135
riyaziyyat, astronomiya sahəsində məlumatlı adam kimi təsvir
edir. Şəms Təbrizdə elmi və ruhi məktəb də keçmişdi. “Təbriz-
də elə insanlar var ki, onların yanında mən heç nəyəm” deyirdi
Şəms. Üstəlik, o, Yaxın Şərqi gəzib-dolaşmış, fəlsəfi və teoloji
işlərdə arif bir insan idi. Onun əsas gücü isə ruhi ehtirası idi.
Şəms Təbrizi, məlumdur ki, ilk dəfə Cəlаləddin Rumiyə səmа
rəqsini, musiqi ilə şеiri birləşdirmək, bu yolla insаnlаrın ruhunu
оyаtmаğı və oynatmağı öyrətdi. “Başqalarını oxumaq deyil,
özünü ruhlandırmaq, təcrübə etmək və ətrafdakıları ruha gətir-
mək daha maraqlı, daha doğrudur,” – deyirdi Şəms Mövlanaya.
Mövlana elm, Şəms sənət adamı idi. Şəms Mövlanaya sənət,
musiqi, rəqs vasitəsilə ruhi lider olmağı öyrətdi. Mövlana Şəm-
sin ideya və köməyi sayəsində və əlbəttə, öz böyük istedadı ilə
böyük Sufi başçısı oldu, təriqət lideri oldu, xüsusi güc və hör-
mət qazandı. Bunlara görə Mövlana Şəmsə sonsuz dərəcədə
minnətdar idi. “Şəms, sənin Günəşinin sayəsində biz ay kimi
parlayırıq” – deyirdi Mövlana. Onlar fikir-sənət dostu idilər.
Bəs Şəms Mövlanadan nə qazandı, onun Mövlanaya ehtiyacı
nədə idi? Zənnimcə, Mövlanaya qədər az və ya çox tanınan bu
“qeyri-adi ruh adamını” anlayan, dərindən dərk edən olmamış-
dı. Şəmsi saymırdılar. Mövlana onu duydu, onun böyüklüyünü
aləmə göstərdi. Mövlana və Şəms bir-birinə gərək olduqlarını
gördülər, hiss etdilər. İki güc birləşdi, “Məsnəvi”, “Məqalat” və
Mövləvilik kimi əsərlər və cərəyanlarla zaman və məkan boyu
böyük səyahətə çıxdılar.
136
ON BEġĠNCĠ MƏCLĠS
137
Professor Hamlet Ġsaxanlı:
– Ən qədim insanlar, çox gü-
man ki, mağara həyatından sonra da-
ha əlverişli yerlərdə yaşamaq üçün
özlərinə sığınacaq, ev tikməyə başla-
dılar. Üstəlik birgə iş görmək və təh-
lükəsizlik zərurətindən doğan kənd-
ləşmə, bir neçə və daha çox evlərin
eyni ərazidə, bir-birinin yaxınlığında
qurulması başlanıldı. Daha böyük
yaşayış məntəqələrinin, şəhərlərin
əmələ gəlməsi isə görünür ki, təhlü-
kəsizliyin təminatı ilə yanaşı əkinçiliyin güclənməsi, ticarətin
yaranması və sənətkarlığın inkişafı ilə bağlıdır. Şəhər siviliza-
siya, mədəniyyət deməkdir, sənətkarlığın və ticarətin birləşdiyi
yerdir şəhər. Yazı və elm, yəqin ki, şəhərin məhsuludur. Şəhər-
ləşmə ilə dövlət qurulması, demək olar ki, eyni zamanda baş
vermişdir. Sonralar müəyyən səbəblərə görə sürətlə inkişaf
edən şəhər böyüyə-böyüyə digər şəhərlərə çatıb sanki onları öz
peykinə döndərir, meqa-şəhər, meqapolis və ya meqalopolisə
çevrilir. Şanxay, Bombey (Mumbay), Tokyo, New York, Me-
xiko, San Paulo, İstanbul, Seul kimi şəhərlər böyük meqapolis-
lərdir.
İslam sivilizasiyası və şəhərləşmə
İslamın yayılması dövründə şəhərləşmə prosesi güclənmiş-
di. Köhnə şəhərlərin böyük qismi daha da böyüyür, eyni za-
manda yeni şəhərlər salınırdı. Yeni şəhərlər daha çox yad mü-
hitə düşən hərbçilərin, əsgərlərin öz qaydaları ilə, yerli xalqdan
ayrı, sərbəst yaşamasını təmin edən şəhər-düşərgələr şəklində
yaradılırdı. Şəhər düşərgələrdə bazarlar, məscidlər, karvansa-
raylar tikilir, ticarət və sənətkarlıq get-gedə güclənir, daha bö-
yük sahə tuturdu. Beləliklə, şəhər düşərgələr yeni şəhərlərə
çevrilirdilər.
138
Əməvilər zamanından başlanan urbanizasiya Abbasilər
dövründə çox gücləndi, İraq və Suriyada, Misirdə, İran və
Azərbaycanda, Orta Asiyada köhnə şəhərlər yeni məzmun qa-
zanır, yeni şəhərlər inkişaf edirdi. Kufə, Mosul, Fustat şəhər-
düşərgələr kimi salınmışdı. İkiçayarasında (İraqda) və Suriyada
əsas şəhərlər Bağdad, Bəsrə, Kufə və Dəməşq idi. Xəlifəliyin
yeni paytaxtına çevrilən Bağdad dünyanın ən böyük, zəngin və
mədəni şəhəri idi. 10-cu əsrin əvvəllərində Bağdadda 60 min
hamam vardı! Xəlifəlik zəifləyib müxtəlif dövlətlərə parçala-
nanda Bağdad zəiflədi. Əndəlüsdə (müsəlman İspaniyada) 10-
cu əsrdə ən böyük və zəngin şəhər Kordoba (Qurtubə) idi. Av-
ropanın heç bir şəhəri onunla müqayisə olunan deyildi.
Fatimilər dövründə Fustatın yaxınlığında Qahirə - yeni
şəhər salındı. Qahirə böyüdü, Bağdadı keçdi. İran və Azərbay-
canın əsas şəhərləri Təbriz və İsfahan idi. Ərdəbil, Naxçıvan və
Gəncə kimi şəhərlər də müxtəlif zamanlarda önəm qazanmışdı-
lar. Orta Asiya və Xorasanda Buxara, Səmərqənd, eləcə də
Bəlx, Mərv, Herat əsas şəhərlər idi.
Şəhərlərdə məscidlər ən vacib yer sayılırdı. Məscid namaz
yeri idi, məhkəmə gedən yer idi, qismən məktəb idi, mədəniy-
yət ocağı idi. Get-gedə (10-cu əsrdən başlayaraq) baş məscid
xüsusi ad (və status) qazandı, əl-məscid əl-cami və ya sadəcə
cami adlandırıldı. Əsasən 11-ci əsrdən başlayaraq şəhərlərdə
mədrəsələr – ali məktəblər fəaliyyətə başladı, onlar da məscid-
lərlə əlaqəli idilər.
Şəhərlər qala divarları ilə (bəzən bir neçə qatar divarla),
müdafiə qurğuları ilə təmin olunurdular. Qala divarlarında qa-
pılar çox önəmli idi, onlar xüsusi adlar daşıyır, zaman dəyiş-
dikcə bu və ya digər qapı xüsusi əhəmiyyət qazanırdı.
Yeni dövr
Yeni dövrdə sənayeləşmə şəhərlərin inkişafına təkan verən
əsas səbəb oldu. Hal-hazırda dünya əhalisinin yarıya yaxını şə-
Dostları ilə paylaş: |