205
Professor Hamlet Ġsaxanlı:
– Xəzər Universitəsində
artıq il yarımdır davam eləyən
“Elm və Sənət Məclis”lərinin
18-ci toplantısını açıq elan edi-
rəm. Bir qayda olaraq bizim
məruzəçilər seçilmiş, öz sahə-
lərinin liderləri insanlar olur.
Biz onları
dəvət edirik,
onlar bir
məruzə edir və məruzə ətrafın-
da burada peşəkar iştirakçılar
müzakirələr aparırlar.
Böyük Fuad Köprülü
Bugünkü mövzumuz Azərbaycan ədəbi düşüncəsinə, Azər-
baycan mədəniyyətinə, eləcə də türk ədəbiyyatına, türk mədə-
niyyətinə birbaşa dəxli olan bir məsələdir. Biz Azərbaycan ədə-
biyyatını
bir az kənardan, amma yaxından işıqlandırmaq fik-
rindəyik, bu mədəniyyətin Türkiyədə araşdırılma tarixinə nəzər
salmaq istəyirik. Ümumiyyətlə, hər xalq, o cümlədən azərbay-
canlılar – Azərbaycan türkləri öz ədəbiyyatının, musiqisinin,
memarlığının, sənət dünyasının dünyada tanınmasını arzu edir,
bununla da dünya mədəniyyətində öz sözünü demək, onun iş-
tirakçısı olmaq istəyir. Bu gün ədəbiyyatdan söhbət açacağıq.
Belə bir fikir var ki, ilk dəfə dünya ədəbiyyatı və onun konsep-
siyası haqqında fikirləri bir mövzu kimi böyük alman mütəfək-
kiri və şairi Goethe diqqət mərkəzinə çıxarıbdır. Bütün türk
xalqları ədəbiyyatında bu mövzuya – bütövlükdə türk ədəbiy-
yatı tarixi, türk düşüncə tarixinə ən çox nüfuz edən insan əsər-
lərinə bələd olduğumuz və bu mənada hamımızın tanıdığımız
böyük Fuad Köprülü (1890-1966) olubdur. Onun türk dünya-
sına
bütövlükdə, bərabər, müntəzəm nəzər
salmaq gücü və ehti-
rası vardı. O, Azərbaycan ədəbiyyatının tədqiqi sahəsində də
207
qədər Azərbycan ədəbiyyatının xülasəsi verilmişdir bu əsərdə.
Fuad Köprülü ayrı-ayrı şairlərin həyat və yaradıcılığına xüsusi
məqalələr həsr etmişdir. Bunların içərisində Həbibi və Füzuli
xüsusilə seçilirlər.
Digərləri:
Təbii ki, “Dədə Qorqud”, “Koroğlu” kimi dastanlar üzə-
rində çalışan Türkiyəli alimlər bununla Azərbaycan xalq ədə-
biyyatını da araşdırmış olurlar. Eyni sözü Füzuli kimi Azəri
ləhcəsində yazan şairlərin Türkiyədəki tədqiqatçılarına da aid
etmək olar (Abdulbaki Gölpınarlı – Azərbaycan əsillidir, İsma-
yıl Hikmet, Abdulkadır Karahan...).
“Dədə Qorqud” və Orxon abidələrinin tanınmış tədqiqat-
çısı Muharrem Ergin “Azeri Türkçesi” əsəri ilə Şəhriyarın
“Heydərbabaya Salam” əsərinin və ona yazılmış nəzirələrin dil
xüsusiyyətlərini araşdırdı. O, həmçının, Qazi Bürhanəddinin
divanını tam şəkildə nəşr etdirdi və “Dədə Qorqud kitabı” üzə-
rində tədqiqatlar apardı.
Ahmet Caferoğlu (Əhməd Cəfəroğlu) və M.Ə.Rəsulzadə
kimi Azərbaycan mühacirləri Türkiyədə Azərbaycan ədəbiyya-
tının araşdırılması və tanıdılması üçün çox iş gördülər.
Lakin bəzi Türkiyəli tədqiqatçılar arasında Azərbaycan
ədəbiyyatıını “daraltmaq”, onu Osmanlı-Türkiyə ədəbiyyatının
bir hissəsi kimi təqdim etmək cəhdləri də mövcuddur. Məsələn,
mən bir neçə il bundan əvvəl Semih Tezcan və Hendrik Boe-
schoten tərəfindən hazırlanmış “Dədə Qorqud”un bir nəşrini
görmüşdüm. Əsərin girişində nəticə çıxarmağa çalışırlar ki, bu
əsərin (daha dəqiq desək, Drezden nüsxəsinin) Azərbaycan ləh-
cəsi ilə əlaqəsi yoxdur.
Anadolu tarixən türklərin birləşdiyi yer olub
Biz çağdaş Türkiyə tarixində və ədəbiyyatında Azərbay-
canla bağlılığı olan, bu istiqamətdə tədqiqatlar aparan insanla-