Elm və SƏNƏt məCLİSİ 11-20



Yüklə 8,56 Mb.
Pdf görüntüsü
səhifə16/88
tarix19.07.2018
ölçüsü8,56 Mb.
#56866
1   ...   12   13   14   15   16   17   18   19   ...   88

 
58 
 
 
 
cə də müəyyən cinayət işlədənlər çox zaman qul edilir, ev, çöl 
və  sənət  işlərini  aparırdılar.  Əsas  savaş  silahları  qılınc,  nizə 
(mızraq) və ox-yay idi. Ox ucları dəmir, sümük, bəzən də tunc-
dan düzəldilirdi. Düşməni  ölümcül  yaralamaq məqsədi ilə hər 
tərəfində bir neçə çıxıntısı olan pilləvari ox ucları da işlədilirdi. 
Oxun  ucuna  deşikləri  olan  sümük  kürələr  bərkidilən  xüsusi 
oxlardan  da  istifadə  edirdilər.  Bu  oxlar  uçuşda  qorxunc  səs 
çıxarırdı (bu, yəqin ki, müəyyən işarə vermək üçün də yarayır-
dı). Hunlar zireh - paltar da (dəridən?) geyinirdilər.
20
 Onlar dö-
yüş  zonalarında  çaylar  üzərində  körpü  salmaq,  bərələr  düzəlt-
mək kimi bütün vasitələdən istifadə edirdilər. Əlbəttə ki, hunla-
rın at üstündə həyat keçirmələri, gözəl süvari olmaları savaşda 
mühüm  rol  oynayırdı.
21
  Çinlilər  savaş  arabalarından  istifadə 
edirdilər,  oxu  bu  arabadakı  döyüşçü  atırdı.  Sonra  çinlilər  hun 
döyüş sistemindən faydalanmağa çalışaraq, süvari dəstələri dü-
zəltməyə başladılar. Çin süvarilərinin daha yığcam paltar gey-
məyə keçmələri, o cümlədən şalvar geyinməsi də hunların bir-
başa  təsiri  nəticəsində  baş  verdi.  Toxuma  kəmər  əvəzinə  dəri 
kəmərdən  istifadə  məsələsində  də  hunların  birinci  olduğu  gü-
man  edilir.  Hunlar  papaqlarına  xüsusi  bəzəkli  lələk  taxırdılar. 
Hunların bir sıra döyüş taktikaları vardı. Onlar kiçik dəstələrlə 
guya düşməndən qorxub geri çəkilir (arxaya dönüb ox ata-ata), 
düşməni aldadır və yorur, sonra əsas qüvvələri ilə onlara zərbə 
endirirdilər. 
Hunlarda  nəsillərin  davamı  və  mülkiyyətinin  qorunması 
ilə izah olunan “levirat” – atanın ölümündən sonra böyük oğu-
lun  ögey  ana  ilə  evlənməsi,  bir  qardaşın  ölümündən  sonra  isə 
onun dul arvadının digər qardaşa keçməsi adəti hökm sürürdü. 
Bu,  bir  sıra  hallarda  daxili  çəkişmələrə,  vətəndaş  savaşına  da 
gətirib çıxarırdı. 
Hunlar 24 qəbilədən ibarət  idi, hər qəbilənin  başında öz 
                                                 
20
 Yenə orada, səh. 130 
21
  Hunlar  ve  Tanrının  Kırbacı  Attila.  Hazırlayan  Gyula  Nemeth.YKY,  İstanbul, 
1996. səh. 242-246 


 
59 
 
 
 
ağsaqqalları dururdu. Bütün idarəetmə sol və sağ qanadlara ay-
rılırdı,  sol  birinci  hesab  olunurdu  (Avropa  hunlarında  isə  sağ 
birinci idi). Bütün xalqın ildə üç dəfə
22
 toplanan “Milli Məcli-
si” və ya Ağsaqqallar Şurası vardı; bu toplantılarda dövlət işləri 
müzakirə  olunur,  əyləncəli  yarışlar  keçirilir,  göyə  (Tanrıya) 
qurban kəsilirdi
23
 Fövqəladə hallarda (məsələn, dövlət başçısı-
çanyu təyin etməli olanda) Milli Məclis növbədənkənar da top-
lana bilərdi. Dövlət məmurluğu məşhur nəsillərdən olmaqla nə-
sildən-nəsilə keçirdi. Çanyu öz hakimiyyətinin kiçik qardaşına, 
böyük  oğluna  və  digər  ailə  üzvünə  keçməsini  vəsiyyət  edər, 
Milli Məclis bunu təsdiq edərdi. Lakin çanyu gücləndikcə, Mil-
li Məclisin məsləhətləri ilə çanyunun iradəsi bir-biri ilə toqquş-
mağa  başlayırdı;  bu  halda  çox  zaman  çanyu  deyən  olurdu. 
Mao-Dun  hakimiyyət  uğrunda  davada  atasını,  analığını  və  ki-
çik  qardaşını  məhv  etməklə  kifayətlənməmiş,  ona  qarşı  çıxan 
ağsaqqalları  da  öldürtmüşdü.
24
  Mao-Dunun  həyatı  və  qəhrə-
manlığı Çin qaynaqlarında çox maraqlı verilmişdir, gerçəkliklə 
gözəl əfsanəvi hekayələr bir-birinin içindədir; biz bunların üzə-
rində dayanmırıq.  
 
Mao-Dundan sonra 
 
Mao-Dunun  oğlu  Laoşan  çanyu  olarkən  (m.ö.  174-160, 
161?-Qumilev))  hunların  gücü  artmaqda  davam  etmişdi.  O, 
güclü  düşmən  –  Yuecilər  üzərində  tam  qələbə  çalmış,  onların 
hökmdarını öldürüb kəllə çanağından piyalə düzəltmişdi  (son-
ralar  türk  xaqanı  Bumın  da  juan-juanların  hökmdarının  kəllə 
çanağını  piyaləyə  çevirmişdi).  Laoşan  Çin  üzərində  siyasi  üs-
tünlük  qazanmışdı.  Çinli  məsləhətçisi  Yue  ona  Çin  idarəetmə 
təcrübəsindən  faydalanmağı,  eyni  zamanda  da,  Çin  təsirinə 
                                                 
22
  ya  iki  dəfə;  –  Лев  Гумилев.  История  народа  Хунну.  Издательство  Люкс, 
Москва, 2004. стр. 90 
23
  Hunlar  ve  Tanrının  Kırbacı  Attila.  Hazırlayan  Gyula  Nemeth.YKY,  İstanbul, 
1996. səh. 242-246 
24
 Yenə orada, səh. 245-247 


 
60 
 
 
 
düşməmək üçün Çin parçaları, Çin ərzaqı yerinə hunların öz is-
tehsalına, öz mallarına üstünlük verməsini məsləhət  görmüşdü 
(və bu mümkün olmamışdı, Çin malları xoş və keyfiyyətli idi). 
 
Laoşan dövründə əhali siyahiyə alınmış, hət kəsin mül-
kiyyəti, o cümlədən ona məxsus olan heyvanlar hesaba alınmış 
və vergi sistemi tətbiq olunmuşdu. Həm inzibati-iqtisadi, həm 
diplomatik  baxımdan  yazı  tətbiq  olunmağa  başlanılmış,  çanyu 
və  ən  azı  onun  yaxın  ətrafı  oxuyub-yazmağı  öyrənmiş,  çanyu 
özü Çin sarayı ilə lövhəciklər üzərində yazışmalar aparmışdı.
25
 
Hunlar Qansu vilayətini öz əllərində saxlamaqla Şimali Çindən 
Tarım  hövzəsinə,  oradan  da  Mərkəzi  Asiyaya  və  İrana  gedən 
İpək  yoluna  nəzarət  edirdilər.  Tarım  hövzəsi  onların  oturaq 
həyat keçirdikləri və şəhər həyatına qədəm qoyduqları yer idi. 
 
Mao-Dunun  nəvəsi  də  (Qyunçen  və  ya  Cün-cen)  uzun 
sürən hakimiyyəti dövründə (m.ö. 160-126) hun dövlətinin gü-
cünü mühafizə edə bilmiş, Çin ilə gah dost, hah düşmən siyasə-
tini davam etdirmiş, sərbəst ticarət uğrunda savaşmış və diplo-
                                                 
25
  История  Сибири.  Том  первый.  Древняя  Сибирь.  “Наука”,  Ленинград,  1968. 
стр. 247 


Yüklə 8,56 Mb.

Dostları ilə paylaş:
1   ...   12   13   14   15   16   17   18   19   ...   88




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə