Elm və SƏNƏt məCLİSİ 11-20



Yüklə 8,56 Mb.
Pdf görüntüsü
səhifə13/88
tarix19.07.2018
ölçüsü8,56 Mb.
#56866
1   ...   9   10   11   12   13   14   15   16   ...   88

 
49 
 
 
 
lətlər və ya bəyliklər şəklində dеmək оlar, Çinin himayəsi altın-
da qalıblar (Ən qüdrətli dövlətləri təxminən 150 il sürüb).  
Digər bir Hun dövləti isə еramızın IV əsrində, yəni təxminən 
370-ci ildə Avrоpada yarandı. Hunlar digər döyüşkən bir xalqı – 
alanları məğlub еdərək, mеydana çıxdılar. Оnların tarixi o qədər 
də uzun sürmədi – dövlətləri təxminən 100 il davam еtdi.  
Elmdə, Hun tarixində, hunşünaslıqda iki mühüm məsələ var. 
Оnun  biri:  Asiyadakı  hunlarla  (hunnularla)  Avropadakı  hun-
ların nə əlaqəsi var? Asiyalı hunlar bir dövrdə, avropalı hunlar 
xeyli  sonra,  başqa  bir  dövrdə  yaşayıblar.  Bu,  iki  xalq  eynidir-
mi?  Eyni  deyilsə,  hansısa  bağlılıqları  varmi?  İkinci  mühüm 
sual  hunların  (həm  Asiya,  həm  də  avropalıların)  milli,  etnik 
kimliyi  ilə  əlaqədardır.  Hunların  dili  və  etnik  mənsubiyyəti 
haqqında nə demək olar? Qədim türklərlə bağlılıq varmı? Var-
sa, nə dərəcədədir? 
 
Qədim Çinin qonşuları 
 
Çin  dillərindən fərqli dillərdə danışan müxtəlif xalqların 
minillər  boyu  Çinin  şimalında  və  şimalqərbində,  Sarı  çayın 
(Huan-he  çayının)  şimalında  və  onun  cənubundakı  otlaqlarda, 
Altay,  Tyan-şan  dağlarının  ətəklərində  yaşadıqları  və  oradan 
Çinin iç hissələrinə doğru hərəkət etdikləri (könüllü, müəyyən 
iş üçün daxil olduqları və ya axın etdikləri) tarix elmində qəbul 
edilmişdir. Qədim Çin səlnamələri Çini qərb, şimal-qərb və şi-
maldan  əhatə  edən  proto-türk,  proto-monqol  və  proto-tibet 
xalqlarını  ilk  əvvəllər  bir-birindən  o  qədər  də  fərqləndirə  bil-
mirdi. O dövrdə çinlilər “hu” adı ilə, Romadakı barbar sözünün 
bənzəri olaraq, Çini əhatə edən köçəriləri adlandırmışlar. Hun-
lar dedikdə bu istiqamətdə yaşayan, maldarlıqla məşğul olan və 
köçəri həyat sürən bir çox döyüşkən tayfalar nəzərdə tutulmuş, 
lakin  get-gedə  bu  xalqlarla  daha  yaxın  təmasa  girən  çinlilər 
hunları əsas rəqib kimi daha dərindən öyrənmiş, m.ö. 4-cü əsr-
dən  başlayaraq  (m.ö.  318-də!?)  onları  digərlərindən  (məsələn, 


 
50 
 
 
 
proto-monqol  hesab olunan tunqhulardan) fərqləndirmiş, onlar 
haqqında  bildikləri  maraqlı  məlumatları  yazmağa  başlamışlar. 
M.ö. 4-cü və 3-cü əsrlərdə Çin ordusunda şimal hunlarının ge-
yimləri (məsələn şalvar geyinmək) ənənəvi çin paltarlarını əvəz 
etməyə başladı. Silah növlərində də hun təsiri böyük idi
1
 Şimal-
dan hücumlara qarşı sədd çəkilməsi də (əslində əvvəl çəkilmiş 
ayrı-ayrı sədlərin birləşdirilməsi!?) bu dövrdə başlanmışdı. 
Yazılı  Çin  qaynaqlarında  Hiunq-nu  (Hionq-nu,  Hsiung-
nu) və digər adlarla təqdim olunan, müasir elmdə Hun, Hunnu 
və ya Syunnu adları ilə tanınan bu xalq m.ö. 3-cü əsrin sonla-
rında  güclü  dövlət  qurmağa  müvəffəq  oldu.  Bir  sıra  tarixçilər 
arxeologi məlumatlara, azsaylı və ziddiyyətli Çin qaynaqlarına 
əsaslanaraq hunların  daha öncəki  15  əsrlik tarixinin  ştrixlərini 
verməyə  cəhd  etsələr  də,  bu,  tarix  və  etnos  axtarışı  ilə  bağlı 
mülahizələr  və  fərziyyələr  səviyyəsini  aşmır.
2
  M.ö.  1-ci  əsrdə 
yaşamış  böyük  Çin  tarixçisi  Sıma  Tsyan  (?-m.ö.  86)  hunların 
tarixini Çin tarixi kimi çox qədimlərə aparır, min il ərzində hun 
dövlətinin bəzən böyüdüyü, bəzən kiçildiyi, parçalandığı, yeri-
ni dəyişərək Çinə yaxınlaşıb – uzaqlaşdığı barədə yazır.
3
 Tarix-
çilər həmçinin hunların həyat tərzi ilə skiflərin həyat tərzi ara-
sında  çox  böyük  yaxınlıq  görürlər.
4
  Sıma  Tsyan  (Sima  Qian)
 
m.ö. 8-ci  yüzillikdə yaşayan və adları hunnu sözü ilə səsləşən 
(hienyün  kimi)  qəbilələr  haqqında  “bunlar  Çində  hunların  əc-
dadları olaraq xatırlanırlar” deyə yazırdı.
5
  
 
                                                 
1
 Bahaəddin Ögəl. Böyük Hun İmperiyası, 1-2. “Gənclik”, Bakı, 1992; 1-ci cild, səh. 
55-63 
2
 Лев Гумилев. История народа Хунну. Издательство Люкс, Москва, 2004; стр. 
17-56 və Bahaəddin Ögəl. 1-ci cild, səh. 6-49 
3
 Bahaəddin Ögəl. 1-ci cild, səh. 67 
4
 Otto J. Maenchen-Helfen. The World of The Huns. University of California Press, 
1973. səh 17-26  
5
 Bahaəddin Ögəl. 1-ci cild, səh. 17 


 
51 
 
 
 
Sözlər... 
 
Sıma  Tsyan  hunların  (hiunq-nuların)  ev  heyvanlarının 
adını  çəkir,  bu  adların  bəziləri  az  yayılmış,  yaxşı  tanınmayan 
heyvanlar  olduğuna  görə  həmin  adlar  çincə  deyil,  hun  dilində 
verilmişdir. Bu sözləri araşdırarkən V.S. Taskin
6
 onların qədim 
türkcə (proto-türkcə) olduğunu iddia  edir, onları  katırtu(r)ti 
və  təni  kimi  oxuyur.  Qatır  bu  günkü  anlayışa  görə  dişi  at  və 
erkək  eşşəkdən  törəyən  heyvandır,  hunlarda  isə  qatır  dişi  eş-
şəklə erkək atdan (ayqırdan) doğulan heyvandır (bu daha çətin 
başa gətirilən növdür). Çincə təqribən taotu kimi səslənən söz - 
tu(r)ti, yəni poni, balaca (vəhşi) at deməkdir. Təni isə vəhşi at 
və ya müəyyən rəngə malik xüsusi at növünü bildirir. Bu və di-
gər məlumatlar hunlarda heyvandarlığın yüksək inkişaf etdiyini 
göstərir. Çinlilər bu sözləri hunlardan deyil, onların əcdadların-
dan götürmüşlər; bu da Sıma Tsyanın hunların əcdadları məsə-
ləsinə işıq salır. O qədim dövrdə Çinin şimalında və şimal-qər-
bində yaşayan xalqlar jun və ya junq, di və ya ti, huyfan, hiün-
, hunyi (hun-yü, hunyuy), hyanyun (hien-yün, syanyun) və 
hu kimi adlanırdılar. Bunların sonralar hun (hiung-nu,...) adla-
nan  xalqla  (xüsusilə  hunyü  və  hyanyunla)  eyni  olduğunu  tək 
Sıma Tsyan deyil, müasir tarixçilər də (məsələn, Van Qo (Ho)-
vey) söyləyir
7
  Hərçənd ki, bunu qəbul  etməyənlər də var, Qu-
milev Çin ilə şimaldakı hunlar arasında junları yerləşdirir.
8
 Çin 
tarixçiləri  hunların  əvvəllər  şanjun  və  ya  syanyun,  sonralar 
növbə  ilə  çunvey,  huyfan,  syanyun  və  hsiunq-nu  (hiung-nu) 
adlandırıldıqları barədə yazmışlar. Yuxarıdakı üç hunnu sözünə 
F. Hirth tərəfindən m.ö. 12-ci və ya11-ci əsrə aid edilən və qiy-
mətli  qılınc mənasını  verən  kinq-lü  sözü  də  əlavə  edilə  bilər; 
                                                 
6
  С.Таскин.  Тюркские  названия  домашних  животных  в  языке  сюнну.  Краткие 
сообщения Института народов Азии, №85. Москва, 1964. 
7
  С.Таскин.  Тюркские  названия  домашних  животных  в  языке  сюнну.  Краткие 
сообщения Института народов Азии, №85. Москва, 1964, стр. 18,19. 
8
  Гумилев.  История  народа  Хунну.  Издательство  Люкс,  Москва,  2004;  стр. 
20,21,34,35,39-42 


Yüklə 8,56 Mb.

Dostları ilə paylaş:
1   ...   9   10   11   12   13   14   15   16   ...   88




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə