Elm və SƏNƏt məCLİSİ 11-20



Yüklə 8,56 Mb.
Pdf görüntüsü
səhifə9/88
tarix19.07.2018
ölçüsü8,56 Mb.
#56866
1   ...   5   6   7   8   9   10   11   12   ...   88

 
35 
 
 
 
qabınızın  dibi  sağlam  olacaq.  Əks  halda,  yuxarıdan  axan  su 
dibdən axıb gedər. Əgər belə olsa, o zaman mənim söylədiklə-
rim sizə təsirini göstərər, inşallah!  
Əvvəla  bunu  söyləmək  istəyirəm:  bizim  söyləmək  istə-
diklərimiz  haqlı  yerlərdə  axar.  Məndən  soruşsanız,  insanların 
qlobalizasiyasının  ən  mükəmməl,  ən  gözəl,  ən  təbii  dövrünü 
məhəbbətlə açmışam. Məhəbbət böyük qlobalizasiyanın böyük 
qapağıdır.  
Dolayısı  ilə,  bizim  qlobalizasiyamız  1400  il  öncə  başla-
mışdır. Amma bugünkü ilə təbii bir fərq var. Biz ədaləti, şöv-
kəti,  rəhməti  qloballaşma  etdik.  Fəqət  onlar  qloballaşmanın 
fəal qaynaqları olaraq istehlakı, günahları, silahları, yoxsulluğu 
və nəfsi qloballaşdırdılar.  
 
“Yaşadığımız dünya dəyərlər dünyasından 
qiymətlər dünyasına dəyişib” 
 
İstehlak  sözünü  savaş,  silah,  çatışmazlıq,  yoхsulluq  bir-
ləşdirir.  Bu  qloballaşma  gerçəkdən  necə  təxmin  edilə  bilinər? 
Mən  qlobalizasiyamızı  mövsümi  tərəflərə  bölürəm.  Mövsümi 
qlobalizasiya. Dolayısı ilə, bunun da yoxsul qloballaşma oldu-
ğunu söyləyirəm. Səbəb? – Qiymətlər. İkiyə ayırırıq – qiyməti 
olanlar, dəyəri olanlar. Qiyməti olanları əldə etmək asandır. Bir 
sözlə,  qiymət  qoyduğumuzda,  etiket  yapdığınızda,  onu  satıb-
ala bilərsiniz. Satdığınız şey sizin deyil artıq. Nəyə qiymət qoy-
dunuz,  onu  sata  bilərsiniz.  Fəqət,  dəyərlər  satılmaz,  satmaq 
mümkün  deyil.  Təkrar  edirəm:  qiyməti  olanlar  satılır,  dəyəri 
olanlar satılmaz. Şəfqəti sata bilməzsiniz. Şəfqət həmişə sizin-
lədir. Sizdən ayrılmaz! Mərhəməti sata bilməzsiniz. Mərhəməti 
verdikcə, payladıqca çoxalır. Ədaləti sata bilməzsiniz! Ədaləti 
verdikcə  çoxalır.  Dolayısı  ilə,  qloballaşmış  dünya  dəyərlərin 
dünyası deyil, qiymətlərin dünyası olur. Onun üçün də: “Neçə 
manatlıq  adamsan?”  sualı,  qiymətlərin  dünyasında  soruşulur. 
Dəyərlərin  dünyasında  bu  suallar  soruşulmaz?  Amma  mənim 


 
36 
 
 
 
neçə  manatlıq  adam  olduğumu  anam  belə  bilə  bilməz.  Onun 
üçün bizim dəyərli dünyamızda insan satılmaz.  İnsana qiymət 
qoyulmaz.  Fəqət  qlobal  dünyada  insanın  qiyməti  olur,  pulun 
qiyməti  olur.  Mədəniyyətinə  görə,  bacarığına  görə,  qabiliyyə-
tinə görə insana qiymət qoyulur. Belə bir dünyadayıq. Bu dün-
yada vicdan, ədalət, şəfqət, mərhəmət kimi dəyərlər heç olma-
dığında, çatışma, savaş, yoхsulluq kimi nöqsanlar da çox olur. 
Doğrudan da, pis bir şeylər olur, yalnışda da pis bir şeylər olur. 
Gözəllikdə də, çirkinlikdə də eyni  şeylər olur.  Fəqət: bunu da 
söyləmədən dayana bilmirəm. Bu gün şərqdə qlobalizasiya qlo-
ballaşır.  İnsanlıq  tariхində  belə  bir  şey  görməmişik.  Bu  da  bir 
yenilikdir, kəşfdir. Burada dayanarkən, sizə qısaca bir şey an-
latmaq istəyirəm. Birləşmiş Millətlər Təşkilatının 2001-ci il sə-
rəncamı  var.  2001-ci  il  sərəncamından  maraqlı  bilgilər  öyrən-
mək istəyirsinizmi? Birləşmiş Millətlər Təşkilatının  2001-ci  il 
məlumatına  görə,  dünyanın  gəliri  təxminən  30  trilyon  dollar. 
30 trilyon dollarlıq dünya dəyərindən 24 trilyon dolları dünya-
nın zənginlərinin himayəsinə girir. Yəni dünya dəyərinin 84%-i
 
onların payına düşür. Geriyə nə qaldı? – 15%, lap olsun 20%! 
Bu, necə ədalətdir? Qlobalizasiya olarkən, ədalət məhv olmalı-
dırmı?  İstədiyim  də,  bu  dünya  dəyərlərinin  85%-nin  haqqını 
əlində  tutan  16%-dən  haqqımı  tələb  etməkdir.  “Mənim  buna 
haqqım var,” – deyə baxıram. “Bu, mənimdir”. “O, mənim ma-
lım-mülkümdür”, – deyən insana israfı anlatmaq mümkün de-
yil. Sərvətə “mənimdir”, deyən insana israfı anlatmaq mümkün 
deyil. Onun üçün “mənim” deyə baxır. Davam edirəm, Avropa 
ölkələrinin çoxunda adambaşına düşən orta gəlir 40 min dollar, 
Banqladeşdə 80 dollar, Monqolustanda 90 dollar. Bolqarıstan-
da  57  dollardır.  Birləşmiş  Millətlər  Təşkilatının  verdiyi  məlu-
mata  əsasən,  82  ölkədə  8  yüz  milyon  insan  aclıq  həddindən 
aşağı yaşayır. BMT-nin digər bir məlumatına görə, 2000-ci ildə 
dünyada  yetərsiz  qidalanmaya  görə  90  milyon  insan  vəfat  et-
mişdir. Diqqət edin, lütfən! “Qonşusu ac ikən toх yatan bizdən 
deyildir”, – deyən bir dinin daşıyıcılarıyıq. Birisi məhəllədə ac-


 
37 
 
 
 
lıqdan ölmüş 2 qardaşın  qatili olaraq bütün  məhəlləni  məhkə-
məyə  vermiş.  Başa  düşürsünüzmü?  –  Bütün  məhəlləni.  Ək-
səriyyətimiz bilirik ki, aclıq üzündən gündə 19 min körpə ölür! 
Ölkələrdə  böhran  üzündən  gündə  19  min  körpə  ölür!  19  min 
körpənin anası ağlayır. Burada analar da var. Bir anlıq gözünü-
zü  yumun  və  bu  haqda  düşünün.  Təbii  ki,  bu,  bizim  körpələ-
rimiz  də  ola  bilər.  Bu  körpələrin  hər  dördündən  biri  bələkdə 
ikən, üçündən biri 5 yaşına gəlmədən ölür. Təxminən 358 ailə-
nin illik gəliri dünya əhalisinin 1/3-nin gəlirinə bərabərdir.  
Bu müşkülün altından necə qalxa bilərik, nə cür həll edə-
rik bu işi? Məsələnin çözülməsi heç də asan deyil. Mənzərələr-
də hələ savaşlardan bəhs etmədik, silahlardan bəhs etmədik, si-
lahların dünyada etdiyi işgəncələrdən bəhs etmədik, silah çirka-
bının  iştahını  bildirmək  üçün  insanların  necə  asanlıqla  öldür-
düklərindən bəhs etdmədik...  Hələ kimin  kimliyindən bəhs et-
mədik...  
Biz 1400 ildir bu qoxunu üzərimizdə gəzdiririk. Həqiqə-
tən,  düşünə  bilirsinizmi,  bizim  dəyərlərimizdəki  fərqlilikləri? 
Dolayısı  ilə  bu,  necə  bir  düşüncədir  –  təbiətə  sayğı,  kainata 
sayğı,  insanlara  sayğı...  Bu,  bir  iman  məsələsidir,  inanırsanız 
хeyir  hiss  edərsiniz!  Kainata  “qardaşım”  deyib  baxarsanızsa, 
хeyir  hiss  edərsiniz!  Kainatı  “Allahın  bir  quluyam!”  –  deyə 
ziyarət etsəniz, хeyir hiss edərsiniz.  


Yüklə 8,56 Mb.

Dostları ilə paylaş:
1   ...   5   6   7   8   9   10   11   12   ...   88




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə