Elm və SƏNƏt məCLİSİ 11-20



Yüklə 8,56 Mb.
Pdf görüntüsü
səhifə5/88
tarix19.07.2018
ölçüsü8,56 Mb.
#56866
1   2   3   4   5   6   7   8   9   ...   88

 
19 
 
 
 
vəziyyəti yaxşı olsun. Amma daxildə o da var ki, xeyirxaqlıq-
dan,  yaxşı  olmaqdan  insanın  özü  də  ləzzət  alır.  Yəni  burada 
özünü  sevmək  və  ya  özünə  hörmət  hissi  də  var.  Özünü  sev-
mək... Biz onda müxtəlif çalarlar görsək də, o, bir hərəkətverici 
qüvvədir. Yəni bir tərəfdə azadlıq və rəqabət, digər tərəfdə in-
sanlara yaxşılıq və sevgi durur. Sevməkdən və yaxşılıq etmək-
dən insanlar ləzzət alır. Bu, bizi ümidsiz olmağa qoymur.  
Bu,  çox  geniş  mövzudur,  fəlsəfi  dəyəri  olan  mövzudur. 
Əlbəttə, nəsillərin varisliyi məsələsinin pedaqoji, psixoloji, so-
sioloji, dini və s. aspektləri də var. 
Camal müəllimin müzakirə üçün bu məsələni təklif etmə-
si çox təbiidir. Ömür boyu fəlsəfə tarixi, düşüncə tarixi, etik və 
estetik  dəyərlərlə  məşğul  olmuş  professor  Camal  Mustafayevə 
nəsillərin  mənəvi  varisliyi  mövzusu  çox  yaxın  olub,  mövzu 
həm elmi-fəlsəfi, həm şəxsi həyat idealları baxımından ona çox 
doğmadır.  Bu  səbəblə  də  biz  Camal  müəllimi  məmnuniyyətlə 
dinləyəcəyik.  Mən,  sadəcə,  ehtiyat  edirdim  ki,  bu  məsələni 
yaxşı müzakirə edə biləcəyikmi? İştirakçılar bu mövzunu ciddi 
qəbul  edə  biləcəklərmi? İndi  isə  sevinirəm,  bugünkü  auditori-
yamız  yaxşı  mənada  çox  rəngarəngdir.  Həm  alimlər,  həm 
müəllimlər, həm də tələbələr bu mövzuya maraq göstəriblər.  
Buyurun Camal müəllim! 
 
 
“Cəmiyyətin inkişaf tarixi 
nəsillərin varisliyindən kənarda 
baş vermir” 
 
Professor CAMAL 
MUSTAFAYEV: 
 
 –  Çox  sağ  olun,  Hamlet 
müəllim!  Hamınızı  ürəkdən  sa-
lamlayıram.  


 
20 
 
 
 
Mən  istəyirəm  ki,  mövzunu  təkmilləşdirəm.  Hamlet 
müəllimin dediyi  kimi,  bugünkü mövzu hamımızı  düşündürən 
bir sahəyə həsr olunub. Bu, sırf akademik mövzu deyil. Əslində 
heç kəsin xüsusi mövzusu deyil, bizim hamımızın mövzusudur. 
Çünki  söhbət  nəsillərin  varisliyindən,  dövrlərin  bağlılığından 
gedir.  Cəmiyyətin  inkişaf  tarixi,  ümumiyyətlə,  tərəqqi  deyilən 
bir  anlam  nəsillərin  varisliyindən  kənarda  baş  vermir.  Doğru-
dur, bu, üzünü müxtəlif tərzdə göstərə bilər – ya reqressiv, ya 
proqressiv  şəkildə.  Amma  bu  ümumi  bir  qanundur.  Nəsillərin 
varisliyi bizim tez-tez işlətdiyimiz zaman və ya dövr anlamının 
özünün varisliyidir. Tarixi həqiqətdir, zaman keçmişdən bugü-
nə, bugündən gələcəyə gedir. Amma deyə bilərsiniz ki, keçmiş 
ötüb  keçib,  gələcək  gözlənilir.  Onların  arasında  bir  uçurum 
yoxdur. Bunun arasında ancaq “indi” anlamı var. Bu “indi” an-
lamını təmsil edən burada iştirak edənlər, indi müvcud olan in-
sanlardır.  Ancaq  “indi”  anlamının  bir  qayəsi  var,  biz  məqsədi 
var.  Bu  da  gənclikdir.  O,  sabahı  gözləyir.  Keçmişlə  gələcək 
arasındakı  bu  körpü  nə  qədər  sağlam  yaranırsa,  cəmiyyətin 
inkişafı da bir o qədər sağlam olacaq. Əlbəttə, “körpü” mənəvi 
mənada  işlənir.  Mənəviyyat  deyəndə  biz  nəyi  başa  düşürük? 
Müxtəlif  təriflər  eşidə  bilərsiniz.  Amma  bu  sadəcə  belə  başa 
düşülür:  Mənəviyyat  ruhun  fəaliyyəti,  yaratdığı  bəşəri  dəyər-
lərin  məcmusudur. Mənəviyyat  ruhun fəaliyyətidir. Ancaq bu, 
bilirsiniz  ki,  müəyyən  fəaliyyətlə  nəsildə-nəsilə  keçə  bilər. 
Müəyyən  fəaliyyət  nəticəsində  bir  nəslin  varidatından  başqa 
nəslin varidatına keçə bilir.  
 
“İdealsız insan ruhsuz bədən kimidir” 
 
Mən  həmişə  klassik  filosoflarla  məsləhətləşməyi  çox 
xoşlayıram.  Hegelin  pedaqogika  haqqında  bir  fikrini  vaxtilə 
qeyd etmişdim: “Pedaqogika insanları mənəviyyatlı etmək cəh-
didir. O, insanı təbii varlıq kimi düşünür və onun yönətdiyi yol-
la gedən yenidən doğulur”. Görün, müəllimə, pedaqogikaya nə 


 
21 
 
 
 
qədər  yüksək  qiymət  verir.  Onun  birinci  səviyyəsi  –  təbii  ira-
dəsi  ikinciyə  –  mənəvi  tərbiyəyə  çevrilir.  Beləliklə,  bu,  onda 
adət olur, yəni müəllim mənəviyyatını adətə çevirən şəxsiyyət-
dir. Deməli, nəsillərin varisliyidə biz, doğrudan da fəal bir qüv-
və  axtarmalı  olsaq,  fikrimizi,  sözümüzü  yalnız  müəllimə  ün-
vanlamalıyıq.  
Söhbət  əsasən  gəncliyin  taleyindən  gedir.  Burada  yaşlı 
nəsil də, orta nəsil də, gənclər də var. Mənim idealım da, niy-
yətim də gənclikdir. Amma böyük bir mütəfəkkir olan əl-Qəza-
li ideal haqqında deyir:  “İdealsız insan ruhsuz bədən kimidir”. 
Mən istərdim ki, gəncliyin idealı olsun. Gəncliyin tərbiyəsi bü-
tün bəşər tarixində düşünən insanların, xüsusən filosofların ob-
yekti olmuşdur.  
Aristotelein  “Dövlət”  əsəri  ilə  çoxlarımız  tanışıq.  Orada 
belə bir şey deyir: “Yəqin heç kəs şübhə etməz ki, qanunverici 
(dövlət  başçısı  nəzərdə  tutulur  –  C.M.)  gənclərin  tərbiyəsinə 
fövqəladə diqqətlə yanaşmalıdır. Çünki hansı dövlətdə bu inti-
zam yoxdursa, dövlət nizamı özü də zərər çəkir”.  
 


 
22 
 
 
 
Doğrudan da belədir. Hamlet  müəllim  təhsildən danışdı. 
Bizim  çoxumuz  təhsil  işçiləriyik.  Gənclərə  diqqət  təkcə  təhsil 
işçilərinin sahəsi deyil, ümumdövlət marağıdır. Bu məsələ döv-
ləti daha çox düşündürməlidir. Çünki dövlətin mənəvi, əxlaqi, 
intellektual təməli yetkin gənclikdir. Buna görə bu sahədən kə-
narda  hər  hansı  dövlət  siyasətindən  danışmağa  qəti  ehtiyac 
yoxdur.  
Mən  yenə Hegelə qayıdıram. Onun “Tarixi fəlsəfə” əsə-
rində belə bir kəlam var: “Nə üçün yunanlara indiyə qədər pə-
rəstiş edirlər? Nə üçün yunanlar elmdə, sənətdə bu qədər dünya 
şöhrəti qazanırlar? Bunun bir sirri var – yunanların təhsil siste-
mi”.  
O  təhsil  sistemi  yunanlardan  bütün  dünyaya,  Avropaya 
keçdi,  xüsusən  də  almanlarda  öz  yüksək  təcəssümünü  tapdı. 
Almanlardan  da  ruslara  keçdi.  Yəni  yaxşı  təhsil  sistemi  yaxşı 
insan, kamil insan, mənəviyyatlı insan deyilən ocaqdır. O ocaq-
da bizim arzuladığımız kamil insan, səviyyəli insan formalaşır.  
Tarixin inkişafı həmişə təlatümlüdür. Xüsusən də o, inqi-
lablar, çevrilişlər, müharibələr olan dövrdə mənəviyyat həmişə 
çox çətin bir imtahana çəkilir. Bəlkə də gənclər onu o qədər də 
təsəvvür  edə  bilməz.  Bizim  gənclik  dövrümüz,  belə  deyək  ki, 
almanlarla  müharibə  dövrünə  düşdü  və  onda  biz  məktəbin  də, 
məktəblilərin  də,  kəndlinin  də  necə  ağır  vəziyyətə  düşdüyünü 
görürdük. Lakin ikinci bir müharibə də burada gedirdi. Gənclə-
rin ruhu üçün, gənclərin vətəni üçün mübarizə gedirdi. O, mü-
barizədən  də  o  zaman  biz  üzüağ  çıxdıq.  Ona  görə  ki,  təhsil 
sisteminin özündə sağlam bir siyasət var idi. 
Amma gəlin bu günümüzdən bir az danışaq. Müəllimlə-
rin fəaliyyətində böyük çətinliklər, çox təzadlar meydana çıxır. 
Yeni nəsillərlə köhnə nəsillər arasında, köhnə ənənə ilə desək, 
atallar-oğullar problemi qalxır. Bu təzadlar bu saat təhsilin özü-
nə böyük zərər gətirə billər. Nə mənada? Bir tərəfdən gənclərə 
deyirlər ki, siz tamamilə sərbəstsiniz, azadsınız. Azadlığı onun 
özü qazanmayıb, kiminsə əlindən alıb. Amma gətirən əl kimin 


Yüklə 8,56 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   88




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə