Elm və SƏNƏt məCLİSİ 11-20



Yüklə 8,56 Mb.
Pdf görüntüsü
səhifə29/88
tarix19.07.2018
ölçüsü8,56 Mb.
#56866
1   ...   25   26   27   28   29   30   31   32   ...   88

 
99 
 
 
 
talmışoğlu  Süleymanşahın  əsasını  qoyduğu  Anadolu  (Rum) 
Səlcuqlu  dövlətinin  hakimiyyəti  dövründə  (1077-1308)  isə 
Anadolunun  türkləşmə  və  islamlaşma  prosesi  daha  da  güclən-
mişdi. İzzəddin II Qılıncarslan (1155-1192) və Sultan Əlaəddin 
I  Keyqubadın  (1220-1237)  hakimiyyətləri  dövründə  Anadolu 
Səlcuqlu dövləti çiçəklənmə  dövrünü  yaşamışdı.  Anadolu  Səl-
cuqlu dövləti qərbdə Bizans, şərqdə isə Gürcü çarları ilə müba-
rizə  aparırdı.  Bu  mübarizə,  demək  olar  ki,  daim  Anadolu  Səl-
cuqlu  dövlətinin  üstünlüyü  şəraitində  davam  etmişdi.  Sultan 
Rüknəddin Məsudun (1116-1155) hakimiyyəti dövründə II sə-
lib yürüşünə (1147) və Sultan İzzəddin II Qılıncarslanın (1155-
1192) hakimiyyəti dövründə isə III səlib yürüşünə (1192) qarşı 
Anadolu  Səlcuqlu  dövləti  ön  cəbhə  rolunu  oynayaraq,  uğurla 
mübarizə  aparmışdı.  Sultan  İzzəddin  II  Qılıncarslan  (1155-
1192) və Sultan İzzəddin I Keykavusun (1211-1220) Sinopu və 
oğlu  Sultan  Əlaəddinin  (1220-1237)  Kalonorosu  (Əlaiyyə-
Alanya)  fəth  etməsiylə  Anadolu  Səlcuqlu  dövləti  şimal-cənub 
ticarət dəhlizində tranzit ölkəyə çevrilmiş və bu da ölkənin iq-
tisadi cəhətdən qüvvətlənməsinə səbəb olmuşdu. Bu dövr Orta 
Asiyadan  Azərbaycana  və  Anadoluya  oğuz  köçlərinin  davam 
etdiyi bir dövrdür. 
 
Moğol işğalı 
 
Əlaəddin I Keyqubadın ölümündən sonra mənşəcə iranlı 
dövlət məmurlarının dəstəyi ilə hakimiyyətə gəlmiş sultan Qi-
yasəddin  II  Keyxosrova  qarşı  Anadoluda  Baba  İlyas  və  Baba 
İshaq kimi türk din adamlarının başçılığı ilə Babayi üsyanı baş-
lamışdı  (1240).  Əsasən  oğuz  türklərindən  ibarət  olan  səlcuqlu 
ordusu bu milli qiyamın yatırılmasında iştirak etməkdən imtina 
etmişdi. Buna görə də, sultan muzdlu xristian əsgərlərin kömə-
yi ilə babayi qiyamını yatırmışdı. Bu hadisə türkmənlərin sulta-
na qarşı kin bəsləmələrinə səbəb olmuşdu. Buna görə də, Ana-
dolu səlcuqlu ordusu Kösədağ
 
müharibəsində (1243) sultan Qi-


 
100 
 
 
 
yasəddini  tək  qoyaraq,  döyüş  meydanını  tərk  edib  getmişdi. 
Moğol  sərkərdəsi  Baycu  Noyan  əvvəlcə  bunu  səlcuqların  dö-
yüş taktikası zənn edərək, sultanın düşərgəsinə hücum etməyə 
cəsarət etməmişdi. Kosadağ müharibəsi Anadolu Səlcuqlu döv-
lətinin  məğlubiyyəti  ilə  nəticələnmiş  və  bu  hadisədən  sonra 
Anadolu moğol istilasına uğramışdı. Moğollar Anadolunun şə-
hərlərini  tək-tək  mühasirəyə  alaraq  zəbt  etmişdilər.  Bu  işğal 
qanlı döyüşlər və kütləvi qətliamlarla müşayiət olunurdu. Belə 
dəhşətli  qətliamlardan  biri  də  Kayserinin  işğalı  vaxtı  baş  ver-
mişdi.  Moğollar  şəhəri  uzun  müddət  mühasirədə  saxlamış  və 
şəhərin işğalından sonra, demək olar ki, bütün əhalini qılıncdan 
keçirmişdilər. Kayserinin müdafiəsini isə Əxi Əvrən şeyx Nasi-
rəddin Mahmud Xoyinin davamçıları olan əxilər təşkil etmiş və 
son nəfəslərinə qədər Kayserini müdafiə etmişdilər.  
 
Anadolunun elmi və mədəni həyatı 
 
 Anadolunun  fəthindən  sonra  (1071)  istər  burada  qurul-
muş türk bəylikləri, istərsə də Anadolu Səlcuq dövlətinin haki-
miyyəti dövründə (1077-1308) dövlət tərəfindən elmə və alim-
lərə daima qayğı göstərilmiş, hökmdarlar məşhur alimləri dün-
yanın  hər  yerindən  öz  ölkələrinə  dəvət  edərək,  onları  himayə 
etmişdilər. Buna görə də Anadolu XI-XIV əsrlərdə elm adam-
larını özünə cəlb edən diyara çevrilmişdi. Həmin bu dövrdə bir 
çox  azərbaycanlı  elm  xadimi  də  Anadoluya  gələrək  burada 
məskunlaşmış  və  elmi  fəaliyyətlərini  davam  etdirərək  böyük 
uğurlar  və  elmi  nailiyyətlər  qazanmışdılar.  Anadolu  Səlcuqlu 
sultanlarının tibb elminə xüsusi rəğbətləri olmuşdur. Bunun ba-
riz nümunələrindən biri də müasir dövrə qədər öz mövcudluğu-
nu qoruyub saxlamış Gövhər Nəsibə xəstəxanası  və  tibb məd-
rəsəsidir. Gövhər Nəsibə xatun Anadolu Səlcuqlu sultanı İzzəd-
din  II  Qılıncarslanın  (1155-1192)  qızı,  sultan  Qiyasəddin  I 
Keyxosrovun  (1292-1196/1205-1211)  və  sultan  İzzəddin  I 
Keykavusun  (1211-1219)  bacısı  idi.  Rəvayətə  görə,  Gövhər 


 
101 
 
 
 
Nəsibə  xatun  sevdiyi  yüksək  rütbəli  bir  hərbçinin  şəhid  olma-
sından  sonra  vərəm  xəstəliyinə  tutulmuş  və  bu  xəstəlik  səbə-
biylə də ölmüşdü. O, ölümündən əvvəl qardaşı sultan Qiyasəd-
din I Keyxosrova öz mirası hesabına Kayseridə xəstəxana tik-
dirməsini  və  xəstələrin  burada  pulsuz  müalicə  olunmasını  və-
siyyət  etmişdi.  Qardaşı  onun  vəsiyyətinə  əməl  edərək,  1204-
1206-cı  illərdə  Gövhər  Nəsibə  daruşşəfasını  tikdirib  istifadəyə 
vermişdi.  1211-1214-cü  illərdə  Gövhər  Nəsibə  xatunun  kiçik 
qardaşı  sultan  Izzəddin  I  Keykavus  xəstəxananın  yanında  bir 
tibb  mədrəsəsi  də  tikdirmişdi.  Gövhər  Nəsibə  xəstəxanası  və 
tibb mədrəsəsi Səlcuqların Anadoluda inşa etdirdikləri sayca 5-
ci  xəstəxanadır.  Cəmi  2800  m

sahədə  tikilmiş  xəstəxana  və 
mədrəsə 1890-cı ilə qədər öz təyinatı üzrə fəaliyyət göstərmiş-
di. Bu xəstəxana və mədrəsədə dövrün bir çox məşhur alimi və 
həkimi  fəaliyyət  göstərmiş,  Gövhər  Nəsibə  tibb  mədrəsəsində 
isə  dövrün  bir  çox  məşhur  həkimi  yetişmişdi.  Əkmələddin 
Naxçıvani,  Təbib  Qəzənfər  Təbrizi,  Əfzələddin  Xunəci  kimi 
azərbaycanlı  tibb  ləri  də  Gövhər  Nəsibə  tibb  mədrəsəsində  və 
xəstəxanasında  fəaliyyət  göstərmişdilər.  Bundan  başqa,  Əxi 
Əvrən Nasirəddin Mahmud Xoyi, Burhanəddin Anəvi, Bədrəd-
din  Təbrizi,  Hüsaməddin  Həsən  Çələbi  Urməvi,  Məcdəddin 


Yüklə 8,56 Mb.

Dostları ilə paylaş:
1   ...   25   26   27   28   29   30   31   32   ...   88




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə