Elm və SƏNƏt məCLİSİ 11-20



Yüklə 8,56 Mb.
Pdf görüntüsü
səhifə61/88
tarix19.07.2018
ölçüsü8,56 Mb.
#56866
1   ...   57   58   59   60   61   62   63   64   ...   88

 
208 
 
 
 
rın olduğunu bilirik, çox adları tanıyırıq. Amma, özünü az qala 
tamamılə bu işə həsr eləmiş yaradıcı insanlar var Türkiyədə. Bu 
söz  birinci  növbədə  professor  Yavuz  Akpınara  aiddir.  Yavuz 
Akpınar  Azərbaycan  ədəbiyyatının,  mənəviyyatının,  düşüncə 
tərzinin  ən  görkəmli  araşdırıcılarındandır.  Türkiyənin  Ege  Uni-
versitəsinin dil və ədəbiyyat bölümündə çalışır. Muharrem Ergin 
kimi,  o  da  əslən  biz  tərəflərə  yaxındır.  Yəni  Türkiyənin  Şərqi 
Anadolu  bölgəsindəndir.  Bu  bölgədən  olan  ədəbiyyatsevər  in-
sanlar  Azərbaycan  folkloruna,  Azərbaycan  ədəbiyyatına  bağlı 
olurlar. Çünki ora tarixən Şərq və Qərb oğuzlarının, zaman-za-
man  bir-biri  ilə  siyasi-hərbi  savaşlar  üzündən  qarşı-qarşıya  du-
ran, savaşan, ayrılan, ayrı-ayrı sərhədlər içində qalan, lakin ədə-
biyyatı eyni olan iki Türk dünyasının məskəni olub. Yavuz bəy 
gənc  yaşlarından  Ərzurumda  Azərbaycan  ədəbiyyatına  böyük 
maraq  göstərib.  Məsələn,  Mirzə  Fətəli  Axundov  haqqında  çox 
gözəl  tədqiqat  aparıb  və  Türkiyədə  onun  tam  külliyyatını  nəşr 
eləyib. Bu, Yavuz bəyin ilk ciddi elmi əsərlərindən biri olubdur. 
Sonra  elə  Sovet  vaxtında  –  gediş-gəlişin  o  çətin  günlərində  – 
1970-ci  illərdə  həm  Arazın  bu  tayındakı  Azərbaycana,  həm  də 
Cənubi  Azərbaycana  gəlib-gedib.  Maraqlıdır  ki,  biz  –  şimallı 
azərilər  bir  ara,  ixtisaslaşmış  oxucular  və  yaxud  az  sayda  mü-
təxəssislər  istisna  olmaqla,  cənub  ədəbiyyatını  az  bilirdik.  Hal-
buki, bu taydakı irili-xırdalı bütün şairləri çox yaxşı tanıyırdıq.  
Cənubi  Azərbaycan  şair  və  yazıçılarını  Türkiyədə  daha 
tez  və  geniş  araşdırmağa  başladılar.  Çünki  bizim  yaşadığımız 


 
209 
 
 
 
Sovet dövründə Türkiyə ilə İran arasında gediş-gəliş daha rahat 
idi.  Bir  sıra  hallarda  Şəhriyarın  və  digər  Cənubi  Azərbaycan 
şairlərinin,  yazıçılarının  Türkiyədə  nəşri  bizdən  –  Azərbaycan 
Sovet  Respublikasından  bir  az  qabaq  baş  verirdi.  Bu  sahədə 
Yavuz bəy də çox çalışıb. Əslində, o, Şəhriyarın həm dil, həm 
nəşr, həm də ətraflı araşdırılması baxımından çox mühüm işlər 
gördü. Mən Yavuz bəyin yaradıcılığını geniş xarakterizə etmək 
niyyətində  deyiləm,  sadəcə,  bir  giriş  sözü  olaraq,  Yavuz  bəyi 
sizə  təqdim  edirəm.  Yavuz  bəy  Azərbaycan  ədəbiyyatının  ən 
qədim  dövrlərinə  də  baş  vurub,  araşdırıb,  bu  barədə  yazıları 
var. Amma o, daha çox XIX – XX əsrləri tədqiq edib.  
Təbii  ki,  Yavuz  bəy  öz  araşdırma  sahəsini  get-gedə  ge-
nişləndirir. Son illər o, Məhəmməd Əmin Rəsulzadənin arxivi 
və nəşri üzərində düşünür. Ümumiyyətlə, bu alimin yaradıcılı-
ğının getdikcə daha da budaqlandığı, rəngbərəng olduğu aydın 
görünür. Məncə, indi onun yaradıcılığının ən məhsuldar dövrü-
dür,  çiçəklənmədən  sonra  ağac  bar  verir,  meyvə  verir.  Uzun 
illərdir  içində,  beynində,  qəlbində  çoxlu  materiallar  hazırlayıb 
və  onları  kağıza  köçürmək,  oxuculara  çatdırmaq,  tədqiqatçı 
kimi  onun  əsas  vəzifəsidir.  İndi  o,  geniş  mənada  Türkiyədən 
kənarda yaşayan türklərin ədəbiyyatı ilə məşğul olmaq əzmin-
dədir və bu işi görür!  
Biz  son  dəfə  Yavuz  bəylə  Bakıda  Türk  Xalqlarının  Qu-
rultayında görüşdük. Əslində, mən onu çoxdan dəvət etmək is-
təyirdim,  bu  qurultayda  yaxınlaşdıq  və  onu  Bakıya,  “Elm  və 
Sənət Məclisi»mizə dəvət elədik.  
Yavuz  bəy,  çox  sağ  olun  ki,  dəvətimizi  qəbul  elədiniz, 
gəldiniz. İndi sözü Sizə verirəm. 
 
Mövzumuz genişdir və yüzlərcə araşdırmanı əhatə edir 
 
Yavuz Akpınar: 
 – Təşəkkür edirəm.  
Azərbaycan  və  Türkiyə  arasındakı  əlaqələr,  Türkiyədə 


 
210 
 
 
 
Azərbaycanla  bağlı  aparılan  araşdırmalar  haqqında  çox  şey 
söyləmək mümkündür. Amma zamanımız çox azdır. Onun için 
mən  Türkiyədə  Azərbaycan  ədəbiyyatı  haqqında  aparılan 
tədqiqatların ən önəmlilərindən danışmağa çalışacağam.  
Mövzumuz  olduqca  genişdir  və  yüzlərcə  araşdırmanı 
əhatə  edir.  Bu  baxımdan,  mən  burada  ancaq  tutarlı  araştırma-
lardan, Azərbaycanda az bilinən və ya heç bilinmədiyini sandı-
ğım bəzi əsərlərdən bəhs edəcəyəm. Mövzunu tarix, ədəbiyyat, 
dil və müxtəlif antologiyalar şəklində ələ almağa üstünlük ver-
dim.  
Osmanlıların qədimdən  
Qafqaz və Dağıstanla yaxın əlaqələri vardı 
 
Tarix araĢdırmalarına ümu-
mi  bir  baxıĢ.  XVIII  əsrə  qədərki 
Azərbaycan  tarixi,  dili,  ədəbiyyatı 
əsasən  bu  dövrə  qədər  yetişmiş  bir 
çox şəxsiyyətin fəaliyyətləri, düşün-
cələri  və  əsərləri  Türkiyədə  kifayət 
qədər  araşdırılmış,  öyrənilmişdir. 
Səfəvi-Osmanlı  davalarının,  rəqa-
bətinin bəlkə də tək müsbət nəticəsi 
budur.  Qacar-Osmanlı  dövrü  Səfə-
vilər qədər böyük çəkişmələrə səhnə 
olmamış  və  Osmanlılarda  Qafqaz 
(təbii  Quzey  Azərbaycan  da  bunun 
içində) və İran bölgəsinə maraq getdikcə zəifləməyə başlamış-
dır.  
Bunun əksinə olaraq Qars, Ərzurum, Batum vilayətlərinə 
qədər irəliləmiş rus istilası, əskidən İrana qarşı göstərilən diq-
qət və marağı bu dəfə Çar Rusyasına yönəltmişdir. Osmanlıla-
rın  qədimdən  bəri  Qafqaz  və  Dağıstanla  yaxın  əlaqələri  vardı 
və bu bölgələri  yaxşı  tanıyırdılar. Osmanlı əsgər və diplomat-
ları,  saray  çevrəsi,  itellektual  mühiti,  Dağıstan  haqqında  bir 


Yüklə 8,56 Mb.

Dostları ilə paylaş:
1   ...   57   58   59   60   61   62   63   64   ...   88




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə