Elm və SƏNƏt məCLİSİ 11-20



Yüklə 8,56 Mb.
Pdf görüntüsü
səhifə4/88
tarix19.07.2018
ölçüsü8,56 Mb.
#56866
1   2   3   4   5   6   7   8   9   ...   88

 
16 
 
 
 
şan iki tərəfidir. Müqəddəratı təyin etmək (azadlıq) və əraziyə 
hörmət (məsuliyyət) tək xalqlara, dövlətlərə deyil, insanlara da 
xasdır. Xüsusən gənc nəsil cəmiyyətin qoyduğu çərcivələri in-
san azadlığının arzusu, istəyi, qələbəsi naminə yarıb keçmək is-
təyir. Bunun bir səbəbi də Qərb mədəniyyətinin dominant hala 
gəlməsidir.  Bunu  tək  biz  demirik,  Qərbdə  də,  Şərqdə  də  belə 
deyirlər.  Qərb  mədəniyyətinin  əsasında  isə  hüquq  sistemi  du-
rur, yəni hər şey hüquqla təyin olunur. Hüquq isə mənəviyyatı 
qorumur,  mənəviyyat  hüquqi  norma  deyil  və  bu  səbəbdən  hü-
quq vasitəsi ilə mənəviyyatı idarə etmək, hifz etmək olmur.  
Mənəviyyat kifayət qədər aşınır. Üstəlik də Qərb dünya-
sının  şəkilləndirdiyi  dinamik  dünya  rəqabət  üzərində  qurulub-
sa, rəqabət insanları və təşkilatları bir-biri ilə çarpışmağa apa-
rırsa, qazanc arxasınca,  əşya arxasınca  getməyi  şərtləndiririsə, 
onda  gənclərdə  mənəviyyata  və  müəyyən  dəyərlərə,  xüsusən 
əvvəlki  nəslin  qoruduğu  dəyərlərə  müqavimət  artır  və  təbii 
olaraq,  atalar-oğullar  və  yaxud  nəsillərarası  problem  yaranır. 
Genetik  yaddaş  və  inşa  olunan,  mühitdən  qidalanan  dəyərlər 
bir-biri ilə toqquşur. Cəfər Cabbarlı “Şərq ürəyi və Qərb düşün-
cəsi” deyərkən Şərqin mənəvi dəyərlərini və Qərbin fərdi azad-
lığını birləşdirməyi (şəxsdə) düşünürdü, bu yolla fərd-cəmiyyət 
problemini həll etmək istəyirdi.  
Mənəvi varisliyin bir xüsusiyyəti də onun “şifahi hal”da 
olmasıdır. Elmi-texniki tərəqqi yazılıdır, məktəblərdə, xüsusilə 
ali  məktəblərdə  tədris  olunur,  kitab,  jurnal  (və  indi  həmçinin 
internet)  vasitəsilə  yayılır,  yaddaşa  yazılır,  sonra  iş  yerlərində 
qazanılan təcrübə ilə daha da möhkəmləndirilir. Mənəvi dəyər-
lər və mədəni irsin sonrakı nəsilə ötürülməsində isə söz, səs və 
görüntü mühüm rol oynayır, bu prosesdə yazılı şəhadət və dərs-
lər sanki ikinci dərəcəli rol oynayır. Bu “şifahilik” ötürmə pro-
sesini zəiflədir, onu dayanıqlı etmir. 
Söhbət  gedir  ki,  biz  nə  etməliyik?  Vəziyyət  ümidsizdir-
mi? Görünür, nəsillərin varisliyi məsələlərində vəziyyət çox da 
ümidsiz deyil. Sadəcə, indi o, deyəsən, daha kəskin şəkil alıb. 


 
17 
 
 
 
Əvvəllər  bəlkə  bu,  bir  qədər  dözülən  dərəcədə  olub.  Xüsusilə 
də  Avropa  maarifçilik  dövründən  bugünə  qədər  nəsillərin  va-
risliyi  müzakirə  mövzusu  olub,  sanki  bəzi  nəzəriyyələr  (belə 
demək  mümkündürsə)  və  müqavimət  mexanizmləri  də  hazır-
lanıb. 
“İnsanı mənəviyyat tərbiyəsi və 
xarakter tərbiyəsi qoruya bilər” 
 
Bir nəslin dəyərləri tam şəkildə o biri nəsilə ötürülə bilər-
mi? Bu yanız dəyərlərin universal olduğu halda mümkün olar-
dı. Biri üçün, bir nəsil üçün yalan və ya doğru, xeyir və ya şər 
olanlar  o  biri  üçün,  yeni  nəsil  üçün  uyğun  olaraq  yalan  və  ya 
doğru, xeyir və ya şər olacaqmı? Cavab yəqin ki, mənfidir. Bü-
tün zamanlar üçün keçərli ola bilən əxlaq kodeksi yaratmaq ağ-
la batmır.  
Belə bir fikir müvcuddur ki, təhsilin iki məqsədi var: biri 
insanı savadlı etməkdir, digəri insanı yaxşı insan etməkdir. Yə-
ni insanı savadlı, bilikli etmək vacibdir, amma kifayət deyil, in-
sanlığı mənəviyyat tərbiyəsi və xarakter tərbiyəsi qoruya bilər. 
Amma təhsildə elə bil ki, bu ikinci məsələ get-gedə unudulub-
dur. İbtidai cəmiyyətdə xarakter tərbiyəsi əsas məsələ idi. Am-
ma sonra get-gedə təhsil almaq, bilik əldə etmək o qədər böyük 
sahəni  tutdu  ki,  xarakter  tərbiyə  etmək  vacib  hesab  olunmadı 


 
18 
 
 
 
və  o,  bir  növ  ortada  qalan  bir  işə  çevrildi.  Onunla  məktəb  də 
ciddi məşğul ola bilmədi, ailənin də gücü çatmadı (Əslində bu, 
ailənin əsas funksiyalarından biridir). Məsələnin bu şəkil alma-
sı hər halda mənəviyyat və xarakter tərbiyəsində də təhsilin ro-
lunu  göstərir.  Görəsən,  yaxşı,  güclü  təhsil  nəsillərin  varisliyi 
məsələsinə də öz töhfəsini verə bilərmi? Azərbaycan mütəfək-
kirləri  həmişə  bu  məsələyə  diqqətlə  yanaşıblar.  İndicə  Qərb-
Şərq və mənəviyyat məsələsinə toxunduq. C.Cabbarlı kimi ya-
radıcı  və  gözəl  insanlarımızın,  vətəndaşlarımızın  fikrincə, 
Qərbdən  professionallığı  götürmək  lazımdır,  mənəviyyatın 
kökləri  isə  Şərqdədir.  Bu  doğrudursa,  gərək  ikisini  qovuşdura 
bilək.  Bu,  həm  də:  “ziyalı  şəxs  məqsədə  yetmək  üçün  bütün 
yollara baş vura bilməz, mənəviyyatı unuda bilməz”, – demək-
dir. Mümkündür ki, bu cür ziyalı yanaşma ilə nəsillərin varisli-
yi yolundakı təhlükənin qarşısı nəzəri olaraq alına bilər.  
Amerika antropoloqu Margaret Meadin (Marqaret Mid) 3 
növ cəmiyyət haqqında fikirləri iki nəsil arasındakı tellərin zəif-
ləmə səbəbinin maraqlı şərhinə gətirib çıxarır. Dəyişmələrin çox 
yavaş, gözəçarpmadan baş verdiyi qədim cəmiyyətlərdə uşaqlar 
hər  şeyi  böyüklərdən  öyrənir  və  böyüklərin  dediklərini  qəbul 
edirdilər.  Burada  nəsillərarası  varislik  mərkəzdə  dayanır,  mər-
kəzi qüvvədir. Cəmiyyətin sonrakı inkişafı artıq tək böyüklərdən 
deyil,  öz  yaşıdlarından  öyrənməni  də  zəruri  edir.  Nəsillərarası 
varislikdə şübhə və müəyyən mübahisələr əmələ gəlir. Nəhayət, 
müasir rəqəmsal dövrdə böyüklər həmçinin kiçiklərdən öyrən-
məlidirlər. Nəsillər arasındakı fikir ayrılıqları çox artır... 
Hər  halda  mənəvi  miras  yox  olmayacaq.  Çünki  fərd  nə 
qədər öz azadlığını ortaya qoysa da, o, cəmiyyətin içindədir və 
cəmiyyətin digər üzvləri ilə münasibətdə – ailədə, işdə, küçədə 
və s. istər-istəməz xoş bir iz buraxmaq istəyir. Xoş təsir bağış-
lamaq sifəti də insanın təbiətinə xasdır. İnsan ondan ləzzət alır. 
Tolstoyun məşhur bir sözü var: “İnsanlar xeyirxahlığı, yaxşılığı 
əslində, dərindən baxsan, ona görə edirlər ki, onlar bu işi gör-
məkdən  həzz  alırlar”.  Qarşıdakına  yaxşılıq  edək,  qarşıdakının 


Yüklə 8,56 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   88




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə