170
Professor Hamlet Ġsaxanlı:
– Əziz dostlar! “Elm
və Sənət Məclisi”nin hörmət-
li qonaqları!
Bu gün “Elm və Sənət
Məclisi”nin 16-cı toplantısın-
da hər birimizi yaxından ma-
raqlandıran və narahat edən,
bir məsələdən söhbət açıla-
caq. Bu gün məruzəçimiz
“Erməni genosidi” adlandırı-
lan problemdən danışacaq.
Bugünkü məruzə həm də ona
görə maraqlıdır ki, məruzəçi-
miz nə azərbaycanlıdır, nə
türkdür, nə də erməni. Yəqin ki, yalnız elmi həqiqəti üzə çıxar-
maq üçün bu işlə məşğul olan bir ingilis alimin fikirlərini
dinləyəcəyik.
Gəlin əvvəlcə özü-özümüzə sual verək: genosid nədir,
nəyə deyilir? “Genocide” yunanca “genos” (irq, tayfa, xalq) və
latınca “cide” (öldürmək) sözlərinin birləşməsindən alınıb.
Azərbaycanca (və Türkiyədə) “soyqırım” kəlməsi işlədilir.
Soyqırım. Hüquqi anlayış
Soyqırımın hüquqi tərifi 1948-ci ildə Birləşmiş Millətlər
Təşkilatında qəbul edilmiş “Soyqırım cinayətinin qarşısının
alınması və cəzalandırılması haqqında saziş”də verilmişdir. Bu
sazişin 2-ci maddəsinə görə “milli, etnik, irqi və dini qrupun
tamamilə və ya qismən yox edilməsi məqsədilə aparılan aşa-
ğıdakı hər hansı hərəkət soyqırımdır:
(a)
qrup
üzvlərinin öldürülməsi
(b)
qrup üzvlərinə ciddi cismani və ya ruhi zədə vurul-
ması
171
(c)
qrupun tamamilə və ya qismən fiziki yox edilməsinə
hesablanmış həyat şərtlərinin pozulması
(d)
qrup içində doğumu əngəlləyən
tədbirlərin tətbiqi
(e)
uşaqların zorlu bir qrupdan alınıb digərinə verilməsi”.
Burada, qəribə görünsə də, siyasi baxışlarına görə insan-
ların öldürülməsi soyqırımın tərifinə daxil edilməmişdir. Bunu
Stalinin və SSRİ-nin təsiri ilə izah edirlər. Lakin sonralar da
buna ciddi cəhd edilmədi (?!).
“Genosid” termini Raphael Lemkinin 1944-cü ildə ABŞ-
da çap olunmuş “Axis Rule in Occupied Europe” kitabına daxil
edilmişdir (“millətin və ya etnik qrupun yox edilməsi” kimi)
Nürnberq (almanca: Nürnberg) məhkəməsi (1945, 1946) faşist-
lərin cinayətini “qəsdən və sistemli genosid” hesab etmişdi.
Maraqlıdır ki, adı çəkilən Sazişin BMTəhlükəsizlik Şura-
sı tərəfindən beynəlxalq hüquqi qüvvəyə minməsi prosesi çox
uzun çəkdi: Fransa (1951), SSRİ (1954), Böyük Britaniya
(1970), Çin Xalq Respublikası (1983) və ABŞ (1988).
Dünyada “genosid” müzakirəsi və alınan qərarlar əsasən
2-ci Dünya savaşında təqribən 6 milyon avropalı yəhudinin
faşistlər tərəfindən öldürülməsi (Holocaust) ilə əlaqədar başla-
nılmışdır. Yeni dövrdə soyqırım kimi dəyərləndirilən çox qanlı
hadisələr baş vermişdir. Qırmızı khmerlərin (Pol Potun rəhbər-
lik etdiyi Kamboca Kommunist Partiyasının) 1975-1979-cu il-
lərdə ideoloji və etnik əlamətlərinə görə təqribən 1,7 milyon in-
sanı məhv etmələri əksəriyyət tərəfindən soyqırım kimi qəbul
olunub.
Rwanda (Ruanda) soyqırımının (1994) qurbanları, müx-
təlif rəylərə görə sayca 500 min ilə bir milyon arasındadır,
BMT-yə görə təqribən 800 min ətrafındadır. Hutu və Tutsi adlı
iki xalq arasında və Hutuların öz arasında baş verən bu dəhşətli
soyqırımda 100 minlərlə qadın və qızlar zorakılığa məruz qal-
mışdı.
Bosnia soyqırımında Srebrenicada (1995) 8-9 min bosni-
yalı müsəlmanın bəzi silahlı serblər tərəfindən öldürülməsi və