Elm və SƏNƏt məCLİSİ 11-20



Yüklə 8,56 Mb.
Pdf görüntüsü
səhifə35/88
tarix19.07.2018
ölçüsü8,56 Mb.
#56866
1   ...   31   32   33   34   35   36   37   38   ...   88

 
118 
 
 
 
ləşdirəsən.  Qadının  murdarlığını  özünlə  təmizləməyə  çalışır-
san.  Halbuki  öz  murdarlığını  qadınla  təmizləsən,  daha  yaxşı 
olar.  Qısqanclıq,  əlbəttə  ki,  kişi  xasiyyətidir.  Lakin  sadəcə  bu 
xasiyyətlə  səndə  neçə  pis  xasiyyətlər  meydana  çıxır.  Nəfsinə 
qalib gələ bilmirsənsə, ağlını başına  yığ. Hesab et ki, aranızda 
nikah  yoxdur,  onu  özbaşına  bir  məşuqə  say.  Istəyin  üstün  gə-
ləndə get yanına. Qəzəbinə, hirsinə belə qalib gəl. Qadın nədir, 
dünya nədir? Sən desən də, deməsən də, o nədirsə elə odur, bil-
diyini eləyəcək. Hətta dedikcə, bir az da betər olur”. 
Mövləvi  şair  Əhməd  Gülşəhri  də  bu  mövzuda  Mövlana 
ilə həmfikirdir: “Qadın dedinmi, onu qılıncla doğramaq lazım-
dır. Qadında, qılıncda, atında, hər yerdə vəfa axtardı, lakin cəfa 
tapdı.  Ey  sol  tərəfdən  çıxan  qadın!  Heç  kişinin  sol  tərəfdən 
yaxşı bir şey tapdığı görülübmü?”. 
Şəmsin qətlə yetirilməsindən sonra moğolların və moğol-
larla işbirliyində olan dövlət xadimlərinin təzyiqləriylə Əxi Əv-
rən  vəzifəsindən  azad  edilmiş  və  Konyadan  köçməyə  məcbur 
edilmişdi. Əxi Əvrənlə birlikdə Əlaəddin Çələbi və bir çox əxi 
də  Konyanı  tərk  edərək,  Qırşəhrə  getmişdilər.  Mövlana  uzun 
illər  sonra  oğlunu  bağışlamışdı  və  onun  yenidən  ailə  ocağına 
qayıtması  üçün  cəhd  etmişdi.  Məktublarının  birində  o,  bunun 
üçün, söz yerində isə, oğluna yalvarır. Bu məktub 1247-ci ildən 
sonra  yazılmışdı.  Çünki  məktubdan  məlum  olduğuna  görə, 
Əlaəddin  Çələbi  artıq  evli  idi  və  övladları  var  idi.  “Qızlarına 
yazığın  gəlsin,  onlar  çox  kiçikdirlər.  Əziz  oğlumuz.............ın 
(orijinalda  mətnin  bu  yeri  oxunmur  –  red.)  tez  vaxtda  buraya 
qayıtmasının,  əziz  oğullarının,  tələbələrinin,  elm  öyrənənlərin 
üstünə öz kölgəsini salmasının çox faydaları var”.
 
Bu öz oğlu-
nu  ölümün  pəncəsindən  xilas  etməyə  çalışan  atanın  çarəsiz 
cəhdləri  idi.  Belə  ki,  bir  müddət  sonra  moğol  sərkərdəsi  və 
Mövlananın  müridi  olan  Nurəddin  Caca  Qırşəhrdəki  əxilərin 
üstünə  ordu  yeridərək,  onları  kütləvi  şəkildə  qətlə  yetirmişdi. 
Bu  qətliam  vaxtı  Əxi  Əvrənlə  birlikdə  Əlaəddin  Çələbi  də  öl-
dürülmüşdü.  Bəlkə  də  Mövlana  moğolların  Qırşəhrə  qoşun 


 
119 
 
 
 
yeridərək,  əhalini  qılıncdan  keçirəcəyini  əvvəlcədən  bilməkdə 
idi.  Necə  ki,  rübailərindən  birində  Əxi  Əvrəni  nəzərdə  tutaraq 
belə  deyirdi:  “Şeytan  kimi  döyüşlə,  inadla  gəbərən,  Təbrizli 
Şəmsin öldüyünü zənn etdi” 
Hörmətli müəllimim Mikayıl Bayram Əxi Əvrənin ölüm 
tarixini 1 aprel 1261-ci il olaraq müəyyən etmişdi. Lakin Əlaəd-
din  Çələbinin  qəbir  daşının  üzərində  onun  ölüm  tarixi  “hicri 
660-cı il şəvval ayının sonu” olaraq qeyd edilmişdi ki, bu da mi-
ladi 1262-ci ilin avqust ayına təsadüf edir. B.Furuzanfər Əlaəd-
din  Çələbinin  Sultan  Vələdlə  eyni  tarixdə,  yəni  h.623/1226-cı 
ildə anadan olduğunu,  Mövlananın  bu iki oğlunun  əkiz olduq-
ları  fikrini  irəli  sürmüşdü.  Əgər  o,  bu  təxminində  yanılmırsa, 
Əlaəddin Çələbi 34 yaşında ikən öldürülmüşdü. Şəms Təbrizini 
qətlə yetirərkən isə o, 21 yaşlı bir gənc idi.  
Mövlana  cəsədi  Qırşəhrdən  Konyaya  gətirilən  oğlunun 
cənazə namazını qılmaqdan belə imtina edir və onun dəfn mə-
rasimində  iştirak  etmir.  Cənazə  namazını  Əxi  Əvrənin  dostu 
şeyx Sədrəddin Konyəvi qıldırır. Oğlunun cənazə mərasimində 
iştirak etməyən Mövlana Əxi Əvrənlə Əlaəddin Çələbinin ölü-
münü  tərənnüm  edən  “Hardadır  eşşəyim  mənim”  deyə  başla-
yan bir həcv yazır. Bu qəzəldə Əxi Əvrən uzunqulaqla, Əlaəd-
din Çələbi isə öküzlə təmsil edilir: 
 
Hardadır eşşəyim mənim, hardadır eşşəyim mənim,  
gözləri göyçəyim mənim. 
Keçən il öldü eşşəyim, çox şükür öldü eşşəyim, 
Ağramayır başım mənim. 
Öküz də öldü, qəm yeməm, nə üçün öldü də deməm
Nə öküzdə, nə qarnında, yox idi ənbərim mənim. 
Öküzüm, eşşəyim getdi, qalıbdır dilbərim mənim
Qalıbdır dilbərim mənim. 
Qızıl sırğa ulağımda, ulağımın qulağında, 
Heyifdir altunum mənim. 
Mənimlə heç yolu getməz, naz eləyib arpa yeməz
Peyinləyib hey batırar, dərd idi murdarım mənim. 


 
120 
 
 
 
Göy üzündə başqa öküz, yer altında başqa öküz, 
Hər iksindən qurtularaq, açılsın taleyim mənim. 
Getdim eşşək bazarına, nəzər saldım hər yanına, 
Eşşəyin pis qoxusundan bulandı ürəyim mənim. 
 
Şəms Təbrizi ilə əlaqədar müəmmalı məsələlərdən biri də 
onun  harada  dəfn  edildiyi  məsələsidir.  Əhməd  Əflaki  Şəmsin 
cəsədinin atıldığı quyudan çıxarılaraq, Mövlananın türbəsində, 
memar Bədrəddin Təbrizinin məzarının yanında dəfn edildiyini 
qeyd etmişdir. Bu gün Konyada “Şəms Təbrizi” küçəsində Şəm-
sə aid edilən türbə və qəbir var. Bu məzarı tədqiq edən İbrahim 
Haqqı Konyalı türbənin altında taxta sanduqə, onun altında isə 
quyu olduğunu müəyyən etmişdir. İ.H.Konyalı həm də 1476-cı 
ildə  Fateh  Sultan  Mehmedin  hakimiyyəti  dövründə  qeyd  edil-
miş  Konya  vəqflər  dəftərində  Şəms  Təbrizi  təkyəsinin  idarə-
çiliyinin Mövlananın nəvəsi Arif Çələbiyə, ondan sonra isə öv-
ladları  və  nəvələrinə  verilməsi  şərtinin  qoyulduğunu  müəyyən 
etmişdir.  Lakin  bu  qeydlərdə  sadəcə  təkyə  haqqında  danışılır, 
Şəmsin türbəsi  haqqında heç bir qeyd  yoxdur. Elə isə Şəmsin 
qəbri haradadır? Onun, Əflakinin qeyd etdiyi kimi, qətlə yetiri-
ləndən dərhal sonra memar Bədrəddin Təbrizinin qəbrinin ya-
nında  dəfn  edilməsi  mümkün  deyil.  Çünki  Bədrəddin  Təbrizi 
Mövlana öləndən sonra onun türbəsini tikmişdi. Özü isə, nəinki 
Şəmsdən əvvəl, Mövlanadən çox sonra vəfat etmişdi.  
Fikrimizə  görə,  Şəms  öldürüləndən  sonra  cəsədi  quyuya 
atılmışdı. Həmin quyu bu gün Şəms Təbrizinin türbəsinin için-
dəki, İ.H.Konyalının sanduqənin altında müəyyən etdiyi quyu-
dur.  Mövlananın  ölümündən  sonra  Şəmsin  cəsədinin  qalıqları 
quyudan çıxarılaraq, Mövlananın türbəsinə aparılmış və burada 
dəfn edilmişdi. Belə ki, Əflaki bu hadisəni mənqibə kimi qeyd 
edərək,  Sultan  Vələdin  bir  gecə  yuxusunda  Şəmsi  gördüyünü, 
Şəmsin  ona  öz  cəsədinin  olduğu  quyunu  göstərdiyini,  Sultan 
Vələdin  də  cəsədi  quyudan  çıxararaq  gül  suyu  ilə  yuyandan 
sonra  Mövlananın  türbəsində,  memar  Bədrəddin  Təbrizinin 
qəbrinin yanında dəfn etdiyini bildirir. Bədrəddin Təbrizi 1284-


Yüklə 8,56 Mb.

Dostları ilə paylaş:
1   ...   31   32   33   34   35   36   37   38   ...   88




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə