Elm və SƏNƏt məCLİSİ 11-20



Yüklə 8,56 Mb.
Pdf görüntüsü
səhifə41/88
tarix19.07.2018
ölçüsü8,56 Mb.
#56866
1   ...   37   38   39   40   41   42   43   44   ...   88

 
139 
 
 
 
hərlərdə  yaşayır  (100  il  əvvəl  şəhər  əhalisi  dünya  əhalisinin 
təqribən 15%-ni təşkil edirdi). Böyük ticarət, sənaye, ali (və or-
ta məktəbdən sonrakı) təhsil, idman və incəsənət şəhərdə məs-
kən salır, bunlar urbanizasiyanı sürətləndirir. 
Şəhərsalma, şəhər planlaması müasir memarlıq və inşaatın 
mərkəzində  duran  məsələlərdir.  Köhnə,  tarixi  şəhərlərin  yeni-
ləşdirilməsi, memarlıq abidələrinin bərpası, “nə saxlanılmalı və 
nə  dəyişdirilməlidir?”,  “dəyişdirilən  necə  dəyişdirilməlidir?” 
kimi problemlər xüsusi əhəmiyyət kəsb edir. Məsələn, Bakının 
yeni  inşaatında  İçəri  Şəhərlə  və  ya  şəhərin  tarixi  maraq  kəsb 
edən binaları ilə necə rəftar edilməlidir? Cavab sadə və birqiy-
mətli deyil. Memarlıq və restavrasiya ilə  yanaşı  bir çox sosial 
məsələlər həll edilməlidir.  
 
Aleksandriya/İsgəndəriyyə 
 
Hal-hazırda Misirin  ikinci  böyük şəhəri olan  İsgəndəriyyə 
sənaye  və  liman  şəhəridir;  İsgəndəriyyə  təzadlar  şəhəridir  de-
yirlər. Tarixçilər Aleksandriyanın, indiki İskəndəriyyənin sələfi 
olan  şəhərin  Makedoniyalı  Aleksandr  tərəfində  qurulduğu  və 
ya kiçik kənddən böyük şəhərə çevrildiyi fikrində həmrəydilər. 
Bizim  eramızdan  iki  əsr  əvvəl  Aleksandriya  əhalisinin  300 
minlə  600  min  arasında  olduğu,  Aleksandriyanın  dünyanın  ən 
böyük şəhəri olduğu söylənilir; bəlkə Çində və Hindistanda ona 
yaxın (böyüklükdə) bir-iki şəhər ola bilərmiş. 
Qədim Aleksandriya ümumiyyətlə və xüsusi halda media-
da daha çox Kleopatra, Yuli Sezar, Mark Antoni əhvalatı, sevgi 
macəraları, döyüş əhvalatları və qismən də Ptolomey xanədanı 
ilə  yadda  qalıb.  Antik  dünyanın  yeddi  möcüzəsindən  biri  – 
Aleksandriya  mayağı  və  ya  Faros  mayağı  da  burada,  şəhərin 
yanındakı  adada  olub.  Eramızdan  əvvəl  3-cü  əsrdə  on  iki  il 
müddətində  tikilən  bu  mayağın  hündürlüyü  138  metr  olub;  o 
zaman  bu,  çox  mümkündür  ki,  dünyanın  ən  hündür  tikilisi 
olub. 14-cü əsrdə zəlzələ nəticəsində dağılıb. 


 
140 
 
 
 
Digər  tərəfdən,  Aleksandriya  bir  müddət  qədim  dünyanın 
ən  məşhur  elm  və  sənət  mərkəzi  olub.  Eramızdan  əvvəl  3-cü 
əsrdə  qurulan  Aleksandriya  kitabxanası  zamanının  ən  böyük 
kitabxanası olub. Əlbəttə burada adi kitabxanadan, yəni əsasən 
kitab  kolleksiyası  kimi  xidmət  göstərən  qurumdan  söhbət  get-
mir.  Aleksandriya  kitabxanası  ilə  yanaşı  dayanan  Muzeum  və 
ya Muzeyon (Musaeum, Mouseion; indiki muzey sözü buradan 
götürülüb)  müəyyən  qaynaqlara,  məsələn  astronomik  və  ana-
tomik  müşahidə  və  tədqiqat  imkanlarına  malik  idi.  Aleksand-
riya kitabxanası, indiki terminlərlə desək, bir elm və sənət aka-
demiyası  idi.  Burada  alimlər  çalışır,  tədqiqat  aparırdılar.  Əsas 
sahələrdən biri filoloji tədqiqatlar, xüsusi halda Homerşünaslıq, 
digəri riyaziyyat və təbiət elmləri idi. Aleksandriya kitabxana-
sının rəhbəri, başqa sözlə “Kitabxanaçı” indiki  Elmlər Akade-
miyasının  rəhbəri  ilə  müqayisə  oluna  bilər.  “Arqonavtika”nın 
müəllifi  Rodoslu  Apollonius  və  onun  arxasınca  riyaziyyatçı, 
şair,  coğrafiyaçı,  astronom  Eratosfenes  “Kitabxanaçı”  olublar. 


 
141 
 
 
 
Arximedin müasiri və dostu olan Eratosfenes çox geniş əhatəli 
alim  kimi  şöhrətlənmiş,  hər  sahədə  ən  azı  ikinciliyi  özünə  tə-
min etmiş adam kimi Beta (yunan əlifbasının ikinci hərfi) ləqə-
bini  almışdı;  lakin  onun  yer  kürəsinin  ölçülərinin  müəyyən 
edilməsi işində Alfa – birinci olduğu bəllidir. Qədim dünyanın 
böyük həndəsə alimi Perqalı Apollonius (eramızdan əvvəl 262-
190-cı illər) da gəncliyində Aleksandriyaya getmiş, orada Evk-
lid elmi  məktəbində  yetişmişdi.  Çox-çox (1800 ildən çox) za-
man  keçdikdən  sonra  Kepler  planetlərin  Günəş  ətrafında  dövr 
etmə trayektoriyasının  Apolloniusun daxil etdiyi  ellipslər üzrə 
olduğunu isbat edəcəkdi! Daha bir Aleksandriyalı məşhur insan 
antik  dövrün  böyük  astronomu  hesab  olunan  Klavdias  (Clau-
dius)  Ptolemaeus  (?90-?168)  Matematike  Syntaxis”  adlı  əsə-
rin müəllifidir. Qədim astronomiyanın əsas əsəri sayılan bu ki-
tab İslam aləmində ərəbcə “əl-Məcisti”, Avropada “Almagest” 
adı ilə tanınmış, öyrənilmiş, ümumiləşdirilmiş, bəzi müddəaları 
da təkzib olunmuşdur. Geniş əhatəli bu alim görkəmli riyaziy-
yatçı, coğrafiyaçı, astroloq, təbiətşünas və musiqişünas olub. 
Aleksandriya kitabxanasının üç dəfə yandırıldığı söylənilir. 
Birincisi Yuli Sezar, üçüncüsü müsəlmanların Misiri fəth etməsi 
ilə  əlaqələndirilir.  Bernard  Lewis  və  bəzi  digər  tədqiqatçılar 
müsəlmanların yandırması məsələsini doğru hesab etmirlər. 
Sonralar Aleksandriya həm böyüklük, həm də elm mərkəzi 
olmaq baxımından liderliyini itirəcəkdi.  Bizim eranın  əvvəllə-
rində Aleksandriya kiçik, Roma isə nəhəng, yəqin ki, dünyanın 
ən böyük şəhəri idi. İslam dünyasının ən böyük şəhəri 9-10-cu 
əsrlərdə  Bağdad  idi.  Orta  əsrlərdə  (12-14-cü...)  Azərbaycanın 
ən böyük şəhəri və ümumiyyətlə, müsəlman aləminin ən böyük 
şəhərlərindən  biri  Təbriz  idi.  Renessans  dövründə,  yəqin  ki, 
dünyanın  ən  böyük  şəhərləri  Konstantinopol  (İstanbul)  və  Pe-
kin idi.  
Yaxın Şərq Şəhər Mədəniyyəti barədə məruzə üçün dəvət 
etdiyimiz hörmətli Dr. İsmail Serageldin yeni İsgəndəriyyə ki-
tabxanasının direktorudur.  O, regional inkişaf,  gələcək liderlə-


 
142 
 
 
 
rin yetişməsi, elm adamları, dövlət adamları və gənclər arasın-
da  işlək  şəbəkələrin  qurulması,  kitabxana,  muzey,  dünya  və 
bölgə miraslarının qorunması, ümumiyyətlə, insan inkişafı kimi 
məsələlərdə  sözü  və  rolu  olan,  beynəlxalq  aləmdə  fəaliyyət 
göstərən bir şəxsdir. 
 
İsmail Serageldin 
(Çıxışın xülasəsi) 
 
Bizim mədəni irsimizi qorumağımız milli kimlik hissimi-
zi  qorumağımızın  əsas hissəsidir. Mədəni  irs məfhumu –  ədə-
biyyat,  təsviri  incəsənət,  inşaat,  adət-ənənə  kimi  sahələri  əhatə 
edir. Burada əsasən tarixi şəhərlərin, abidələrin tikilməsi, arxeo-
loji  sahələrin  araşdırılması,  dünyanın  tanınmış  və  qorunmasına 
daha çox ehtiyac duyulan tarixi şəhərlərindən bəhs edilir.  
Dünyada  urbanizasiya  prosesinin  sürətlənməsi  eyni  za-
manda  bir  çox  sosial  problemlərə  də  yol  açır.  Şəhərlərin,  o 
cümlədən  qiymətli  memarlığa  malik  tarixi  şəhərlərin  inkişafı 
əsasən əhalinin artımı, iqtisadi fəaliyyəti, ölkələrarası düşmən-
çilik  və  gərginlikdən  asılı  olaraq  dəyişir.  Qədim  tarixə  malik 
şəhərlərin  inkişafını  təmin  etmək  üçün  əsas  sosial-iqtisadi  ba-
zanı gücləndirmək, həmin şəhərə  yaxın  yerləşən müasir şəhər-
lərlə  əlaqələri  möhkəmləndirmək  zəruridir.  Təbii  ki,  bu  kimi 
yenidənqurma  layihələri  həyata  keçirmək  yaradıcılıq,  bir  sıra 
hallarda isə Herakl cəsarəti tələb edir. Bu cür layihələri həyata 
keçirmək  qədim  tarixi  kökə  malik  şəhərlərə  yenidən  can  ver-
mək, onların unikal cazibəliyini saxlamaq deməkdir. Buna Bu-
xara şəhərini misal göstərmək olar.  
Əslində  bu,  heç  də  göründüyü  kimi  asan  deyil.  Belə  ki, 
tarixi kontekstlərdə yerləşən şəhərin inşaatına başlarkən, önəm-
li  faktor  onların  əski,  tarixi  zəriflikliyini  saxlamaq,  keçmişini 
özündə saxlaması üçün bütün imkanları səfərbərliyə almaq zə-
ruridir.  
Şəhərlərin  yenidənqurma  prosesində  diqqət  edəcəyimiz 


Yüklə 8,56 Mb.

Dostları ilə paylaş:
1   ...   37   38   39   40   41   42   43   44   ...   88




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə