Elm və SƏNƏt məCLİSİ 11-20



Yüklə 8,56 Mb.
Pdf görüntüsü
səhifə36/88
tarix19.07.2018
ölçüsü8,56 Mb.
#56866
1   ...   32   33   34   35   36   37   38   39   ...   88

 
121 
 
 
 
cü ildən sonra vəfat etmişdir. Elə isə, Şəmsin qəbrinin köçürül-
məsi 1284-cü ildən sonra baş vermişdir. Cəsədin çıxarıldığı qu-
yuya  isə  ona  aid  edilən  bir  yer  olaraq  hörmət  göstərilmiş,  üs-
tündə türbə və yanında isə təkyə inşa edilmişdir. 
 
 
Şəms Təbrizi və Cəlaləddin Ruminin 
siyasi fəaliyyətləri 
 
 Xüsusilə  moğolların  Anadolunu  işğalından  sonra  Cəla-
ləddin  Rumi  yaşadığı  dövrdə  bir  çox  siyasi  hadisəyə  təsir  edə 
biləcək nüfuz və güc əldə etmişdi. Bu nüfuz və güc hakimiyyət 
dəyişikliyinə təsir edə biləcək ölçüdə idi. Belə hadisələrdən biri 
də sultan Rüknəddin IV Qılıncarslanın (1261-1266) qətlə yetiril-
məsi  hadisəsidir.  1261-ci  ildə  moğol  hökmdarı  Hülakü  xanın 
verdiyi fərmanla hakimiyyətə Rüknəddin IV Qılıncarslan gətiril-
di. Moğol xanının verdiyi digər bir fərmanla Muinəddin Süley-
man  pərvanəlik,  Tacəddin  Mu‟təzi  vəzir,  Fəxrəddin  Əli  sahib, 
Şərəfəddin Xatiroğlu isə əmir-əl-üməra vəzifələrinə təyin edildi. 


 
122 
 
 
 
Bu yeni iqtidar Elxanilərin Anadolu ümum-canişini Alıncaq No-
yanın  nəzarətində  işə  başladılar.  Bu  iqtidarın  Mövlana  və  onun 
ətrafındakılara dərin hörmət və  ehtiram bəslədiyi  tarixi mənbə-
lərdən məlum olur. Həmin il, yəni 1261-ci ildə başda Əxi Əvrə-
nin  yaşadığı Qırşəhr olmaqla Anadolunun bir çox şəhərlərində 
moğol işbirlikçisi bu iqtidara qarşı qiyam qaldırdı. 1261-ci ildə 
Mövlananın müridi olan Nurəddin Caca Qırşəhr üsyanını yatırdı. 
Qırşəhrdə minlərlə əxi, Əxi Əvrən və Mövlananın oğlu Əlaəddin 
Çələbi olmaqla, qılıncdan keçirildi. Anadolunun işğalından son-
ra moğollar Anadoluda əxilərə aid bütün mülkləri, vəqfləri, məd-
rəsələri, xanəgah və zaviyələri onların əllərindən alaraq, Mövla-
nayə  yaxınlığı ilə tanınan şəxslərə vermişdilər. Mövlananın özü 
isə  “şeyx-üş-şüyux-ur-Rum”  (bütün  Anadolunun  şeyxi)  elan 
olunmuşdu. Bunların əksəriyyəti fars mənşəli xorasanlı və iran-
lılar  idi.  Anadoluda  elitar  zümrənin  əksəriyyətinin  farslardan 
ibarət olması bir ənənə kimi sonralar Osmanlı imperatorluğunda 
da davam etmişdi. Buna misal olaraq, şair Ləli saray şairlərinin 
sırasına daxil ola bilmək üçün özünün fars olduğunu söyləmiş və 
qısa müddət ərzində sultanın rəğbətini qazana bilmişdi. Lakin bir 
müddət sonra əslən tokatlı türk olduğu məlum olan kimi təhqir 
və  rəzalətlə  saraydan  qovulmuşdu.  Şair  Lə‟li  bu  hadisədən 
sonra şikayətnamə kimi türkcə bir həcv yazmışdır: 
 
Gövhərə qiymət olmaya kanda
(Almazın mədəndə (öz vətənində) heç bir qiyməti olmaz,)  
Dürr bahasın bulamı ümmanda? 
(Mirvarinin dənizin dibində nə qiyməti var?) 
Söylənir nüktə və məsəldir bu 
Ki, əlbət çıraq dibi olur qaranu. 
(Çırağ öz dibinə işıq salmaz.) 
Əgər aləmdə mərifətsə murad
(Əgər əsl məqsəd mərifətdirsə,) 
Nə fəzilət vermiş ona bilad? 
(Haralı olmaq insana nə fəzilət verir?) 


 
123 
 
 
 
Daşdan sadir oldu gərçi guhər, 
(Barıt da daşdan düzəldilir,) 
Mötəbərdir vəli nitəki hünər. 
(Lakin mötəbər olan onun öz hünəridir.) 
Rumda küləhlənməsinmi Əcəm, 
(Əcəmlər necə Anadoluya yığışmasınlar,) 
Oldu bu izzət ilə çün əkrəm. 
(Burada izzət və kərəm tapdılar.) 
Əcəmin hər biri ki, Ruma gəlir
Ya vəzarət, ya sancaq uma gəlir 
(Anadoluya gələn hər bir əcəm  
Ya vəzir, ya da sancaqbəyi olmağı umaraq gəlir.) 
 
1266-cı  ildə  Konyada  Mövlananın  da  iştirak  etdiyi  bir 
məclisdə  Baba  Mərəndi  adı  ilə  məşhur  olan  Qazi  Məcdəddin 
Mərəndiyə  sultan  Rüknəddinin  “ata”  deyə  müraciət  etməsi  və 
iltifat göstərməsi Mövlananın qəzəbinə səbəb olmuşdu. Mövla-
na “madam sən özünə yeni ata tapmısan, elə isə biz də özümü-
zə yeni oğul taparıq” deyərək, sultana meydan oxumuş və məc-
lisi tərk etmişdi. Bu hadisədən bir müddət sonra moğol sərkər-
dəsi Nabşi Noyanla birlikdə Qırşəhrə gələn Muinəddin Süley-
man  oradan  Aksaraya  yollanır.  Yola  çıxmamışdan  əvvəl  o, 
Konyaya  çapar  göndərərək  sultandan  Aksaraya  gəlməyi  tələb 
edir.  Sultan  Aksaraya  çatmadan  Muinəddin  Süleyman  yolda 
sultanı qarşılayır. Görüş vaxtı Muinəddin Süleyman ən ağır sö-
yüşlərlə  sultanı  təhqir  edir.  Sultan  qəzəblə  “sərxoşsan,  yoxsa 
tiryək  ağlını  çaşdırıb?”  –  deyir.  Muinəddin  Süleyman  ona  de-
yir: “Bəli, sənin özündən razılığın və  yersiz hərəkətlərin məni 
sərxoşdan və tiryakidən betər etdi. Səni həbsdən mən çıxardım, 
mən  səni  taxta  oturtdum.  Amma  sən  heç  yaxşılıq  qanmadın”. 
Kəriməddin Aksarayi öz əsərində sultanın bəzi adamların dedi-
qoduları nəticəsində Muinəddin Süleymana kin və nifrət bəslə-
diyini  qeyd  edir.  Bu  bəzi  şəxslər,  ehtimal  ki,  türk  din  xadimi 
Baba Mərəndi və onun ətrafındakılar idilər. Çünki Mövlananın 


 
124 
 
 
 
nifrət  etdiyi  adamlardan  biri  də  Baba  Mərəndi  idi.  Cəlaləddin 
Rumi onu “insan sifətli şeytan” adlandırırdı.  Məcdəddin  Baba 
Mərəndi fəqih idi və bir müddət Qırşəhr qazisi işləmişdi. Möv-
lana oğlu  Əlaəddin  Çələbinin ölümündən sonra  onun Qırşəhr-
dəki  mirasını  əldə  etmək  məqsədi  ilə  qazi  Baba  Mərəndiyə 
məktub yazmışdı. Lakin Baba Mərəndi ona Əlaəddin Çələbini 
oğulluqdan  çıxarması  səbəbiylə  oğlunun  mirasından  pay  ala 
bilməyəcəyini  bildirmişdi.  Bu  hadisə  Mövlananın  Məcdəddin 
Mərəndiyə olan nifrətini bir az da artırmış və o, “Məsnəvi»sin-
də  Baba  Mərəndiyə  də  “yer  ayırmağı”  yaddan  çıxarmamışdı. 
Məsnəvinin VI cildində “Qazi ilə Cuhanın arvadının hekayəsi” 
adlı hekayədə Qazi Baba Mərəndi ilə Əxi Əvrənin arvadı Fat-
ma xanım arasında güya baş vermiş eşq macərası nəql edilir və 
onlar ən ağır ifadələrlə həcv və təhqir olunurlar.  
Sultan  Rüknəddinlə  Muinəddin  Süleyman  arasındakı  bu 
mübahisədən bir neçə gün sonra Nabşi Noyanın razılığı ilə sul-
tanın içkisinə Muinəddin Süleymanın adamları tərəfindən zəhər 
qatılır.  Zəhərlənmədən  ölməyən  sultan  daha  sonra  yay  ipi  ilə 
boğularaq öldürülür. 
 
Nə mifdir, nə gerçəklik? 
 
Professor Hamlet Ġsaxanlı: 
 – Çох sаğ оlun! Mövlаnadan söhbət düşəndə, аdətən, biz 
оnun fikir dünyаsındаn, pоеziyаsındаn danışırıq. Аvrоpа tədqi-
qаtçılаrının  çох  böyük  əksəriyyəti  mənbələrə  çох  kritik  yаnа-
şаrаq,  Şəms  Təbrizinin  qəsdən  öldürülməsini  qəbul  еləmirlər. 
Əksəriyyəti dеyir ki, bu, sоnrаdаn uydurulmuş əhvаlаtdır. “Və-
ziyyətin dözülməz və təhlükəli olduğunu gördü və çıхdı gеtdi” 
deyirlər. Şəms Təbrizi yaşa dolmuş, ahıl kişi idi, çıхdı gеtdi və 
gеri də qаyıtmаdı. Şəmsin yoxa çıxmasından sonra Mövlana iki 
dəfə Dəməşqə gedib onu axtarmışdı. Sultan Vələd də öz əsərin-
də bu öldürülmə barədə yazmayıb. Sepəhsalar da eynilə. Bun-
lardan sonra Əhməd Əflaki öldürülmə əhvalatını ortaya atır. Bu 


Yüklə 8,56 Mb.

Dostları ilə paylaş:
1   ...   32   33   34   35   36   37   38   39   ...   88




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə