118
ləşdirəsən. Qadının murdarlığını özünlə təmizləməyə çalışır-
san. Halbuki öz murdarlığını qadınla təmizləsən, daha yaxşı
olar. Qısqanclıq, əlbəttə ki, kişi xasiyyətidir. Lakin sadəcə bu
xasiyyətlə səndə neçə pis xasiyyətlər meydana çıxır. Nəfsinə
qalib gələ bilmirsənsə, ağlını başına yığ. Hesab et ki, aranızda
nikah yoxdur, onu özbaşına bir məşuqə say. Istəyin üstün gə-
ləndə get yanına. Qəzəbinə, hirsinə belə qalib gəl. Qadın nədir,
dünya nədir? Sən desən də, deməsən də, o nədirsə elə odur, bil-
diyini eləyəcək.
Hətta dedikcə, bir az da betər olur”.
Mövləvi şair Əhməd Gülşəhri də bu mövzuda Mövlana
ilə həmfikirdir: “Qadın dedinmi, onu qılıncla doğramaq lazım-
dır. Qadında, qılıncda, atında, hər yerdə vəfa axtardı, lakin cəfa
tapdı. Ey sol tərəfdən çıxan qadın! Heç kişinin sol tərəfdən
yaxşı bir şey tapdığı görülübmü?”.
Şəmsin qətlə yetirilməsindən sonra moğolların və moğol-
larla işbirliyində olan dövlət xadimlərinin təzyiqləriylə Əxi Əv-
rən vəzifəsindən azad edilmiş və Konyadan köçməyə məcbur
edilmişdi. Əxi Əvrənlə birlikdə Əlaəddin Çələbi və bir çox əxi
də Konyanı tərk edərək, Qırşəhrə getmişdilər. Mövlana uzun
illər sonra oğlunu bağışlamışdı və onun yenidən ailə ocağına
qayıtması üçün cəhd etmişdi. Məktublarının birində o, bunun
üçün, söz yerində isə, oğluna yalvarır. Bu məktub 1247-ci ildən
sonra yazılmışdı. Çünki məktubdan məlum olduğuna görə,
Əlaəddin Çələbi artıq evli idi və övladları var idi. “
Qızlarına
yazığın gəlsin, onlar çox kiçikdirlər. Əziz oğlumuz.............ın
(orijinalda mətnin bu yeri oxunmur –
red.) tez vaxtda buraya
qayıtmasının, əziz oğullarının, tələbələrinin, elm öyrənənlərin
üstünə öz kölgəsini salmasının çox faydaları var”.
Bu öz oğlu-
nu ölümün pəncəsindən xilas etməyə çalışan atanın çarəsiz
cəhdləri idi. Belə ki, bir müddət sonra moğol sərkərdəsi və
Mövlananın müridi olan Nurəddin Caca Qırşəhrdəki əxilərin
üstünə ordu yeridərək, onları kütləvi şəkildə qətlə yetirmişdi.
Bu qətliam vaxtı Əxi Əvrənlə birlikdə Əlaəddin Çələbi də öl-
dürülmüşdü. Bəlkə də Mövlana moğolların Qırşəhrə qoşun
119
yeridərək, əhalini qılıncdan keçirəcəyini əvvəlcədən bilməkdə
idi. Necə ki, rübailərindən birində Əxi Əvrəni nəzərdə tutaraq
belə deyirdi: “
Şeytan kimi döyüşlə, inadla gəbərən, Təbrizli
Şəmsin öldüyünü zənn etdi”
Hörmətli müəllimim Mikayıl Bayram Əxi Əvrənin ölüm
tarixini 1 aprel 1261-ci il olaraq müəyyən etmişdi. Lakin Əlaəd-
din Çələbinin qəbir daşının üzərində onun ölüm tarixi “hicri
660-cı il şəvval ayının sonu” olaraq qeyd edilmişdi ki, bu da mi-
ladi 1262-ci ilin avqust ayına təsadüf edir. B.Furuzanfər Əlaəd-
din Çələbinin Sultan Vələdlə eyni tarixdə, yəni h.623/1226-cı
ildə anadan olduğunu, Mövlananın bu iki oğlunun əkiz olduq-
ları fikrini irəli sürmüşdü. Əgər o, bu təxminində yanılmırsa,
Əlaəddin Çələbi 34 yaşında ikən öldürülmüşdü. Şəms Təbrizini
qətlə yetirərkən isə o, 21 yaşlı bir gənc idi.
Mövlana cəsədi Qırşəhrdən Konyaya gətirilən oğlunun
cənazə namazını qılmaqdan belə imtina edir və onun dəfn mə-
rasimində iştirak etmir. Cənazə namazını Əxi Əvrənin dostu
şeyx Sədrəddin Konyəvi qıldırır. Oğlunun cənazə mərasimində
iştirak etməyən Mövlana Əxi Əvrənlə Əlaəddin Çələbinin ölü-
münü tərənnüm edən “Hardadır eşşəyim mənim” deyə başla-
yan bir həcv yazır. Bu qəzəldə Əxi Əvrən uzunqulaqla, Əlaəd-
din Çələbi isə öküzlə təmsil edilir:
Hardadır eşşəyim mənim, hardadır eşşəyim mənim,
gözləri göyçəyim mənim.
Keçən il öldü eşşəyim, çox şükür öldü eşşəyim,
Ağramayır başım mənim.
Öküz də öldü, qəm yeməm, nə üçün öldü də deməm,
Nə öküzdə, nə qarnında, yox idi ənbərim mənim.
Öküzüm, eşşəyim getdi, qalıbdır dilbərim mənim,
Qalıbdır dilbərim mənim.
Qızıl sırğa ulağımda, ulağımın qulağında,
Heyifdir altunum mənim.
Mənimlə heç yolu getməz, naz eləyib arpa yeməz,
Peyinləyib hey batırar, dərd idi murdarım mənim.