Elm və SƏNƏt məCLİSİ 11-20



Yüklə 8,56 Mb.
Pdf görüntüsü
səhifə52/88
tarix19.07.2018
ölçüsü8,56 Mb.
#56866
1   ...   48   49   50   51   52   53   54   55   ...   88

 
177 
 
 
 
britaniyalılar  İstanbulu işğal  edəndə  bu hadisəni  təsdiq  edəcək 
heç bir dəlil tapmadılar. Onlar Maltada türklərə qarşı hər hansı 
dəlil  tapacaqlarna  ümid  edərək,  təxminən  yüz  adlı-sanlı  türkü 
əsirlikdə  saxladılar  və  müvəffəqiyyətsizliyə  uğradılar.  Onlar 
amerikanlara  bu  haqda  nəsə  bilib-bilmədiklərini  soruşdular  və 
onların  da  cavabı  “yox”  oldu.  Nəticə  odur  ki,  ehtimal  olunan 
“genosid”  heç  vaxt  hüququn  tələblərinə  uyğun  şəkildə  araşdı-
rılmamışdır.  Britaniyalılar  türkləri  (Maltadan  evə  qayıtmaları 
üçün ödəniş etməkdən alçaqcasına imtina edərək) azad etdilər. 
Buna qarşı baş vermiş əks-iddia da var. Belə ki, millətçi türklər 
britaniyalı  zabitləri  girov  götürdülər,  ancaq  fakt  odur  ki,  türk 
hüquq-mühafizə  orqanlarının  əməkdaşları  dedilər  ki,  sadəcə, 
əsirləri mühakimə etmək üçün onların dəlilləri yoxdur və əsir-
lər azad edildilər. 
Diaspora erməniləri iddia edir ki, “tarixçilər” genosid ha-
disəsini qəbul edir. Diaspora xəttini təsdiqləyən “Genosid asso-
siasiyası  alimləri” adlandırılan bəzi  cəfəng təşkilatlar var. Bəs 
onlar  kimdır,  hansı  peşənin  sahibidirlər?  Ruanda,  Bosniya  və 
ya Osvits (Auschwitz) haqqında bilmək 1915-ci ildə Anadolunu 
müzakirə etmək üçün onlara haqq vermir. Osmanlı mütəxəssis-
lərinə  görə  “genosid”  iddiası  heç  bir  məna  kəsb etmir.  Faktiki 
olaraq diaspora xəttini qətiyyən qəbul etməyən bir qrup məşhur 
tarixçilər  də  var.  Saloniki  tarixçısı  və  çox  böyük  alim  olan 
Gilles  Veinstein  (Jil  Vaynştayn)  Fransada  1993-cü  ildə 
“L'Histoire”  jurnalındakı  məşhur  məqaləsində  bu  məsələni 
gözdən  keçirmişdi.  Bundan  sonra  Erməni  Diasporu  bu  və  ya 
digər məsələ haqqında çox atılıb-düşür, kin-küdurət yağdırırdı. 
Vaynştayn məsələ ilə bağlı ədalətli bir üsulla lehinə və əleyhi-
nə  arqumentləri  mükəmməl  şəkildə  xülasə  etdi.  “Genosid”in 
heç bir sübutu olmadığı bir faktdır. Bu mənada ki, ermənilərin 
qırıldığını göstərən heç bir sənəd  yoxdur. Sadəcə, saxtalaşdırı-
lan  dəlillər  var.  1920-ci  ildə  Andonyan  adlı  jurnalist  bəzi  sə-
nədləri britaniyalılara ötürüb. O, iddia edirmiş ki, sənədləri ona 
Naim adlı Osmanlı məmuru verib. Sənədlər kitab şəklində (in-


 
178 
 
 
 
gilis və fransız dillərində) nəşr edilmişdir. Siz onları olduğu ki-
mi dəyərləndirsəniz, ermənilər tamamilə məhv olmuş olar. Bu-
rada guya Daxili İşlər naziri olaraq Tələt Paşa öz canişinlərinə 
erməniləri  qırmağı,  yetimxalardakı  uşaqları  məhv  etməyi  belə 
unutmamağı,  ancaq  bütün  bunları  sirr  kimi  saxlamağı  deyir. 
Ancaq sənədlər kobud səhvlərlə – ayın tarixi və imzalarla, çox 
açıq-aydın saxtalaşdırılmışdır.  
O vaxtlar, 1920-ci ildə, gənc erməni respublikası dağılır-
dı.  Kazım  Karabəkir  Qarsda  (demək  olar  ki,  heç  bir  müqavi-
mətlə rast gəlmədən) irəli gedirdi və türk millətçilər Moskva ilə 
əməkdaşlıq  edirdilər  (Əslində  aralarında  bir  sövdələşmə  var 
idi:  Türkiyə  Azərbaycanı,  Rusiya  isə  Anadoludakı  erməniləri 
tərk edəcəkdi). Ermənilər Trabzonda qoşun yerləşdirərək brita-
niyalıları  hadisələrə  müdaxilə  etməyə  və  onları  xilas  etməyə 
məcbur  etmək  üçün  var  qüvvə  ilə  çalışırdılar.  Britaniyalıların 
(və  həmçinin  fransızların)  Kiçik  Asiyada  kifayət  qədər  prob-
lemləri  var idi, buna baxmayaraq,  əsas  məqsədləri  yeni  Türki-
yəyə  yerləşmək  idi.  Andonyanın  sənədləri  bu  məzmunu  da-
şıyır. Baş erməni “genosidçi” V.Dadryan hələ də bu sənədlərin 
orijinallığını coşqunluqla müdafiə edir, ancaq bu cəhd ona çox 
şey qazandırmır. Məsələn, o, sənədin Hələbdəki fransız məktə-
bində  yazılaraq  gəldiyi  iddiasına  cavab  verir  ki,  burada  kağız 
çatışmazlığı  var  idi  (Guya  Osmanlı  başçılarından  biri  fransız 
məktəb direktorundan xahiş edir ki, onun məktəb kağızının bir 
hissəsindən istifadə edə bilərmi? Bu, ağlabatan deyil.  
“Naim-Andonyan”  sənədləri  “təsadüfən”  heç  vaxt  məh-
kəmədə  istifadə  edilməmiş,  yoxlanılmamışdır.  Britaniyalılar 
onlardan  istifadə  etməkdən  imtina  etdi  və  alman  məhkəməsi 
sonralar onları kənara fırlatdı. O “sənədlər” o vaxtdan yox oldu 
–  sizin  gözləmədiyiniz  və  ağlabatmayan  “sənədləri”  onlar 
“genosid”i tamamilə təsdiq edən dəlil olaraq toplayırdılar. Di-
gər tərəfdən, ingilis  məhkəmələri onu “təsadüfi dəlil” adlandı-
rır, yəni hansısa bir şahid təsdiqləyir ki, başqa şahid kiməsə nə-
sə dedi. Bu, əlbəttə, dəlil hesab edilə bilməz. Son illərdə erməni 


 
179 
 
 
 
tarixçilər  nə  saxlandığını  öyrənmək  üçün  sıx-sıx  iki  düjün 
ölkənin arxivlərinə – misal üçün, Danimarkanın arxivlərinə ge-
dirlər.  Onların  özündə  nə  saxladığını  biz  artıq  bilirik:  dəhşətli 
dərəcədə  çoxlu  erməni  öldürüldü,  yaxud  Anadolunun  çox  his-
səsindən  hərbi  köçürülmələr  zamanı  həlak  oldular.  Osmanlı 
hökuməti irqi məhv etmək niyyətində idimi,  yoxsa bu, sadəcə 
son dərəcə səhv aparılmış bir köçürülmə idimi? 
Bu  məsələdə  mütəxəssislər  ikiyə  bölünülürlər.  Bernard 
Lewis  (Bernard  Luis),  Heath  Lowry  (Hiit  Loury),  Justin 
McCarthy  (Justin  MakKarti)  və  Yusuf  Halacoğlu  kimi  çox 
səriştəli  tarixçilər  köçürülmənin  yanlış  aparıldığı  qənaətinə 
gəlmişlər. Köhnə ssenarini qəbul edən digər tarixçilər inanırlar 
ki, bu, qəsdən aparılan məhvetmə kampaniyası idi və bu tarix-
çilərin  bəziləri  türkdür  (Onlar,  əgər  adlarını  yanlış  xatırlamı-
ramsa, Mete Tuncay və  Səlim  Deringildir).  Britaniya işğalının 
erkən  dövrlərindəki  hərbi  cinayət  məhkəmələrinə  əsaslanan 
elmi kitab yazmış Taner Akcam adında bir türk tarixçi var və o 
da (bu prosesin Nasist Almaniyasında  yəhudilərə qarşı baş ve-


Yüklə 8,56 Mb.

Dostları ilə paylaş:
1   ...   48   49   50   51   52   53   54   55   ...   88




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə