Elm və SƏNƏt məCLİSİ 11-20



Yüklə 8,56 Mb.
Pdf görüntüsü
səhifə63/88
tarix19.07.2018
ölçüsü8,56 Mb.
#56866
1   ...   59   60   61   62   63   64   65   66   ...   88

 
214 
 
 
 
lisdə  ticarətlə  məşğul  olan  Mühiddin  Birgən  o  ərəfədə  Azər-
baycanın maarif komissarı olan Mustafa Quliyevdən “Azərbay-
can  maarifini  islah  etmək”  üzərə  onu  Bakıya  dəvət  edən  bir 
məktup  alır.  Məktubda  Mühiddin  Bəyin  irəli  sürəcəyi  bütün 
şərtlərin qəbul ediləcəyi əvvəlcədən bildirilmişdir.  
M.Birgən xatirəsində dəvət edilmə səbəbini elə açıqlayır:  
“O  tarixte  Azerbaycan’ın  siyasi  hakları  hayli  daraltıl-
mış  olduğu  için  halk  karşısında  kendilerini müşkül  mevkide 
hisseden Azeri komünistleri, hiç olmazsa milli maarife kuvvet 
vermek  suretiyle  kendilerini  sevdirmek  ihtiyacını  hissediyor-
lardı.  Benim  Tiflis’te  geçirdiğim  bir  buçuk  sene  içende  siya-
setle  meşğul  olmayışım,  buna  mukabil  bir  taraftan  ticaretle 
uğraşmakla  beraber  bir  taraftan  da  ilim  ile  uğraştığım  da 
birçok Azeriye malumdu. Azerbaycan’da milli bir maarif yap-
mak  için  eksik  olan  başlıca  şey  de,  felsefi  ve  içtimai  ilimleri 
Türk dili ile okutacak hoca unsuru idi. Mektepte ve ilim sa-
hasında  da  işlenmemiş  olan  Azeri  Türkçesini  işlemek  ve  bu 
dil  ile  maarif  yapabilmek  için  bunun  işlenmesini  temin  ede-
cek bir dilciye ihtiyaçları vardı.”  
Müəllif Tiflisdəki bəzi tanışlarının tövsiyyəsi ilə bu dəvət 
işinin həyata keçirildiyini söyləyir, amma ad göstərmir. Rus in-
qilabçılarının  “Oktyabr  inqilabının  dili”  olaraq  tanımladıkları 
ruscaya  çox  üstünlük  verdiklərini,  milli  dillərə  önəm  verilmə-
sini heç xoş qarşılamayacaqla-rını təxmin etdiyini söylədikdən 
sonra: “Benim Azerbaycan lehçesini ilmi bir Türk dili haline 
getirmek  üzere  Baku’ya  gitmemi  inkılap  hoş  görmeyecekti. 
Milliyet  fikrini  ortadan  kaldırmak  isteyen  inkılap,  milli  bir 
dilin  yeniden  kuvvetlenmesi  gayesiyle  sarf  edilecek  gayretten 
memnun  olacak  değildi,”  –  deyərək,  ittihatçıların  Qafqaz  və 
Azərbaycanda o dövrlerde oynadıqları rol səbəbilə, inqılabın da 
ondan  şübhə  edəcəyini  təxmin  etmişdir.  Bu  xüsusu  dəvəti  qə-
bul etməmək üçün bir çətinlik olaraq irəli sürür və belə deyir: 
“Maalesef siyasi ahlak ve siyasi dürüstlük bakımından orada 
İttihatçılar iflas etmiş bir mevkide bulunuyorlardı.” 


 
215 
 
 
 
Bu  səbəblərlə  M.Quliyevə  təklifini  uyğun  görmədiyini 
bildirən bir məktub yazmışsa da, Quliyev dəvətində israr etmiş-
dir.  Ayrıca  Mühiddin  Birgənin  tanıdığı  “milli  ünsürə  mənsub 
bəzi  Azərilər  də  məktublar  yazaraq  dəvəti  qəbul  etməsi  üçün 
israr etmişlər. Beləcə, o da dəvəti qəbul edir. 
1922-ci ilin Ekim (Oktyabr) ayında Bakıya gələn Mühid-
din  Birgən  çalışmalarına başlayır. Ali  Pedegoji  İnstitutda dörd 
ayrı  dərs  deməyi  qəbul  edir.  Azərbaycan  Maarif  Komissarlığı 
Yüksək  Əncüməninə  (Ali  Sovetinə)  üzv  olaraq  təyin  edilir. 
Maarif Komissarlığı ayrıca universitetdə “Osmanlı Ədəbiyyatı” 
dərsini də onun deməsini istəmiştir. Amma Bakı universitetin-
də o zaman çoxluq təşkil edən rus professorlar “Türkiyədə hal-
va  olduğunu  bilirdik,  amma  professor  olduğundan  xəbərimiz 
yox idi!” – deyə qəbul etmirlər və hətta lağ edirlər. Bu M.Bir-
gənin  canını  sıxır  “Mən  dərs  və  kürsü  istəmirəm.  İcazə  verin, 
müəyyən  zamanlarda  sərbəst  konfranslar  edim!”  –  deyə  xahiş 
edir. Şərq fakültəsi konfransları qəbul edir. Bunun üzərinə M. 
Birgən materialist metodu Osmanlı ədəbiyyatına  tətbiq  edərək 
iki konfrans verir. Konfrans bəyənilincə universitet ona “xüsusi 
dosent”  ünvanı  və  sözügedən  kürsünü  verir.  Nəhayət,  həftədə 
18 saat dərs vermək və “Maarif və Mədəniyyət” adlı aylıq bir 
dərgi nəşr etmək məsuliyyətini üzərinə götürmüşdür.  


 
216 
 
 
 
M.Birgən 1920-ci illərin ortalarında Azərbaycanda  Nəri-
man  Nərimanovdan  başqa  Marksizmi  yaxşı  bilən  bir  kimsə  ol-
madığını, azərbaycanlı kommunistlərin intellektual insanlar ola-
raq  çox  zəif  olduğunu  söyləyir.  “Tanıdığım  komünistler  ara-
sında,  ilim  bakımından  onun  kadar  yüksek  bir  seviye  sahibi 
olan  kimseye  tesadüf  etmedim.  Hemen  hepsi  de  inkılabın 
ilmini papağan gibi ezberlemiş, siyasetin iktizasına göre arada 
sırada tekrar eden insanlardı” – deyə sərt tənqidlər edir. 
Azərbaycanda o sıralarda Moskvada bilgi və bacarığıyla 
nüfuz sahibi olacaq kimsənin olmadığını iddia edir. Azəri kom-
munistlərin  zəif  bir  qrup  olduğunu,  Azərbaycanın  idarəsində 
qüvvətli bir rol oynamadıqlarını irəli sürür. Hər şeyin Kommu-
nist  partiyasının  ümumi  katibi  olan  Kirovun  əlində  olduğunu 
bildirir. 
Azərbaycan  aydınlarının  mədəni  olduğunu,  amma  əksə-
riyyətinin  bu mədəniyyəti  rus dilinə borclu  olduğunu  söyləyir. 
“Bunların  da  türkcə  tərəfi  nöqsan  və  zəifdir.  Elmi  səviyyəsi 
yüksək olan bir çox aydın vardır və avropalı bir anlayışa sahib-
dirlər,” – deyə açıqlama yapır. “Avrupai kültür ruhu aşağıya 
doğru  sızarak  halk  arasında  da  intişar  etmiş  bulunuyordu. 
Bütün noksanları, bütün bu kültürü, işlenmiş bir Türk dili ile 
ifade edememekten ibaretti. İçlerinden bunu, o da ham halde 
Türkçe  ile  ifade  edebilen  pek  az  insan  vardı.  Muallim  Naci, 
Tevfik  Fikret  dahil  Ziya  Gökalp  Türkçesini  muvaffakiyetle 
kullanabilen insanlar birkaç tane şairden ibaretti.” 
Bakıda  olarkən  bir  psixologiyaya  aid  kitabı  ilə  dörd  bir 
cildlik qrammatika kitabı yazdığını, bu əsəri yazarkən də Türki-
yədən Hüseyn Cahitin qrammatikasından yararlandığını yazır. 
M.Birgən  işlərinin  yoğunluğundan  şikayət  edincə  azər-
baycanlı  yetkililər müəllim  tapıb Bakıya dəvət  etmək üçün bir 
müəllimi İstanbula göndərirlər. Həmin şəxs üç nəfərlə qayıdır: 
Türkiyədən  Galatasaray  Liseyi  və  Robert  Koleci  müəllimi  İs-
mail Hikmət, Almanyada doktorluq etmiş bir təhsil mütəxəssisi 
olan Xəlil Fikrət və əslən şəkili olub Türkiyədə təhsil almış Sə-


Yüklə 8,56 Mb.

Dostları ilə paylaş:
1   ...   59   60   61   62   63   64   65   66   ...   88




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə