Elm və SƏNƏt məCLİSİ 11-20



Yüklə 8,56 Mb.
Pdf görüntüsü
səhifə65/88
tarix19.07.2018
ölçüsü8,56 Mb.
#56866
1   ...   61   62   63   64   65   66   67   68   ...   88

 
220 
 
 
 
məqalələr  yazanlar  arasında  azərbaycanlı  mühacirlərin  də  çox 
böyük  bir  yer  tutduğunu  söyləməliyik.  Bu  mövzuda  Məhəm-
məd  Əmin  Rəsulzadə,  Mirzə  Bala  (Məmmədzadə),  Hüseyn 
Baykara  öndə  gəlir.  M.Ə.Rəsulzadənin  “Azərbaycan  Cümhu-
riyyəti  keyfiyyət-i  təşəkkülü  və  indiki  vəziyyəti”,  “Əsrimizin 
Siyavuşu”.  (Yeni  nəşr:  Hazırlayan  Seyfettin  Altaylı,  İstiklal 
Mefkuresi ve Gençlik, Rusya’da Siyasi Vaziyet, Milliyet ve Bol-
şevizm: Makaleler Mecmuası (Redaktör: Resulzade, 1928, Far-
sçası  1930)),  “İnqilabi  sosializm  və  demokratiyanın  gələcəyi” 
(İki  konfransın  mətnləri,  1928)  “Azərbaycan  kültür  gələnək-
ləri”,  “Çağdaş  Azərbaycan  tarixi”,  “Milli  Təsanüd”,  “İran 
Türkləri”, “Qafqaz Türkləri” kimi əsərləri qeyd oluna bilər. Bu 
əsərlərdə  önə  sürülən  düşüncələr,  əlbəttə,  burada  müzakirə 
oluna  bilməz.  Bu  əsərlərin  təhlil  və  tənqidini  kiçik  bir  çıxışa 
sığışdırmaq mümkün deyil. Sadəcə, Azərbaycanın yaxın dövrü 
ilə bağlı tarixi-siyasi,  kültürəl  hadisələrin mərkəzində olan bir 
şəxsin yazdığı hər şeyin incədən-incəyə təhlil və dəyərləndiril-
məsinin gərəkli olduğunu bildirmək lazımdır.  
Mirzə Balanın “Dərgi”, “Azərbaycan” başda olmaqla bir 
çox dərgidəki yazıları, Türk Ensiklopediyası, İslam Ensiklope-
diyasındakı  məqalələri,  “Azərbaycan  Misak-ı  Millisi”,  “Ermə-
nilər və İran”, “Milli Azərbaycan hərakatı”, “Azərbaycan tari-
xində Türk Albanya” kimi kitabları Azərbaycan tarixi üçün bu 
gün də inkaredilməz önəmli əsərlər arasındadır.  
Aynı şəkildə Hüseyn Baykaranın “Azərbaycanda yeniləş-
mə  hərakatları”,  “Azərbaycan  istiqlal  mücadiləsi  tarixi”,  “İran 
İnqılabı” və “Azadlıq hərakatları” adlı kitabları Azərbaycanda-
kı tarixi, siyasi və mədəni inkişafı öyrənmə baxımından çox ya-
rarlı  olmuşdur.  Mühacir  azərbaycanlılardan  Kərim  Odərin 
Azərbaycan adlı əsəri xüsusi önəm daşıyır.  
Əhməd  Ağaoğlunun  Azərbaycan  Türklərini  də  yaxından 
maraqlandıran məşhur əsəri də burada qeyd oluna bilər:  “İran 
və inqılabı”. Ayrıca Ağaoğlu  üzərinə  edilmiş iki elmi  araşdır-
ma  da  vardır:  Fahri  Sakaın  “Ağaoğlu  Əhməd  Bəy”  və  Ufuk 


 
221 
 
 
 
Özcanın “Əhməd Ağaoğlu və rol dəyişikliyi. Yüz il dönümün-
də batıçı bir aydın”. 
 
1991-ci ildən sonra rus istilası altında yaşayan  
Türk xalqları haqqında tərcümədə bir çox əsər yayımlandı 
 
Yaxın  zamanlarda,  xüsusən  1991-ci  ildən  sonra  rus  isti-
lası  altında  yaşayan  Türk  xalqları  haqqında  tərcümədə  bir  çox 
əsər  yayımlandı. Bunlardan danışmağa vaxtımız  yoxdur. Bun-
lar  arasında  Azərbaycan  və  Türkiyə  əlaqələri  baxımından  çox 
önəmli gördüyümüz bir neçəsini saya bilərik: Səbahaddin Şim-
şirin “Məhəmməd Əmin Rəsulzadənin Türkiyədəki həyatı, fəa-
liyyətləri  və  düşüncələri”,  Betül  Aslanın  “Qardaş  köməyi  və 
Bakı müsləman Cəmiyyət-i Xeyriyyəsi” adlı əsəri və s. Bu son 
əsər Azərbaycan Türklərinin hələ bir dövlət sahibi olmadan əv-
vəl Anadolu Türklərinə etdikləri fədakarca yardımları Türkiyə-
yə duyurmuş və xalqlarımız arasındakı sevgi və güvən duyğu-
sunun daha da güclənməsinə müəyyən köməklik etmişdir. 
Sovet dövrü ilə bağlı daha çox siyasi mövzuların, ideoloji 
gəlişmələrin ələ alındığı bir çox əsərdə Azərbaycan tarixi, siyasi 
və fikri həyatı haqqında da önəmli əsərlər vardır. Bunlar arasın-
da  Səməd  Ağaoğlunun  yayımlandığı  dövrdə  böyük  marağa  sə-
bəb  olan  “Sovet  Rusya  İmperatorluğu”,  Taha  Akyolun  “Azər-
baycan, Sovetlər və ötəsi”, İlhami Ərdoğan-Yüksel Sarının “Can 
Azərbaycan”, Tayfun Atmacanın “Kürəsəlləşmə (qlobalizasiya) 


 
222 
 
 
 
çağında Türkiyə-Azərbaycan” əsərləri qeyd oluna bilər. 
Yaxın  dövrlərdə  Türkiyə  universitetlərində  Azərbaycan 
tarixi ilə bağlı bəzi önəmli araşdırmalar da edilmişdir. Bunların 
bir çoxu hələlik çap edilmədiyindən açıqlamaq və bunların hər 
birindən  söz  açmaq  imkansızdır.  Bu  kimi  tezislərin  YÖK-ün 
veb səhifəsində tapıla biləcəyini söyləməklə yetinirik. Bunların 
bəziləri  çap  edilmişdir.  Məsələn,  Səbahaddin  Şimşirin  “Mə-
həmməd  Əmin  Rəsulzadənin  Türkiyədəki  həyatı,  fəaliyyətləri 
və düşüncələri” və “Azərbaycanlıların Türkiyədə siyasi və mə-
dəni  fəaliyyətləri:  1900-1991”  adlı  əsərlərini,  Ali  Haydar  Ba-
yatın  “Hüseynzadə  Əli  Bəy”,  Vüqar  İmanovun  “Əli  Mərdan 
Topçubaşı. Lider bir aydın və müstəqil Azərbaycan Cümhuriy-
yətinin təmsilçisi”, Əfqan Vəliyevin “Azərbaycan siyasi düşün-
cə tarixi və Mirzə Bala Məmmədzadə 1898-1959” adlı əsərini 
göstərə bilərik. 
 
“Erməni mədəni terroru” adlı kitabı yayımlanaraq  
ermənilərin iç üzünü ifşa edilmişdi 
 
Tarixlə tam əlaqəsi olmasa da, Azərbaycanı tanıdan səya-
hatnamələr  arasında  İbrahim  Bozyelin  “Azərbaycan  diyarın-
dan” adlı əsəri də çox maraqlıdır. Bu kitab 1998-ci ildə Bakıda 
sonsuz və dərin bir Azərbaycan sevgisiylə yazılmış, oxucuları-


 
223 
 
 
 
na da eyni duyğuları  aşılaya bilən nadir təsir gücü olan kitab-
lardan  idi.  İbrahimin  Azərbaycanı  tarixi  və  mədəni  zənginliyi 
ilə  ən  gözəl  təqdim  edən  kitablardan  biri  olan  Sabir  Rüstəm-
xanlının “Ömür kitabı”nı yayımlaması da bu söylədiklərimizin 
təbii  bir sonucu idi. Qarabağ problemi  ortaya çıxdıqdan sonra 
tanınmış  alim  Cafər  Qiyasi  ilə  birlikdə  “Erməni  mədəni  ter-
roru”  adlı  kitabı  yayımlayaraq  ermənilərin  Türkiyədə  o  qədər 
də  bilinməyən  bir  üzünü  ifşa  etmişdi:  Türk  mədəniyyət  abi-
dələrini məhv etmək və ya onlara sahib çıxmaq! İbrahimin di-
gər bir məziyyəti də, yurd içində və ya xaricdə Azərbaycan mə-
dəniyyətini ən üst səviyyədə təmsil edə bilmə qabiliyyəti idi.  
Bu  söhbətimizdə  Türkiyədəki  tarix  araşdırmalarının  gü-
nümüz  Azərbaycanı  baxımından  nə  kimi  dəyərlər  daşıdığı 
mövzusunda  hər  hansı  bir  təhlilə  girişməyəcəyik.  Hər  şeydən 
əvvəl vaxt buna imkan vermir. Sadəcə bunu qeyd etməliyik ki, 
adlarını  və  hətta  burada  adlarını  bilə  çəkə  bilmədiyimiz  neçə-
neçə türkiyəli tarixçinin apardığı araşdırmalar göz ardı edilərək 
Azərbaycan  tarixi  dəyərləndirilə  bilməz.  Bu  araşdırmaçıların 
azərbaycanlı  məsləkdaşlarına  görə  heç  də  kiçildilməyəcək  bir 
avantajları  vardı  –  o  da  Sovet  senzurası  kimi  elm  adamlarını 
əngəlləyən,  onları  əldə  etdikləri  nəticələri  rahatça  açıqlamağa 
mane olan bir təzyiqlə qarşılaşmamış olmalarıdır. 
 
Azərbaycanın coğrafya və etnografyası haqqındakı  
bu məqalə hələ də önəmini qoruyur 
 
Tarix  mövzusunda  qısaca  bunları  qeyd  etdikdən  sonra, 
indi də bir ensiklopediya maddəsindən - İslam Ensiklopediya-
sına Zəki Vəlidi Toganın yazdığı “Azərbaycan” (tarix) maddə-
sindən  söz  açmaq  istəyirəm.  Azərbaycanın  coğrafya  və  etnog-
rafyası haqqındakı bu məqalə, hələ də önəmini qoruyur. Burada 
Sakalarla (İskitlərlə) e.ə. VII  yüz illikdə bəzi  Türk xalqlarının 
gələrək  Azərbaycan  bölgəsinə  yərləşdikləri  qeyd  olunmuşdur. 
Bu,  Türkiyədəki  tarixçilik  baxımından  son  dərəcə  önəmli  və 


Yüklə 8,56 Mb.

Dostları ilə paylaş:
1   ...   61   62   63   64   65   66   67   68   ...   88




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə