Elm və SƏNƏt məCLİSİ 11-20



Yüklə 8,56 Mb.
Pdf görüntüsü
səhifə64/88
tarix19.07.2018
ölçüsü8,56 Mb.
#56866
1   ...   60   61   62   63   64   65   66   67   ...   88

 
217 
 
 
 
ki Cabbar. Bu gələnlər M.Birgənin təhsil işindəki yükünü yün-
gülləşdirirlər,  amma  Səki  Cabbar  təhsildən  çox  siyasətlə  ma-
raqlanır. Gələnlər bir neçə min kitab da gətirmişdilər. 
Müxtəlif səbəblərə görə və rus gizli polisinin gedərək ar-
tan təzyiqlərindən sonra Mühiddin Birgən İstanbula dönür. Ar-
dından İ.Hikmət və Xəlil Fikrət də dönürlər. 
Mühiddin Birgən 1937-ci ildə bir qəzetdə sözügedən xa-
tirələrini  yayımlayır.  Bunlar  Ege  Universitəsi  tarix  professsor-
larından Zeki Arıkanın bu xatirələri seçib yayımlamasına qədər 
qəzet kolleksiyalarında qalır, unudulur gedir. İndi bu əsər Tür-
kiyə-Azərbaycan  əlaqələrinin  ən  önəmli  bir  dövrinə  işıq  tutan 
dəyərli bir qaynaq olaraq əlimizdədir. 
 
Bu xatirə Azərbaycanda bu günə qədər 
 istifadə olunmamışdır 
 
Xatirənin  2-ci  cildindəki  “Məmləkət  xaricində  ittihatçı-
lar”  və  “Azərbaycanda  son  ittihatçı”  adlı  bölümlər  tamamən 
Azərbaycanla  bağlıdır.  Bu  bölümlərdə  həqiqətən  çox  önəmli 
bilgilər var və bu xatirə, bildiyimə görə, Azərbaycanda araşdır-
maçılar tərəfindən bu günə qədər istifadə olunmamışdır. Halbu-
ki bu əsərdə 1917-ci  ildən 1930-cu illərə qədərki  Qafqaz, bol-
şevik  Azərbaycanının  ilk  dövrləri,  Türkiyə  ilə  Azərbaycan  və 
Rusyanın  əlaqələri,  Azərbaycanda  Sovet  dövrində  ana  dilində 
ilk dərs kitablarının yazılması, ilk qrammatika kitablarının tər-
tib edilməsi, Müsavatçılar və Müsavat hökuməti, bolşeviklərin 
idarəçiliyi  ələ  keçirmələri,  bolşeviklərlə  Türkiyə  əlaqələri, 
Azərbaycanda qalan türk zabit və aydınlarının qatıldığı hadisə-
lər və s. dolğun bir şəkildə, 1937-ci il Türkiyəsinin şərtləri da-
xilində dilə gətirilmişdir. Bu əsərin Azərbaycanın müstəqilliyi-
nin 90-cı ilində Azərbaycanda yayımlanması, məncə, məqsədə-
uyğun olacaq. Əlbəttə, mən burada, bu əsərdəki bütün bilgilə-
rin,  tam  olaraq  doğru,  əskiksiz  olduğunu  iddia  etmirəm.  Bu, 
məntiqlı olmaz. Əsər yayımlanıb hər kəsin rahatca əldə edə bi-


 
218 
 
 
 
ləcəyi  bir  hala  gəlincə,  azərbaycanlı  araştırmaçıların,  elm 
adamlarının  bu  mövzuda  son  sözü  söyləyəcəkləri  şübhəsizdir. 
Mən sadəcə burada, yeri gəlmişkən əsərin varlığını və önəmini 
diqqətinizə çatdırmaq istədim. 
Mühiddin Birgən kimi İsmail Hikmət Ərtaylan da xatirə-
lərini  yayımlamışdır,  amma  olduqca  qısa  olaraq  –  “Azərbay-
canda dörd il yarım”. Bunun da xatirələrində ədəbi dil mövzu-
sunun önəmli bir yer tutduğunu bildirmək istəyirəm. 
Türkiyədə  Azərbaycan  tarixini  maraqlandıran  ən  önəmli 
mövzulardan  biri  də  İran-Türk  tarixidir.  Bu  konuda  Prof.  Dr. 
Faruk  Sümər  dünya  miqyasında  qəbul  edilən  əsərlərin  sahibi 
olaraq  qarşımıza  çıxır.  Onun  Türkmənlər  (Oğuzlar;  Tarixləri-
Boy  Təşkilatı-Dastanları)  haqqındakı  bənzərsiz  əsəri,  Qaraqo-
yunlular, Başlanğıcdan Cihan Şaha qədər və İran Türk tarixinin 
önəmli  bir  bölümü  haqqındakı  Səfəvi  Dövlətinin  quruluşu  və 
inkişafında Anadolu Türklərinin rolu araştırmaları burada müt-
ləq yada salnmalıdır. Faruk Sümər özəlliklə Səfəvi dövlətinin, 
Türk tarixinin bir parçası olduğunu və bu dövlətin Anadoludan 
İran və Azərbaycana keçən Türk oymaqlarının dəstəyilə qurul-
duğunu  elm  aləminə  ilk  dəfə  inkaredilməz  dəlillərlə  isbat  et-
mişdir. Beləcə bəzi iranlı və avropalı tarixçilərin İran tarixiylə 
əlaqəli bəzi tezis və iddiaları da iflasa uğramışdır.  
Burada eyni tarixçimizin “Oğuznamələr” və “Dədə Qor-
qud  Dastanları”  haqqında  dünya  çapında  önəmli  araştırmalara 


 
219 
 
 
 
imza atdığını da xüsusi qeyd etmək lazımdır. Ədəbiyyatla bağlı 
olmasına  baxmayaraq  Faruk  Sümər  Bəyin  “Koroğlu”  dastanı-
nın ilk dəfə Anadoluda meydana gəldiyini və buradan Azərbay-
cana  keçdiyi  haqqındakı  iddialarını  da  xatırlatmağı  lazım  bi-
lirik. 
İran  Türk tarixi  haqqındakı digər əsərlər arasında Sənan 
Azərin (Mehmet Sadık  Aran) “İran Türkləri, Güney  Azərbay-
can  Sosial,  Kültürəl  və  Siyasi  Araştırmaları”  Dosyası,  “Şeyx 
Məhəmməd Xiyabani və Azadistan Dövləti” məqalələr toplusu, 
Mehmet Metin  Örənin  “İran Türklərinin hürriyyət  hərəkatları” 
adlı əsərlərini göstərə bilərik. 
 
Ruşəni Bəyin İran səyahəti haqqındakı xatirələri  
Paniranistləri çox əsəbləşdirmişdi 
 
Burada  diqqət  çəkən  bir  hadisədən  söz  açmaq  yerinə 
düşərdi: Keçmiş “Təşkilat-ı Mahsusa” üzvlərindən Ruşəni Bə-
yin  1924-cü  ildə  “Vatan”  qəzetində  yayımlanan  İran  səyahəti 
haqqındakı xatirələri,  bu xatirələrlə bağlı olaraq İstanbul Türk 
Ocağında  keçirdiyi  konfrans,  Paniranistlərdən  Dr.Rzazadə  Şa-
fakı  çox  əsəbləşdirmiş  və  beləliklə  Türk  aydınlarıyla  Panira-
nistlər arasında bir polemika başlamışdır. Belə bir polemikanın 
İrandakı Azərbaycan Türkləri ilə deyil, Türkiyədəki aydınlarla, 
ifrat  fars  milliyyətçiləri  arasında  başlaması  dikkəti  çəkir.  Dr. 
Rzazadə Şafak bununla bağlı olaraq “Avropada Türk mütəfək-
kirlərinin  nazar-ı  intibahına”  adlı  bir  əsər  yayımlamışdır.  Bu 
cür polemikalar İranda ancaq 1979-cu il inqilabından sonra or-
taya çıxmışdır. 
Səlcuklular haqqında etdiyi araşdırmalarla böyük uğurlar 
qazanmış iki tarixçimizi də burada heç olmazsa, adlarını çəkə-
rək yad etməliyik: Osman Turan və Altay Köymən. Bunlar Do-
ğu  (Şərqi)  Anadolu,  Azərbaycan,  İraq  və  İran  tarixi  haqqında 
inkaredilməz dərəcədə dəyərli elmi əsərlərə sahibdirlər. 
Türkiyədə tarix, etnoqrafiya haqqında əsərlər verən, elmi 


Yüklə 8,56 Mb.

Dostları ilə paylaş:
1   ...   60   61   62   63   64   65   66   67   ...   88




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə