Elm və SƏNƏt məCLİSİ 11-20



Yüklə 8,56 Mb.
Pdf görüntüsü
səhifə20/88
tarix19.07.2018
ölçüsü8,56 Mb.
#56866
1   ...   16   17   18   19   20   21   22   23   ...   88

 
70 
 
 
 
(qismən  əcadları?!)  olan  Çin  hunlarından  çox  geri  qaldıqlarını 
yazır.  O,  Jordanesin  söylədiyi  “qədim  əhvalat”a  dayanaraq  bu 
dəyişməni  mədəni  səviyyəsi  Çin  hunlarına  nisbətdə  xeyli  geri 
qalan digər tayfalarla, əsasən də (monqoloid?!) uqrlarla qarışma-
metisləşmənin  (İnostrantsevin  tezisi!)  –  qadınsız  qalmış  hun 
kişilərinin uqr arvadları ilə evlənməsinin (elliklə?!) nəticəsi he-
sab  edir.
53
  Ona  görə  mədəni  səviyyənin  aşağı  düşməsinin  bir 
səbəbi  də  bu  hunların  uzun  yollar  keçməsi  və  kasıblaşmasıdır. 
Hərçənd  ki,  senator  Maksimilianın  başçılığı  ilə  hun  sarayına 
göndərilən səfirliyin (448-ci il) katibi Priskos Attilanın sarayını 
təsvir edənkən mədəni və çox insani bir mühitlə qarşılaşır. 
Tədqiqatçıların  çoxu  hunlara  qədər  Avrasiya  çöllərinin 
köçəri  xalqlarının  –  skiflər,  sarmatlar,  sakaların  əsasən  İran 
dilli olduğunu yazırlar. “Soqdların dili də saka dili idi”.
54
 Yazılı 
əsərlər və arxeoloji qazıntılar Avrasiynı iki hissəyə ayıran Al-
tay  və  Tyan-şan  dağlarının  qərbi,  hətta  Tyan-şanın  yaxın  şərq 
ətəklərinin  əsasən  İrandilli  xalqlardan  ibarət  olduğunu  təsdiq 
etməyə yönəlib. Tarım ovası sanki hunlarla İrandillilər arasında 
bölünürdü.
55
  
Qərbə  doğru  hun  axınları  Avrasiya  çöllərini  İrandillilik-
dən türkdilliyə aparan böyük hərəkətin böyük başlanğıcı oldu. 
Bu  ərazilərdəki  şəhərlərdə  isə  türkləşmə  daha  (xeyli?)  yavaş 
gedəcəkdi. Yüe-çilər cənub-qərbə, bundan sonra Toxaristan ad-
lanacaq Baktriyaya köçdülər. Hunlar alanları məğlub edib Tar-
baqatay dağlarının və Balxaş gölünün cənubu ilə Xəzər dənizi-
nə qədər gəldilər. Onlardan şimalda isə digər türkdilli xalqların 
(bulqar və qırğızların əcdadları, tinq-linqlər,...; ovçuluq və kürk 
ticarəti ilə məşğul olan tinq-linqlərin adını əski türkcədəki sin-
cab sözü ilə bağlayırlar.
56
  
                                                 
53
  Гумилев.  История  народа  Хунну.  Издательство  Люкс,  Москва,  2004;  стр. 
262-9 və стр. 615-6 
54
  Hunlar  ve  Tanrının  Kırbacı  Attila.  Hazırlayan  Gyula  Nemeth.YKY,  İstanbul, 
1996. səh. 40 –Peter Vaczy 
55
 Yenə orada, səh. 41 –Peter Vaczy 
56
 Yenə orada, səh. 41 –Peter Vaczy 


 
71 
 
 
 
 
Hunlar Avropada 
  
Hunların qərbə doğru birinci yürüşü böyük köçlərin baş-
lanğıcı idi. Uzun yolda rast gəldikləri xalqları da öz içərilərinə 
alan (və beləliklə, çoxmillətli tayfa birləşmələrinə çevrilən, la-
kin türk ünsürlərinin yenə də siyasi üstünlük təşkil etdiyi) hun-
lar,  görünür ki,  bir müddət  Xəzər dənizi,  Ural  dağları və Don 
çayı  arasındakı  ərazilərdə  yaşadılar.  360-370-ci  illər  arasında 
hunlar  alanları  məğlub  etdilər.  Nəhayət,  375-ci  ildə  (?)  hunlar 
Balamirin  (Balamberin)  başçılığı  altında  böyük  ordu  ilə  Don 
çayını keçib Karpat dağlarına qədər irəlilədilər və bu ərazilərdə 
öz dövlətlərini qurdular. 
 
German tayfaları olan qotlar üzərində qələbədən sonra əsa-
sən  Don  və  Dnestr  arasındakı  düzənliklərdə  məskunlaşan  və 
Ermanarixin  başçılığında  dövlət  qurmuş  qotların  (ostroqotlar-
şərq  qotları)  böyük  hissəsi,  həm  də  qotlara  tabe  olan  tayfaların 
əksəriyyəti hun imperiyasına daxil oldular (meşə qotları deyilən 
və  qərbdə  yaşayan  viziqotlar  nisbətən  sərbəst  qaldılar).  Piyada 
və  səf-səf  düzülüb  döyüşməyə  alışmış  qotlar  hunların  iti 
süvarilərinə, uzaqdan yağdırdıqları oxlara, kiçik dəstələrlə irəli-


 
72 
 
 
 
geri gözlənilməz hərəkətlərinə çaş-baş qalıb tam məğlub oldular, 
Ermanarix özünü öldürdü (373, 4?). At belində sürətli manevrlər 
edən hunlar az itki verirdilər. Hunların hakimiyyətini qəbul edən 
və onların razılığı ilə özlərinə kral seçmək hüququ alan qotların 
yeni kralının adı Hunimund (hunlara arxalanan adam) idi. Roma 
himayəsinə  girmək  istəməyən  qotlarla  romalılar  arasında  çıxan 
savaşa hunlar və onlara boyun əyən alanlar da qatıldılar; Roma 
məğlub  oldu.  Savaşda  imperator  Valens  öldürüldü  (9  avqust 
378-ci  il).
57
  Sonra  qotların  bir  hissəsi  Roma  qulluğuna  giddilər 
(orada kiçik dəstə alan və hun birlikləri də vardı). 
 
Marsellinus Don çayına gəlib çatmış hunlarla İrandilli 
alanları müqayisə edir. Alanlar uzunboylu və zərif, əsasən sa-
rısaçlıdırlar. Hunlar isə çirkindirlər, saqqalları çıxmır, vücud-
ları  güclü  və  şişman,  boyunları  qalındır.  İkiayaqlı  heyvana 
bənzəyirlər.  Jordanesə  görə  hunların  sifəti  yumru  və  enlidir, 
qara və eybəcərdir, adam baxanda qorxur. Sifətlərində göz de-
yil,  sanki iki  nöqtə  var,  saqqal  və  bığları  yoxdur,  balacaboylu, 
amma çox qıvraq, gözəl süvaridirlər. Əzələli boyunları var, en-
likürəkdirlər,  başlarını  qürurla  dik  tuturlar,  hər  an  ox  atmağa 
hazırdılar.  Eyni  zamanda  hunlar  acgöz,  xəsis  və  güvənilməz 
xalqdır.  Sidoniusa  görə  hunların  gözləri  bir-birindən  uzaq  və 
sanki  alınaltı  çüxurda  yox  olur.  Geniş  üzlü  olmaqla  sanki 
burunları yoxdur. Yeriyəndə orta boyludurlar, ata minəndə on-
ları  tanımaq  olmur,  hündürləşirlər.
58
  “Şimal  onlardan  daha 
vəhşi  və  daha  cəsur  bir  xalq  yetişdirməyib”,  eyni  zamanda 
“hunlar talançılıqla qidalanırlar”.
59
  
Bu, avropalıların adət etmədiyi türk-monqol tipi deyilmi? 
Suriyəli Efraimə aid edilən və mif xarakteri daşıyan la-
tınca  mətnə  görə  hunlar  savaşa  hazırlanarkən  bütün  hamilə 
qadınları  öldürürlər.  Onlar  uşaqların  ətini  yeyir,  qadınların 
                                                 
57
  Hunlar  ve  Tanrının  Kırbacı  Attila.  Hazırlayan  Gyula  Nemeth.YKY,  İstanbul, 
1996. səh. 44-47 –Peter Vaczy 
58
  Hunlar  ve  Tanrının  Kırbacı  Attila.  Hazırlayan  Gyula  Nemeth.YKY,  İstanbul, 
1996. səh. 42,43 və səh. 60–Peter Vaczy 
59
  Claudianus  391-392;  Hunlar  ve  Tanrının  Kırbacı  Attila.  Hazırlayan  Gyula 
Nemeth.YKY, İstanbul, 1996. səh. 44-47 və səh. 60 –Peter Vaczy 


Yüklə 8,56 Mb.

Dostları ilə paylaş:
1   ...   16   17   18   19   20   21   22   23   ...   88




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə