Elm və SƏNƏt məCLİSİ 11-20



Yüklə 8,56 Mb.
Pdf görüntüsü
səhifə58/88
tarix19.07.2018
ölçüsü8,56 Mb.
#56866
1   ...   54   55   56   57   58   59   60   61   ...   88

 
197 
 
 
 
var, o kitaba internetdə də baxa bilərsiniz: “Who writes whose 
history (facts)” (Kim kimin tarixini yazır”). Biz, məsələn, So-
vetlərin dağılma tarixini yazanda kimin tarixini yazırıq? Bakılı-
ların tarixinimi, Gəncədə baş verənlərimi və ya başqa şəhərləri-
mizdə olanlarımı? Yəni loqohistoqrafiya yoxdur, burada meqa-
histoqrafiya var. Böyük şərhlərin histoqrafiyası var. Onun üçün 
mühümdür  ki,  tarixi  kim  yazıb  və  kimin  tarixini  yazır.  Onun 
üçün  tarixşünaslıqda  post-kolonializmin  bir  məsələsi  də  lokal, 
yerli tarixin çox mühüm olmasıdır. Bizim tarixşünaslıqda yerli 
tarix yoxdur, meqatarixlər var. Böyük şöhrət tarixləri, sülalələ-
rin tarixləri var, milli qlobal tarix yoxdur.  
İkincisi, bir avropizm, avrosentrizm var – avrosentrik ta-
rixşünaslıq var. Avropizm deyəndə, biz elə qəbul edirik ki, ma-
vi gözlü, sarışın bilikli adamdır. Yəni bir bizdə Qərb heyranlığı 
var. Məsələn, bir şey xaricdə, ingilis dilində çap olanda, məsə-
lən, İranda tez tərcümə eləyirlər. İranın tərcümə işi çox yaxşı-
dır,  çox  böyükdür.  Hər  il  kitab  sərgiləri  olur  və  o  qədər  kitab 
tərcümə  eləyirlər  ki,  mat  qalırsan.  Niyə  bu  tərcümə  hissi  var? 
Tərcümə  pis  deyil.  Amma  bu  heyranlıq  haradan  gəlib  ki!.. 
Qərbdə çap olunan istənilən kitaba heyran oluruq. Bunu biz qə-
bul  eləmişik,  çünki  bunu  avrosentrizm  bizə  verib.  XIX  əsrdə 
bizə  başa  salıbdır  ki,  biz  biorijinal, məntiqsiz  adamıq.  İndi  siz 
deyin ki, məsələn, Afinada renessans nədir? İntibah varmı? Ni-
yə siz onu zorla istəyirsiniz ki, Afinaya aparasız. İngiltərədə nə 
intibahı var? Amma o intibahı  yavaş-yavaş orientalizm  ortaya 
qoyur. O intibahı ortaya qoyanda bir avropizm gəlir. Özü də bu 
avropizm  biz  istəyə-istəyə  gəlib.  Bu  avrosentrizmi  biz  qəbul 
eləmişik. Mənim başıma bir dəfə belə bir hadisə gəldi: Bir ic-
lasda  oturmuşdum.  Bir  nəfər  tarixşünaslar  haqqında  danışırdı. 
Mən  də  1905-ci  ildən  –  rus  inqilabından,  İran  inqilabından, 
Məşrutədən  danışdım.  Ondan  sonra  başladım  Meksikadan  da-
nışdım,  Meksikada  da  konstitusiya  lazım  oldu.  1913-cü  ildə 
Çində də olub. Belə abu-havadan danışırdım. Birisi durdu aya-
ğa və mən dedim ki, siz bunları bilirsiz? Dedi ki, yox, bilmirəm. 


 
198 
 
 
 
Bunu  adi  ingilis  danışırdı.  Dedim:  “Siz  Çin  inqilabını  bil-
mirsiz?”  Dedi:  “Yox”.  Dedim  ki,  siz  1905-ci  il  Rus  inqilabını 
bilmirsiniz? Dedi: “Yox”. Dedim, 1906-cı il  İran  inqilabını bil-
mirsiniz? Dedi: “Yox”. Məşritə inqilabını? Dedi: “Yox”. Dedim: 
“Yaxşı, sağ olun”. Təxminən  yarım saatdan sonra bu adam da-
nışmağa başladı, danışdı-danışdı, gəldi Fransız inqilabına. Mənə 
dedi  ki,  siz  bilirsiz  ki,  Fransız  inqilabında  nələr  oldu?  Dedim, 
yox. Dedi, siz Fransız inqilabını bilmirsiz? Dedim ki, bilmirəm. 
Niyə,  mən  məhkumam  ki,  sənin  tarixini  öyrənim,  amma  sən 
mənim  tariximi  bilmirsən.  Bu  mənim  hərəkət  nöqtəmdir  ki, 
niyə gərək hamı Avropa tarixi oxusun? Niyə? Onun üçün baş-
ladı ki, mən niyə modernizmdə Veber konseptini qəbul eləmi-
rəm? Doğma yeri Avropada modernçilik qlobal bir proyektdir. 
Modernçilik,  məsələn,  1400-1500-cü  illərdən  başlayaq,  gələk 
1800-1900-cü  illərə.  300-400  ildir  ki,  onlar  işğal  etməyə  baş-
ladı  dünyanı.  Hindistanda  modern  imperatorluq  var.  Monqol 
imperatorluğu  var  idi,  ərəblər  var  idi,  Osmanlı  imperatorluğu 
var idi. Böyük imperatorluqların dönəmi idi və bu, o demək de-
yil  ki,  o  adamlar  qəflətdə  yaşayırdılar.  Qlobal  bir  proyektdir 
modernlik  və  avromodernlik,  qlobal  bir  proyekti  mən  qəbul 
eləmirəm.  
Amma bu avrosentrik məntiqi gəlib bir nöqtəyə yetişir ki, 
mən  adını  qoymuşam  historisizm.  Historisizm  deyəndə,  yəni 
zorla  bir  tarix  öyrətmə  var.  Sanki  biz  hamımız  təbib  otağının 
qarşısında, gözləmə zalında oturmuşuq, kimsə gəlir, bizi bir-bir 
çağırır.  Modernləşmə  sıza-sıza  gəlir  modern  olur,  historisizm 
belə  yaranır.  Marksizmin  də  içində  belə  bir  historisizm  var. 
Yəni  Marksın  fəlsəfəsi  özü  də  çox  avropasentrik  fəlsəfə  idi. 
Ona tənqidi baxımdan, deyim ki, marksizm çox avrosentrik bir 
düşüncədir.  Historisizm  deyəndə  tamamən  gəlib  bizim  indiki 
həyatımızı  görürük,  biz  tamamilə  iqtisadi,  siyasi  problemləri-
mizi Avropa modernlərinə bənzətmək istəyirik.  
Milli tarixi yazmaq çox mühümdür. Hindistanda bir mək-
təb  var.  Başlayıblar  onu  tənqid  eləməyə.  Çünki  istiqlaldan 


 
199 
 
 
 
sonra  hind  tarixşünaslığı  konqres  tərəfindən  dominant  oldu. 
Onlar  elit  bir  şeyi  ortaya  qoydular.  İndi  mən  istərdim  sizə  bir 
neçə elit şeylər göstərim. Tarixə baxanda IX – X əsrlərdə indiki 
Pakistan  ərazisində  Samanilər  gəlirlər  meydana:  I  Samani,  II 
Samani,  III  Samani...  Milli  tarix  köhnə  tarixi  gətirib  bu  günə 
yapışdırmaq istəyir. Amma Samanidən sonra nələr oldu? Yəni 
XI əsrlə XIX əsr arasında böyük bir dövr var. İndi Tacikistanda 
bir  problemə  çevrilib,  bilmirlər  bu  cür  məsələləri  nə  cür  həll 
eləsinlər. Qırğızıstanda Manas məsələsi gəlir. Tarixşünaslıq və 
arxeologiyada qərar olur ki, milləti bir-birinə yapışdırsın.  
Mən deyirəm ki, post-kolonializmə baxanda paradokslara 
diqqət  verək.  Əmir  Teymur  XV  əsrdə  meydana  çıxdı.  Sual 
odur ki, Əmir Teymurdan sonra nə oldu o ölkədə? Şeybanilər 
gəldilər.  Şeybanilər  Teymurilərlə  vuruşdular.  Amma  Özbəkis-
tanın  milli  tarixində  Şeybanilərin  izi  yoxdur.  Niyə  Əmir  Tey-
muru  gətirmişik?  Çünki  tarixə  baxanda  ən  böyük  adamımız 
Teymurdur. Gəlin Teymuru saxlayaq. O, bizim tariximiz olsun. 
Amma Şeybanilər məsələsi nə olacaq? 
Hələlik bu qədər. Dinlədiyinizə görə təşəkkür edirəm! 
 
Solmaz Rüstəmova Tohidi: 
 – Təşəkkür edirik, Turac bəy! 
Kimin sualı varsa, buyursun! 
 
Esmeralda Ağayeva: 
 – Turac bəy, qısa bir şey demək istəyirəm ki, milli təlimin 
səviyyəsinə görə, etiraf eləmək lazımdır ki, siz və Edvard Səid 
avropasayağı, Avropa tərzində təhsil almısınız. Düzdürmü? 
Professor Turac Atabəki: 
 –  Yox...  Mən  təhsilimi  əvvəl  İranda,  sonra  xaricdə  almı-
şam. 
 
 Esmeralda Ağayeva: 
 – Onu bu sayaq genişləndirmisiniz də... Mənə elə gəlir ki, 
ona görə də kənardan hər şeyə nəzər sala, analiz eləyə bilirsiz 


Yüklə 8,56 Mb.

Dostları ilə paylaş:
1   ...   54   55   56   57   58   59   60   61   ...   88




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə