Elm və SƏNƏt məCLİSİ 11-20



Yüklə 8,56 Mb.
Pdf görüntüsü
səhifə66/88
tarix19.07.2018
ölçüsü8,56 Mb.
#56866
1   ...   62   63   64   65   66   67   68   69   ...   88

 
224 
 
 
 
yeni  bir  hadisə  idi.  Z.V.Togan  daha  öncə  “Azərbaycan  Yurt 
Bilgisi”ndə  də  Azərbaycanın  etnografyası  üzərinə  məqalələr 
yazmış və Oğuzlardan öncə bu bölgədə Türk xalqlarının oldu-
ğunu,  onların  ərəb  istilası  sırasında  Babəkə  yardım  ettiklərini 
söyləmişdir.  Xalxal  şəhərinin  də  bu  Türklər  tərəfindən  qurul-
muş ola bilə.-cəyini söyləyib şəhərin adının da Türkç və mon-
qolcada  qala  mənasına  gələn  “Kalgan”ın  xalq  arasında  dəyiş-
miş şəkli olduğunu irəli sürmüşdür və s.  
 
Fuad Köprülü ədəbiyyatı siyasi dövrlərə, sosial və mədəni 
dəyişikliklərə görə işləməyi tərcih etmişdir 
 
Ədəbiyyat  araĢtırmalarına  ümümi  bir  baxıĢ.  İslam 
Ensiklopediyasından  söz  edərkən  bu  ensiklopediyadakı  Fuad 
Köprülünün “Azəri” maddəsinin önəmi üzərində dayanmaq is-
tərdik.  Müəllif  bu  maddəni  yazarkən  Azərbaycan  nəşriyyatını 
ancaq  1930-cu  illərə  qədər  izləyə  bildiyini  xüsusi  qeyd  etmiş-
dir.  “Azəri”  maddəsi  İslam  ensiklopediyasının  12-ci  cildində 
yayımlandığına görə bu maddə 1940-cı və ya ən gec 1941-ci il-
də  tamamlanmış  olmalıdır.  Öncəliklə  bu  maddənin  planına 
nəzər salmaq lazımdır:  
 
AZƏRĠ Maddəsi (Plan)  
A-
 
Azəri-Farsi Ləhcəsi 
B-
 
Azəri-Türk Ləhcəsi 
C-
 
Azəri Ədəbiyyatının Təkamülü 
I – Elxanlılar-Cəlayirlilər Dövrü: 13-14 əsrlər 
II - Qaraqoyunlular və Ağqoyunlular dövrü, 15 əsr 
III - Səfəvilər dövrü: 16-18 əsrlər 
IV - Əfşarlar-Zəndlər və Qacarlar Dövrü: 18-19 əsrlər 
V – Azəri Ədəbiyyatında Təcəddüd Dövrü: 19-20 əsrlər 
- Dövr: 1905-ci ilə qədər 
2 - Dövr: 1905-1920 
3 - Dövr: Son dövr 1920-ci ildən sonra. 
Bu plandan da görüldüyü kimi o, ədəbiyyatı siyasi dövr-


 
225 
 
 
 
lərə, sosial və mədəni dəyişikliklərə görə işləməyi tərcih etmiş-
dir.  Bunun  da  anlaşılan  səbəbləri  vardır.  Günümüzdəki  Azər-
baycan  ədəbiyyat  tarixçiliyində  bu  bütünlük  yoxdur.  Köprü-
lünün bu ensiklopediya maddəsində özəlliklə klassik Azərbay-
can  ədəbiyyatı  üçün  çizmiş  olduğu  çərçivə,  günümüzə  qədər 
eyni  ilə  gəlmişdir.  Bu  da  onun  obyektiv  yanaşma  və  istifadə 
etdiyi elmi üsullarla bağlıdır.  
Köprülü  Azərbaycan  Türklərinin  tarix  səhnəsinə  çıxışla-
rının  ən  önəmli  səbəbi  olaraq  Osmanlı-Səfəvi  çəkişmələrini 
göstərir. Dil məsələsində də Azərbaycan Türkçəsinin köklərini 
Elxanlı-Cəlayir dövründə görən və ana dilində yazmış ilk Azər-
baycan şairi olaraq Hasanoğlunu bəlirləyən odur. Bu görüş gü-
nümüzdə  də  dəyişməmişdir.  Ayrıca  ilk  Azərbaycan  şairlərin-
dən biri olan Həbibi haqqında da hər kəsdən öncə elmi araşdır-
maları  Köprülü  etmiş,  onun  bəzi  şeirlərini  də  nəşr  etmişdir. 
Yeri  gəlmişkən,  İslam  Ensiklopediyasındakı  Füzuli  maddəsini 
də Köprülü yazmışdır.  
 
Firidun bəy Köçərli problemə  
çox dar bir baxışdan yanaşmışdır 
 
Klassik Azərbaycan ədəbiyyatının fars ədəbiyyatı və Os-
manlı ədəbiyyatı ilə əlaqələrinin ortaq və fərqli tərəflərini fars-


 
226 
 
 
 
ça və türkçə əsərlərdən yararlanaraq ələ alan ilk elm adamı da 
Köprülü olmuşdur. Onun 1926-cı ildə Bakıda çap olunan “Azə-
ri  ədəbiyyatına  aid  tədqiqlər”  adlı  əsəri  sadəcə  fikirləri  baxı-
mından deyil, Azərbaycan ədəbiyyat tarixçiliyi baxımından da 
çox  önəmlidir.  O,  Firidun  bəy  Köçərlidən  fərqli  bir  şəkildə 
problemə baxır və onu elmi üsullarla araşdırırdı. Köçərlinin nə-
zəri  görüşləri  o  qədər  də  aydın  deyildir.  O,  daha  çox  məhəlli 
material toplamış və problemə çox dar bir baxışdan yanaşmış-
dır. 
Burada  Köprülünün  Azərbaycan  ədəbiyyatının  ilk  yüzil-
likləri  üçün  verdiyi  bir  hökmü  xatırladaraq  bu  mövzunu  bağ-
lamaq  istəyirik:  “...İlk  asırlarda  Anadolu  Türk  edebiyatı  ile 
adeta müşterek ve müvazi bir tekamül yolu takip ettikten son-
ra,  XVI  asırdan  başlayarak  müstakil  bir  hayat  geçiren  bu 
edebiyat  (Azerbaycan  edebiyatı),  Fars  edebiyatı  ile  rekabete 
çalışmakla beraber, bir türlü onun eski hakimiyetini kırama-
mış ve onun yanında daima ikinci planda kalmıştır”. 
Əmin  Abidin  İstanbul  Universitəsindəki  “Azəri  ədəbiy-
yatı tarixi”  adlı buraxılış tezisi bu baxımdan diqqətə dəyər. O, 
Köprülünü sanki tamamlamağa can atır. Əmin Abid bu tezisi-
nin  ana  xəttini  İstanbulda  Türk  Ocağının  yayın  orqanı  olan 
“Türk Yurdu”nda nəşr etdirmişdi. Əsərində XIX-XX yüz illəri 
araşdırmışdır. Siyasi  görüş etibarı ilə də Köprülüdən fərqlidir. 
Bu dövrdəki ədəbiyyatı, burjua mədəniyyəti və sinfi mübarizə-
lərlə izah  etməyə  çalışır. Marksist  baxımdan problemə əyilmə 
hiss olunur. (Bu əsərin foto-surətini 1970-ci illərdə Bakıya gə-
tirərək Abbas Zamanova vermişdim. Hər halda bu əsər üzərin-
də Azərbaycanda elmi bir tanıtma və ya tənqid yayımlanmadı). 
Mən  bu  tezisi  vaxtı  ilə  Latın  əlifbasına  çevirtmişdim:  Əziz 
Merhan,  “Əmin  Abidin  Azəri ədəbiyyatı tarixi”. Əmin  Abidin 
bu tezisinin əslini və Latin hərflərinə çevrilmiş şəklini TDKnun 
yaxında yayımlayacağını da qeyd edim.  
Azərbaycan ədəbiyyatı Türkiyədə Fuad Köprülüdən son-
ra  Ali  Nihat  Tarlan,  Əhməd  Cəfəroğlu,  Abdulkadir  Karahan, 


Yüklə 8,56 Mb.

Dostları ilə paylaş:
1   ...   62   63   64   65   66   67   68   69   ...   88




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə