Elm və SƏNƏt məCLİSİ 11-20



Yüklə 8,56 Mb.
Pdf görüntüsü
səhifə62/88
tarix19.07.2018
ölçüsü8,56 Mb.
#56866
1   ...   58   59   60   61   62   63   64   65   ...   88

 
211 
 
 
 
xeyli məlumat sahibi idi. Başqa sözlə, Osmanlılar XIX yüzilin 
əvvəllərindən etibarən Dağıstan və Qafqazda baş verənləri  ya-
xından  təqib  etməyə  başladılar.  Osmanlı  dövlət  arxivində  bu 
mövzularla bağlı bir çox sənəd vardır.  
Bu arada Azərbaycan xanlıqlarının bir qismi də rus istila-
sı səbəbi ilə Osmanlılarla dostluq münasbətləri qurmaq istəmiş, 
istilaçıya qarşı birlikdə mübarizə yolu axtarmağa başlamışdılar. 
Bu  dövrdə  bəzi  Azərbaycan  xanlarının  Osmanlı  hökumətinə, 
xəlifəyə göndərdikləri mektublar, rəsmi yazılar və onlara veri-
lən cavablar Osmanlı dövlət arxivində saxlanılır və bunların bir 
qismı nəşr edilmişdir. Yaxın vaxtlara qədər Azərbaycan tarixçi-
ləri məlum səbəblərlə bu sənədlərdən istifadə edə bilməmişlər. 
Halbuki  Azərbaycanın  xanlıqlar  və  rus  istilası  altındakı  dövrü 
haqqında,  Qafqazdaki  ilk  Osmanlı-Rus  savaşı  (1827-1827) 
haqqında Osmanlı dövlət arxivində bir çox faktlar vardır.  
Bu  savaşların  Azərbaycanla  əlaqəli  vacib  bir  tərəfi  də 
Gürcüstan  Qarapapaqlarının,  bəzi  Qarabağ  Türk  oymaqlarının 
(obalarının) savaşlarda Osmanlı ordusunda ruslara qarşı döyüş-
mələridir.  Məşhur  şair,  təriqət  şeyxi  Seyid  Həmzə  Nigari,  bu 
savaşda əmrindəki könüllülərlə bir xeyli köməkliklər göstərmiş 
və  savaş  sırasında  bir  müddət  Ərzurumda  yaşamışdır.  Əhməd 
Muxtar  Paşanın  yanında  çalışan  ərzurumlu  Mehmet  Arif  Bəy, 
“Başımıza  gələnlər”  adlı  xatirələrində  bu  savaşda  köməklik 
göstərən  Qarapapaqlardan  (Tərəkəmələrdən)  söhbət  açır.  Mir-
hali  (Mehrali)  Bəy  bunların  ən  başda  gələnlərindən  biridir  və 
onun  haqqında  Doğu  Anadoluda  təşəkkül  etmiş  xalq  türküləri 
bu gün də yaşayır. Çıldırlı Aşık Şenlik də bu dövrü bəzi şeirlə-
rində  dilə  gətirmişdir.  Azərbaycan  xalq  şeirinin  öndə  gələn 
temsilçilərindən Aşıq Şenlik çox yaxın zamanlarda azərbaycan-
lı  araşdırmaçılar  tərəfindən  incələnmişdir.  Bu  dövrdə  Türkiyə 
və Azərbaycan arasındakı ən önəmli körpülərdən birini quran-
ların başında Aşıq Şenlik və Posoflu Müdami gəlir. 
Eyni şəkildə I Dünya müharibəsi zamanında Doğu Ana-
dolu və Qafqazda baş verənlər, savaşlar, erməni problemi haq-


 
212 
 
 
 
qında da Osmanlı dövlət arxivlərində bir çox sənəd qorunur. 
Bilindiyi  kimi,  Sarıqamış  məğlubiyyətində  yer  alan  bir 
çox Osmanlı əsgəri ruslar tərəfindən Sibirə sürgün edilmiş, bu 
sırada gəncəlilər bir xastəxana quraraq  yaralı Türk əsgərlərinə 
baxmış, onların zəruri ehtiyaclarını qarşılamışlar. Bəzi əsirlərin 
də Bakıya – Nargin adasına sürgün edildikləri, Azərbaycan xal-
qının onlara yardım etmək üçün böyük fədakarlıklar göstərdiyi 
məlumdur.  
 
Qafqaz və Azərbaycandakı aydınlarımızdan xatirələr,  
müxtəlif yazılar qalmışdır 
 
1917-ci il Oktyabr inqilabından sonra müstəqil Azərbay-
can  Cümhuriyyətinin  hansı  şərtlər  altında  qurulduğu,  ounun 
yıxılmasından  sonra  da  ilk  dövrlərdə  bolşeviklərin  Türkiyə, 
Azərbaycan  və  Rusya  arasındakı  yaxın  əlaqələrin  bir  müddət 
davam etdiyi, tarix baxımından çox yaxşı məlumdur. 
Bütün  bu  hadisələr  sırasında  müxtəlif  səbəblərlə  Qafqaz 
və  Azərbaycanda  olan  əsgərlərimizin,  aydınlarımızın  bir  qis-
mindən dövrə aid çox lazımlı xatirələr, müxtəlif yazılar qalmış-
dır. Sözü gedən əsərlərin bir qismi əsasən bilindiyindən, burada 
sadəcə adları çəkilərək üzərlərindən keçiləcəkdir: Kazım Qara-


 
213 
 
 
 
bəkirin xatirələri və bu mövzudakı əsərləri; Şevkət Sürəyyanın 
“Suyu arayan adam” və “Ənvər Paşa” adlı əsərləri və s.  
Daha  az  bilinən  əsərlər  arasında  da  keçmiş  əsgərlərdən 
Fahrettin Erdoğanın “Türk ellərində xatirələrim” (Qafqazda rus 
əsarəti, Azərbaycan, Türkistan və s., Ankara, 1954) diqqəti çə-
kir. Bu subayımız, 20 gün qaldığı Bakıda Musa Nağıyevin 50 
yataqlı misafirxanasının olduğunu, oraya Türkiyədən  gələnlər-
dən heç bir haqq-hesab alınmadığını, bütün ehtiyaclarının qar-
şılandığını, Hacı Zeynalabdin Tağıyevlə görüşməsini, hər bazar 
günü  Nargin  adasındakı  əsir  Türklərin  Bakıya  gəlişlərini,  xal-
qın  onları  qarşılamasını,  ehtiyaclarını  təmin  etmələrini  və  s. 
qeyd edir. Türk ordusunun Sarıqamışa girməsi Qafqaz və Azər-
baycana  doğru  irəliləməsi,  xüsusilə  Qars  və  ətrafındakı  hadi-
sələr onun xatirələrində incəliklərinə qədər yer almışdır. 
General Veysəl Ünüvarın “İstiqlal hərbində bolşeviklərlə 
səkkiz ay” adlı xatirəsində 1920-1921-ci illərdə Naxçıvan-Bakı 
səyahəti, Araz Türk hökumətinin quruluşu, Naxçıvan Şura hö-
kuməti,  ermənilərin  Naxçıvana  hücumu,  Şərur  hadisələri,  bol-
şeviklər haqqında o zamankı əsgərlərin düşüncələri, sarsıntılar 
və nəhayət İrana keçiş anlatılmakdadır. Digər bir xatirə də Xə-
lil Atamanın “Əsarət illəri”dir. Bir digər maraqlı əsər də bir ye-
dək  subayın  qələmə  aldığı  “I  Dünya  müharibəsi  Şərq  cəbhəsi 
xatirələri” adlı əsəridir. 
 
 Azərbaycanda heç tanınmayan Mühiddin Birgənin  
“İttihat və tərəqqidə on il” adlı xatirələri o dövrə işıq tutur 
 
Bunlar kimi daha bir çox əsər, xatirə parçası özündə ya-
xın dövr Türkiyə-Azərbaycan tarixi üçün önəmli bilgilər ehtiva 
edir.  Məncə,  bu  kimi  xatirələr  arasında  Azərbaycanda  heç  ta-
nınmayan  Mühiddin  Birgənin  “İttihat  və  tərəqqidə  on  il”  (2 
cild,  Nəşrə  hazırlayan:  Zeki  Arıkan,  İstanbul,  Kitap  Yayınevi, 
2006, 915 s.)  adlı xatirələrindən burada daha  geniş  bir şəkildə 
söz açmaq faydalı olacaq. İttihat və Tərəqqi Partiyasının öndə 
gələn təmsilçilərindən biri olan və 1920-ci illərin başında Tif-


Yüklə 8,56 Mb.

Dostları ilə paylaş:
1   ...   58   59   60   61   62   63   64   65   ...   88




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə