Elm və SƏNƏt məCLİSİ 11-20



Yüklə 8,56 Mb.
Pdf görüntüsü
səhifə57/88
tarix19.07.2018
ölçüsü8,56 Mb.
#56866
1   ...   53   54   55   56   57   58   59   60   ...   88

 
194 
 
 
 
Film iki bölümdən ibarətdir. Birinci bölümdə Edvard Səidin bir 
tarixçi kimi və ikinci bölümdə isə bir politik optimist, hətta fəal 
siyasətçi kimi fəaliyyətindən bəhs olunur. Çünki o, Amerikada 
mühacir kimi yaşadı, Nyu Yorkda həmişə çox aktiv rol oynadı. 
Onun fəaliyyəti yalnız prestij, ad-san, şan-şöhrət üçün deyildi. 
Onunla danışanda deyirdi ki, özüm uzaqlarda olsam da, mənim 
canım, ruhum sizinlədir. 
İcazə  verin,  əvvəl  bu  filmi  sizə  təqdim  edim  və  sonra 
orientalizmin  haradan  gəldiyindən  və  orientalizmin  özünü 
oriental tarixşünaslıqda nə cür göstərməsindən danışarıq. 
(Sonra 45 dəqiqəlik film məclis iştirakçılarının diqqətinə 
çatdırıldı.) 
 
Professor Turac Atabaki: 
 –  Mən  1989-cu  ildə  Daşkənddə  və  Azərbaycanda  təd-
qidat  aparırdım.
 
Burada  işi  qurtarandan  sonra  Hollandiyaya 
getdim.  Orada  bir  neçə  həftə  qaldım.  Oradan  da  Kubaya  get-
dim. Daha sonra Amerikada Stanford Universitetində çalışdım. 
Orada arxivdə işləyirdim. Bir gün qəhvə içmək üçün yuxarı çı-
xanda gördüm ki, orada amerikalı bir xanım da əyləşib. Mənə: 
“Salam Aleyküm,” – dedi. Mən də onun salamını aldım. İran-
dan olduğumu soruşdu. Mən təsdiq etdim və onun kim olduğu 
ilə maraqlandım. Dedi ki, o, universitetdə Sovet şöbəsinin mü-
diridir.  Dedim  ki,  mən  Sovet  İttifaqından  gəlirəm.  Sonra  ona 
Bakıda,  Alma-Atıda,  Daşkənddə  gördüklərimdən  danışdım. 
Ondan  Sovetlərin gələcəyi haqqında nə düşündüyünü soruşan-
da dedi ki, SSRİ dağılmayacaq. Mən isə Sovetlərin dağılacağı-
nı  dedim.  Sonra  o,  Sovetləri  əvvəlcədən  düşündüyü  kimi  təq-
dim etməyə başladı. Məncə, bu uydurulmuş bir təqdimat idi və 
o adam belə bir düşüncə ilə yaşıyırdı. Mən ona yarım saat ər-
zində  Moskvada,  Bakıda  olan  vəziyyət  haqqında,  gördük-
lərimdən danışdım. O isə ya başa düşmədi, ya da başa düşmək 
istəmədi.  
Mən  1996-cı  ildə,  yəni  təqribən  8  ildən  sonra  Stanford 


 
195 
 
 
 
Universitetində  çıxış  etməyə  getmişdim.  Yadıma  düşdü  ki,  bu 
xanım  orada  işləyirdi.  Dedim,  gedim  o  xanımla  salamlaşım, 
görüm  nə  var-nə  yox.  Getdim,  gördüm  elə  oradadır.  Dedim: 
“Salam  Aleyküm,  siz  məni  tanıyırsız,  mən  burada  olmuşam”. 
Dedi:  “Hə!”  Amma  demədim  ki,  Sovet  dağıldı,  onu  məhcub 
eləmək istəmirdim.  İndi, yəni Sovetlər dağılandan sonra hansı 
şöbənin rəisi olduğunu soruşdum. Dedi: “İslam şöbəsinin  mü-
diridir”.  Başladı  İslam  haqqında  mənə  bir  təsəvvür  verməyə. 
Bu hadisə səbəb oldu ki, mən Edvard Səidi yaxından araşdırım, 
bu  təsəvvür  ki,  Qərbdə  var,  Qərb  bu  təsəvvürlə  yaşıyır:  Yəni 
özgə bir adamı ortaya qoymaq. Edvard Səid XIX əsr kolonia-
lizminin və orientalizmin yavaş-yavaş meydana çıxmasını izah 
edir: Ortada bir özgə var. O özgəyə görə mən özümü təriflədi-
rəm.  Mən  kim  olduğumu  demirəm.  Mən  deyirəm  ki,  mən  o 
adam deyiləm.  
İkinci dəfə bu mövzuya müraciət edəndə, mən bu işi daha 
yaxşı başa düşdüm. Belə bir kitab oxudum – “Vaunqli”. Yəqin 
eşitmisiniz ki, Vaunqli Osmanlı ətrafından gedir Orta Asiyada. 
Bütün bu Orta Asiyanın kövrəkliyini mən Vaunqlidən oxudum. 
“Vaunqli”ni  oxuyan  adamda  Orta  Asiya,  Buxara  haqqında  tə-
səvvür yaranır. Mən Buxarada o yer qalmadı ki, baş çəkməyim. 
Vaunqlinin getdiyi yerlərə mən də bircə-bircə getdim. Gördüm 
ki, Vaunqlinin verdiyi təsvirlər düzgün deyil. Yəni  ortada geri 
qalmış, köhnə, bisavad bir Buxara var. Gedib Buxaranın tarixi-
ni görəndə çox mütəəssir oldum. Əbu-Dövlət Əhmədi Daniş və 
Toğrul Əxvabi adlı iki şəxs var. Hər cümə günü gedirlər Məf-
tuninin evində oturur və danışırdılar.  Yaxşı,  yüksək səviyyədə 
intellektual bir mübahisə gedirdi buxaralı, azərbaycanlı, iranlı-
lar arasında. Yəni orientalizmi özgələrin düzəltdiyi bir şey kimi 
ortaya qoyur, bu düzəlmiş birindən sonra biri tərif edir. Edvard 
Səid  bu  işi  başladı.  Beləcə,  post-kolonial  nəzəriyyə  yavaş-ya-
vaş ortaya çıxdı. Post-kolonial nəzəriyyəyə hamımız yaxşı de-
yirik.  Biz  post-kolonial  deyəndə  nəyi  nəzərdə  tuturuq?  Yəni 
kolonial  getdi  və  biz  post-koloniala  keçdik.  Sizə  bir  nümunə 


 
196 
 
 
 
verim: Hindistan 1947-ci  ildə müstəqil oldu.  Amma Hindistan 
tarixinə  tarixşünaslıq  nöqteyi-nəzərindən  baxanda  1947-ci  il-
dən sonra – 50-ci, 60-cı, 70-ci illərdə hələ Hindistanın tarixşü-
naslığı  kolonial  bir  tarixşünaslıq  idi.  O  kolonial  tarixşünaslığı 
kolonial  adam  yazmır.  Kolonialara  malik  İngiltərə  tarixini 
(British History) ingilis tarixçiləri yazmırlar. Hindistanlılar ya-
zırlar.  Amma  Hindistanda  mənə  deyirlər  ki,  Orientalizm  Uni-
versity nədir? Bu, orientaldan dönmüş orientaldır, yəni düşüncə 
həmin  düşüncədir,  fikir  həmin  fikirdir.  Həmin  elementləri  tu-
turlar,  yazırlar,  sadəcə  hakimiyyətlərin  yeri  dəyişir.  Kolonial 
adam gedir, onun yerinə milli adam gəlir. Amma həmin tarixi 
şərait  və  forma  qalır.  Mən  sözümü  hələlik  burada  qutarıram. 
Sizi çox yormaq istəmirəm. Ortaya 3 sual qoyuram:  
Birincisi, bizim tariximizi kim yazıb və ya yazan kimdir? 
Yəni, məsələn, indiki tarixi ki, biz yazırıq, 10 il qabaq yazılmış 
tarixlə çox fərq var. Mən hər dəfə buraya gələndə, gedirəm ki-
tabxanaya, ya da mağazalardan kitab alıram. Mən bu kitablara 
baxanda görürəm ki, 1996-97-ci illərdəkindən bugünki çoxdur. 
Amma  o  zamankı  ilə  baxışlarımız  fərqlidir.  Bir  zaman  baxış 
var  idi,  məsələn,  M.Ə.Rəsulzadə  əsaslı,  o  baxış  artıq  yoxdur. 
Yəni birinci sual budur ki, tarixi kim yazıb? Mənim bir kitabım 


Yüklə 8,56 Mb.

Dostları ilə paylaş:
1   ...   53   54   55   56   57   58   59   60   ...   88




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə