Elm və SƏNƏt məCLİSİ 11-20



Yüklə 8,56 Mb.
Pdf görüntüsü
səhifə18/88
tarix19.07.2018
ölçüsü8,56 Mb.
#56866
1   ...   14   15   16   17   18   19   20   21   ...   88

 
64 
 
 
 
Süqut və səpələnmə 
 
M.ö.  96-85-ci  illərdə  hakimiyyətdə  olan  hun  çanyu  (adı 
Çin  deyimincə  Huluku)  böyük  sərkərdəlik  istedadı  nümayiş 
etdirdi. Onun Çin imperatoruna göndərdiyi məktubda “Cənubda 
böyük Çin, şimalda güclü hunlar var. Hunlar göyün məğrur öv-
ladlarıdır”  yazaraq,  bir  daha  hunların  Çinlə  bərabər  olduqlarını 
nəzərə çatdırılırdı. Çanyu Çindən bac-xərac istəyir və İmperatora 
sərhədləri açmağı təklif edirdi.
35
 Bu savaş meydanlarında çinlilər 
daha  çox  itki  versələr  də,  döyüşlərin  böyük  ara  verməməsi  və 
daima  hərəkətdə  olmaq  məcburiyyəti,  həmçinin  otlaq  yerlərin 
qıtlığı  hunları  da  əldən  salmış  və  kasıblatmışdı.  Zəifləməkdə 
olan  hunlar  içərisində  hakimiyyət  davaları  artır,  onlardan  asılı 
olan  tayfa  və  xalqlar  (vuhuanlar,  tinqlinqlər,  qərbdə  vusunlar) 
baş qaldırırdı. Vuhuanların hun torpaqlarına girib çanyunun mə-
zarını soyub təhqir etmələri (m.ö. 77-74) bunu təsdiq edir.  
 
Sözsüz ki, Çin diplomatiyası da hunları təcrid etmək si-
yasətini müəyyən uğurla yürüdürdü. Barbarlara hücum etmək 
üçün barbarlardan istifadə etmək tarixə qədim Çin misalı kimi 
daxil olub.  
 
Hunlar arasında şəhər salmaq, qalalar qurmaq kimi fikir-
lər dolaşsa da, bunları çinlilərdən müdafiə edə bilməyəcəklərini 
deyərək nəticədə geri çəkilmək, daha doğrusu qərbə üz tutmaq, 
oralarda  otlaq  axtarmaq  fikri  üstün  gəlirdi.  Qərbə  doğru  hərə-
kətdə hunlar Şərqi Türküstan adlandırdığımız yerləri fəth etmə-
yə  girişdilər.  Bu,  öz  növbəsində,  hunlardan  qərbdə  məskunla-
şan Yuecilərin və digər xalqların da Qərbə köçünə səbəb oldu 
(Qarmon və ya Domino prinsipi ilə). M.ö. 72-70-ci və 60-cı il-
lər  hunların  çinli,  usun,  Yenisey  dinlinləri  və  uhuanlar  (vu-
huanlar)  tərəfindən  hücumlara  məruz  qaldıqları,  daxili  çəkiş-
mələrin də artdığı və 50-c illərdə vətəndaş müharibəsinə çevril-
diyi və bütövlükdə məğlubiyyət kimi qiymətləndirilə bilən bir 
                                                 
35
 Bahaəddin Ögəl. 2-ci cild, səh. 50 


 
65 
 
 
 
dövr  oldu.  M.ö.  birinci  yüzilliyin  ortasında  hunlar  bir-biri  ilə 
savaşan və vətəndaş müharibəsi nəticəsində zəifləmiş iki – şi-
mal-şərq və cənub-qərb hun dövlətlərinə ayrıldı, onlar Çin təsi-
ri altına düşdülər, Çinin vassalı oldular. 
Çanyu Cici (Çi-çi) xan m.ö. 54-cü ildə hakimiyyətə gələ-
rək Çinlə sülh içində olmaq və Qərbi (Cənub-qərbi) hun dövlə-
tini möhkəmlətmək vəzifəsinə girişdi. Qərbə və şimala hücum-
lar yolu ilə bir sıra xalq və tayfaları (tinqlinqləri və bəzi tarixçi-
lərin qırğız və uyğurlar hesab etdiyi tayfaları) özünə tabe etdi. 
Lakin, Çinin şərqi hun dövlətinə arxa durması Cici xanı təşvişə 
salmış  və  qəzəbləndirmişdi.
36
  Hunların  tarixində  ilk  dəfə  Cici 
toxunulmazlıq qaydasını pozaraq Çin elçisini öldürmüşdü; Çi-
nin  bunu  bağışlamayacağı  yəqindi.  Cicinin  dövləti
37
  daha  da 
genişləndirmək  planlarını  Çinin  göndərdiyi  ordu  pozdu.  M.ö. 
36-cı ildə Cici çanyunun Talas vadisində öldürülməsi ilə Qərbi 
hun dövləti  süqut etdi.  Çiçi hunlarının bir qisminin qərbə köç 
etməsi istisna olunmur. 
Şimal-şərqi hun dövləti isə Çin səddinin şimalındakı əra-
zilərdə  Çinin  vassalı  kimi  tarixini  davam  etdirirdi.  Təxminən 
40  illik  sakitlikdən  sonra,  m.ö.  8-ci  ildən  başlayaraq  Çin-hun 
münasibətləri Çinin hunlara qarşı siyasətini sərtləşdirməsi üzün-
dən gərginləşdi. Proto-monqol tayfaları da hunları qərbə doğru 
sıxışdırırdılar.  Hunlar  güclərini  müəyyən  dərəcədə  mühafizə 
edə bilsələr də, Çinlə yeni böyük müharibə dövrünə girmək fik-
rinin  tərəfdarları  azalırdı.  Hunlar  arasındakı  Çin  və  anti-çin 
qrupları  hərəsi  bir  tərəfə  çəkirdi;  nəticədə  hunların  bir  qismi 
Çinlə  yaxınlaşmağa, hətta Çin  təbəəliyini qəbul  etməyə başla-
mışdılar. İndi Çinin hunlardan xərac tələb etməsi dövrü başlan-
mışdı  (böyük  miqdarda  at,  mal-qara  və  qoyun).
38
  48-ci  ildə 
hunlar  (şərq  hunları!)  Çin  vassallığını  qəbul  edən  cənub  və 
                                                 
36
 Гумилев. История народа Хунну. Издательство Люкс, Москва, 2004; стр.180 
37
 Qumilevə görə Balxaş gölü və İrtış çayı arasında; Лев Гумилев. История народа 
Хунну, стр. 687 
38
 Bahaəddin Ögəl. 2-ci cild, səh. 144 


 
66 
 
 
 
müstəqil  qalmaq  istəyən  şimal  hunlarına  bölündülər.
39
  Şimal 
hunlarının  bir  qisminin  qərbə,  Avropaya  doğru  yürüşə  çıxdığı 
güman  edilir.
40
  Çinə  qarşı  90-91-ci  il  savaşını  uduzan  hunlar 
Altay dağlarının qərbinə keçmiş, Türküstana, xüsusilə onun şi-
malına doğru yayılırdılar. Balxaş və Aral gölləri arası, Qaşqar, 
Xotan,Turfan  hunların  təsirinə  məruz  qalmış,  lakin  çinlilərin 
hərbi  yürüşləri  bu  təsiri  möhkəmlətməyə  imkan  vermirdi.  Bi-
rinci əsrin sonlarında hunlar (onların bir qismi?) şərqi Türküs-
tanın  şimalına,  Tyan-şan  Balxaş  və  Aral  gölləri  tərəfə  köç  et-
məyə  məcbur  oldular.
41
  Bu  yerlərdə  hunların  Yueban  (Yüeh-
pan) dövlətini qurduqları (və ya onu ələ keçirdikləri) fikri tarix-
çilər arasında qəbul olunmuş kimidir. Digər hunların bir qismi 
öz aralarında və Çinlə savaşı davam  etdirir, qalanları isə Çinə 
pənah aparmağa üstünlük  vermişdilər. Syanbilərin və vuhuan-
ların  hücumları  da  rol  oynayırdı.
42
  “Sakit  yaşamaq”  istəyənlər 
Ötügəndə (Orxan çayının qərbi, bugünkü adı – Xunqan dağları) 
yerləşmişdilər.  93-cü  ildə  Mao-Dundan  gələn  çanyu  sülaləsi 
sona yetdi (onu başqa sülalə əvəz etdi, bu hadisəni Çin tarixçi-
ləri hun dövlətinin sonu kimi qələmə almışdılar).
43
 Cənubda isə 
əhali  dinc  yaşayır  və  artırdı.  Bundan  sonra  hun  idarəçiliyinə 
Hun dövləti deyil, hun ulusları, hun bəylikləri demək daha doğ-
rudur. 1-ci əsrin sonu və ikinci əsrin əvvəllərində elmdə Syan-
bi
44
  adı  ilə tanınan, həm  hunlarla, həm  də Çin  ilə  daimi çəkiş-
mədə və savaşda olan protomonqol (?) tayfa birlikləri güclən-
                                                 
39
 Гумилев. История народа Хунну. Издательство Люкс, Москва, 2004; стр.220-
222 
40
 Yenə orada, səh. 233 və səh. 239 
41
 Tədqiqatçılara görə Hunnu dilində “tsilyan” göy, tanrı demək olub, bu sözün kal-
ka üsulu ilə çincəsi yenə tanrı dağı mənasını verən Tyan-şan olub; hazırda Tyan-
şanın  şərq  ucu  tsilyan  adlanır.  А.Г.Малявкин.  Историческая  география 
Центральной Азии. Изадельство “Наука”, Новосибирск, 1981. стр. 141, 167 
42
  Гумилев.  История  народа  Хунну.  Издательство  Люкс,  Москва,  2004;  стр. 
235; Bahaəddin Ögəl. 2-ci cild, səh. 163-5 
43
 Гумилев. История народа Хунну. Издательство Люкс, Москва, 2004; стр.238-
242 
44
 Sərbi, Sirbi, Sivr;  Лев Гумилев. История народа Хунну, стр. 336 


Yüklə 8,56 Mb.

Dostları ilə paylaş:
1   ...   14   15   16   17   18   19   20   21   ...   88




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə