Elm və SƏNƏt məCLİSİ 11-20



Yüklə 8,56 Mb.
Pdf görüntüsü
səhifə10/88
tarix19.07.2018
ölçüsü8,56 Mb.
#56866
1   ...   6   7   8   9   10   11   12   13   ...   88

 
38 
 
 
 
İki söhbət etsəm, icazə verərsinizmi? Bir gün yanğın var 
idi. Peyğəmbər ətəyini yanğına vurdu. Biri: “Nə edirsiniz?!” – 
söylədi. Peyğəmbər dedi: “Bu, bir hörmətdir – təbiətə hörmət. 
Təbiətlə  birliyin  əlamətidir”.  Buyurun  bu  da  sizə,  təbiətə  hör-
mət... Bu insan təbiəti çirkləndirə bilərmi? Amma çirkləndirdi!  
Hz.Məhəmməd (sav) Məkkəyə dönürdü. Yolda bir it gör-
dü. İki dənə balası var idi. Bapbalaca küçüklər... Hz.Məhəmməd 
(sav) yanındakılardan birini çağırdı. “Bu küçükləri al. Yaşa do-
luncaya qədər  yanında gəzdir. Bunları kimsə rahatsız etməsin”. 
Bu, bir sayğı, tulaya sayğı, heyvana sayğı, təbiətə sayğıdır. 
Mən havadan bəhs etmədim. Okeanlar, dənizlər çirklənə-
cək  desəm,  inanırdınızmı?  Amma  çirkləndi.  “Hava  kirlənə-
cək!”  –  deyə  söyləsələr  inanmazdım.  Amma  kirləndi.  Bu  da 
qlobalizasiyanın bir göz bəbəyi... Yaxşı, bəs bunların arxasında 
dayanan nədir? – Yaşadığımız dünyanın ağlarının, qaraların so-
na çatmış olması... Dəyərlərin yad olması... Dəyərlər yad olun-
ca təbiətə sayğı qalmaz, insana sayğı qalmaz, Allaha sayğı qal-
maz!..  Dolayısı  ilə,  əşyanın  mütləq  gözəlliyinə  baхmazsanız, 
əşyanı  donduracaq  bir  para,  хərclənəcək  bir  para  görürsünüz. 
Bəs insanın vicdanı necə hərəkətə gətiriləcək? İnsanın vicdanı 
hərəkətə gətirilmədən qaraların dünyasından dəyərlərin dünya-
sına intiqam edə bilməzsiniz, dəyərləri hakim qıla bilməzsiniz, 
qiymətlər hakim olur. Qiymətlər hakim olunca da, hər şey alı-
nır-satılır. Hər şey ədalətsiz olur. Ədalətsiz bir şey qala bilməz. 
Bəlkə  də,  bunlar  hardasa  mövcuddür.  “Vücud”  haradan  gəlir? 
Mövcud olan deməkdir. Vicdan mövcud olandır. Bəs hər kəsdə 
vicdan  mövcuddurmu?  Mövcuddur.  Sadəcə  olaraq,  vicdansız-
ların  vicdanı  örtülmüşdür,  gözəlliyi  örtülmüşdür.  Bilirsinizmi, 
əslində dəyərlərin də vicdanı budur. Küfür vicdan namussuzlu-
ğudur. Siz vicdanınızın səsini eşidirsiniz. Vicdan danışır. Öldü-
yünüzdə səsinizi eşitməzsiniz. Vicdanın səsini eşitmədiyinizdə 
donur hər şey. Vicdan: “Bu, pis bir şeydir, etmə!” – deyə qışqı-
rar. Amma insan vicdanını dinləməmək üçün üstünü örtər, ağ-
lını yaxar-yandırar və o zaman xoş olmayan şeylər edər. Əslin-


 
39 
 
 
 
də, insan hər zaman  yaxşıdır, anasından pis  doğulan heç  yox-
dur. Mənə dünyanın ən zalımının anasından zalım doğulduğu-
nu söyləyə bilərsinizmi? Xeyr! Fitrət gözəldir, fitrət zəngindir, 
fitrət safdır. Allahın insan üzərində yaratdığı fitrət. Bəs bu pis-
lər, pisliklər haradan çıхdı? Ən  yaxşı  pozulurkən, ən pis  olur. 
Amma bilirsiniz, vicdanınız danışır, elə deyilmi? Odur ki, yax-
şı adam da pis olur. Ən yaxşı olan da ən pis olur. İnsanlar da 
yaxşıdır. Allah onları ən yaxşı olsun deyə yaratmışdır. Fəqət ən 
yaxşı olanın da içində nifrət ola bilir. Bəs, insanın pis olmaması 
üçün üçün nə etmək lazımdır? 
 
“İnsanlıq “hörümçək toru”na düşürülüb” 
 
WWW ya da WB və ya Web. İnternetlə maraqlanmayan-
lar belə artıq bu hərflərə aşinadır, deyə düşünürəm.  Günümüz 
bilgi-rabitə dünyasının “üç birtişik qardaşları“ olan bu üç “W”-
nin  açılışı:  World  Wide  Web-dir.  “Qlobal,  geniş  tor”  sistemi 
mənasına  gələn  bu  hərflərin  üçüncüsünün  işarə  etdiyi  “web“ 
sözcüyü isə “hörümçək toru” mənası verir. 
World  Wide  Web,  əslində  “hiper  mühit”də,  daha  aydın 
ifadəsi ilə hiper kosmosda yerləşən “hiper mətn”ləri, elektronik 
rabitə cihazları ilə ehtiyac olanlara çatdıran geniş və qlobal bir 
bilgi alış-veriş sistemidir.   
Bu sistem sayəsində, insan ağlının qəbul etməyəcəyi bö-
yüklükdə bilgi, səs və görüntü, hər saniyə dünyanın hər nöqtəsi 
arasında  oradan-oraya  ötürülür.  Daha  indidən,  bu  “inkişaf”a 
baxıb, XXI əsrin rabitə və internet əsri olacağını elan edənlər, 
onlara görə o qədər də haqsız sayılmazlar.  
Klassik “zaman” və “məkan” anlayışlarını kökündən sar-
sıdan “internet“, indidən dünyanın hər tərəfində onlarla əlaqəli 
on milyonlarca əsas kompüteri olan on minlərcə internet şəbə-
kəsi ilə, ABŞ-nin öncülüyündə idarə olunan Yeni Dünya quru-
luşunun elektronik kəşf işlərini üstlənmiş görünür.  
Yeni  dünya  quruluşu  adı  ilə  satışa  çıxarılan  təkqütblü 


 
40 
 
 
 
ekosentrik,  eqoist,  mənfəətçi,  təkmədəniyyətli  sistemin  tək  ar-
zusu,  “naməhrəm”  əli  dəyməmiş  heç  bir  həya,  ismət  qoymay-
caq qədər “qloballaşma”dır.  
“Qlobalizasiya” da adlandırılan “qloballaşma”ya interne-
tin  xidmətini  kiçiltməməklə  birlikdə,  eyni  interneti  dünyaya 
yayan hakim mədəniyyəti dayandıracaq, ona həddini bildirəcək 
müsbət bir imkan olaraq da dəyərləndirmək mümkündürmü?  
Mən  bu  sualın  üzərində düşünülməyə  dəyən  bir  sual  ol-
duğuna inanır, fəqət cavabını tələsik gətirilmədən, sakit bir baş-
la  verilməsinin  daha  sağlam  olacağını  düşünürəm.  Verilməsi 
ehtimal  olunan  cavablar  mütləq  “texnologiya”,  “inkişaf”, 
“ağıl”, “xoşbəxtlik”, “insan”, “ziyalılaşma” və s. kimi əsas an-
layışları paradiqma əsasında yeniden araşdıraraq verilməlidir.  
Qərbin  bəzədiyi  “inkişaf”,  “irəliləmə”,  “ziyalılaşma”, 
“qloballaşma” kimi anlayışların da eynilə olduqca dəbdəbəli və 
ilk  baxana  “xeyirli”  görünən  bir  sistemlə  yalnızca  bilgi  deyil, 
bilgini  məhv  edən  virusu  da  daşıyan  internet  kimi,  bir  çox 
“ölüm virusu” daşıyıb-daşımadığı da araşdırılmalıdır.  
İnsanların  hüceyrələrinə,  xromosomlarına  qeyd  olunan 
kimlik və şəxsiyyət virusunun təmizlənməsinin 26 Nisan viru-
sunun  təmizlənməsi  qədər  asan  olmayacağı  da  ağıldan  çıxarıl-
mamalıdır.  Bu  problem  “texnologiyanın  nemətlərindən  yarar-
lanmamalımı – yararlanmalımı? ” – söhbətlərinin çox üzərində 
bir  problemdir.  Daha  doğurusu,  insanın  yer  üzündəki  var  olu-
şunun nə ilə “mənalandırdığı ilə” bağlı bir problemdir.  
Web – “Hörümçək yuvası” mənasına gəlirdi, elə deyil-
mi? Necə oldu ki, Quranın bu xəbərdarlığını unutduq:  
“Allahdan  başqalarını  sığınacaq  qəbul  edənlərin  halı, 
özünə tor hörən hörümçəyin vəziyyəti kimidir. Çünkü sığına-
caqların ən zəifi hörümçək torudur, kaş bunu anlasaydılar! ” 
Hər birinizə təşəkkür edirəm! 
 


Yüklə 8,56 Mb.

Dostları ilə paylaş:
1   ...   6   7   8   9   10   11   12   13   ...   88




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə