Elm və SƏNƏt məCLİSİ 11-20



Yüklə 8,56 Mb.
Pdf görüntüsü
səhifə32/88
tarix19.07.2018
ölçüsü8,56 Mb.
#56866
1   ...   28   29   30   31   32   33   34   35   ...   88

 
108 
 
 
 
haəddin  Vələd  Fəxrəddin  Razi  ilə  eyni  dövrdə  Xorasanda  ya-
şamışdı.  Bəha  Vələd  isə  başda  Fəxrəddin  Razi  olmaqla  bütün 
filosoflara  qarşı  mənfi  münasibətiylə  məşhur  idi.  Filosoflara 
qarşı düşmənliyi atasından və Şəmsdən miras olaraq alan Möv-
lana  öz  əsərlərində,  başda  Fəxrəddin  Razi  olmaqla,  filosofları 
və  fəlsəfi  metodları  tənqid  və  təzyif  etmişdi.  Şəms  Təbrizi 
Konyada  olduğu  vaxt  filosofların  elmi  məclislərindən  birində 
iştirak  etmişdi.  Onların  münazirə  və  mübahisələrini  dinləyən 
Şəms orada olan alimlərə etiraz edərək belə demişdi: “Nə vaxta 
qədər  onun-bunun  sözünü  nəql  edəcək,  iqtibas  edəcək  və  öyü-
nəcəksiniz.  Atsız  yəhərə  minib  igidlər  meydanında  çapmağınız 
bəs deyilmi? Aranızda “qəlbim mənə Rəbbimdən bu xəbəri ve-
rir” deyə biləcək heç kim yoxdurmu?”. Onun bu sözləri orada-
kıların ciddi etirazına səbəb olmuşdu. 
Şəmsin tənqidlərinə məruz qalanlar sadəcə filosoflar de-
yildi.  O  həm  də  sufiləri  də  tənqid  edirdi.  Bu  mövzuda  Şəms 
fikrini  aşağıdakı  sözlərlə  ifadə edirdi:  “Mustafanın  ən kiçik və 
əhəmiyyətsiz görünən sözünü minlərlə Quşeyri risaləsinə (Əb-
dülkərim Quşeyrinin məşhur sufilər haqqında yazdığı əsər) də-
yişmərəm. Oradakıların hamısı dadsız və zövqsüz adamlardır”. 
Bir gün bir neçə nəfər Şəmsin yanına gələrək ona “Tövhid nə-
dir?”  deyə  sual  vermişdilər.  Şəms  bu  suala  əvvəlcə  “şeyxdən 
belə bir şeyi soruşmaq bidətdir” deyə cavab verərək, sonra belə 
demişdi:  “Tövhid  hər  şeyin  Tanrıdan  olduğunu  və  hər  şeyin 
Tanrı  ilə  var  olduğunu,  hər  şeyin  yenə  Tanrıya  qayıdacağını 
bilməyinizdir”. 
Şəmsin ən çox tənqid etdiyi sufilərdən biri də şeyx Əvhə-
dəddin Hamid Kirmani olmuşdur. Onun Kirmaniyə qarşı olma-
sı Məhəmməd Sivasinin mənaqibnaməsində belə təsvir olunur: 
“Həzrəti şeyx (Əvhədəddin Kirmani) Kayseridə ikən orada Ka-
mil Təbrizi adlı bir şəxs var idi. Bu, batin sahibi olan bir şəxs 
idi  (
ﺑﻭﺩ
 
ﺑﺎﻂﻥ
 
ﺻﺎﺣﺏ
 
ﻣﺮﺩﻯ
). Bir  gün şeyxə  (Əvhədəddin  Kirmani) 
1000 qızıl pul göndərmişdilər. Kamil Təbrizi şeyxin yanına gə-
lib həmin qızıldan bir miqdar istədi. Şeyx ona belə dedi: “Əgər 


 
109 
 
 
 
sən dediyin kimi batini elmləri və sirrləri kəşf edə bilirsənsə, de 
görüm məndə nə qədər qızıl pul var və mən onları harada sax-
layıram?”. O, bu suala cavab verə bilmədi. Bu hadisədən son-
ra getdiyi hər yerdə şeyxə tənə etməyə başladı”. Məlum olduğu 
kimi,  Əvhədəddin  Kirmani  sufiliyin  camalpərəstlik  cərəyanını 
mənimsəmişdi. 
Əhməd  Əflaki  Şəms  Təbrizinin  səyahətlərindən  birində 
camalpərəst bir şeyxlə rastlaşdığını qeyd edir. Həmin şeyx ye-
niyetmələrin camalına tamaşa edirdi. Şəms ona: “Bu nə işdir?” 
deyə, sual verir. Həmin şeyx deyir: “Gözəllərin üzü ayna kimi-
dir. Mən Tanrını o aynada müşahidə edirəm”. Şəms ona deyir: 
“Ey axmaq! Niyə can və könül aynasına baxıb özünü axtarmır-
san?”.  Söhbətlərindən  birində  isə  Şəms  Əvhədəddin  Kirmani 
haqqında belə demişdi: “Bir gün şeyx Hamid küfrlə imanın təf-
siri haqqında danışırdı. Mən ona nəzər saldım, baxdım və gör-
düm  ki,  yüz  ildən  bəri  onda  küfrlə  imanın  heç  bir  fərqi  yox-
dur”. 
Heç  kimə  rəğbət  bəsləməyən,  öz  dövrünün  təsəvvüfçü-
lərini  və  elm  adamlarını  tənqid  edən  Şəms  özü  haqda  daim 
yüksək  fikirdə  olmuşdur.  Məsələn,  “Məqalat”ında  o,  belə  de-
yir:  “Mənim  söydüyüm  adam  övliya  olar”.  Konyada  yaşadığı 
vaxt  Qütbəddin  İbrahim  adlı bir şəxs Konya bazarında Şəmsə 
rast gəlir və deyir: “Allahdan başqa ilah yoxdur, Şəmsəddin Al-
lahın elçisidir”. Bazardakı insanlar bunu eşidən kimi Qütbəddin 
İbrahimə hücum edirlər. Şəms fəryad qopararaq Qütbəddin İb-
rahimi onların əlindən alır və bazardan çıxararaq ona belə de-
yir: “Sən Məhəmməd Allahın elçisidir” deməliydin. Çünki mə-
nim  də  adım  Məhəmməddir.  İnsanlar  sikkə  vurulmamış  qızılı 
tanımırlar”. 
Dinin  vacibləriylə  bağlı  Muhyəddin  Ərəbini  tənqid  edən 
Şəmsin bu mövzudakı öz fikirləri də maraqlıdır: “Həzrəti Mə-
həmmədin əməli istiğrak (qərq olma) idi. Bu qəlb əməli, könül 
işidir. O, öz məbudunda qərq olmuşdu. Lakin hamının bu həqi-
qi əməli əldə edə bilməyəcəyini bilirdi. Istiğrakı çox az adamın 


 
110 
 
 
 
bacara  biləcəyindən  xəbərdar  idi.  Namazı,  orucu,  ibadətləri 
buna görə əmr etmişdi ki, insanlar tamamən məhrum olmasın-
lar”.  “Məqalat”ının  bir  yerində  Əhzab  surəsinin  4-cü  ayəsini 
maraqlı bir şəkildə şərh edən Şəms belə deyirdi: “Ənə’l-Həqq” 
deməyə əsla ehtiyac yox idi (Mənsur Həllac), bir başqa adamın 
da (Bayəzid Bistami) “sübhani, sübhani” deməyinə ehtiyac yox 
idi. Biz onsuz da ondan (Allahdan) olduğumuz kimi, hamı on-
dandır”. 
Şəms  Təbrizinin  düşüncə  tərzini  və  dünyagörüşünü  təd-
qiq edən alimlərdən mərhum akademik Mehmed Fuad Köprülü 
və  Əbdülbaqi  Gölpınarlı  onun  İsmaili-Batini  cərəyanına  mən-
sub olduğu fikrini ifadə etmişdilər. Bu mövzunu tədqiq edərkən 
əlyazma  əsər  kitabxanalarında  saxlanılan  və  Şəms  Təbrizinin 
müəllifi olduğu bəzi şeir kitablarını araşdırma fürsətini əldə et-
dik.  Bakı  Əlyazmalar  İnstitutu  fondunda  və  Konya  İzzət  Ko-
yunoğlu kitabxanasında saxlanılan iki şeir məcmuəsinin içində 
Şəms Təbriziyə aid qəzəllər mövcuddur. Bu qəzəllərdən bəzilə-
rində Əli ibn Əbu Talib və İsmaililərin yeddi imamı vəsf edilir. 
Bu  qəzəllərdən  Şəmsin  həqiqətən  batinilik  cərəyanına  mənsub 
bir mütəfəkkir olduğu məlum olmaqdadır.  
Şəms  Təbrizinin  ölümündən  sonrakı  əsrlərdə  də  Anado-
lunun  müxtəlif  yerlərində  özlərini  onun  təriqətinə  mənsub  sa-
yan  dərvişlər  öz  fikirlərini  təbliğ  edirdilər.  Osmanlı  dövlətinin 
quruluşunu  təqib  edən  əsrlərdə  “Şəmsiyyə”  adlanan  bu  təriqə-
tin adı “Mövləviyyə” ilə birlikdə çəkilirdi. Şəmsiyyə təriqətinə 
mənsub  dərvişlər  qələndərilər  kimi  çəhar-zərb  olduqları,  yəni 
saç, qaş, bığ və saqqallarını ülgüclə qırxdıqları və içki düşkünü 
olduqları  üçün  ictimai  qınağa  məruz  qalırdılar.  Nişancı  Meh-
med  Paşa  bu  zümrəni  “rafizi-qələndəri  tayfası”  adlandıraraq, 
onların həyat tərzini belə təsvir edirdi: “...bəziləri tiryək və hə-
şiş xəstəsi,  bəziləri azğın və bəziləri kələkbaz... içki məclislə-
rində  vaxt  öldürən  qələndərilər  bəzəkli  əba  geyirdilər.  Kirpik 
və  qaşlarını  tamamən  qırxırdılar  və  “cani-könüldən  qızılbaş 
olduq” deyirdilər”.  


Yüklə 8,56 Mb.

Dostları ilə paylaş:
1   ...   28   29   30   31   32   33   34   35   ...   88




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə