115
qarşı da qulağını kar edib, şərrinə qarşı da. Fəqət ağızlarını
qulağıma tutub çığırırlar. Uca Allaha and olsun ki, oğlumun
haqqında elə şeylər danışırlar ki, röyada görsəydim, yuxunu
özümə haram edərdim, imkan tapsaydım, səfərə çıxardım, bu-
ralardan köçərdim. Neçə dəfə öyüd verildi, lakin oğlum bu
öyüdləri bildiyi kimi yozdu, hamısını da həsiraltı elədi. Ağız
dolusu deməyə imkan yoxdur, könül dolusu yazmaq mümkün
deyil. Sən o padşahın üzündən qorx, o sultanın ruhundan utan
artıq. Beytül-Həram (Kəbə) kimi yaxşı adla tanınan, barmaqla
göstərilən o evin Ziyanın karvansarayı kimi tanınacağı vaxt elə
də uzaq deyil. Vallahi onun ruhu aslan kimi nərə çəkir, billahi
nərə çəkir. Baş verənlərin hamısından da az-çox xəbəri var.
Evini uçurması, əməllərini başına vurması mümkündür. And iç-
mə, inkar etmə, əksini iddia etməyə cəsarət etmə. Çünki inkar
etməyinin özü də ayrı bir suçdur. Allah xatirinə, Allah xatirinə
şeyxlərin şeyxi, zamanın imamı Hüsaməddinin yanından ayrıl-
ma. Məndən utanırsansa, onun yanında ol. Allah xatirinə düş-
mənləri sevindirmə”.
Cəlaləddin Ruminin “qadınla kişinin yalqız qalması” ilə
nəyi bildirmək istədiyi barədəki fikrimizi yuxarıda açıqlamış-
dıq. Məktubda Ruminin “Ziyanın Karvansarayı” adlandırdığı
yer isə, heç şübhəsiz, Konya əxilərinin toplandıqları və Əxi
Əvrənin (Nasirəddin Mahmud Xoyi) şeyxi olduğu Xanəgahi-
Ziya idi. Məktubun məzmunundan başa düşülən digər bir ger-
çək də budur ki, Hüsaməddin Çələbi Mövlana və Şəmslə olan
yaxınlığına baxmayaraq, bu dövrdə hələ də Xanəgahi-Ziyaya
gedib-gəlirdi. Çünki Mövlana məktubunda Xanəgahi-Ziyada
olan oğluna Hüsaməddin Çələbinin yanında olmasını tapşırırdı.
Belə ki, Əxi Əvrənin öldürülməsindən sonra Xanəgahi-Ziyanın
idarəçiliyi, Mövlananın səyi nəticəsində Hüsaməddin Çələbiyə
verilmişdi. Mövlana məktubunda baş verənlərdən hamının, ey-
ni zamanda “o padşah” dediyi Şəms Təbrizinin də agah oldu-
ğunu bildirməkdədir.
116
Bir gün Kimiya yenə öz evini və Şəmsi tərk edib getmiş-
di. Tapılıb gətiriləndən sonra Kimiyanın boynu tutulmuş və qa-
dın üç gün əzab çəkəndən sonra ölmüşdü. Fikrimizə görə, Ki-
miya qısqanclıq böhranı yaşayan Şəmsin qəzəbinə gəlmiş, boy-
nu sındırılmış və bu səbəbdən ölmüşdü. Kimiyanın ölümündən
yeddi gün sonra şaban ayı 644/1246-cı ilin dekabr ayında Şəms
Konyadan Suriyaya çıxıb getmişdi.
Aranın sakitləşdiyi və baş verənlərin yaddan çıxdığı fikri
ilə Mövlana Hüsaməddin Çələbini və oğlu Sultan Vələdi bir
dəstə müridi ilə birlikdə Şəmsi geri, Konyaya gətirmələri üçün
Hələbə göndərmişdi. Suriyaya gedənlər məhərrəm ayı 645/
1247-ci ilin may ayında Şəmslə birlikdə Konyaya qayıtmış-
dılar. Lakin bu dəfə Şəmsin qayıtmasına heç kim şad deyildi.
Sultan Vələd bu hadisəni belə ifadə edir: “Şəmsəddin o camaa-
tın kinlə dolub-daşdıqlarını öyrəndi, başa düşdü ki, onlar o pad-
şahı aradan götürmək üçün çalışırlar”. Mövlananın oğlu Əlaəd-
din Çələbi Konya əxilərinin lideri, Anadolu Səlcuqlu dövlətinin
vəziri Əxi Əvrən şeyx Nasirəddin Mahmud Xoyinin dəstəyi və
təşviqi ilə Şəms Təbrizini aradan götürmək fikrində idi. Atası
Əlaəddindən üz döndərmişdi, sevdiyi qız öldürülmüşdü, ailə
117
ocağını tərk edib getməyə məcbur olmuşdu. O, bütün bunların
yeganə səbəbkarı kimi Şəmsi görürdü. Bu planını həyata keçir-
mək üçün fürsət axtarırdı. Axtardığı fürsəti əldə edən kimi, rə-
cəb ayı 645/1247-ci ilin noyabr ayında altı nəfərin köməyi ilə
Şəms Təbriziyə sui-qəsd təşkil etdi və onu xəncərlə öldürdülər.
Cəsədini isə bir quyuya atdılar.
Bu hadisə təmsili olaraq Mövlana və digər mövləvilərin
əsərlərində dəfələrlə öz əksini tapmışdı. “Məcalisi-Səb‟a”
(“Yeddi məclis”) adlı əsərində Mövlana Bəni-İsraildən Barsisa
adlı alim və zahid bir şəxsin şeytanın tələsinə düşərək, müalicə
etməsi üçün yanında qoyulan bir hökmdarın gözəl qızını hami-
lə qoyduğunu, cinayəti meydana çıxmasın deyə bu dəfə insan
cildinə girmiş şeytanın sözünə aldanaraq, qızı öldürüb basdırdı-
ğını təsvir edən bir hekayəni nəql edir. Nəhayət, məsələ üzə çı-
xanda Barsisa ölüm cəzasına məhkum edilir. O, dar ağacında
ikən insan cildinə girmiş iblis yenə Barsisaya yaxınlaşaraq “ça-
rən mənim əlimdədir, mənə səcdə elə, səni xilas edim” deyir.
Barsisa insan cildinə girmiş şeytana səcdə etmək istəyərkən ip
boynunu sıxır və şeytan: “Mən sənin bu əməlindən tamamən
uzağam,” – deyir. Elminə və zahidliyinə həsəd apardığı Barsi-
sanı şeytan bir qadından istifadə edərək özünə səcdə etdirir.
Şəms özü də söhbətlərində qadınların xəyanətinə eyham
vurur. Şəms namuslu və pak qadınları əvvəlcə tərifləyir, sonra
isə hamısının istisnasız olaraq cinsi mənada zövq almağa düş-
kün olduqlarını deyir. Burada oxucudan üzr istəyərək və tole-
rantlıq göstərəcəyinə ümid edərək Şəmsin bu haqdakı fikrini öz
dilindən nəql etmək istəyirik: “Qadınların ən təmizi, pakı, hətta
dərəcəsi buludların üstündə olsa belə, oradan aşağı baxanda
yerdə intizaya gəlmiş zəkər (kişi cinsiyyət üzvü) görsə, dərhal
üstünə atılar.”
Fəlsəfəsinin təməl daşını humanizm, insan sevgisi təşkil
edən Mövlananın özü də mürşidi Şəms Təbrizinin bir qadın uc-
batından qətlə yetirilməsinə yanırdı və qadınları alçaldaraq belə
deyirdi: “Gecə-gündüz çalışırsan ki, qadının xasiyyətini gözəl-
Dostları ilə paylaş: |