Elm və SƏNƏt məCLİSİ 11-20



Yüklə 8,56 Mb.
Pdf görüntüsü
səhifə3/88
tarix19.07.2018
ölçüsü8,56 Mb.
#56866
1   2   3   4   5   6   7   8   9   ...   88

 
13 
 
 
 
ki,  nəsillər  arası  bağlantını  saxlayır, əhəmiyyətinə  görə  heç də 
elmi-mədəni  mirasdan  geri  qalmır.  Çünki  bəşəri  bəşər  eləyən 
mühüm  cəhətlərdən  biri  mənəviyyatdır,  əxlaq  və  davranışdır, 
sosial  yaşayışdır.  Bunu  nəsillərin  varisliyi  adlandıracağıq.  Bu 
məsələni həm də nəsillərin anlaşması kimi başa düşmək və şərh 
etmək mümkündür.  
Elmi-texnoloji  miras  haqqında  danışdıq.  Əlbəttə,  maddi-
mədəni mirası da biz həmişə qoruya bilmirik. Ona görə də, cə-
miyyətdə liberallarla bərabər mühafizəkarlar, konservatorlar da 
mövcuddur. Mühafizəkarlıq ilk baxışda və adətən mənfi çaları 
ilə xarakterizə olunur, şərh edilir. Amma maddi-mənəvi mədə-
niyyəti hər cəhətdən qoruyub saxlayan, adından göründüyü ki-
mi,  hifz  edən  odur,  mühafizəkarlıqdır.  Bununla  yanaşı,  yalnız 
tarixin və zamanın sınağından keçmiş mənəvi dəyərlər sonrakı 
nəsilə ötürülür, davam edir, müəyyən dərəcədə dəyişik şəkildə 
olsa da yaşayır.  
 
“Bu gün mənəviyyat kifayət qədər aşınır” 
 
Maddi-mədəni  mirasa  tarixi  abidələr,  flora,  fauna  daxil-
dir. Bir misal gətirmək istəyirəm. YUNESKO-nun dünyanın ən 
məşhur  maddi-mənəvi  abidələrindən  ibarət  bir  siyahısı  var.  O 
siyahıya Azərbaycandan bir abidə daxil edilib: Bakının İçərişə-
həri. 10 abidə də ehtiyat siyahıdadır, yəni əsas o siyahıya daxil 
deyil, amma nə vaxtsa daxil ola bilər. Bəs biz o böyük İçərişə-
həri qoruyub saxlaya bilirikmi? Şirvanşahlar Sarayının yarısını 
təzədən “tikdik”. Qız Qalasını, şükür, hələ söküb - tikməmişik.  
Mən həmişə Azərbaycandan söhbət gedəndə qonşu ölkə-
lərdən də misal  gətirirəm.  Çünki  misallar çəkməyəndə, müqa-
yisəli  araşdırma  olmayanda  çox  zaman  özünü  dartmaq,  özünü 
yüksəkdə saxlamaq, uca görmək istəyi, “Biz filan sahədə hamı-
dan  qabaqdayıq”  fikri  yaranır,  təlqin  edilir.  UNESCO-nun  nə-
zarətində  dünyadakı  maddi  və  mənəvi  abidələri  tədqiq  edən, 
qiymətləndirən, dərəcələrə ayıran və ən mühüm hesab olunan-


 
14 
 
 
 
ların  siyahısını  dərc  edən  bir  qurum  mövcuddur.  2006-cı  ildə 
dünyada  830  ən  dəyərli  hesab  edilən  maddi-mənəvi  abidə  bu 
siyahıya (World Heritage Sites – UNESCO) daxil edilib.  
Qeyd:  Bu  məclisdən  keçən  müddətdə  müəyyən  dəyişik-
liklər olub. 2010-cu ildə 151 ölkədən 911 abidə bu Dünya Mi-
ras  Məkanlarına  daxil edilib.  Bu siyahıya  45 abidə ilə İtaliya 
başçılıq edir. Azərbaycandan bu siyahıya iki abidə daxil olub: 
İçəri Şəhər və Qobustan. Müqayisə üçün qonşu və yaxın ölkə-
lərdəki  uyğun  saya  baxaq:  İran  (12),  Türkiyə  (9),  Özbəkistan 
(4), Gürcüstan, Ermənistan, Qazaxıstan və Türkmənistan – hər 
biri 3. 
Ehtiyat siyahıda Ermənistandan 4, Gürcüstandan 15 abi-
də var. Gürcü qonşularımız öz ehtiyat siyahısını son zamanlar 
xeyli  genişləndirə  biliblər.  Azərbaycanın  ehtiyat  siyahısına  6 
abidə 1998-də, 4 abidə 2001-də daxil edilmişdir, Gürcüstanın 
15 abidəsi 2007-ci ildə siyahıya bir gündə daxil edilib (!?) bax: 
http://whc.unesco.org. 
Bəs nəsillərin mənəvi varisliyində problem nədən ibarət-
dir? Problem odur ki, cəmiyyət tarix boyu həmişə dəyişir, siya-
si və iqtisadi münasibətlər və onların fonunda mədəni münasi-
bətlər dəyişir. Amma elmi-texnoloji inkişaf cəmiyyətin əvvəlki 
dövrlərə  nisbətən  qeyri-adi  dərəcədə  sürətlə  dəyişməsinə  gəti-
rib çıxarır, dəyişmə radikal şəkil alır. Məlum ifadədə deyildiyi 


 
15 
 
 
 
kimi, dəyişməyən bir şey varsa, o da dəyişmənin daimiliyidir. 
Mənim  uşaqlığımda  kənddə  televiziya  yox  idi,  senzuradan 
keçmiş  film-kino  mövcuddu,  gəncliyimdə  fərdi  kompüter  yox 
idi,  yetkinləşəndə  internet  yox  idi,  bir  qədər  əvvəl  mobil  te-
lefon  yox  idi.  Onlar  mənim  şəxsiyyət  kimi  formalaşmağımda 
rol  oynamayıb  (radiodan  fərqli  olaraq).  İndi  isə...  Cəmiyyətin 
indiki  radikal  şəkildə  dəyişməsi  və  bu  mənada  inkişaf  mənəvi 
dəyərlərə, nəsillərin qoruduğu inanclara, ideallara, arzulara, is-
təklərə, adət-ənənəyə zədə vura bilir, xələl gətirə bilir və xələl 
gətirir.  Ona  görə  bu,  cəmiyyətin  (yaşlı  və  qismən  orta  nəslin) 
böyük  probleminə  çevrilir,  narahatlıq  yaradır.  Bəzən  şaiyəyə 
düşənlər də tapılır. Bu qlobal hadisənin köklərini axtarmaq la-
zım gəlir.  
Fantastik texnoloji tərəqqi, televiziya, film və internet da-
xil olmaqla rəqəmsal dünyanın böyük güc qazanması bunların 
sürətlə və asanlıqla qəbul edə bilməyən yaşlı nəsillə bu dünya-
nın içində böyüyən gənc nəsil arasındakı bağların, tellərin zəif-
ləməsinə,  hətta  bəzi  yerlərdən  qırılmasına  gətirib  çıxarır.  İki 
nəsil arasında müəyyən yadlaşma, maraqların toqquşması, dün-
yaya  çox  fərqli  bucaqlardan  baxılması  ortaya  çıxır.  Nəticədə 
zövqlər  (musiqi,  geyim,...)  fərqlənir,  yeni  nəsildə  cəmiyyətin 
hazırkı normalarına qarşı üsyan etmək istəyi güclənir, bu yolda 
yaşıdlar müttəfiqlərə çevrilirlər. Yaşlı nəsil gənclərin zövqünün 
korlandığını, həzzin ön plana çıxdığını, məsuliyyətin azaldığını 
irəli  sürür.  Xeyir  və  şər,  faydalı  və  ziyanlı,  yaxşı  və  yaman, 
doğru və yalan kateqoriyaları iki nəsil tərəfindən fərqli şəkildə 
şərh olunur. 
Mən burada məsələnin kökündə “fərd və cəmiyyət” prob-
lemini görürəm. Çünki hər kəs bir fərd kimi azadlığa, sərbəstli-
yə can atır. Lakin cəmiyyət daha geniş, bütöv qurum kimi özü-
nün  adətini,  ənənəsini,  estetik  və  ruhi  inanclarını,  dil  və  ifadə 
vasitələrini  ortaya  qoyur.  Bu  zaman  fərdlə  cəmiyyət  arasında 
bir toqquşma, ziddiyyət əmələ gəlir. Konsensus çətin məsələyə 
çevrilir. Azadlıq və məsuliyyət mənəviyyatın bir-biri ilə çarpı-


Yüklə 8,56 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   88




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə