Elm və SƏNƏt məCLİSİ 11-20



Yüklə 8,56 Mb.
Pdf görüntüsü
səhifə71/88
tarix19.07.2018
ölçüsü8,56 Mb.
#56866
1   ...   67   68   69   70   71   72   73   74   ...   88

 
239 
 
 
 
rətsin  və  yaxın  zamanda  onu  Bakıya  çağırın.  Belə  də  elədik. 
Sonra ilk dəfə Türkiyədən elm adamı olaraq Yavuz bəyin  gəl-
məyi bizim əlaqələrimizə hələ Sovet hökuməti yıxılmamış çox 
böyük  bir  körpü  oldu.
 
Şəxsiyyətlər  üzrə  dövrləşmə  aparsaq, 
Köprülüdən sonra bu qədər dərin araşdırma aparan Yavuz bəy-
dir,  həqiqətən.  Yavuz  bəyin  başçılıq  elədiyi,  rəhbərlik  elədiyi 
“Qardaş  ədəbiyyatlar”  dərgisi  “Azərbaycan  yurd  bilgisi”ndən 
sonra  bilavasitə  neçə  illərdir  Azərbaycan  ədəbiyyatının  həm 
qədim  dövrünü,  həm  müasir  dövrünü  ardıcıl  şəkildə  işıqlandı-
rır.  Türkiyədə  mən  daha  çox  işləyirəm,  daha  çox  xəbərim  var, 
bilirəm  ki,  orada  kim  Azərbaycan  ədəbiyyatından  yazırsa,  o, 
mütləq Yavuz bəylə əlaqədə olur. Çünki onun məsləhətini alma-
sa, o araşdırmaları bir kənara çıxara bilməz. Ona görə də Yavuz 
bəy Türkiyədə Azərbaycan ədəbiyyatı üzrə bir akademiyanın gö-
rə biləcəyi işi görür. Bir gün də, məsələn, mən istərdim ki, Ya-
vuz bəy Xəzər Universitetində tələbələr üçün danışsın. Həqiqə-
tən,  gözəl  təcrübədir.  Yəni  riyaziyyatçıları,  fizikləri,  humanitar 
sahə mütəxəssislərini, ziyalıları, həvəskar tələbələri çağırırsınız, 


 
240 
 
 
 
gəlirlər,  çıxış  edirlər.  Ədəbiyyat  tarixinin  yeni  metodları,  yeni 
sahələri haqqında mən Yavuzu çox dinləmişəm. Xüsusilə, Azər-
baycanın güneyində yaşayan türklərin ictimai-siyasi və ədəbiy-
yat durumu sahəsində bizim gənclərimizin, xüsusilə doktoran-
turada oxuyan gənclərin Yavuza çox böyük ehtiyacı var.  
Bu yaxınlarda Yavuz çox yeni metodoloji jurnal çap elə-
yəcək. Məqsədi türk dünyası ədəbiyyatının bir çox məsələlərini 
müzakirəyə  çıxarmaq,  mümkün  olduqca  həll  etmək  və  ümu-
miyyətlə, onları bir araya gətirməkdir. 
Mən inanıram ki, İsmayıl Hikmətin də kitabları yeni əlif-
bamızla çap olunacaq. Mən həm Xəzər Universitetinə, Hamlet 
müəllimə,  həm  də  bizim  ədəbiyyatşünasımız,  alimimiz  Yavuz 
bəyə çox təşəkkür eləyirəm.  
 
“Bugünkü məruzədə  
Yavuz bəy bir semestrlik kurs danışdı” 
 
Professor Hamlet Ġsaxanlı: 
 – 2 il bundan əvvəl ilk dəfə Xəzər Universitetində Azər-
baycan  ədəbiyyatı  bölməsi  yaradıldı.  Biz  onu  düşünə-düşünə 
xeyli hazırlaşıb yaratmışıq. Yaxşı gənclərə ehtiyacımız var.  
Bugünkü  internet  dünyası  geniş  diapazonlu  bir  bələdçi-
dir,  beş  dəqiqənin  içərisində  girirsən,  görürsən,  maraqlandığın 
məsələ haqqında ilkin məlumat toplayırsan. Amma üz-üzə gö-
rüşləri,  canlı  müzakirələri  heç  nə  əvəz  eləmir.  Güman  edirəm 
ki, Yavuz bəyin bura gəlməsi işin başlanğıcıdır. Biz bu barədə 
ayrıca,  dünən  bir  xeyli  söhbət  etmişdik.  Bu  dediklərinizin  və 
söyləməyə imkan tapmadığınız məlumatların hamısını elektron 
formada ala bilərik. Mümkündür ki, Xəzər Universitəsi ədəbiy-
yatımıza, mədəniyyətimizə aid Türkiyədə olan bütün material-
ları  elektron  formada  yığmağa  kömək  eləyə  bilər.  Yavuz  bəy 
də bu işdə iştirak edə bilər, yəni qarşıda çox işlər görə bilərik.  
Bugünkü  məruzəsində  Yavuz  bəy  əslində  sanki  bir  se-
mestrlik kursun xülasəsini danışdı. Yavuz bəyə təşəkkür edək – 


 
241 
 
 
 
elmi söhbətə görə. Universitet elmdən başlayır, ali məktəb elm 
ocağıdır, elmi  inkişafla  məşğul  olur. Yəni  bizim tədqiqatçıları 
dəvət etməyimizdə, onlarla bərabər müzakirələr keçirməyimiz-
də qeyri-adi və təriflənəsi bir şey  yoxdur, bu, bizim işimizdir. 
Təriflənəsi insan məruzəçimizdir. Yavuz bəy, sizə çox təşəkkür 
edirəm. Hamınıza təşəkkür edirəm. 
Yavuz bəy söz demək istəyir, buyurun.  
 
“Azərbaycan-Türkiyə münasibətləri  
obyektiv şərtlər içərisində inkişaf edəcək” 
 
Yavuz Akpınar: 
 – Əziz dostlar! Gözəl sözlərinizə, xoş niyyətlərinizə görə 
sizə  ürəkdən  təşəkkür  edirəm.  Allah  hər  birinizə  can  sağlığı 
versin.  İnşallah  Azərbaycan-Türkiyə  münasibətləri  bugünkü 
obyektiv, motivəedici şərtlər içərisində inkişaf edəcək. Mən hər 
zaman bu ortaq çalışmalara hazıram.  
Bir  daha  bu  imkanı  mənə  verdiyi  üçün  Hamlet  bəyə 
təşəkkürlərimi, minnətdarlığımı bildirmək istəyirəm.  
Sağ olun! 


 
242 
 
 
 
 
ON DOQQUZUNCU MƏCLĠS 
 
 
 


 
243 
 
 
 
 
Professor Hamlet Ġsaxanlı: 
  
– Biz həmişə istənilən mövzuda məruzə olanda çalışırıq ki, 
kimin hansı cərəyanın, hansı fikrin arxasında durmasından asılı 
olmayaraq,  o  sahə  ilə  məşğul  olanların  hamısını  dəvət  eləyək. 
Çünki bu, bir elm məclisidir. Həqiqətən, müzakirə müxtəlif fi-
kirlərin qovşağında daha yaxşı gedir. Xahiş etdim ki, Albanşü-
nas hesab etdiyimiz alimlərin hamısına xəbər göndərsinlər. On-
ların bir qismi bura gəliblər, bir qismi gəlməyiblər. Bəziləri de-
yiblər ki,  gəlmək istəmirik. Öz işləridir. Gələnlər xoş  gəliblər. 
Gəlməyənlərin də canları sağ olsun.  
 
Alban tarixinin problemləri 
 
Alban tarixində “bu albanlar kimdir, yerli Qafqaz əhlidirmi, 
aralarında  türklər  varmı,  etnik  mənsubiyyətləri  nədir”  kimi 
suallar var. Bunlar haqqında mübahisələr bitməyib və bitməyə-
cək də. Alban adının mənşəi də tam məlum deyil... Mən inan-
mıram  ki,  tarixin  bu  qədim  çağları  İslamdan  əvvəlki  dövrdən 


Yüklə 8,56 Mb.

Dostları ilə paylaş:
1   ...   67   68   69   70   71   72   73   74   ...   88




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə