Elm və SƏNƏt məCLİSİ 11-20



Yüklə 8,56 Mb.
Pdf görüntüsü
səhifə50/88
tarix19.07.2018
ölçüsü8,56 Mb.
#56866
1   ...   46   47   48   49   50   51   52   53   ...   88

 
168 
 
 
 
mately define the intrinsic worth of protecting the cultural heri-
tage. It is very similar to the work that has been done in envi-
ronmental  economics  to  estimate the existence value of biodi-
versity.  In  that  case,  patient  analytic  work  over  a  number  of 
years  led  to  the  recognition  of  the  global  benefits  associated 
with  the  local  costs  of  protecting  the  environmental  asset,  say 
biodiversity in  a rain  forest.  This  was  the foundation for crea-
ting the Global Environment Facility (GEF), which has already 
provided  more  than  $3  billion  of  grants  to  poor  countries  to 
covert  him  incremental  cost  of  protecting  the  global  environ-
ment. 
Surely,  the  parallel  with  the  cultural  heritage  of  the 
world,  especially  which  is  recognized  as  part  of  the  world 
heritage  list,  is  striking.  Conserving  the  cultural  built  heritage 
needs  to  be  recognized  in  a  similar  fashion  to  the  way  we 
recognize  the  conservation  of  the  natural  environment.  Here 
too, the costs of the conservation are local but the benefits are 
global.  Perhaps  we  can  hope  to  see  a  Global  Cultural  Facility 
(GCF?),  that  would  garner  funds  on  a  much  larger  scale  than 
those currently provided to the World Heritage Fund which are 
a  mere  fraction  of  what  is  needed  to  address  the  major 
challenges of conservation that we face around the world. 
 
 


 
169 
 
 
 
ON ALTINCI MƏCLĠS 
 
 
 


 
170 
 
 
 
Professor Hamlet Ġsaxanlı: 
 –  Əziz  dostlar!  “Elm 
və Sənət Məclisi”nin hörmət-
li qonaqları!  
Bu  gün  “Elm  və  Sənət 
Məclisi”nin 16-cı toplantısın-
da hər birimizi yaxından ma-
raqlandıran  və  narahat  edən, 
bir  məsələdən  söhbət  açıla-
caq.  Bu  gün  məruzəçimiz 
“Erməni  genosidi”  adlandırı-
lan  problemdən  danışacaq. 
Bugünkü məruzə həm də ona 
görə maraqlıdır ki, məruzəçi-
miz  nə  azərbaycanlıdır,  nə 
türkdür, nə də erməni. Yəqin ki, yalnız elmi həqiqəti üzə çıxar-
maq  üçün  bu  işlə  məşğul  olan  bir  ingilis  alimin  fikirlərini 
dinləyəcəyik.  
Gəlin  əvvəlcə  özü-özümüzə  sual  verək:  genosid  nədir, 
nəyə deyilir? “Genocide” yunanca “genos” (irq, tayfa, xalq) və 
latınca  “cide”  (öldürmək)  sözlərinin  birləşməsindən  alınıb. 
Azərbaycanca (və Türkiyədə) “soyqırım” kəlməsi işlədilir. 
 
Soyqırım. Hüquqi anlayış 
 
Soyqırımın hüquqi tərifi 1948-ci ildə Birləşmiş Millətlər 
Təşkilatında  qəbul  edilmiş  “Soyqırım  cinayətinin  qarşısının 
alınması və cəzalandırılması haqqında saziş”də verilmişdir. Bu 
sazişin  2-ci  maddəsinə  görə  “milli,  etnik,  irqi  və  dini  qrupun 
tamamilə  və  ya  qismən  yox  edilməsi  məqsədilə  aparılan  aşa-
ğıdakı hər hansı hərəkət soyqırımdır:  
(a)
 
 qrup üzvlərinin öldürülməsi 
(b)
 
 qrup  üzvlərinə  ciddi  cismani  və  ya  ruhi  zədə  vurul-
ması 


 
171 
 
 
 
(c)
 
 qrupun  tamamilə  və  ya  qismən  fiziki  yox  edilməsinə 
hesablanmış həyat şərtlərinin pozulması 
(d)
 
 qrup içində doğumu əngəlləyən tədbirlərin tətbiqi 
(e)
 
 uşaqların zorlu bir qrupdan alınıb digərinə verilməsi”. 
Burada, qəribə görünsə də, siyasi baxışlarına görə insan-
ların öldürülməsi soyqırımın tərifinə daxil edilməmişdir. Bunu 
Stalinin  və  SSRİ-nin  təsiri  ilə  izah  edirlər.  Lakin  sonralar  da 
buna ciddi cəhd edilmədi (?!). 
“Genosid” termini Raphael Lemkinin 1944-cü ildə ABŞ-
da çap olunmuş “Axis Rule in Occupied Europe” kitabına daxil 
edilmişdir  (“millətin  və  ya  etnik  qrupun  yox  edilməsi”  kimi) 
Nürnberq (almanca: Nürnberg) məhkəməsi (1945, 1946) faşist-
lərin cinayətini “qəsdən və sistemli genosid” hesab etmişdi. 
Maraqlıdır ki, adı çəkilən Sazişin BMTəhlükəsizlik Şura-
sı  tərəfindən beynəlxalq  hüquqi  qüvvəyə minməsi prosesi çox 
uzun  çəkdi:  Fransa  (1951),  SSRİ  (1954),  Böyük  Britaniya 
(1970), Çin Xalq Respublikası (1983) və ABŞ (1988). 
Dünyada “genosid” müzakirəsi və alınan qərarlar əsasən 
2-ci  Dünya  savaşında  təqribən  6  milyon  avropalı  yəhudinin 
faşistlər tərəfindən öldürülməsi (Holocaust) ilə əlaqədar başla-
nılmışdır. Yeni dövrdə soyqırım kimi dəyərləndirilən çox qanlı 
hadisələr baş vermişdir. Qırmızı khmerlərin (Pol Potun rəhbər-
lik etdiyi Kamboca Kommunist Partiyasının) 1975-1979-cu il-
lərdə ideoloji və etnik əlamətlərinə görə təqribən 1,7 milyon in-
sanı  məhv  etmələri  əksəriyyət  tərəfindən  soyqırım  kimi  qəbul 
olunub. 
Rwanda  (Ruanda)  soyqırımının  (1994)  qurbanları,  müx-
təlif  rəylərə  görə  sayca  500  min  ilə  bir  milyon  arasındadır, 
BMT-yə görə təqribən 800 min ətrafındadır. Hutu və Tutsi adlı 
iki xalq arasında və Hutuların öz arasında baş verən bu dəhşətli 
soyqırımda 100 minlərlə qadın və qızlar zorakılığa məruz qal-
mışdı.  
Bosnia soyqırımında Srebrenicada (1995) 8-9 min bosni-
yalı müsəlmanın  bəzi  silahlı serblər tərəfindən öldürülməsi  və 


 
172 
 
 
 
25-30 min insanın deportasiyaya uğraması Avropada 2-ci Dün-
ya  savaşından  sonra  ən  böyük  insan  qırğınıdır.  Bu  faciə  qur-
banlarının sayının qat-qat çox olduğunu iddia edənlər də var. 
Azərbaycanın Dağlıq Qarabağ ərazisində yerləşən Xocalı 
yaşayış  məntəqəsində  erməni  silahlı  qüvvələri  tərəfindən  dinc 
əhaliyə qarşı törədilən qırğın (26 fevral 1992) da çağdaş zama-
nımızın qırğın-soyqırım siyahısında yer tutur. 
 
Tarixdə faciə, qırğın və soyqırım 
 
Tarix  boyu  dinc  əhalinin  həyat  fəaliyyətini  məhdudlaş-
dırmaq, deportasiya etmək və kütləvi qırğınlar törətmək cəhd-
ləri olub. Bu cəhdlərin böyük əksəriyyəti böyük faciələrə, dəh-
şətli qırğınlara, soyqırıma gətirib çıxarıb. 
Avropalıların  (ispan,  portəgiz,  ingilis  və  fransızların) 
Amerikanı  kəşfindən  sonra  yerli  Amerikalıların,  aborigenlərin 
sıxışdırılması,  deportasiyası  və  məhv  edilməsini  bir  sıra  tarix-
çilər tarixin ən böyük soyqırımı kimi qiymətləndirirlər. Bu faciə-
nin  qurbanlarının  sayı  barədə  çox  fərqli  fikirlər  irəli  sürülür  – 
milyonlar, on milyonlar və daha çox.  Avstraliyada Tasmaniya 
aborigenlərinin  də  kütləvi  qırğına  –  soyqırıma  uğradılması 
Amerikadakı  aborigenlərin  soyqırımına  bənzədilir.  Rusiyanın 
19-cu  əsrdə  Qafqazı  işğal  etməsi  və  sonrakı  dövrdə  apardığı 
siyasət  nəticəsində  baş  verən  böyük  deportasiya  və  qırğını  da 
soyqırım kimi qiymətləndirənlər çoxdur. Xüsusilə, 400 mindən 
çox çərkəsin (adıgeyin) öldürülməsini və təqribən 500 min əha-
linin  deportasiya  olunması  və  ya  qaçaraq  canını  qurtarmasını 
(Osmanlıya  qaçması)  19-cu  əsrin  ən  böyük  qırğını-soyqırımı 
sayanlar var. 
Birinci  dünya  müharibəsi  dövründə  deportasiyaların  və 
hökumətlərin  məsuliyyətsizlikləri  üzündən  böyük  sayda  insan 
qırğınları  baş  verirdi.  O  cümlədən  Qafqazda,  İranda,  Yaxın 
Şərqdə və Balkanlarda əhali, xüsusilə türklər deportasiyaya və 
qırğınlara  məruz  qalmışdılar.  Rusiya  ilə  savaşda  olan  Osman-


Yüklə 8,56 Mb.

Dostları ilə paylaş:
1   ...   46   47   48   49   50   51   52   53   ...   88




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə