Elm və SƏNƏt məCLİSİ 11-20



Yüklə 8,56 Mb.
Pdf görüntüsü
səhifə21/88
tarix19.07.2018
ölçüsü8,56 Mb.
#56866
1   ...   17   18   19   20   21   22   23   24   ...   88

 
73 
 
 
 
qanını içirlər, küləyə və leysana hökm edirlər, baxışları ilə bö-
yük  şəhərləri  xarabaya  çevirir,  divarları  yıxırlar.  Fırtınadan 
da sürətlə hərəkət edirlər.
60
  
 
Balamirin zamanında hunlar çoxsaylı antları da tam məğ-
lub etdilər. Bundan sonra böyük savaşların arası bir müddət kə-
sildi;  bu  dövrdə  hunlar  böyük  savaşlara  girmədən  ərazilərini 
genişləndirməyə  nail  oldular.  Get-gedə  hunların  idarəetmə 
mərkəzi də Xəzər dənizindən Dunay çayının aşağılarına doğru 
hərəkət etməyə başladı. Avropadakı döyüşlərdə Qafqaz tərəfin, 
Xəzər  sahillərinin  hunları  da  iştirak  edirdilər.  Mümkündür  ki, 
hunların iki mərkəzi və ya iki qolu vardı – Xəzər dənizinin qər-
bində və Dunay tərəfdə. 
Şərqə yeni yürüş edən və 400-cü illlərin əvvəllərində Kar-
pat dağlarını aşan hunların başçısı isə Uldin (Uldis, Ulduz) idi. 
Onun indiki Rumıniya və Macarıstana uyğun tərəflərdə hökm-
ranlıq etdiyi,  Thrace və  Pannonia tərəflərə  yürüş etdiyi  bilinir. 
Güman  var  ki,  Uldin  hunların  yalnız  qərb  qanadının  başçısı 
olub. 
Hunların qarşısından qaçan xalqlar köç edir, Romaya sı-
ğınır, yeri gəldikdə Roma ilə savaşırdılar. Roma bu böyük köç 
və  savaşları  idarəetmək  gücündə  deyildi.  Hunlar  Alanları  öz 
hakimiyyəti  altına  alarkən  növbəti  fəthlərdə,  əsas  döyüşlərdə 
onları irəli verir, sonra eyni hadisə qotlar və boyun əyən digər 
müttəfiqlərlə təkrar olunurdu. 410-cu və 430-cu illər arası hun-
ların tarixi haqqında məlumatlar yox dərəcəsindədir. Bu illərdə 
alanların hunlardan aralanıb tam qərbə çəkilmələri güman olu-
nur (bu hunları bir qədər zəiflətməli idi?). 412-413-cü illər ət-
rafında  Don  çayı  hövzəsində  yerləşən  hunların  başçısı  Chara-
ton və ya Karaton (yəni, Qarapaltar?) idi.
61
 425-ci ildə Aetiusun 
Şərqi Romalılara qarşı savaşan ordusunda çox böyük sayda hun 
vardı, onlar xidmətləri müqabilində “Böyük miqdarda qızıl” al-
                                                 
60
 Yenə orada, səh. 99 –Sandor Eckardt 
61
 Otto J. Maenchen-Helfen. The World of The Huns. University of California Press, 
1973. səh. 73 


 
74 
 
 
 
mışdılar.
62
  
O  dövrdə  hunlar  Qafqaza  və  Yaxın  Şərqə  də  reydlər 
edirdilər. 395-ci ildə hunlar Dəryal dərəsindən keçib Anadolu, 
Suriyə,  İkiçay  (Dəclə-Fərat)  vadisi  və  Pers  bölgələrinə  axın 
edib talançılıqla məşğul oldular. Lakin perslərin böyük ordusu 
ilə üz-üzə gəlib müəyyən itkilərə yol verən hunlar geriyə “də-
niz  altındakı  qayadan  alov  püskürən”  yerdən  (Priskos),  yəni 
Bakı tərəfdən və Dərbənd qapısından keçərək qayıtdılar.
63
 403-
cü ildə hunlar  yenidən  Dəryal dərəsindən keçərək Anadoluya, 
Bizans  təsirində  olan  ərazilərə  yürüş  etdilər;  bu,  422-də  təkrar 
olundu. Nəhayət, Bizansla Margus (Belqradın şərqində) anlaş-
masına  görə  hunlar  xərac  almaq  və  ticarət  imtiyazlarına  sahib 
olmaq  kimi  siyasi  və  iqtisadi  üstünlük  qazandılar.  Üstəlik  Bi-
zans hunlarla savaşan tərəflə ittifaq qurmayacaq, hunlardan qa-
çanlara sığınacaq verməyəcəkdi; qaytarılanlar arasında Atakam 
və Mamas vardı, onlar öldürüldü.
64
  
 
Bu  anlaşma  üçün  gələn  Bizans  elçiləri  ilə  müzakirəni 
hunlar  at  üstündə  aparmış,  atdan  düşməkdən  imtina  etmişdi-
lər.  Ammianusa  görə  onlar  atdan  enməyi  sevməzdilər,  bütün 
ehtiyaclarını at üstündə görər, hətta şirin-şirin yata bilərdilər, 
at  üstündə  alış-veriş  edər,  ən  mühüm  qərarlarını  at  üstündə 
alardılar.
65
  
 
Attilanın hun imperiyası 
 
Hunların başçılarından biri Oktar (Olthar) idi, o, təqribən 
430-cu ildə öldü. Oktar və Ruqila (Rua, Roas, Ruqa?) dövrün-
də hunlar məskən salıb mənimsədikləri Dunay ətrafından Reyn 
çayına doğru hərəkət etdilər (hunlar ya bir hun ordusu?) və şi-
                                                 
62
 Otto J. Maenchen-Helfen. The World of The Huns. University of California Press, 
1973. səh. 77 
63
 Yenə orada, səh. 54 
64
 Yenə orada, səh. 90,91 
65
  Hunlar  ve  Tanrının  Kırbacı  Attila.  Hazırlayan  Gyula  Nemeth.YKY,  İstanbul, 
1996. səh. 59 və səh.62,63–Peter Vaczy 


 
75 
 
 
 
mal  dənizinə  qədər  getdilər.  Ruga  və  Bleda  şərqdə,  Oktar  və 
Attila qərbdə hakim idilər (sağ-sol qanad?!).
66
 Oktar (Jordanes-
də Octar, Socratesdə Uptaros) və Ruqila (və başçı olmayan Ay-
bars/Oybars, o, 448-ci ildə sağ idi) Muncukun qardaşları,  yəni 
Attilanın əmiləri idilər. Onlar Uldinin oğulları və ya Karatonun 
ailəsindən  ola  bilərdilər-təsdiqedici  heç  nə  yoxdur).  Təqribən 
434-cü ildə və ya bir az sonra Ruqila öldü (432-də o, başçı idi; 
həmin il Aetius ondan kömək istəmiş və almışdı). Hakimiyyət 
onun qardaşı Muncuğun iki oğlunun - Bleda və Attilanın əllə-
rinə keçdi.  Bleda (macar ənənəsinə  görə  Buda) qərb torpaqla-
rına, Attila (başqa deyilişlə Atilla) şərqə, o cümlədən Bizansla 
münasibətlərə məsul idi. Attila təqribən 444 və ya 445-ci  ildə 
Bledanı məhv edib tək hökmran oldu. 
430-cu illərdə hunlar burqund və frankları da tabe etmək 
məqsədi  ilə  yürüş  edirdilər,  bu  tayfalar  hər  yana,  o  cümlədən 
Britaniyaya  qaçırdılar.  Şimal  dənəzinə  kimi  german  tayfaları 
hunlara  tabe  oldu.  Bu  istiladan  yalnız  şərqdə  Qalların  ölkəsi 
kənarda  qalmışdı.  Priskosun  dediyinə  görə  Attila  “hökmünü 
dənizdəki adalara qədər uzatdı”.
67
  
 
Hunların fəth etdikləri xalqlardan kölələri də vardı, on-
lar çox zaman ev işlərində xidmət edir, kəndlərdə taxta evlərdə 
yaşayır, əkin-biçin ilə məşğul olurdular; yəqin ki, çörək bişir-
mək,  şərab  və  digər  içkiləri  hazırlamaq  da  onların  öhdəsinə 
düşürdü.  Priskos  Attilanın  xanımı  Arıkanı  onun  ağac  evində 
ziyarət  edərkən  xidmətçilərin  qumaş  üzərində  rəngli  yunlarla 
(yun iplərlə) naxışlar vurduğunu seyr etmişdi. Hun xanımları 
müəyyən iqtisadi gücə malik olmaqla gözüaçıq və təşkilatçı da 
ola bilirdilər. Arıkan öz evində Bizans elçilərinin şərəfinə ziya-
fət vermişdi.
68
  
 
                                                 
66
 Otto J. Maenchen-Helfen. The World of The Huns. University of California Press, 
1973. səh. 86 
67
  Hunlar  ve  Tanrının  Kırbacı  Attila.  Hazırlayan  Gyula  Nemeth.YKY,  İstanbul, 
1996. səh. 56 –Peter Vaczy 
68
 Yenə orada, səh. 65 –Peter Vaczy 


Yüklə 8,56 Mb.

Dostları ilə paylaş:
1   ...   17   18   19   20   21   22   23   24   ...   88




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə