Elm və SƏNƏt məCLİSİ 11-20



Yüklə 8,56 Mb.
Pdf görüntüsü
səhifə15/88
tarix19.07.2018
ölçüsü8,56 Mb.
#56866
1   ...   11   12   13   14   15   16   17   18   ...   88

 
55 
 
 
 
“böyük saklar” olduğunu deyirlər. Sarmatların da ümumi ad ol-
duğu fikri hakimdir. Adətləri Rusiyanın cənubunda yaşayan is-
kitlərə (skiflərə) bənzəyirdi. Mao-Dun həmçinin  şimalda yaşa-
yan tayfaları da özünə tabe etdi. Şimal tayfaları içində əsas yeri 
tutan tinqlinq (dinqlinq) tayfalarını bir çox tarixçilər türk teles 
və doqquz oğuz tayfalarının əcdadları hesab edirlər.
14
  
 
Hunların şimali-İran dilli hesab olunan Yüecilər üzərin-
də qələbəsi Orta Asiya və Sibirdə türk ünsürlərinin güclənmə-
sinin  mühüm  mərhələsi  hesab  olunur.  Sonralar  hunların  və 
türklərin Avropaya doğru arasıkəsilməyən böyük axınları nəti-
cısində Qafqaz, Xəzər və Qara dənizin şimalında da İran ün-
sürləri  zəiflədi,  türkləşmə  gücləndi.  Bu  məsələlərdə  antropo-
loji araşdırmalar ciddi söz sahibi ola bilmir; tarixçi, arxeoloq 
və genetiklər qədim türk və proto-türklərin öz vətənlərində qa-
rışıq  antropoloji  tiplərə  malik  olduğunu  söyləyirlər  (avropa-
tipli və monqoloid). Başqa sözlə desək, türklərin qərbə doğru 
axınları  yalnız  monqoloidlərin  Avropaya  yayılması kimi  başa 
düşülməməlidir (?!). 
 
Mao-Dun  zamanında  hunlar  bugünkü  Monqolustanı  hər 
tərəfdən əhatə edən geniş ərazilərdə hökmranlıq etmiş, Çin döv-
ləti böyük təhlükə ilə üz-üzə dayanmışdı. Çin qaynaqlarına görə 
“Hunların  soylu  kişiləri  və  böyük  məmurlarının  hamısı  ona 
birləşdilər. Mao-Duna bir müdrik kimi ehtiram hiss edib hörmət 
göstərdilər”
15
  M.ö.  204-cü  (205-ci-Q?)  ildə  hunlar  Ordosu  geri 
aldılar. Ordos və
 
ətrafdakı dağlar hunların ov, istirahət və sığın-
ma  yeri  idi.  “Sərhədyanında  yaşayan  qocalar  söyləyirdilər  ki, 
hunlar  İnşan  dağ  silsiləsini  itirdikdən  sonra  onun  yanından  ke-
çərkən göz yaşlarını saxlaya bilmirdilər”.
16
 Çin qaynaqları hunla-
rın  gücünü,  dövlət  varlığını  qəbul  edir,  onları  kiçiltmirdilər. 
Mao-Dunun 26 savaşa girdiyini və hamısını qələbə ilə başa vur-
duğunu qeyd edirlər (çinlilərlə savaşlar da daxil olmaqla). 
                                                 
14
 Yenə orada, səh. 214-5 
15
 Yenə orada, səh. 207.  
16
 Гумилев. История народа Хунну. Издательство Люкс, Москва, 2004; стр. 674 


 
56 
 
 
 
Bu,  Çin  hökmdarı  olan  Göylərin  oğlunun  Göyün  altında 
yerləşən  bütün  xalqlar  üzərində  hakimiyyəti  konsepsiyası  ilə 
düz gəlmirdi; lakin çox az hallarda Çin diplomatiyası “iki döv-
lət” prinsipini qəbul etməyə məcbur olmuşdular (Bunda hunlar 
birinci  idi).  “Bizim  iki  dövlətimizin  xalqları  sanki  bir  ailənin 
uşaqlarıdırlar”. Və ya Sıma Tsyana görə “hunlar çox gücləndi-
lər, şimaldakı bütün barbarları fəth etdilər, cənubda isə Mərkəzi 
dövlətlə  yanaşı  dövlət  (di-qo)  hesab  edilirdilər”.
17
  Öz  qızını 
Mao-Duna ərə verərsə bunun faydalı olacağını İmperatora belə 
izah etmişdilər: “Həyatda ikən Mao-Dun, təbii ki, olacaq, onun 
ölümündən sonra nəvən çanyu olacaq. Harada görünüb ki, nəvə 
öz babasının əleyhinə çıxsın?”.
18
 (Qeyd edək ki, Mao-Duna İm-
perator  qızı  adı  ilə  başqa  Çin  qızı  göndərilmişdi).  Mao-Dun  ilə 
İmperator arasında “qayınata-yeznə/kürəkən” deyil, “böyük qar-
daş-kiçik  qardaş”  münasibəti-müqaviləsi  müəyyən  olunmuşdu. 
Bunun m.ö. 197-ci ildə baş verdiyi ehtimal olunur. Görünür ki, 
İmperatorun ölümündən sonra hunların – kiçik qardaş ölən bö-
yük qardaşın arvadı ilə evlənə bilər – qaydasını nəzərə alan və 
hun dövlətinin iddialarını ortaya qoyan Mao-Dun İmperatorun 
dul avadına evlənmək təklif etmişdi (m.ö.192-ci ildə, İmperator 
m.ö.195-ci ildə ölmüşdü). 
Hunlar  çöllərdə  köçəri  həyat  sürən,  heyvandarlıqla  məş-
ğul  olan, ticarətə  ehtiyacı  olan bir xalq kimi  ətrafdakılarla sa-
vaşmağa, bir növ öz varlıqlarını qorumağa məcbur idilər; say-
ları  artdıqca  otlaq  yerlərə,  ərzaqa  tələbat  da  artır,  bunları  əldə 
etmək lazım gəlirdi. 
Dörd min kilometrə yaxın (altı min, hətta on min deyən-
lər də var) uzunluğu olan Böyük Çin səddini çinlilər məhz hun-
ların hücumlarının qarşısını almaq məqsədi ilə çəkmişdilər (bu 
səddin tarixi daha qədimdir, sadəcə söylədiyimiz dövr işlər sü-
rətlənmiş və sistem halına gəlmişdi). Təbii ki, hunlar da Çinin 
                                                 
17
  М.В.Крючков,  В.В.Малявин,  М.В.Софронов.  Китайский  этнос  в  средние 
века (7-12 вв.). “Наука”, Москва, 1980. 106, стр. 255 
18
 Yenə orada, səh. 257 


 
57 
 
 
 
simasında eyni böyük təhlükəyə məruz qalmışdılar. Bu zaman, 
təqribən  m.ö.  177-ci  ildə  hunlar  öz  barışmaz  düşmənlərini-
yueçjiləri  məğlub  edə  bilmişdilər.  N.  Ya.  Biçurindən  (1777-
1853)  başlayaraq  bəzi,  xüsusilə  türkəsilli  tarixçi  və  folklorşü-
naslar (Mirzə Kazım bəy, Ziya Gökalp,...) Mao-Dunun əfsanə-
vi Oğuz xaqan/xan olması fikrini irəli sürdülər (bu fikir, maraq-
lı olsa da, ciddi rasional əsasa dayanmır). 
 
Təsərrüfat, savaş, idarəetmə 
 
Hunlar əsasən iri və xırdabuynuzlu heyvan, at, dəvə, qa-
tır,  eşşək  saxlayır,  heyvan  əti  və  süd  məhsulları  ilə  qidalanır, 
onların  dərisindən,  yun  və  xəzdən  hazırlanmış  paltar  geyinir, 
evlərini  keçə  və  başqa  xalçalarla  bəzəyirdilər.  Varlılar  yun, 
ipək və pambıqdan hazırlanmış (Çindən və digər yerlərdən gə-
tirilmiş)  bahalı  parça-paltar  geyinir,  qızıl-gümüş  zərgərlik  mə-
mulatlarından istifadə edirdilər. Çin ilə qonşuluq hunlara düyü 
yeməkləri və şərabı da sevdirmişdi. Dinc dövrlərdə sərhədyanı 
məntəqələrdə  fəaliyyət  göstərən  bazarlarda  hunlar  çinlilərlə 
alış-veriş edirdilər. Əsas məşğuliyyətləri heyvandarlıq olsa da, 
əkinçilik də onlara yad deyildi. Darı zəmiləri vardı, dəmir oraq, 
çuqundan tökmə xış ağzı və digər alətlərdən istifadə edirdilər. 
Hunların  mis  və  dəmir  yataqlarını  işlətdikləri,  mis  və  tunc  is-
tehsalı  ilə,  dulusçuluqla  məşğul  olduqları  məlumdur.  Hunlar 
arasında oturaq həyat keçirənlər də vardı, keçə yurta əsas yaşa-
yış vasitəsi olsa da, ağac, gil və çiy kərpicdən də ev tikərdilər. 
Çin qaynaqları hunların libaslarını sağdan sola doğru düymələ-
diklərini yazırdı (sonralar göytürklərdə, yəni türk xaqanlığında 
olduğu kimi!), çinlilər isə soldan sağa düymələyirdilər.
19
  
Savaş  hunların  həm  özünümüdafiəsi,  həm  də  iqtisadiya-
tında  əsas  rol  oynayan  vasitə  idi.  Çin  ilə  savaşda  qazanılan 
uğur  “sülh  və  qohumluq”  müqavilələri  ilə  nəticələnir,  “hədiy-
yə” şəklində bac-xəracla müşaiyət olunurdu. Hərbi əsirlər, elə-
                                                 
19
 Bahaəddin Ögəl. 1-ci cild, səh. 147 


Yüklə 8,56 Mb.

Dostları ilə paylaş:
1   ...   11   12   13   14   15   16   17   18   ...   88




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə