192
mayan alman orientalistlərini təhlilə cəlb etməməsi, Oksidenta-
lizmi (Şərqlilərin Avropanı önyarğı ilə görmələri, tam materia-
list Qərb və müdrik, ruhi Şərq tezisi), bir çox mürəkkəb fikir
və hadisələri mütləqləşdirməsi və ya sadələşdirməsi kimi mə-
sələlər bir çox tanınmış (və çox tanınmamış) alim və intellek-
tualların tənqidinə məruz qaldı.
“Edvard Səid gözəl alim olmaqdan başqa,
çox fəal siyasi xadim və mübariz olub”
Solmaz Rüstəmova Tohidi:
– Əziz qonaqlar, əziz məclis
iştirakçıları!
Hamlet müəllim xarici sə-
fərdə olduğu üçün, əvvəlcədən xa-
hiş etmişdi ki, bugünkü qonağımızı
mən təqdim edim. Bu gün bizim
məclis bir az xudmanidir. Amma
keyfiyyət baxımından, mənə elə
gəlir ki, çox yüksək və məzmunlu məclisimiz var. Qonağımız
da kifayət qədər tanıdığınız bir insandır. Məclisimizin mövzusu
da çox maraqlıdır. Hər halda şərqşünaslar və tarixçilər qiymət-
ləndirərlər ki, məclisimiz XX əsrin ən maraqlı alimlərindən biri
olan Edvard Səidin yaradıcılığına həsr olunub.
Əvvəlcə qonağımızı təqdim eləyim. Turac Atabəki bizim
həmyerlimizdir. 30-35 il bundan əvvəl İrandan Hollandiyaya
mühacirətə gedib və orada xarici əcnəbi bir vətəndaş olmaqla
kifayət qədər yüksək nailiyətlərə, mənsəblərə çatıb. Hazırda
Amsterdam və Leiden Universitetlərinin professorudur. Ams-
terdamda Beynəlxalq Sosial Tarix İnstitutunda Yaxın Şərq De-
partamentinin müdiridir. Xaricdə və respublikamızda kifayət
qədər tanınmış alimdir. Məncə, onun haqqında daha geniş mə-
lumata ehtiyac yoxdur. Turac bəyin hazırladığı və bu gün sizin
diqqətinizə çatdırmaq istədiyi mühazirənin obyekti – Edvard
Səid də kifayət qədər tanınmış və maraqlı insan olub. O, Fələs-