Elm və SƏNƏt məCLİSİ 11-20



Yüklə 8,56 Mb.
Pdf görüntüsü
səhifə30/88
tarix19.07.2018
ölçüsü8,56 Mb.
#56866
1   ...   26   27   28   29   30   31   32   33   ...   88

 
102 
 
 
 
Mərəndi  (Baba  Mərəndi),  Sadəddin  Naxçıvani,  Şəmsəddin 
Ömər Tiflisi,  Vəliyəddin  Təbrizi,  Fəqih  Əhməd Təbrizi,  Əmi-
nəddin Təbrizi, Əsirəddin Əbhəri,  İzzəddin Urməvi, Kəmaləd-
din  Hübeyş  Tiflisi,  Nəcməddin  Naxçıvani,  Səfiəddin  Urməvi, 
Siracəddin  Əbu‟s-Səna  Urməvi,  Tacəddin  Xoyi,  Şəhabəddin 
Yəhya  Sührəvərdi  kimi  onlarla  azərbaycanlı  alim  həmin  bu 
dövrdə Anadoluya köçərək, burada elmi fəaliyyətlə məşğlu ol-
muşdular.  Azərbaycanlılarla  yanaşı  Çin  sərhədlərindən  başla-
mış Əndəlisə qədər bütün İslam dünyasından elm, mədəniyyət 
və din xadimləri Anadoluya gəlib məskunlaşmışdılar. 
Bu müxtəliflik bəzən ziddiyyət və münaqişə səviyyəsinə 
çıxan rəqabətin də meydana gəlməsinə səbəb olurdu. Anadolu-
da əsasən fars və türk elm, mədəniyyət və din xadimləri məs-
kunlaşmışdılar. Bu isə milli və fikri zəmində ziddiyyətlərin və 
münaqişələrin qızışmasına səbəb olurdu. Bu ziddiyyətlər özünü 
siyasi həyatda da göstərirdi. Hələ Böyük Səlcuqlu imperatorlu-
ğu dövründə mövcud olan bu siyasi ziddiyyət daha çox “haki-
miyyətə  öz  adamını  gətirmə”  cəhdlərindən  ibarət  idi.  Anadolu 
Səlcuqlu sultanlarından bəziləri türk, bəziləri isə fars müəllim-
lərinin təsiri ilə bu iki qrupdan birinə meyl göstərirdilər.  
 
Şəms Təbrizi və Cəlaləddin Rumi.  
Şəms Təbrizinin təhsili və gənclik illəri 
 
 Şəmsəddin  Məhəmməd  ibn  Əli  ibn  Məlikdad  Təbrizi 
(ölümü 1247) təqribən 1175-1177-ci illərdə Azərbaycanın Təb-
riz şəhərində doğulmuşdur. Onun doğum tarixini Mövlana Cə-
laləddin  Ruminin  təvəllüdü  ilə  müqayisə  edərək  müəyyənləş-
dirmək mümkün olmuşdur. Şəms Təbrizinin Mövlana Cəlaləd-
din Rumidən yaşca böyük olduğunu Ruminin aşağıdakı beytin-
dən öyrənmək mümkündür: 
 
ﺍﻯ ﺷﻣﺲﺍﻟﺪﻳﻧﻰ ﺳﺎﻝ ﺧﻭﺭﺩﻩ
مّرخ
 ,
ﺠﻭﺍﻥ ﻭ
 ﺑﺎﺯﻢ ﺍﺯ ﺗﻮ ﺧﻮﺵ   
(Sənin sayəndə yenidən gənc və nəşəli halıma geri qayıt-
dım, ey illəri köhnəltmiş (yemiş) qoca Şəmsəddin).  


 
103 
 
 
 
Ruminin  təvəllüd  tarixinə  gəldikdə  isə  mənbələr  onun 
hicri 6 rəbi-ül-əvvəl 604-cü ildə (1 oktyabr 1207) anadan oldu-
ğunu  qeyd  edirlər.  Rumi  öz  xatirələrindən  birində  Əlaəddin 
Xarəzmşahın  (1200-1220)  Səmərqənd  şəhərini  mühasirəyə  al-
ması  haqqında  danışır.  O,  Əlaəddin  Xarəzmşahın  ordusunun 
Səmərqəndi mühasirə etdiyi vaxt özünün də şəhərdə olduğunu 
və burada çox gözəl bir qızın əsir düşməkdən qorxduğunu nəql 
edir. İbn əl-Əsir öz əsərində Əlaəddin Xarəzmşahın Səmərqən-
di hicri 604-cü ildə mühasirəyə aldığını və şəhərdə dəhşətli qır-
ğın törətdiyini qeyd etmişdir. Bu hadisəni təfərrüatıyla xatırla-
ya bilmək üçün Rumi həmin vaxt ən az 10-12 yaşlarında olmalı 
idi.  Bunu  nəzərə  alaraq  Ruminin  1195-1197-ci  illərdə  anadan 
olduğunu  deyə  bilərik.  Belə  olan  halda,  onun  qoca  saydığı 
Şəms  Təbrizi  də  Rumidən  ən  azı  15-20  yaş  böyük  olmalıdır. 
Bədiüzzaman Furuzanfərin fikrinə görə, Şəms Konyaya gəldiyi 
vaxt (1244) 60 yaşı haqlamışdı. 
Zeynalabdin Şirvani Şəmsin atasının xorasanlı parça taci-
ri olduğunu, ticarət məqsədiylə Təbrizə gəldiyini və Şəmsin də 
burada  doğulduğunu  qeyd  etmişdir.  Dövlətşah  Səmərqəndiyə 
görə  isə  Şəmsin  atası  İsmaili  dailərinin
 
(təbliğatçı)  məşhurla-
rından biri və çox varlı bir adam olan Xavənd ləqəbli Cəlaləd-
din  Əli  adlı  şəxs  olmuşdur.  Dövlətşah  Səmərqəndinin  müasiri 
olan Əbdürrəhman Cami isə Cəlaləddin Əlinin Ismaili məzhəb-
li olduğu haqqındakı fikirləri qəbul etmir.  
Şəms  Təbrizi  ilk  təsəvvüfi  (sufi)  təlimini  Təbrizdə  şeyx 
Əbu Bəkr Sələbaf Təbrizidən almış, seyri-süluku onun yanında 
keçmişdi. Hafiz Hüseyn Təbrizi şeyx Əbu Bəkr ibn İsmayıl Sə-
ləbafın  Təbrizdə,  Çərəndab  qəbristanlığında  dəfn  edildiyini 
qeyd etmişdir. Lakin təəssüf ki, müəllif şeyx Əbu Bəkrin qəbir-
üstü  kitabəsi  və  ölüm  tarixi  haqqında  heç  bir  məlumat  nəql 
etməmişdir. Şeyx Əbu Bəkrin xidmətində ikən gənc Şəmsəddin 
tez-tez Allahı və mələkləri gördüyünü, qeyb aləmini müşahidə 
etdiyini deyirdi. Şeyx Əbu Bəkr bunu eşitdiyi vaxt Şəmsə belə 
şeylər  danışmamağı  tapşırmışdı.  Bir  müddət  sonra  şeyx  Əbu 


 
104 
 
 
 
Bəkr  Şəmsə:  “Sənin  halını  tərbiyə  etmək  mənim  əlimdən  gəl-
mir,  sən  artıq  öz  könül  məhbubunu  axtar”  demişdi.  Bundan 
sonra Şəms Təbriz şəhərini tərk edərək, ömrünün sonuna qədər 
davam  edən  səyahətə  çıxmışdı.  Sonralar  Şəms  öz  şeyxi  Əbu 
Bəkr  Sələbafı  acı  bir  xatirə  kimi  xatırlayır  və  belə  deyirdi: 
“Şeyx Əbu Bəkr Allah eşqindən sərxoş olmuşdu. Fəqət bu sər-
xoşluqdan sonrakı ayıqlığın dadını bilmirdi. Mən onu rədd edə-
rək tərk etdim. Amma o, hələ də “mən sənin şeyxinəm” deyir-
di. Məndə elə bir şey vardı ki, nə şeyx Əbu Bəkr, nə də başqa-
ları  onu  məndə  görə  bilməmişdilər.  Bax  Mövlana  onu  məndə 
gördü”. 
Şəms Təbrizi tərk edəndən sonra əvvəlcə Türküstan ellə-
rinə  səyahət  etmişdi.  Türküstanda  ikən  o,  şeyx  Nəcməddin 
Kübranın müridlərindən biri olmuş türk təsəvvüfçüsü Baba Ka-
mal Cəndiylə tanış olmuş və onun xidmətinə girmişdi. O, Baba 
Kamal Cəndinin yanında olarkən Fəxrəddin İraqi də Baba Ka-
malın  xidmətində  idi.  Fəxrəddin  İraqi  kəşf  və  müşahidələrini 
nəzmə çəkərək şeir deyirdi. Bir gün Baba Kamal Şəmsə: “Öv-
ladım Şəmsəddin, Fəxrəddinə əyan olan bu həqiqətlər sənə ni-
yə  görə əyan olmur?” - deyə sual verir. Şəms bu sualdan inci-
yərək  belə  cavab  verir:  “Əslində  mənə  ondan  daha  çox  əyan 
olur,  fəqət  mənim  nəzm  istedadım  onunki  qədər  qüvvətli  de-
yil”.  Bu  hadisədən  sonra  Türküstanda  çox  qalmayan  Şəms 
yenidən səyahətə çıxaraq Suriyaya gəlir. Həmin dövrdə Suriya 
batiniliyin  xeyli  yayıldığı  bir  ölkə  idi.  Şeyxü‟l-İşraq  Şəhabəd-
din Yəhya Sührəvərdi 1191-ci ildə Hələb qalasında həbsdə ya-
tarkən, onun yanında Şəms adlı gənc bir tələbəsi də var idi.  
Bu Şəms adlı tələbənin Şəms Təbrizi olması ehtimalı bö-
yükdür. Belə ki, uzun illərdən sonra Konyaya gələrək Mövlana 
ilə tanış olandan sonra Şəms Təbrizinin söylədiyi sözlər bu eh-
timalı qüvvətləndirir. Şəms Təbrizi belə demişdi: “Şamda o kö-
pəklər  Şəhaba  açıq-aydın  kafir  deyirdilər.  Mən:  “Şəhab  necə 
kafir ola bilər? O, nura məxsusdur. Bəli, günəşin (Şəmsin) ya-
nında ulduz (Şəhab) kafirdir (örtüləndir). Yalnız Şəhab Şəmsə 


Yüklə 8,56 Mb.

Dostları ilə paylaş:
1   ...   26   27   28   29   30   31   32   33   ...   88




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə