına vurması mümkündür. And iç-
mə,  inkar  etmə,  əksini  iddia  etməyə  cəsarət  etmə.  Çünki  inkar 
etməyinin özü də ayrı bir suçdur. Allah xatirinə, Allah xatirinə 
şeyxlərin şeyxi, zamanın imamı Hüsaməddinin yanından ayrıl-
ma. Məndən utanırsansa, onun yanında ol. Allah xatirinə düş-
mənləri sevindirmə”. 
Cəlaləddin  Ruminin  “qadınla  kişinin  yalqız  qalması”  ilə 
nəyi  bildirmək  istədiyi  barədəki  fikrimizi  yuxarıda  açıqlamış-
dıq.  Məktubda  Ruminin  “Ziyanın  Karvansarayı”  adlandırdığı 
yer  isə,  heç  şübhəsiz,  Konya  əxilərinin  toplandıqları  və  Əxi 
Əvrənin  (Nasirəddin  Mahmud  Xoyi)  şeyxi  olduğu  Xanəgahi-
Ziya idi. Məktubun  məzmunundan başa düşülən  digər bir  ger-
çək də budur ki, Hüsaməddin Çələbi Mövlana və Şəmslə olan 
yaxınlığına  baxmayaraq,  bu  dövrdə  hələ  də  Xanəgahi-Ziyaya 
gedib-gəlirdi.  Çünki  Mövlana  məktubunda  Xanəgahi-Ziyada 
olan oğluna Hüsaməddin Çələbinin yanında olmasını tapşırırdı. 
Belə ki, Əxi Əvrənin öldürülməsindən sonra Xanəgahi-Ziyanın 
idarəçiliyi, Mövlananın səyi nəticəsində Hüsaməddin Çələbiyə 
verilmişdi. Mövlana məktubunda baş verənlərdən hamının, ey-
ni  zamanda “o padşah”  dediyi  Şəms  Təbrizinin də agah oldu-
ğunu bildirməkdədir. 


 
116 
 
 
 
Bir gün Kimiya yenə öz evini və Şəmsi tərk edib getmiş-
di. Tapılıb gətiriləndən sonra Kimiyanın boynu tutulmuş və qa-
dın üç gün əzab çəkəndən sonra ölmüşdü. Fikrimizə görə, Ki-
miya qısqanclıq böhranı yaşayan Şəmsin qəzəbinə gəlmiş, boy-
nu sındırılmış və bu səbəbdən ölmüşdü. Kimiyanın ölümündən 
yeddi gün sonra şaban ayı 644/1246-cı ilin dekabr ayında Şəms 
Konyadan Suriyaya çıxıb getmişdi. 
Aranın sakitləşdiyi və baş verənlərin yaddan çıxdığı fikri 
ilə  Mövlana  Hüsaməddin  Çələbini  və  oğlu  Sultan  Vələdi  bir 
dəstə müridi ilə birlikdə Şəmsi geri, Konyaya gətirmələri üçün 
Hələbə  göndərmişdi.  Suriyaya  gedənlər  məhərrəm  ayı  645/ 
1247-ci  ilin  may  ayında  Şəmslə  birlikdə  Konyaya  qayıtmış-
dılar.  Lakin  bu  dəfə  Şəmsin  qayıtmasına  heç  kim  şad  deyildi. 
Sultan Vələd bu hadisəni belə ifadə edir: “Şəmsəddin o camaa-
tın kinlə dolub-daşdıqlarını öyrəndi, başa düşdü ki, onlar o pad-
şahı aradan götürmək üçün çalışırlar”. Mövlananın oğlu Əlaəd-
din Çələbi Konya əxilərinin lideri, Anadolu Səlcuqlu dövlətinin 
vəziri Əxi Əvrən şeyx Nasirəddin Mahmud Xoyinin dəstəyi və 
təşviqi  ilə  Şəms  Təbrizini  aradan  götürmək  fikrində  idi.  Atası 
Əlaəddindən  üz  döndərmişdi,  sevdiyi  qız  öldürülmüşdü,  ailə 


 
117 
 
 
 
ocağını tərk edib getməyə məcbur olmuşdu. O, bütün bunların 
yeganə səbəbkarı kimi Şəmsi görürdü. Bu planını həyata keçir-
mək üçün fürsət axtarırdı. Axtardığı fürsəti əldə edən kimi, rə-
cəb  ayı  645/1247-ci  ilin  noyabr  ayında  altı  nəfərin  köməyi  ilə 
Şəms Təbriziyə sui-qəsd təşkil etdi və onu xəncərlə öldürdülər. 
Cəsədini isə bir quyuya atdılar. 
Bu  hadisə  təmsili  olaraq  Mövlana  və  digər  mövləvilərin 
əsərlərində  dəfələrlə  öz  əksini  tapmışdı.  “Məcalisi-Səb‟a” 
(“Yeddi məclis”) adlı əsərində Mövlana Bəni-İsraildən Barsisa 
adlı alim və zahid bir şəxsin şeytanın tələsinə düşərək, müalicə 
etməsi üçün yanında qoyulan bir hökmdarın gözəl qızını hami-
lə  qoyduğunu,  cinayəti  meydana  çıxmasın  deyə  bu  dəfə  insan 
cildinə girmiş şeytanın sözünə aldanaraq, qızı öldürüb basdırdı-
ğını təsvir edən bir hekayəni nəql edir. Nəhayət, məsələ üzə çı-
xanda  Barsisa  ölüm  cəzasına  məhkum  edilir.  O,  dar  ağacında 
ikən insan cildinə girmiş iblis yenə Barsisaya yaxınlaşaraq “ça-
rən  mənim  əlimdədir,  mənə  səcdə  elə,  səni  xilas  edim”  deyir. 
Barsisa insan cildinə girmiş şeytana səcdə  etmək istəyərkən ip 
boynunu  sıxır  və  şeytan:  “Mən  sənin  bu  əməlindən  tamamən 
uzağam,” – deyir. Elminə və zahidliyinə həsəd apardığı  Barsi-
sanı şeytan bir qadından istifadə edərək özünə səcdə etdirir.  
Şəms  özü də söhbətlərində qadınların xəyanətinə eyham 
vurur. Şəms namuslu və pak qadınları əvvəlcə tərifləyir, sonra 
isə hamısının istisnasız olaraq  cinsi mənada zövq almağa düş-
kün olduqlarını deyir. Burada oxucudan üzr istəyərək və  tole-
rantlıq göstərəcəyinə ümid edərək Şəmsin bu haqdakı fikrini öz 
dilindən nəql etmək istəyirik: “Qadınların ən təmizi, pakı, hətta 
dərəcəsi  buludların  üstündə  olsa  belə,  oradan  aşağı  baxanda 
yerdə intizaya  gəlmiş  zəkər (kişi  cinsiyyət  üzvü) görsə, dərhal 
üstünə atılar.” 
 Fəlsəfəsinin təməl daşını humanizm, insan sevgisi təşkil 
edən Mövlananın özü də mürşidi Şəms Təbrizinin bir qadın uc-
batından qətlə yetirilməsinə yanırdı və qadınları alçaldaraq belə 
deyirdi: “Gecə-gündüz çalışırsan ki, qadının xasiyyətini gözəl-


Yüklə 8,56 Mb.

Dostları ilə paylaş:
1   ...   30   31   32   33   34   35   36   37   ...   88




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə