Elm və SƏNƏt məCLİSİ 11-20



Yüklə 8,56 Mb.
Pdf görüntüsü
səhifə40/88
tarix19.07.2018
ölçüsü8,56 Mb.
#56866
1   ...   36   37   38   39   40   41   42   43   ...   88

 
135 
 
 
 
riyaziyyat,  astronomiya  sahəsində  məlumatlı  adam  kimi  təsvir 
edir. Şəms Təbrizdə elmi və ruhi məktəb də keçmişdi. “Təbriz-
də elə insanlar var ki, onların yanında mən heç nəyəm” deyirdi 
Şəms. Üstəlik, o, Yaxın Şərqi gəzib-dolaşmış, fəlsəfi və teoloji 
işlərdə  arif  bir  insan  idi.  Onun  əsas  gücü  isə  ruhi  ehtirası  idi. 
Şəms Təbrizi, məlumdur ki, ilk dəfə Cəlаləddin Rumiyə səmа 
rəqsini, musiqi ilə şеiri birləşdirmək, bu yolla insаnlаrın ruhunu 
оyаtmаğı  və  oynatmağı  öyrətdi.  “Başqalarını  oxumaq  deyil, 
özünü ruhlandırmaq, təcrübə etmək və ətrafdakıları ruha gətir-
mək daha maraqlı, daha doğrudur,” – deyirdi Şəms Mövlanaya. 
Mövlana  elm,  Şəms  sənət  adamı  idi.  Şəms  Mövlanaya  sənət, 
musiqi, rəqs vasitəsilə ruhi lider olmağı öyrətdi. Mövlana Şəm-
sin ideya və köməyi sayəsində və əlbəttə, öz böyük istedadı ilə 
böyük Sufi başçısı oldu, təriqət lideri oldu, xüsusi güc və hör-
mət  qazandı.  Bunlara  görə  Mövlana  Şəmsə  sonsuz  dərəcədə 
minnətdar  idi.  “Şəms,  sənin  Günəşinin  sayəsində  biz  ay  kimi 
parlayırıq”  –  deyirdi  Mövlana.  Onlar  fikir-sənət  dostu  idilər. 
Bəs  Şəms  Mövlanadan  nə  qazandı,  onun  Mövlanaya  ehtiyacı 
nədə idi? Zənnimcə, Mövlanaya qədər az və ya çox tanınan bu 
“qeyri-adi ruh adamını” anlayan, dərindən dərk edən olmamış-
dı. Şəmsi saymırdılar. Mövlana onu duydu, onun böyüklüyünü 
aləmə  göstərdi.  Mövlana  və  Şəms  bir-birinə  gərək  olduqlarını 
gördülər, hiss etdilər. İki güc birləşdi, “Məsnəvi”, “Məqalat” və 
Mövləvilik kimi əsərlər və cərəyanlarla zaman və məkan boyu 
böyük səyahətə çıxdılar.  
 
 
 
 
 
 
 
 
 


 
136 
 
 
 
ON BEġĠNCĠ MƏCLĠS 
 
 
 


 
137 
 
 
 
Professor Hamlet Ġsaxanlı: 
 –  Ən  qədim  insanlar,  çox  gü-
man ki, mağara həyatından sonra da-
ha  əlverişli  yerlərdə  yaşamaq  üçün 
özlərinə sığınacaq, ev tikməyə başla-
dılar. Üstəlik birgə iş görmək və təh-
lükəsizlik  zərurətindən  doğan  kənd-
ləşmə,  bir  neçə  və  daha  çox  evlərin 
eyni ərazidə, bir-birinin yaxınlığında 
qurulması  başlanıldı.  Daha  böyük 
yaşayış  məntəqələrinin,  şəhərlərin 
əmələ gəlməsi isə görünür ki, təhlü-
kəsizliyin  təminatı  ilə  yanaşı  əkinçiliyin  güclənməsi,  ticarətin 
yaranması və sənətkarlığın inkişafı ilə bağlıdır. Şəhər siviliza-
siya, mədəniyyət deməkdir, sənətkarlığın və ticarətin birləşdiyi 
yerdir şəhər. Yazı və elm, yəqin ki, şəhərin məhsuludur. Şəhər-
ləşmə  ilə  dövlət  qurulması,  demək  olar  ki,  eyni  zamanda  baş 
vermişdir.  Sonralar  müəyyən  səbəblərə  görə  sürətlə  inkişaf 
edən şəhər böyüyə-böyüyə digər şəhərlərə çatıb sanki onları öz 
peykinə  döndərir,  meqa-şəhər,  meqapolis  və  ya  meqalopolisə 
çevrilir. Şanxay,  Bombey  (Mumbay), Tokyo, New York, Me-
xiko, San Paulo, İstanbul, Seul kimi şəhərlər böyük meqapolis-
lərdir. 
İslam sivilizasiyası və şəhərləşmə 
 
İslamın yayılması dövründə şəhərləşmə prosesi güclənmiş-
di.  Köhnə  şəhərlərin  böyük  qismi  daha  da  böyüyür,  eyni  za-
manda yeni şəhərlər salınırdı. Yeni şəhərlər daha çox yad mü-
hitə düşən hərbçilərin, əsgərlərin öz qaydaları ilə, yerli xalqdan 
ayrı,  sərbəst  yaşamasını  təmin  edən  şəhər-düşərgələr  şəklində 
yaradılırdı.  Şəhər  düşərgələrdə  bazarlar,  məscidlər,  karvansa-
raylar tikilir, ticarət  və sənətkarlıq  get-gedə güclənir, daha bö-
yük  sahə  tuturdu.  Beləliklə,  şəhər  düşərgələr  yeni  şəhərlərə 
çevrilirdilər. 


 
138 
 
 
 
Əməvilər  zamanından  başlanan  urbanizasiya  Abbasilər 
dövründə  çox  gücləndi,  İraq  və  Suriyada,  Misirdə,  İran  və 
Azərbaycanda, Orta Asiyada köhnə şəhərlər yeni məzmun qa-
zanır,  yeni  şəhərlər  inkişaf  edirdi.  Kufə,  Mosul,  Fustat  şəhər-
düşərgələr kimi salınmışdı. İkiçayarasında (İraqda) və Suriyada 
əsas  şəhərlər  Bağdad,  Bəsrə,  Kufə  və  Dəməşq  idi.  Xəlifəliyin 
yeni paytaxtına çevrilən Bağdad dünyanın ən böyük, zəngin və 
mədəni  şəhəri  idi.  10-cu  əsrin  əvvəllərində  Bağdadda  60  min 
hamam  vardı!  Xəlifəlik  zəifləyib  müxtəlif  dövlətlərə  parçala-
nanda  Bağdad  zəiflədi.  Əndəlüsdə  (müsəlman  İspaniyada)  10-
cu əsrdə ən böyük və zəngin şəhər Kordoba (Qurtubə) idi. Av-
ropanın heç bir şəhəri onunla müqayisə olunan deyildi. 
Fatimilər  dövründə  Fustatın  yaxınlığında  Qahirə  -  yeni 
şəhər salındı. Qahirə böyüdü, Bağdadı keçdi. İran və Azərbay-
canın əsas şəhərləri Təbriz və İsfahan idi. Ərdəbil, Naxçıvan və 
Gəncə kimi şəhərlər də müxtəlif zamanlarda önəm qazanmışdı-
lar.  Orta  Asiya  və  Xorasanda  Buxara,  Səmərqənd,  eləcə  də 
Bəlx, Mərv, Herat əsas şəhərlər idi. 
Şəhərlərdə məscidlər ən vacib yer sayılırdı. Məscid namaz 
yeri idi, məhkəmə gedən yer idi, qismən məktəb idi, mədəniy-
yət  ocağı  idi.  Get-gedə  (10-cu  əsrdən  başlayaraq)  baş  məscid 
xüsusi  ad  (və  status)  qazandı,  əl-məscid  əl-cami  və  ya  sadəcə 
cami  adlandırıldı.  Əsasən  11-ci  əsrdən  başlayaraq  şəhərlərdə 
mədrəsələr – ali məktəblər fəaliyyətə başladı, onlar da məscid-
lərlə əlaqəli idilər.  
Şəhərlər  qala  divarları  ilə  (bəzən  bir  neçə  qatar  divarla), 
müdafiə qurğuları ilə təmin olunurdular. Qala divarlarında qa-
pılar  çox  önəmli  idi,  onlar  xüsusi  adlar  daşıyır,  zaman  dəyiş-
dikcə bu və ya digər qapı xüsusi əhəmiyyət qazanırdı.  
 
Yeni dövr 
 
Yeni dövrdə sənayeləşmə şəhərlərin inkişafına təkan verən 
əsas səbəb oldu. Hal-hazırda dünya əhalisinin yarıya yaxını şə-


Yüklə 8,56 Mb.

Dostları ilə paylaş:
1   ...   36   37   38   39   40   41   42   43   ...   88




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə