Elm və SƏNƏt məCLİSİ 11-20



Yüklə 8,56 Mb.
Pdf görüntüsü
səhifə42/88
tarix19.07.2018
ölçüsü8,56 Mb.
#56866
1   ...   38   39   40   41   42   43   44   45   ...   88

 
143 
 
 
 
önəmli şərtlərdən biri – inşaatın sabahın tələblərinə cavab ver-
məklə, keçmişin təcrübəsini özündə əks etdirməklə – yenilikçi 
olmaqdır. Yenilik etmək – risk etmək, cəmiyyətə yeni yaradıcı-
lıq potensialı gətirmək deməkdir.  
Memarlıqda  möhtəşəm  və  mistik  gözəlliyə  malik  olan, 
mədəni irs – Rubik Kubu kimi tanınan, rəngli mozaikadan isti-
fadə  etmək  çox  vaxt  qeyri-mümkün  görünür.  Bunu  tətbiq  et-
mək böyük səbr, ithaf və yaradıcılıq tələb etsə də, mümkündür. 
Bu  yolla  yenidənqurmada  şəhərlərin  unikal  irsini  qorumaq  və 
sosial birliklərini saxlamaq mümkündür. Tarixi şəhərlərdə mə-
dəni  irslərin  qorunması  üçün  layihələrin  uğura  həyata  keçiril-
məsində  üç  sektorun  fəaliyyətini  xüsusi  vurğulamaq  lazımdır. 
Birincisi,  ictimai  sektordur  ki,  burada  ictimai-maliiyyə  prob-
lemlərinin həlli üçün maliyyə agentlikləri işə cəlb edilir, dövlə-
tin  nəzarətində  sərmayələr  qoyulması  üçün  kifayət  qədər  re-
surslar  əldə  olunur.  İkincisi,  özəl  sektordur  ki,  burada  mədəni 
irslərin  qorunması  üçün  özəl,  turizm  sektorları,  kommersiya 
təşkilatları, sahibkarlar tərəfindən ayrılan sərmayələr işə salınır. 
Üçüncüsü, tarixi binalarda yaşayan və aşağı təbəqə sayılan ka-


 
144 
 
 
 
sıb sakinlərdir ki, yenidənqurmadan sonra onların yeni yaşayış 
şəraitində rahat yaşaması və mühüm infrastruktur layihələrinin 
həyata  keçirilməsi  üçün  vergidən  azad  olunmaları  zəruridir. 
Təbii ki, bütün bunları həyata keçirən zaman beynəlxalq stan-
dartları nəzərə almaq lazımdır.  
Hazırda köhnə tarixi  binaların çoxunda  yaşayanların ək-
səriyyəti kasıb təbəqədir. Yenidən qurma aparılarkən binaların 
ön funksiyasını saxlamaq üçün başqa yerdə tikilməsinə, bu mə-
nada yerdəyişməsinə çox imkan vermək olmaz. Çünki iqtisadi 
nöqteyi-nəzərdən  yerdəyişmə  mümkün  qədər  minimal  həddə 
olmalıdır.  Qoyulan  sərmayələr  sui-istifadə  edilməməlidir.  Ye-
niləşmə  ən  başda  öz  üzərinə  vətəndaş  öhdəliyi,  insani  borc, 
tarixi məsuliyyət götürmək deməkdir.  
Tarixə  nəzər  saldığımızda,  müsəlman  şəhərlərinin  illər 
boyunca hücümlara məruz qaldığını görürük. Bu cür şəhərlərdə 
irimiqyaslı  və  nümunəvi  işlərin  görülməsi  ilə  bağlı  Hafsia  və 
Tunis şəhərlərini misal göstərmək olar. Memarlıq sahəsində bu 
şəhərlərdə  görülən  işlərin  yüksək  səviyyədə  ərsəyə  gətirilmə-
sində Ağa Xanın və onun işlədiyi layihələrin, sərmayə qoyulu-
şunun qazandığı uğurlar yüksək qiymətləndirilməlidir. Fez şə-
həri  də  gözəl  nümunədir,  bu  şəhərin  yenidən  qurulmasında 
Harvard  Universitetindən  mütəxəsislər  cəlb  olunmuşdu.  Məq-
səd – köhnəlmiş yaşayış yerlərini, ticarət fəaliyyətini canlandır-
maq üçün  yol  şəbəkələrinin  çəkilməsi və s. bu kimi  layihələri 
mükəmmələşdirərək  turistlərin  diqqətini  çəkmək,  şəhərin  ənə-
nəvi ruhunu saxlamaq idi.  
Bəs tarixi ərazilərdə tikintini necə aparmalı? Bu, əsasən, 
böyük memarlığın necə anlaşılmasından, nədən ibarət olmasın-
dan asılıdır. 
Memarlığın dili forma və estetikadan daha mühümdür. O, 
keçmişi  canlandırır,  gələcəyin  prototipidir  və  bütün  insanlar 
üçün hazırkı şəhər reallığının aydın ifadəsidir. Memarlığın dili 
cəmiyyətin  öz  obrazını  nümayiş  etdirməyin  ayrılmaz  tərkib 
hissəsidir.  Çünki  memarlar  həm  keçmiş  mirasın  mühafizləri, 


 
145 
 
 
 
formaların  və  yerlərin,  gözəlliyin  və  urbanizasiyanın  varisləri, 
həm də sabahın irsinin yaradıcılarıdırlar. Memarlıq incəsənətin 
ən  lokallaşdırılmış  formasıdır.  O,  bir  əraziyə  yerləşdirilməklə 
tətbiq edilir. O, funksional gerçəkliyə və istifadəçinin ehtiyac-
larına cavab verməlidir. Burada yerləşmə dərəcəsi, məzmun və 
istifadəçinin  ehtiyacları  funksional  tələblərlə  təmin  edilir.  Me-
marlıq  müəyyən  cəmiyyətə  və  yerə  uyğunlaşdırılır.  Memarlıq, 
eyni zamanda, dünyəviliyə və qloballaşmaya, onun çağırışları-
na cavab verməli, həmin yerin hüdudlarını aşmalı, istifadəçinin 
və tamaşaçının hiss etdiyi ehtiyacları funksional cavabdan daha 
artıq təmin etməlidir. Onun emosional keyfiyyəti var və möv-
cud olanı simvollaşdırır. 
İnkişaf edən dünyada kimlik böhranı memarlıq üslubları-
nın seçimi üçün bir bəyənatdır. Bunlar müasirliyi rədd etməyə 
və ya keçmişin ikonik təsvir formalarını təkrar etməyə meylli-
dir. Arxitektura ənənəyə riayət edən fundamentalizmin ideolo-
giyası  ilə  təqsirləndiriləndə,  “irəliləyişin”  ifadəsi  kimi  həmin 
yerdən  qaçmağa  və  Qərb  yönümlü  müasirliyi  idxal  etməyə 
cəhd edir. Hər iki yanaşma vaxt və ya yer üçün ağırlığa və qey-
ri-həssaslığa meyllidir.  
Müasir memarlığın dili və ifadə vasitələri haqqında tənqi-
di söhbətləri yaradan və qızışdıran hansı ehtiyacdır? Memarlıq 
keçmişi  müasir gözlərdən keçirərək izah edir və irsə hörmətlə 
baxır, keçmiş formanı qul surətində deyil, keçmişin ruhunu ye-
niliklə  üzvi  birləşdirmədə  görür.  Bu  baş  verməsə,  tənqid  güc 
qazanır və təbii olur. 
Bizim innovativ həllin keyfiyyətinə malik layiqli memar-
lığımız o zaman ola bilər ki, təkcə tarixi bölgənin xarakterini qo-
rumaqla kifayətlənməyək, həm də həmin yerin doğurduğu duy-
ğunu nəzərə  ala  bilək, hətta  artıraq.  Belə layihələr həmin  yerin 
sərhədlərindən  kənara  çıxıb  humanist  memarlığa  öz  real  töhfə-
sini  verir.  Keçmiş  formaların  və  ya  həllərin  yeniləşməsi  bəzən 
sabahın  ehtiyaclarına  cavab  verməyə  bilər.  Bu,  ətrafımızda  in-
kişaf edən dünyanın çağırışının məzmununu ölçüb-biçmək üçün 


Yüklə 8,56 Mb.

Dostları ilə paylaş:
1   ...   38   39   40   41   42   43   44   45   ...   88




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə