Elm və SƏNƏt məCLİSİ 11-20



Yüklə 8,56 Mb.
Pdf görüntüsü
səhifə22/88
tarix19.07.2018
ölçüsü8,56 Mb.
#56866
1   ...   18   19   20   21   22   23   24   25   ...   88

 
76 
 
 
 
Lakin bu anlaşmalar uzunömürlü olmurdu, çox zaman da 
hunlar tərəfindən pozulub daha ağır xərac istəməklə yenilənir-
di. Bu Bleda və Attilanın birgə hakimiyyəti dövründə də, Atti-
lanın təkhakimiyyətliliyi zamanı da, 447-448-ci illərdə Balkan-
ları işğal edəndə də belə oldu. Bizansın bu ən ağır zamanında 
Attila  gözlənilmədən  Bizans  elçılərini  böyük  hörmət  və  nəza-
kətlə qəbul edib dava mövzusu olan Bizans ərazisindən gözünü 
çəkərək  barışığa  razı  oldu;  o,  hücumun  istiqamətini  dəyişmək 
fikrinə düşmüşdü.
69
  
Hunlar  fəth  dövründə  Romalılarla  müttəfiq  olub  sülh 
içində  yaşayırdılar,  döyüşkən  köçəri  xalqların  hunlara  boyun 
əyməsi  Romanı  da  əslində  böyük  basqınlardan  xilas  edirdi. 
Lakin hunlar gücləndikcə onların iddiaları da artır, Romanın ən 
təhlükəli rəqibinə çevrilirdilər. Hunlar qotlarla savaş dövründə 
Perslərlə,  Qara  dənizin  şimal-qərbində  savaşarkən  Bizansla, 
Mərkəzi və Qərbi Avropadakı fəthlər dövründə Roma ilə sülh 
içində olmağa çalışırdılar. Sonra isə növbə ilə bu sülh müqavi-
lələri pozulurdu. Roma-hun dostluğunda Flavius Aetius böyük 
rol  oynadı.  Gəncliyində  hunlara  əsir  düşmüş,  onlar  arasında 
Atilla daxil olmaqla özünə dost qazanmışdı. Bu tanışlıq ona bö-
yük  üstünlük  vermişdi,  həlledici  döyüşlərdə  hunlardan  böyük 
yardım  ala  bilirdi.  Saray  çəkişmələrindən  qaçmağa  məcbur 
olanda da hunların, Ruanın yanına qaçmışdı və sonralar 433-cü 
ildə  onların  köməyi  ilə  hərbi  qüdrətini,  birinciliyini  bərpa  edə 
bilmişdi. 
Attilanın  zamanında  (445-453)  Böyük  Hun  imperator-
luğu Volqa və Reyn arasında şərqi və mərkəzi Avropanın bö-
yük hissəsini içinə almış, Roma imperiyasının ən təhlükəli rə-
qibinə  çevrilmişdi.  Attilanın  ordusuna  hunlarla  yanaşı  uqor, 
german, kelt və mümkündür ki, slavyan tayfaları daxil idi. At-
tila Roma ilə savaş üçün bəhanə axtarırdı (əslində hunların istə-
yi də əsaslı idi...).
70
 Nestoriusa görə 440-cı illərin axırına yaxın 
                                                 
69
 Yenə orada, səh. 60 –Peter Vaczy 
70
 Yenə orada, səh. 110 


 
77 
 
 
 
hunlar “ağa, Romalılar isə qul idilər”.
71
 İtaliyaya gələrkən (449-
dan əvvəl) sonuncu Qərbi Roma imperatoru Romulus Augustu-
lusun atası Orestes Attilanın yanına gəldi və onun katibi oldu.
72
 
Bir çox tarixçilərə, o cümlədən Jordanesə  görə ancaq bir Hun 
savaşı olub – Attilanın böyük imperatorluğunun nümayişi olan 
447-ci  ilin  böyük savaşı  (Konstantinopolun  qapısını  döyən sa-
vaş – H.İ.)
73
  
İmperator  3-cü  Valentinianus  ilə  bacısı  Honorianın  yola 
getmədiyini duyan Attila Honoriaya elçi  göndərdi  və  arxasınca 
onun  İmperator  qardaşına  qarşı  çıxmaq  üçün  Attiladan  kömək 
istədiyi haqqında xəbər yaydı (449-cu il) və daha sonra nişanlısı 
Honoria üçün onun ata mirasından pay, yəni imperiyanın yarısı-
nı istədi (450-ci il). Otto J. Maenchen-Helfen Honoria əhvalatını 
ciddi  hesab  etmir,  onu  Bizans  sarayının  dedi-qodusu  kimi  qiy-
mətləndirir.
74
  Attila,  yəqin  ki,  Romalıların  əsas  müttəfiqi  olan 
qərbi qotları məğlub etməyi planlaşdırdı (bu halda özünü İmpe-
ratorun  dostu  kimi  göstərmək  kimi  ehtiyat  tədbirləri  də  görür-
dü).
75
  
                                                 
71
 Yenə orada,səh. 94 
72
 Otto J. Maenchen-Helfen. The World of The Huns. University of California Press, 
1973. səh. 106 
73
 Yenə orada, səh. 115  
74
 Yenə orada, səh. 130 
75
  Hunlar  ve  Tanrının  Kırbacı  Attila.  Hazırlayan  Gyula  Nemeth.YKY,  İstanbul, 
1996. səh. 87, 88 –Peter Vaczy 


 
78 
 
 
 
Qalliyaya  zəfər  yürüşünün  sonunda  Attilanın  ordusu  ilə 
Aetiusun birləşmiş Roma-qərbi qot ordusu üz-üzə gəldi (Aetius 
iki dəfə hunların içində yaşamış, Attilanın uşaqlıq dostu olmuş-
du). Hər iki ordu daha çox qotlar və digər german tayfalarından 
təşkil olunmuşdu. 451-ci ildə Katalaun çölündə qanlı savaş ol-
du,  hər  iki  tərəf  ağır  itki  verdi,  Attilanın  mühasirəyə  düşdüyü 
güman edilir. Lakin Aetius ehtiyat ucundan və ya digər bir səbəb 
üzündən hücuma keçmədi və Attila ordusunu çəkib getdi; əslin-
də  savaşda  qalib-məğlub  müəyyən  edilmədi.  O  biri  il,  452-də 
Attila İtaliyanın şimalını fəth edib Romaya yaxınlaşdı. Aetiusun 
savaşı  uduzacağı  aydın  idi,  sanki  çıxış  yolu  qalmamışdı.  Papa 
Leonun  başçılıq  etdiyi  heyət  Attiladan  aman  istədi.  Attila  çox 
böyük  hədiyyə-qızıl  aldı,  şəhərə  girmədi  və  öz  evinə  qayıtdı. 
Səbəblər içində hun ordusunda yoluxucu xəstəliyin baş qaldır-
ması,  Bizansın  hun  torpaqlarına  girməsi  xəbərinin  yayılması, 
eləcə  də  şamanların  Romanın  fəthini  yaxşı  görmədikləri  də 
göstərilir.  Attilanın  Perslər  üzərinə  yürüş  etmək  planı  da  var-
dı.
76
  
Jordanesə görə Attila qısa boylu, köksü əzələli və geniş, 
başı böyük, gözləri kiçik, kosasaqqal (dən düşmüş seyrək saq-
qallı),  basıq  (yastı)  burunlu,  rəngi  solğundur.  Bunlar  onun 
“etnik kökünün damğasını daşıyır”. O, savaşlardan xoşlanan, 
amma  insan  olaraq  çox  ağıllı,  güvəndiyi  insanlara  qarşı  son 
dərəcədə əli açıqdır. Attila “dəhşət saçmağa, xalqların ürəyini 
qorxu ilə doldurmağa gəlmişdi dünyaya”.
77
 
İmperator Theodosius, Attilanın katibinə hunlarla ittifaq 
bağlamağa  kömək  edərsə,  onu  varlı  bir  qızla  evləndirəcəyini 
vəd etmiş, lakin sonra həmin qızı başqasına vermişdi. Katibin-
dən bunu eşidən Attila sarayındakı Bizanslı heyətlə imperatora 
xəbər göndərmişdi (Priskos): “imperator verdiyi vədə əməl et-
məlidir, imperatora yalan söyləmək yaraşmaz”.
78
 Attila həyat-
                                                 
76
 Otto J. Maenchen-Helfen. The World of The Huns. University of California Press, 
1973. səh. 53 
77
  Hunlar  ve  Tanrının  Kırbacı  Attila.  Hazırlayan  Gyula  Nemeth.YKY,  İstanbul, 
1996. səh. 42,43 və 78, 79–Peter Vaczy; səh. 104–Sandor Eckardt 
78
 Yenə orada, səh. 80–Peter Vaczy 


Yüklə 8,56 Mb.

Dostları ilə paylaş:
1   ...   18   19   20   21   22   23   24   25   ...   88




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə