200
və s. Bizim də faciəmiz və bədbəxtçiliyimiz odur ki, Avropa
səviyyəsinə qalxmaq üçün milli təlimi o səviyyədə görmək is-
təməyənlər var. O səviyyəyə çatandan sonra biz deyə bilərik ki,
məsələn, mən mənəm, sən də sən. İndi lokal tarixləri yazmaq
üçün cəhd göstərməliyik və buna da müəyyən səviyyə lazımdır.
Professor Turac Atabəki:
– Mən bir şeyi başa düşmədim, deyirsiz ki, məsələn, Av-
ropada belədir, biz belə danışırıq. Amma sual budur ki, mən
Şərq adamıyam. Mən sizə bir şey deyim, dəfələrlə Türkiyədə,
müxtəlif ölkələrdə keçirilən konfranslarda da demişəm. Allah
qoysa, bir neçə aydan da sonra bizim burada da konfransımız
olacaq. Bizim bir cəmiyyətimiz də var. Mən deyirəm ki, niyə
siz Hindistana baxmırsınız? Hindistan nəhəng ölkədir. Niyə
Hindistan tarixşünaslığını araşdırmırsınız? Mən ora gedəndə,
bir “kitab evi”ndən post-kolonializm haqqında kitablar aldım,
hindlilər yazıblar. Son dərəcə gözəldir, mən ondan çox istifadə
edirəm.
Esmeralda Ağayeva:
– Avropaya çatanda da mən deyə bilərəm ki, mən
mənəm. Çatmaq lazımdır, ötmək lazımdır. Mən istərdim ki, biz
kosmosa da uçaq. Məsələn, oradan baxıb görək biz hansı
məsələlərlə məşğuluq. Səviyyəmizi qaldırmaq lazımdır.
201
Professor Tofiq Hacıyev:
– Əvvəla Turac bəy çox sağ olsun ki, Qərbdə yaşayan
Şərqin alimi kimi bizə son dərəcə dəyərli və dərin məlumat
verdi. Biz hamımız istəyirik görək ki, bu baxışdan Qərbə domi-
nant demək olar, ya yox. Yəni Qərbdə tarixə bu nöqtədən, bu
ocaqdan baxan adamların sayı çoxdur. Turac bəyə bu gün oriji-
nal baxmağa imkan verən Şərqin keçmişidir, Şərqin mənşəyi-
dir. Amma bu, tarixçilər məclisidir. Biz burada tarix elminin
problemlərindən danışırıq. Çox böyük tarixdən – makrotarix-
dən danışırıq. Şərq, Qərb... yüzilliklər, minilliklər... Amma biz
bu gün müstəqil Azərbaycanda yaşayırıq. Biz indiki, indi yaşa-
dığımız tarixi düzgün bilirik. Deyirsiniz, o, tarix elmini Qərbdə
oxuyub, Qərb elmini əks etdirir, Qərb elminin yüksəkliyindən
danışırsınız. Biz də yüksək səviyyəli sovet elminin yetirmələri
idik. Sovet elmi dünyanın inkişaf etmiş dövlətlərinin elmi ilə
rəqabət aparırdı və bizim də çox güclü metodologiyamız var.
Biz onu bir kənara qoyuruq. Gəlin, indiki Azərbaycan elmin-
dən danışaq. Çox gözəl sözlər dedi Turac bəy. Biz meqatarix
yazırıq, millətlərin tarixini yazırıq. Amma kiçik bir kəndin, bir
rayonun, kiçik bir hadisənin tarixini yazmırıq. Mən sizə bir şey
deyim. Məsələn, mən keçən il bir kitab oxumuşam. “История
Второй Республики Азербайджан 1988-93”.
*
Moskvada
“Qranitsa” nəşriyyatında çıxıb. Həmrəylik mövzusundadır.
*
Söhbət: Расим Агаев. Зардушт Ализаде. «Азербайджан. Конец второй респуб-
лики (1988-1993)». Москва, 2006. – kitabından gedir.
202
Müəllifi Rasim Ağayevdir. O, Azərbaycanın 1-ci şəxslərin kö-
məkçisi kimi Prezident Aparatının 5-ci mərtəbəsindən baxır.
Mən də Azərbaycanın fəal vətəndaşlarından biri idim. Küçələr-
dən baxmışam. Təsəvvür eləyin ki, bu kitab çıxıb. Cəmisi 1000
nüsxə çıxıb, 700 nüsxəsi Moskvada yayılıb. 300 nüsxə gəlib
Azərbaycana. Deməli, balaca bir kitab şirkəti çap edib. Düşün-
düm ki, yəqin bu Azərbaycan Elmlər Akademiyasının funda-
mental kitabxanasının direktorudur. Dedim ki, bəs, belə bir
kitab çıxıb, Moskvada yaşayan iki azərbaycanlı yazıb. Onun iki
nüsxəsini istəyirik sizin kitabxanaya bağışlayaq. Deyir, onu
kim yazıb?
Mənim fikrimcə, Azərbaycan elmində çox mühümdür ki,
elə bir hərəkatın iştirakçıları şahidi olduqları hadisələri, öz
xatirələrini yazsınlar. Məsələn, mən bilirəm ki, Azərbaycan
Xalq Cümhuriyyətinin tarixinə dair elmlər doktoru adına disser-
tasiya yazırdılar. O dissertasiyanın mənbələrinin 98%-i “Azad-
lıq” qəzetinin materiallarıdır. Bu necə tarix olubdur, hamı bil-
mir? Azərbaycanın müasir tarixi əsatirlər üzərində qurulub.
Solmaz Rüstəmova Tohidi:
– Esmeralda xanım bizim çox ağrılı bir nöqtəmizə to-
xundu. Daha doğrusu Turac bəy buna təkan verdi.
Turac bəygilin institutunda bir proyekt var idi. Onu bu-
rada Bi-Bi-Si ilə birlikdə mən həyata keçirtdim. O, bir şifahi
tarix proyekti idi – bəlkə biz bu tarixə ciddi baxmırıq. Amma
onlar, o institut çox mobil işləyir. Biz 1988-93-cü illər ərzində
bu hərəkatda olan həm kommunist liderlərdən, həm xalq hərə-
katında iştirak eləyən adamlardan, həm də xalqın digər nüma-
yəndələrindən müsahibə aldıq. Öz adımdan deyim ki, məncə, o
da son istinad, son həqiqət deyil. Çünki əvvəla bu, hər kəsin
subyektiv mövqeyi idi. Yəni bu tarixə kompleks baxmaq la-
zımdır. İkincisi, o partiya xadimləri şübhəsiz ki, səmimi deyil-
dilər. Yəni axıra kimi hamı qorxurdu. Amma müəyyən qeyri-
dəqiqliklər olsa da, o da bir mənbədir.
203
Professor Turac Atabəki:
– Mən sizə deyim ki, mənbələr müxtəlifdir. Biz heç vaxt
iddia eləməmişik ki, filan mənbə yeganədir. Siz o həyatı keçib-
siz, siz gərək öz xatirələrinizi yazasınız – bu məmləkətdə nə
baş verdi. Bu, çox mühümdür. Amma deyim ki, məhəlli
tarixlər tarixşünaslıq baxımından, mühüm əhəmiyyət kəsb edir.
Ümumiyyətlə, əsrlər boyu həm Avropada, həm Asiyada tarix-
şünaslıq olubdur – politik tarix, siyasi tarix və s. XX əsrdən
başlayaraq, tarixşünaslıqda yeni bir səhifə açıldı, o da sosial
tarixdir. Yəni yavaş-yavaş sosial tarix gəlir, ictimai tarix gəlir.
Biz buna “tarixə yuxarıdan deyil, aşağıdan baxmaq” deyirik.
İndi təqribən 30-35 ildir ki, bu sosial tarixdə belə bir məktəb
meydana gəlibdir. Ona da günlük həyat tarixi deyirlər.
Məsələn, mən sizə bir nümunə verim. 1935-39-cu illəri əhatə
edən çoxlu kitablar var. Ruslar yazırlar, avropalılar, asiyalılar...
yazırlar. Amma onların çoxu, mənə görə, siyasi tarixdir.
Hadisələrə yuxardan baxırlar, rəqəmlər əsasında məlumatlar
verir – neçə nəfər getdilər, neçə nəfər qaldı, filan. Amma mən
bilmirəm, məsələn, o dövrdə Maqadanda nə baş verdi, həyat nə
cür idi Maqadanda? İndi iranlı Dr.Səfərli Tehranda “Maqa-
danda heç kəs qalmır” adli təzə bir kitab çap etdirib. O qədər
yaxşı kitabdır ki, mən onu oxuyanda görürəm ki, Maqadanda
səhərdən axşama kimi həyat nə cür idi, insanlar nə cür
yeyirdilər, içirdilər, yatırdılar, işləyirdilər. Belə bir sosial tarix
var.
Bu gün Avropada artıq bu cür romanlar da var. Əslində,
elə onlar da siyasi tarixdir.
Solmaz Rüstəmova Tohidi:
– Məncə, bugünku məclisimiz də kifayət qədər maraqlı
oldu. Hər birinizə təşəkkür edirəm! Sağ olun!
Dostları ilə paylaş: |