Elm və SƏNƏt məCLİSİ 11-20



Yüklə 8,56 Mb.
Pdf görüntüsü
səhifə14/88
tarix19.07.2018
ölçüsü8,56 Mb.
#56866
1   ...   10   11   12   13   14   15   16   17   ...   88

 
52 
 
 
 
bu  söz  hunlarda  da  analoji  mənada  və  səslənmədə  işlənilib. 
Hirth bunu kinqrak-hər iki tərəfi iti bıçaq və ya xəncər demək 
olan qədim türk sözü ilə eyniləşdirir.
9
  
Çin dilinin yazıda əlifba deyil, təkhecalı piktoqramlardan 
istifadə etməsi (lap əvvəllər isə bu yazı ideoqrafik idi, yəni söz 
bir rəsmlə ifadə edilirdi) və fonetik hissənin zəif ifadə olunması 
dildə  gedən  tarixi  inkişafı  əks  etdirə  bilmir  (rəqəmləri  ifadə 
edən  simvol  o  rəqəmin  müxtəlif  dövrlərdə  necə  səslənməsini 
göstərə  bilmədiyi  kimi).  Koreya  və  yapon  dilinə  çin  dilindən 
qədim  alımnmalar  o  dövrdəki  tələffüzü,  qədim  ləhcələrin  səs-
lənməsini  anlamağa  bəzən  kömək  edə  bilir.  Digər  bir  üsul  da 
həmin qədim dövrlərə məxsus çin qafiyə sözlükləridir; onlar da 
o  zamankı  və  bu  günkü  tələffüzü  müqayisə  etməyə  müəyyən 
dərəcədə imkan verir.  Bu cür mülahizələr qədim çin  dilindəki 
göytürk kəlmələrinin tədqiqinə də kömək edir.
10
  
 
Dövlət və hökmdar 
 
Çinin bir qisminin birləşdirilməsi və mərkəzləşmiş dövlə-
tin gücləndiyi dövrdə Çin tarixində mühüm rol oynamış impe-
rator  Şi-huanq-ti  hakimiyyətə  gəldi  (m.ö.221);  o,  son  beş  il 
ərzində  Çjao  sülaləsini  əvəz  etmiş  Tszin  (Qin)  sülaləsinin  bi-
rinci  (və  axırıncı)  böyük  hökmdarı  oldu.  Onun  sərhəd  zona-
larını möhkəmləndirmək, Çin səddinin tikintisini tamamlamaq 
və sürətləndirmək, eyni zamanda ayrı-ayrı Çin hökmdarlarının 
bir-birindən qorunmaq üçün tikdikləri sərhəd hasarlarını aradan 
qaldırmaq siyasəti hunların  mərkəzi  dövlət qurmaq siyasəti ilə 
müşaiyət olunurdu. M.ö. 215 (214?) -ci ildə Şi-huanq-ti hunla-
ra  qarşı  geniş  miqyaslı  müharibə  başladı,  böyük  Çin  ordusu 
hun torpaqlarına girdi, Sarı çayın cənubundakı hun otlaqlarının 
yerləşdiyi Ordos torpağını ələ keçirdi, hunları xeyli uzaqlaşdır-
                                                 
9
  С.Таскин. Тюркские названия домашних животных в языке сюнну. Краткие 
сообщения Института народов Азии, №85. Москва, 1964, стр. 18,19. 
10
 Зарубежная Тюркология. Выпуск 1. Древние тюркские языки и литературы. 
“Наука”, Москва, 1986. стр.29, 30. 


 
53 
 
 
 
mağa müvəffəq oldu. Çin səlnaməsində düşmənlər qısaca belə 
təsvir olunur: “bu dövrdə tunqhular güclü, yüecilər isə qüdrətli 
idilər. Hunların Çanyusunun adı Tou-man idi”. Tou-manın ha-
kimiyyəti (?220-209) dövründə (son dövründə) hunlar yenidən 
“Çin  sərhədləri  içinə  girdilər,  Çinin  köhnə  müdafiə  qalalarına 
təzyiq göstərməyə başladılar”.
11
 Touman adı qədim türklər ara-
sında,  o  cümlədən  xaqan  adları  arasında  rast  gəlinən  Tuman, 
Tumen və ya Bumın adı ilə qarşılaşdırıla bilər. 
Hunların dövlət başçısına verdikləri adı tarixçilər müxtə-
lif cür oxumuşlar: şanyu, şanyü, şanyuy, çanyu və sair. Hal-ha-
zırda qədim lüğətlərə əsaslanaraq çanyu səslənməsinin həqiqə-
tə  daha  yaxın  olduğu  deyirlər.  Bu  kəlmənin  tam,  daha  doğru 
deyilişi (belə demək mümkünsə) “Çenq-li Ku-tu Çen-yu” kimi 
səslənirdi. Çenq-li göy, səma deməkdir, tenqri/tanrı, göy məna-
sını daşıyır, ku-tu sözünün mənası mübahisəlidir. Qədim (və bu 
günkü) türk ləhcələrində qut kəlməsinin xoşbəxtlik, bəxt, bərə-
kət, ruh, can, xeyirxah ruh, həyat qüvvəsi kimi mənaları var
.
12
 
Ayrıca  qu/ku  kəlməsinin  səs,  şöhrət  mənası  verdiyi  söylənilir. 
Qu sözü başqa sözə qoşulanda türk və monqol ləhcələrində bö-
yüklük,  müqəddəslik  mənası  verdiyi  də  qeyd  olunur  (yabqu, 
cabqu,  bayqu,...).  Qorqud  bu  baxımdan  xoşbəxtlik  odu,  bəxt 
odu, həyat mayası, xoşbəxt od mənalarını verə bilər!?
 
Bütövlük-
də “Çenq-li Ku-tu Çen-yu”nu  azca fərqli deyişdə  Tenqri qutu 
çanyu və  ya  Tenqri qut çanyu alınır; çinlilər bunun mənasını 
“Göyün  -  böyük/nəhəng/dibsiz/sonsuz  -  oğlu/  uşağı”  kimi  ve-
rirlər. 
Mao-Dun çanyu 
 
İmperator  Şi-huanq-tinin  ölümü  (m.ö.  209,  210?)  ərəfə-
sində Tumanın oğlu Mao-Dun (m.ö 234-m.ö.174) öz atasını öl-
dürərək hun hakimiyyətini ələ aldı və tarixdə yaxşı məlum olan 
güclü Böyük Hun İmperiyasını qurdu (bir səlnamə bu dövlətin 
                                                 
11
 Bahaəddin Ögəl. 1-ci cild, səh.93 
12
 Mirəli Seyidov. Azərbaycan mifik təfəkkürünün qaynaqları. Yazıçı. 1983 


 
54 
 
 
 
məhz m.ö. eyni 209-cu ildə qurulduğunu göstərir, tarixçilər isə 
bunun  209-205-ci  illər  arası  baş  verdiyi  üzərində  dayanırlar). 
Çində  isə  206  -cı  (202-ci?)  ildə  Han  sülaləsi  hakimiyyəti  ələ 
aldı.  Mao-Dun  adının  başqa  deyişləri  də  var:  Mo-du,  Modun; 
Türkiyədə  Mete  deyirlər;  Baytur,  Bayatur,  Bahadur  və  digər 
adlarla qarşılaşdırmaq cəhdləri də var. Mao-dun çanyu  yuxarı-
dakı  deyilişlər  nəzərə  alınmaqla  bəzi  tədqiqatçılar  tərəfindən 
“Baytur Tenqriqut” şəklində “türkləşdirilib”. 
Mao-Dun çanyu öncə hunlardan şərqdə yaşayan və onun 
çanyu olduğunu eşidən kimi hunlara təzyiq edib üstünlüklərini 
qəbul etdirmək istəyən proto-monqol Tunqhu/Donqhu tayfala-
rını (o cümlədən onların “qolu  olan” sienbiləri və vuhuanları) 
ağır məğlubiyyətə uğradıb  onlara məxsus  əraziləri ələ keçirdi. 
Hunların qərbində Tyan-Şana (Tanrı dağlarına) qədər ərazilər-
də  məskən  salan  qüdrətli  Yüecilər  (Kuşanlılar?!)  hunları  bir 
müddət  vassal  vəziyyətində  saxlamışdılar.  Mao-Dun  yüeciləri 
də məğlub edib qərbə doğru sıxışdırdı (Mao-Dun atası tərəfin-
dən bir müddət  yüecilərin yanında girovda qalmış, sonra qaça 
bilmişdi). Yüecilər də öz növbəsində onlardan qərbdə  yaşayan 
sakları  qərbə  doğru  sıxışdırdılar.  Saklar  Baktriyanı  aldılar. 
Strabon Sır-dəryanın (Yaxartın) köçəri saklarla Soqdiananı bir-
birindən ayırdığını  yazmışdı.
13
  Saklar böyük  ehtimalla çoxdilli 
köçərilərə verilən ümumi ad olub. Bəzi tarixçilər massagetlərin 
                                                 
13
 Bahaəddin Ögəl. 1-ci cild, səh. 103 


Yüklə 8,56 Mb.

Dostları ilə paylaş:
1   ...   10   11   12   13   14   15   16   17   ...   88




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə