Elm və SƏNƏt məCLİSİ 11-20



Yüklə 8,56 Mb.
Pdf görüntüsü
səhifə17/88
tarix19.07.2018
ölçüsü8,56 Mb.
#56866
1   ...   13   14   15   16   17   18   19   20   ...   88

 
61 
 
 
 
matik  iş  aparmışdı.  M.ö.  152  (156?)  -ci  ildə  Çin  ilə  yeni  razı-
laşmaya əsasən sərhədyanı zonada sərbəst ticarətə, mal müba-
diləsinə izin verilmişdi, bu hunların və Çin əməkçilərinin və ta-
cirlərinin həmişə arzusunda olduğu bir iş idi (hunlar savaşa çox 
zaman bunu əldə etmək üçün girirdilər). Bu hal təxminən iyir-
mi il davam etdi. Lakin Qyunçen daxili  çəkişmələrin qarşısını 
tam ala bilməmişdi (bəzi hun əsillilərin ona qarşı çıxıb Çinə sı-
ğındığı  məlumdur).  Onun  ölümü  bu  çəkişmələri  böyütdü  və 
qüvvələrin  xeyli  zəifləməsinə  səbəb  oldu.  Bu  aralarda  Çində 
uzun sürən U-Di (Vu-ti) hakimiyyəti dövrü başlandı (m.ö. 140-
87). M.ö. 135-ci ildə Çin sarayında olan söhbətdə hunlarla sül-
hün  savaşdan  daha  doğru  olduğunu  sübut  etməyə  çalışan  bir 
sərkərdənin dediyi sözlər maraqlıdır: “hunlar ən qədim çağlar-
dan bəri bizə heç vaxt bağlı olmadılar”.
26
 “Hunlar hərbçi və dö-
yüşsevən  insanlardır.  Bir  fırtına  kimi  ortaya  çıxar  və  şimşək 
kimi  qeyb  olarlar”.
27
  Dövrün  digər  görkəmli  Çinlisi  bu  fikri 
təsdiq  edir:  “Bir  çox  nəsillərin  təcrübələri  ilə  öyrənildi  ki, 
hunlar hakimiyyət altına alınıb idarə edilə bilməzlər. Axın, qa-
rət və geriçəkilmə onların həyatıdır”.
28
 Bununla belə Çin ordu-
su hun torpaqlarına girməyə, savaşı hun ərazilərinə keçirməyə 
çalışır  və  uğur  da  qazanmağa  başlayır,  hunların  məğlubedil-
məzliyini təkzib edirdi. 
M.ö. 119-120-ci illərdə Qərbdə (Qansuda, daha doğrusu 
qərbi  Qansuda)  təzyiqi  artıran  çinlilər  hunları  geri  çəkilməyə 
məcbur etdilər, qərb qapısı və ipək yolu Çinin əlinə keçdi. Çin-
lilər “hunların sağ qolunu kəsdik” demişdilər.
29
 Şimal və Şərq-
də isə hunlar ciddi məğlub olmasalar da geri, yəni şimal-qərbə 
və qərbə çəkilməyə məcbur edildilər. Qobi səhrası Çin və hun 
dövlətləri  arasında  sərhəd  zolağı  oldu.
30
  Şimalın  soyuq  çöl  və 
meşələri hunları  cəzb etmir, cənubdan – Çindən isə xeyir gəl-
                                                 
26
 Bahaəddin Ögəl. 1-ci cild, səh. 308 
27
 Yenə orada, səh. 309 
28
 Yenə orada, səh. 318 
29
 Bahaəddin Ögəl. 1-ci cild, səş 353 
30
 Лев Гумилев. История народа Хунну, стр. 121 


 
62 
 
 
 
mirdi.  Bu  səbəbdən  qərbə  doğru  köç  daha  düzgün  görünürdü. 
Qərbdə və cənub-qərbdə isə tibetlilər və digər güclü tayfalar ara-
sında, İran və Hindistan kimi çoxsaylı xalqı olan dövlətlər içində 
geniş  otlaq  sahələr  əldə  etmək  çox  çətin  idi.  Yəqin  ki,  bu  sə-
bəblər üzündən get-gedə şimal-qərbə, Ural və İtil çayları hövzə-
lərinə maraq artırdı (oraya gedib çıxan dəstələr arxada qalanlara 
“gəlin, buralar yaxşıdır” xəbəri də göndərə bilərdilər?!). 
Çinlilər bu dövrdə Orta Asiyaya və Fərqanəyə qədər gə-
lib çıxdılar, oradan üzüm çubuqlarını və “atların həvəslə yedi-
yi” yonca toxumlarını Çinə gətirdilər. Sonrakı dinc dövr təxmi-
nən  15-17  il  çəkdi.  M.ö.  102-91-ci  illər  hun-Çin  müharibələri 
dövrüdür (bu müharibələrdə heç-heçələr daha tez-tez rast gəli-
nir, hər iki tərəfdə qüvvələr zəifləyirdi). 
 
Hunlar arasında tibbi müalicə barədə bir fakt diqqətə-
layiqdir.  Öz  şərəfini  yüksək  tutan  Çin  elçisi  Hun  çanyunun 
qəbulunda  özünü  bıçaqla  vurmuş,  onu  qan  bürümüşdü  (bu 
m.ö.100  və  ya  99-cu  ildə  baş  vermişdi).  Ölümcül  vəziyyətdə 
olan  elçini  hun  həkim  qorlu  od  doldurulmuş  çüxur  üzərində 
uzadıb müalicəsinə başlamış, onu ölümdən xilas etmişdi.
31
  
Hunların çinlilərlə daima yazışdıqları çin səlnamələrin-
                                                 
31
 Bahaəddin Ögəl. 2-ci cild, səh. 33 


 
63 
 
 
 
də öz əksini tapmışdır, bir çox yazışmaların mətni o dövrü ya-
zıya  alan  tarixçilərin  əsərləri  və  ya  məmurların  hesabatları 
nəticəsində  zamanımıza  qədər  gəlib  çıxmışdır.  Yəqin  ki,  bu 
məktublaşma çincə və çin yazısı ilə aparılıb. 
Çin  qaynaqlarında  hunlar  düşmən  və  barbar  kimi  öz 
“layiqli” qiymətini almışdır, lakin eyni zamanda çinlilər hun-
ları  barbarların  içində  ən  mədəni  xalq  kimi  qəbul  etmişlər. 
Çin mədəniyyəti ilə yaxın təmasda olan, Çində böyümüş, oxu-
muş və tərbiyə almış hunlar, eləcə də bəzi çinlilər (hun çanyu-
ları və digər hun böyüklərinin evləndikləri çinli xanımlar, kö-
nüllü hunlar tərəfə keçənlər və əsirlər) hun cəmiyyəti və mədə-
niyyəti  ilə  Çin  mədəniyyəti  arasında  yaxınlığa  öz  töhfələrini 
verirdilər. Arxeoloji qazıntılar hunların həm Çin, həm də Qərb 
(Orta  Asiya,  İran  və  onlar  vasitəsi  ilə  Roma)  mədəniyyəti  ilə 
tanış olduqlarını göstərir.
32
 245-250-ci illər arası Kambocada 
olmuş  Çin  səfirliyi  işçisinin  Funan  dövləti  haqqında  verdiyi 
məlumatın  bir  məqamı  böyük  maraq  doğurur
33
:  “Onların 
(Kambocalıların-H.İ.)  yazıları  hun  yazılarını  xatırladır”.  Fu-
nanların Hind hərfləri ilə yazdıqları da nəzərə alınsa, hunların 
Çin yazısından fərqli bir yazıya sahib olduqları ehtimalı mey-
dana  çıxır  (biz bu  məlumatı təsdiqləyən  digər qaynaqla tanış 
deyilik). M.ö 2-ci əsr və m.s. 2-ci əsr arasındakı dövrə aid qa-
yaüstü  hun-syanbi  yazıları  aşkar  edilmiş,  lakin  hələ  oxunma-
mışdır.  Ulan-Batordan  şimalda  Selenqa  çayı  sahilində  Noin-
Ula`da  hun  dövrünə  aid  türk  runik  (mixi)  yazılarına oxşayan 
yazılar aşkar edilmişdir. 
Hunlar  yazda  öz  əcdadlarına,  göyə,  yerə  və  ruhlara 
qurban  kəsirdilər.  Sonralar  aradan  qalxsa  da,  bir  zamanlar 
insan  qurban  kəsildiyi  də  güman  olunur.  “Göy  və  Yerdən 
doğulmuş,  Günəş  və  Ayın  ayaq  üstə  qaldırdığı”  çanyu  səhər 
doğan günəşə, axşam isə aya baş əyirdi.
34
  
 
 
                                                 
32
 История Сибири. Том первый. стр. 227-265 və Лев Гумилев. История народа 
Хунну kitablarındakı ekskurslar 
33
 Гумилев. История народа Хунну. Издательство Люкс, Москва, 2004; стр.108 
34
 Yenə orada, səh. 109-110 


Yüklə 8,56 Mb.

Dostları ilə paylaş:
1   ...   13   14   15   16   17   18   19   20   ...   88




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə