Elm və SƏNƏt məCLİSİ 11-20



Yüklə 8,56 Mb.
Pdf görüntüsü
səhifə55/88
tarix19.07.2018
ölçüsü8,56 Mb.
#56866
1   ...   51   52   53   54   55   56   57   58   ...   88

 
186 
 
 
 
the  inhabitants  are  becoming  obese  in  the  manner  of  some 
Americans).  In  Soviet  times  Armenia  had  a  population  appro-
aching  three  million.  Then  came  independence  and  the  war 
over  Karabagh.  The  population  dwindles  and  declines  every 
year and is now not much above 1,500,000 – of all absurdities, 
in other words, independence has caused the Armenians to lose 
twice as many as vanished in the supposed „genocide‟ of 1915. 
There  is  in  other  words  a  sickness  at  the  heart  of  this  whole 
frankly preposterous affair. 
What should Turkey do? If the French law does pass then 
Turks must be prepared to act, otherwise they risk being landed 
with enormous bills for compensation. It will take organization. 
I would volunteer, myself, to provoke some trouble in France: 
it would be very easy indeed for me to give a public lecture and 
just  to  point  out  what  is  wrong  about  the  whole  thesis  of  the 
„Armenian genocide‟ – I might  even just read out Veinstein‟s 
article  (or  another  important  one  by  the  then  leading  German 
general,  Bronsart  von  Schellendorf).  The  French  government 
probably would be mad enough to put me in prison for a while 
(this was done to a well-respected French historian of slavery, 
whose  crime  had  been  to  point  out  that  many  Africans  were 


 
187 
 
 
 
involved in the slave trade and that some slaves volunteered for 
transportation  because  it  saved  them  from  cannibalism).  But 
someone  has  to  make  a  stand  against  the  ridiculous  misuse  of 
parliamentary power and the instructing of historians what they 
must say about an event nearly a century old in a country two 
thousand kilometers away with a language that very few people 
can now read.  
 


 
188 
 
 
 
ON YEDDĠNCĠ MƏCLĠS 
 
 
 


 
189 
 
 
 
Elm  və  Sənət  Məclisinin  budəfəki  toplantısında  professor 
Hamlet İsaxanlı iştirak edə bilməyib. Lakin onun mövzu ilə bağlı giriş 
vermək  üçün  əvvəlcədən  hazırladığı  qeydləri  var.  Həmin  qısa  mətni 
tamlıq üçün dinləyici və oxucularımıza təqdim etməyi lazım bilirik.  
 
Professor  Hamlet  Ġsaxanlı:  “Edvard  Səid  (1935-2003) 
öz “Orientalism” (1978) əsəri ilə Şərq-Qərb münasibətləri, ste-
reotiplərin yaranması səbəbləri, mətn və onun şərhi, ədəbi araş-
dırmalar, bilik və onun siyasətə təsiri, siyasəti istiqamətləndir-
məsi, postkolonial nəzəriyyələr kimi bir çox məsələlərə dərin-
dən toxunmuş, özünəməxsus orijinal, eyni zamanda böyük mü-
bahisələr  doğuran  fikirlər  ortaya  atmışdır.  Eyni  zamanda  bu 
əsəri  onu  çox  populyarlaşdırmış  və  məşhurlaşmışdır.  Digər 
əsərləri  də  oxşar  məsələlərə  həsr  olunmuşdur.  E.Səidin  İslam 
dünyası, Şərqin öyrənilməsi məsələsində Avropamərkəzçilik və 
onun  Amerikaya  transferi,  önyarqıların  yaranması  barədə  dü-
şüncələri  tarixyazarlıqda  qəliblər  içində  hərəkət  etmək,  öncə-
dən  çərçivə  yaratmaq  baxımından  da  maraqlıdır.  Bugünkü 
ABŞ-da  formalaşmış  “Şərq  (daha  çox  İslam  Şərqi)  narahatlıq 
və təhlükə qaynağıdır” fikri də E.Səidin ortaya mənfi çalarlarla 
çıxardığı  “Orientalizm”  düşüncəsindən  doğulub  (qeyd  edək  ki 
E.Səid  özü  fələstinli  xristiandır,  gəncliyindən  ölümünə  qədər 
ABŞ-da, Nyu Yorkda yaşamışdır).  
Saidə görə Orientalizm avropalı alimlərin və siyasətçilərin 
“başqalar”ının kimliyi, tarixi və həyatı haqqında yürütdüyü fi-
kirlər toplusudur. Bu, mənaaltı və ya mətnaltı avropalıların üs-
tünlüyü və vacibliyi əsasında qurulur. Bu fikirlər Avropa sivili-
zasiyasının  gücü,  Avropanın  iqtisadi  və  hərbi  qüdrətindən  do-
ğur. Avropalı orientalistlərin yazılarında (E.Səid əsasən fransız 
və  ingilisləri  nəzərdə  tutur)  Avropalılara  aid  edilən  sifətlər 
“qayda-qanun”,  “rasionallıq”,  Şərqlilərə  aid  isə  “qaydasızlıq”, 
“nizamsızlıq”, “irrasionallıq”, “qəribə”, “əcaib”, “ibtidai” kimi 
ifadələrlə verilir. Şərq sanki yuxuya gedib, doğru yoldan sapıb, 
anlaşılmazdır. Ariyalı irq mifini (Arianizm) də onlar (oriyenta-
listlər)  yaratdılar  və  bu  sonralar  ağır  nətəcələr  verdi.  Orienta-
listlər  Qərb  sivilizasiyasını  tarixi  inkişafın  zirvəsi  kimi  qəbul 


 
190 
 
 
 
etdilər.  Orientalizm  sözünə  ki-
çikliyi,  mənfi  çaları  məhz 
E.Said  gətirdi.  O,  Orientalizmin 
başlanğıcını  Napoleonun  Misir 
yürüşü ilə əlaqələndirir.  
Ümumiyyətlə,  Səidə  görə 
orientalizm  19-cü  əsrdə  impe-
rializmin  güclənməsi  məhsulu-
dur.  Orientalizm  inşa  olunub  və 
Şərqə  nəzarət  üçün  vacibdir. 
Orientalizm  elmi,  akademik  sa-
hə  kimi  əsasən  18-cu  əsrin  son-
larına  yaxın  formalaşmış,  dü-
şüncə üsulu kimi  qədim zaman-
dan, Esxildən (Aeschylus) başlamış, Dante və digər orta əsrlər, 
sonra isə yeni dövr yazıçı-şairləri tərəfindən davam etdirilmiş, 
media  tərəfindən  kanonikləşdirilmişdir.  Orientalizm,  korpora-
tiv institut olaraq imperializmin məhsulu sayılmalıdır. Şərqi ələ 
almaq,  onu  müstəmləkəyə  çevirmək  və  idarə  etmək  məqsədi 
güdür.  Orientalistlərin  törətdikləri,  istehsal  etdikləri  biliklər 
əzici  və  idarəedici  gücə  çevrildi.  Napoleonun  Misir  yürüşü 
akademik biliklə siyasi iddiaların qovuşması, üzvi vəhdəti idi; 
biliyin gücə təsirini nümayiş 
etdirirdi
. Avropalı kimliyi, avropa-
lı ideyası, Avropanın “norma” olması da orientalistlərin məlum 
“biz”  və  naməlum  “başqaları”  arasındakı  şişirdilmiş  və  ya 
uydurulmuş  fərqlərdən  yoğruldu.  Orientalizmin  və  kolonializ-
min  nətəcəsində  şərqlilər  də  özlərinə  Avropalıların  gözü  ilə 
baxmağa başladılar.  
Burada  əvvəlcə  beyinlərə  yeridilmiş  “Россию  умом  не 
понять”
97
  (Rusiyanı  ağılla  anlamaq  mümkün  deyil)  ifadəsi, 
sonra  isə  artıq  normaya  çevrilmiş,  kanonikləşmiş  “Azərbay-
canda (və Şərqdə) polifonik musiqi yoxdur, onun banisi Üzeyir 
Hacıbəylidir” fikri yadıma düşdü. Birinci ifadə yalnız “Rusiya 
                                                 
97
 Rusiyanı ağılla anlamaq (dərk etmək) mümkün deyil. 


Yüklə 8,56 Mb.

Dostları ilə paylaş:
1   ...   51   52   53   54   55   56   57   58   ...   88




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə