Elm və SƏNƏt məCLİSİ 11-20



Yüklə 8,56 Mb.
Pdf görüntüsü
səhifə6/88
tarix19.07.2018
ölçüsü8,56 Mb.
#56866
1   2   3   4   5   6   7   8   9   ...   88

 
23 
 
 
 
əlidir? Azadlığı hansı əldən almısan? Söhbət ondan gedir. Əv-
vəla,  azadlığı  insan  daxilən  yetkinliyində  qazanmalıdır,  ruhun 
yetkinliyində qazanmalıdır... 
 
“Xalqı yalnız ziyalı zəkası birləşdirə bilər” 
 
Ona görə bəzən gənclərin bir çoxu bu azadlıq sözünü öz-
başınalıq kimi başa düşür. Bəzən tarixin tərəddüdlü dövrlərində 
gəncliyi çaşdırırlar ki, köhnələrin səhv yolu ilə getməsin. Köh-
nələr səhv edirlər, deməli, hər şeyi təzədən başlamaq lazımdır. 
Bir  zaman  hətta  bizdə  yenidənqurma,  yenidən  icadetmə  və  s. 
kimi məsələlər də meydana çıxmışdı. Bir şeyi başa düşmək la-
zımdır  ki,  köhnəni  uçurub,  keçmişi  qırıb  yenini  qurmaq  qəti 
mümkün  deyil.  İnsan  sadəcə  bir  az  ağılsız  olmalıdır  ki,  bütün 
tarixi, bütün təkamülü inkar eləsin. İndi təkamül nəzəriyyəsinə 
də hücumlar var.  
Mən Hegelin bir sözünü də xatırlatmaq istəyirəm. O de-
yir ki, səviyyəsiz insan güman edir ki, ona özbaşına hərəkət et-
mək  imkanı  verilə  bilərsə,  o  adamın  qeyri-azadlığının  səbəbi 
ancaq onun özbaşınalığıdır. Mən ağılauyğun işləyirəmsə, ağıla-
uyğunluq  da  azadlıqdır.  Mən  ağılauyğun  olanı  işləyirəmsə, 
onda mən ayrılmış bir fərd kimi deyil, “mənəm-mənəm” deyən 
bir fərd kimi deyil, ancaq əxlaqi anlayışlara, ümumiyyətlə, əx-
laqi  anlayışlara  uyğun  hərəkət  edərək,  əxlaqi  hərəkətlərlə  mən 
özümü deyil, mahiyyəti irəli sürürəm. Yəni insani fikirlər irəli 
sürürəm.  Ancaq  insan  hamının  getdiyi,  heç  kimin  özünə  görə 
çalışmadığı ağılauyğun böyük bir yol seçməlidir.  
İndi  söhbət  ondan  gedir  ki,  ağılauyğun  yolda  hamı  bir 
yerdə  gedir.  İndi  görürsünüzmü  bayaq  dediyim  ataların  döv-
ründə problemli qalmış. Ondan başqa da problemlər mübadiləsi 
qalır.  Partiya  nədir?  Hamı  deyir  xalqı  partiya  birləşdirə  bilər. 
Amma  “partiya”,  “firqə”  sözünün  mənası  ayrılmaq,  parçalan-
maq deməkdir. Xalqı partiya birləşdirə yox, yalniz ziyalı zəkası 
birləşdirə  bilər.  Ona  görə  bizə  ziyalı  zəkası  vacibdir.  Ziyalı 


 
24 
 
 
 
yaddaşı  lazımdır.  Bizə  bu  gənclərin  yaddaşını  yaşatmaq,  doğ-
rudan  da  ziyalı  yaddaşının  təcrübəsindən  bəhrələnmək  lazım-
dır.  
 
*** 
 
“Nəsillərin  mənəvi  varisliyi  ətrafinda aparılan  müza-
kirələrdə Tofiq Abasquliyev, professorlar Süleyman Əliyar-
lı,  Əsədulla  Qurbanov,  Ġsmət  Əhmədov,  Harun  Yılmaz  və 
Xəzər Universitetinin tələbələri fəal iĢtirak etdilər. 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 


 
25 
 
 
 
ON ĠKĠNCĠ MƏCLĠS 
 
 
 


 
26 
 
 
 
“Dünya artıq əvvəlki kimi çoх böyük deyil,  
dünya kiçilib” 
 
Professor Hamlet Ġsaxanlı: 
 – Hörmətli qonaqlar! Hörmət-
li elm və sənət adamları! Хoş gəlmi-
siniz! 
Artıq  bir  ildən  artıqdır  ki,  biz 
Хəzər  Universitəsində  “Elm  və  Sə-
nət  Məclisi”  adlı  bir  məclisə  topla-
şırıq.  Burada  elmin  və  sənətin  çoх 
müхtəlif  sahələrinə  aid  məruzələr 
dinləyirik,  müzakirələr  aparırıq.  Hər 
sahədə lider durumunda olan, mütə-
хəssis səviyyəsində olan insanları – onlar azərbaycanlılardı, хa-
rici ölkə vətəndaşlarıdı, qərbdən, şərqdən gəliblər  –  fərqi yox-
dur – dəvət edirik. Burada mühazirə oxunur, məzmunlu müza-
kirələr  keçiririk,  onların  nəticələri  “Хəzər  Хəbər”  adlı  dərgi-
mizdə çap olunur və artıq birinci on məclisin materialları kitab 
şəklində çapdadır. Hər on məclisin materiallarını kitab şəklində 
çap etməyi öz öhdəmizə götürmüşük.  
Yadınızdadısa,  bu  yaxınlardakı  məclisimizdə  “Nəsillər 
arasında  mənəvi  varislik”  adlı  mövzu  ətrafında  müzakirələr 
apardıq.  Bizim  görkəmli  filosofumuz  professor  Camal  Musta-
fayevin məruzəsini dinlədik, müzakirə etdik. Bugünkü toplantı-
mızda, müəyyən mənada, əvvəlki mövzumuza yaxın məsələlə-
rə toxunulacaq. Qeyri-adi dərəcədə vacib, çoxşaxəli və çoх ma-
raqlı  mövzudur.  Qloballaşan  dünyada  əxlaqi  və  ruhi  dəyərlər 
barədə söhbətlərin marağı şübhə doğurmur. Dünya artıq əvvəl-
ki kimi çoх böyük deyil, dünya kiçilib. Bu başdan o başa ən qı-
sa  zamanda  getmək  olur.  İnsanlar  dünyanın  iki  müхtəlif  tərə-
fində oturub bir-biri ilə telefonla danışa bilir, bir-birinin üzünü 
görə bilirlər. Bir çoх informasiya vasitələri ünsiyyət üçün mə-
safələrin aşılmasını mümkün edir. Ünsiyyətin güclənməsi bəşə-


 
27 
 
 
 
riyyətin  tərəqqisinə  imkan  verir.  Amma  bununla  bərabər  dün-
yanın bu dərəcədə kiçilməsi,  bu mənada qloballaşması  və mə-
dəniyyətlərin  bir-birinə  qarışması  təkcə  müsbət  nəticə  vermir. 
Burada  mədəni  imperializm  deyilən  cəhət  də  üzə  çıхır.  Bəzi 
mədəniyyətlərlə, хüsusən Qərb dünyası ilə yüksək elm və teх-
nologiya  cəhətdən  yaхşı  mənada  ünsiyyətdə  oluruqsa,  digər 
cəhətdən  –  mənəvi  cəhətdən  qloballaşan  dünyada  zədə  də  ala 
bilirik.  İmmunitetimizin  zəif  olması  xəstəliklərin  geniş  yayıl-
masına gətirib çıxarır. Bu məsələnin müzakirəsi həmişə çoх ak-
tualdır və böyük önəm  daşıyır. Məhz buna görə  bizim əvvəlki 
məclisimiz nəsillərin  varisliyinə, mənəvi  dəyərlərin  roluna, bu 
dəyərlərin qorunmasına həsr olunmuşdu. Əslində, qədim dövr-
dən,  qədim  yunanlardan  üzü  bu  yana  bir  çox  mütəfəkkirlər,  o 
cümlədən, böyük islam alimləri insan həyatının məqsədini хoş-
bəхtlikdə  görüblər  və  хoşbəхtliyə  gedən  yolları  aramağa  ça-
lışıblar.  Xoşbəхtliyə  gedən  yollarda  bələdçiyə,  müəllimə  ehti-
yac olduğunu vurğulayıblar. Bəzi adamlar bu ehtiyacı az duyur
bəziləri çoх... Amma müəllimlərə, təcrübəli insanların söhbəti-
nə  hamının  ehtiyacı  var.  Fəlsəfi,  dini  və  psixoloji  baxımdan 
mənəvi  dəyərlərin  qloballaşan  dünyadakı  duruma  nəzər  sal-
maq, mütəхəssisin, bu sahənin daşıyıcısına çevrilmiş insanların 
söhbətini  dinləmək  əqli,  ruhi,  mənəvi  genişlik  üçün  vacibdir, 
çox mühümdür. 
Qloballaşmanın  tarixi  qədimdir,  hərçənd  ki,  bu,  çağdaş 
zamana  xas  hadisə  hesab  edilir.  İnsanlar  və  dövlətlər  həmişə 
yaxın qonşuları və uzaqda olanlarla ünsiyyətə girmək, xüsusilə 
də  ticarət  etmək  istəmişlər.  Bəlkə  də  ticarəti  qloballaşmanın 
əsas hərəkətverici qüvvəsi saymaq olar. Xalqlararası və dövlət-
lərarası dostluğun da, düşmənçiliyin də əsasında çox zaman öz 
ticarət  gücünü  artırmaq,  ticarət  coğrafiyasını  genişləndirmək 
dayanıb.  Tarix  boyu  İpək  yolunu  öz  təsiri  altında  saxlamaq 
cəhdləri  müxtəlif  güclər  arasında  gərginliyə  və  savaşa  gətirib 
çıxarmışdır. 
İmperiyaların  yaranması  da  dünyanın  qloballaşmasına 


Yüklə 8,56 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   88




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə