Elm və SƏNƏt məCLİSİ 11-20



Yüklə 8,56 Mb.
Pdf görüntüsü
səhifə28/88
tarix19.07.2018
ölçüsü8,56 Mb.
#56866
1   ...   24   25   26   27   28   29   30   31   ...   88

 
96 
 
 
 
Mif və gerçəklik. Mövzunun əhəmiyyəti 
 
Elnur Nəsirov: 
 –  Şərq  həmişə  özünün  söz 
ustadları  ilə  məşhur  olub.  Sözün 
qüdrətini  dərk  edən  şərqlilər  sözə 
və söz ustadlarına daim yüksək də-
yər veriblər. Bu söz ustadlarının ən 
məşhurlarından  biri  də  Mövlana 
adı ilə tanınan Cəlaləddin Rumidir. 
Rumi və onun “Məsnəvi”si müsəl-
man şərqində, eləcə də bütün dün-
yada  Şərq ədəbiyyatının  ən dəyərli 
nümunəsi  kimi  tanınıb,  sevilib  və 
oxunub.  O  da  məlumdur  ki,  Şəms 
Təbrizi Ruminin həyatında dərin iz buraxmış bir şəxsdir. Lakin 
nədənsə  Cəlaləddin  Rumi  və  Şəms  Təbrizi  hər  zaman  müdrik 
kəlamları ilə oxucu kütləsinə tanıdılmaq istənib. Ruminin “Mə-
snəvi»si  hikmətli sözlər mənbəyi  kimi  şübhəsiz zəngindir.  La-
kin farsca qələmə alınmış bu qüdrətli söz abidəsindəki hikmət, 
müdriklik, dərin məna ilə heç bir əlaqəsi olmayan, bayağı, bə-
zən  isə  ədəb  və  tərbiyə  sərhədlərini  belə  aşan  ifadələrlə  dolu 
hekayələr nədənsə diqqətdən yayınıb və ya qəsdən yayındırılıb. 
Bunun əsas səbəbi isə, fikrimizcə, Cəlaləddin Ruminin sadəcə 
şair  olmamasıdır.  Məlum  olduğu  kimi,  Mövlana  Cəlaləddin 
Rumi, eləcə də Şəms Təbrizi həm də məşhur təsəvvüfçü, sufi-
lərin ifadəsi ilə desək, könül insanları, övliya və ulu şəxsiyyət-
dirlər. Hətta o qədər ulu bir şəxsiyyət ki, öləndən sonra məzar-
ları ziyarətgaha çevrilmişdir. Dini hisslər, söz yerində isə, istis-
mar  edilərək  Şəms  Təbrizi  və  Cəlaləddin  Ruminin  ətrafında 
qalın bir sirr pərdəsi hörülmüşdü. Beləcə, bu iki tarixi şəxsiy-
yətin  həyatı  və  fəaliyyətləri  haqqında  mənbə  materiallarının 
tənqidi tədqiqinə əsaslanan bir araşdırmanın aparılması uzun il-
lərdən bəri demək olar ki, mümkün olmamışdır. Mövlana Cəla-


 
97 
 
 
 
ləddin Ruminin həyat və yaradıcılığı ilə bağlı tədqiqat aparmış 
Əbdülbaqi Gölpınarlı,
 
Bədiüzzaman Furuzanfər, Fəridun Nafiz 
Uzluk, Təhsin Yazıçı kimi tanınmış alimlər bəzi məsələlərə ya 
toxunmamış,  ya  da  səthi  izahlarla  kifayətlənməli  olmuşdular. 
Bəzi  tədqiqatçılar  isə  səthi  izahlarla  kifayətlənmədikləri  üçün 
sərt etiraz və tənqidlərə  məruz qalmışdılar. Belə tədqiqatçılar-
dan biri də Türkiyə Səlcuq Universitəsi Tarix bölümünün sabiq 
başqanı professor Mikayıl Bayramdır. Onun dərinləməsinə təd-
qiqat apararaq, bir çox qaranlıq mətləbləri aydınlığa qovuşdur-
ması şiddətli etirazlar, tənqidlər və hətta təhqirlərə məruz qal-
ması  ilə  nəticələnmişdi.  1997-2003-cü  illərdə  magistr  işimi  və 
Ph.D  dissertasiyamı  professor  Mikayıl  Bayramın  elmi  rəhbər-
liyi ilə araşdırıb müdafiə etdiyim vaxt mövzu ilə yaxından tanış 
olmaq  fürsətini  tapdım.  Belə  ki,  Şəmsəddin  Təbrizinin  həyatı 
və  fəaliyyəti  Ph.D  işimdəki  mövzulardan  birini  təşkil  edirdi. 
Mövzunu tədqiq edərkən Şəms Təbrizi və Cəlaləddin Ruminin 
sadəcə  şair  və  təsəvvüfçü  olaraq  təqdim  edilməsinin,  hər  şey-
dən əvvəl, bu iki şəxsin özlərinə qarşı edilmiş bir insafsızlıq ol-
duğunun  fərqinə  vardım.  Çünki  Mövlananın  öz  siyasi  və  icti-
mai fəaliyyəti ilə Anadolunun, eləcə də bütün müsəlman dün-
yasının  tarixində  dərin  izlər  qoymuş  bir  şəxsəyyət  olduğunun 
şahidi oldum. Dini-etiqadi və siyasi mövqeyinə olmasa da, bir 
mütəfəkkir  şair  olaraq  Cəlaləddin  Ruminin  müdrikliyinə,  incə 
zəkasına və böyük söz ustadı olmasına hörmətlə  yanaşmamaq 
mümkün  deyil.  Cəlaləddin  Rumini  “Mövlana”  edən  isə  heç 
şübhəsiz,  Şəms  Təbrizi  idi.  Beləcə,  burada  həmin  mövzular 
haqqında söhbət açmağa çalışacağıq.  
 
Mövzuya dair mənbələr və tədqiqatlarla qısa tanışlıq 
 
Mövzuya dair tarixi mənbələrin başında heç şübhəsiz ki, 
Mövlana  Cəlaləddin  Ruminin  öz  əsərləri  gəlir.  Başda  “Məs-
nəvi”si  olmaqla  Ruminin  “Fihi-ma-Fih”,  “Məcalisü‟s-Səb‟a” 
və “Divan” kimi əsərləri onun, Şəms Təbrizinin və eləcə də hə-


 
98 
 
 
 
min dövrdə yaşamış bir çox məşhur şəxsin və hadisənin tədqiq 
olunmasında  əvəzedilməz  mənbələrdir.  Bunun  yanında  Şəms 
Təbrizinin  söhbətlərini  ehtiva  edən  “Məqalat”  adlı  əsərin  də 
adını  çəkmək  yerinə  düşər.  Bundan  başqa,  Mövlananın  oğlu 
Sultan Vələdin (ölümü 1312) “İbtidanamə” adlı əsəri də mövzu 
ilə bağlı mühüm məlumatları ehtiva edir. Həmin dövrə işıq tu-
tan əsas mənbələrdən biri də məşhur mövləvi Əhməd Əflakinin 
(1286-1360) “Mənaqibu‟l-Arifin” adlı əsəridir.  
XI-XIII əsrlər Anadolunun siyasi tarixinə dair ən mühüm 
mənbələr isə İbn Bibi (ölümü 1282) adı ilə tanınan Nasirəddin 
Hüseyn ibn Məhəmmədin “əl-Əvamiru‟l-Əlaiyyə fi‟l-Umuri‟l-
Əlaiyyə” adlı əsəridir. Bir digər əsər isə Kəriməddin Aksarayi-
nin  (ölümü  XIV  əsrin  ilk  qərinəsi)  “Müsamərətu‟l-Əxbar  və 
Müsayərətü‟l-Əxyar” adlı əsəridir. Bundan başqa, Əbü‟l-Fərəc 
Qriqorinin  “Əbü‟l-Fərəc  Tarixi”  və  Niğdəli  Qazi  Əhmədin 
(ölümü  1334)  “Vələdü‟ş-Şəfiq”  adlı  əsərlərin  də  adlarını  çəkə 
bilərik. Əbdülbaqi Gölpınarlı, Fəridun Nafiz Uzluk, Təhsin Ya-
zıçı,  Mehmed  Fuad  Köprülü,  Mikayıl  Bayram,  Əhməd  Yaşar 
Ocak  kimi  türkiyəli  tədqiqatçılar,  Bədiüzzaman  Furuzanfər, 
Əhməd Xoşnüvis kimi iranlı və Franz Babinger, Claud Cahen 
kimi  avropalı  şərqşünaslar  da  XI-XIII  əsrlərdə  Anadolunun 
siyasi və mədəni tarixinə dair əsərlərin müəllifləridir. 
 
XIII əsrdə  
Anadolunun siyasi və ictimai həyatına qısa baxış.  
Anadolu (Rum) Səlcuqlu dövləti 
 
1071-ci il avqustun 26-da Malazgird yaxınlığında Böyük 
Səlcuqlu  imperatorluğunun  Bizansın  hərbi  qüvvələri  üzərində 
qazandığı  qələbədən  sonra  Anadoluda  sürətlə  türkləşmə  və  is-
lamlaşma prosesi başlamışdı. Əxlatşahlar, Artuqlular, Sökmən-
oğulları, Saltuqlar, Danişməndilər, Məngücəklər
 
kimi türk bəy-
likləri Böyük Səlcuqlu dövlətinin zəifləmə dövründə Anadolu-
dakı  siyasi  boşluğu  doldurmuşdular.  Səlcuq  bəyin  nəvəsi  Qu-


Yüklə 8,56 Mb.

Dostları ilə paylaş:
1   ...   24   25   26   27   28   29   30   31   ...   88




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə