Elm və SƏNƏt məCLİSİ 11-20



Yüklə 8,56 Mb.
Pdf görüntüsü
səhifə51/88
tarix19.07.2018
ölçüsü8,56 Mb.
#56866
1   ...   47   48   49   50   51   52   53   54   ...   88

 
173 
 
 
 
lının öz şərq və cənub-şərq ərazisində məskən salmış və ruslara 
rəğbət göstərən, bir hissəsi ilə ruslarla ittifaqa girən erməni əha-
lisini deportasiya etmək (təhcir) siyasəti də erməni əhali arasında 
çoxsaylı insanın məhvinə gətirib çıxardı. Bu say haqqında fikir-
lər çox müxtəlif olduğu kimi, bu qırğının, böyük fəlakətin soy-
qırım olub-olmadığı haqqında fikirlər də müxtəlifdir. 
Bugünkü məclisimizin əsas məruzəçisi professor Norman 
Stone`dır  (Norman  Stoun).  Daha  yaxşı  tanımanız  üçün  onun 
haqqında qısa məlumat vermək istərdim. 
Norman Stone müasir Avropa, xüsusilə Mərkəzi və Şərqi 
Avropa  üzrə  araşdırmalar  aparan  ingilis  tarixçisidir.  N.Stone 
1941-ci  ildə  Şotlandiyanın  Edinburgh  şəhərində  anadan  olub. 
O,  “Dəyişən  Avropa  –  1878-1919”  adlı  mütəxəssislər  tərəfin-
dən  yüksək  qiymətləndirilmiş  kitabın  müəllifidir.  Professor 
N.Stone  1984-1997-ci  illərdə  Oksford  Universitetinin  Müasir 
Tarix  kafedrasında  çalışıb.  1997-ci  ildən  Ankarada,  Bilkent 
Universitetində  işləyir.  2005-ci  ildən  İstanbula,  Koç  Universi-
tetinə keçmişdir və hələ də fəaliyyətini orada davam etdirir. 
Vaxt itirmədən sözü məruzəçimizə vermək istəyirəm.  
Buyurun! 
 


 
174 
 
 
 
Norman Stone  
(Çıxışın xülasəsi) 
 
Uzun  illər  apardığım  araşdırmaların  nəticəsi  olaraq,  ta-
rixdə  “Erməni  soyqırımı”  deyilən  bir  hadisənin  olmadığı  qə-
naətindəyəm və bunu tarixi sənədlər vasitəsi ilə sübut edirəm.  
Genosidi  isbat  etməyə  yönəlmiş  yalanlar  təhrif  edilmiş, 
saxtalaşdırılmış, birtərəfli tarixə əsaslanır. 
Bunu daha çox qatı erməni diaspor tarixçiləri iddia edir-
lər və bəzi “tarixçilər” onları dəstəkləyir, ancaq əsl həqiqət heç 
də  belə  deyil.  Tamamilə  əksinə  –  “genosid”in  hüquqi  tərifini 
bilən adamlar bunu qəbul etmirlər. 
1915-ci  ilin  bütün  işləri  duman,  hətta  zülmət  içərisin-
dədir. Ancaq mən onun bəzi nöqtələrini aça bilərəm. Mən bu-
nun üçün asanlıqla xeyli dəlillər tapa bilərəm. Fikirləşirəm ki, 
diaspora tarixçiləri daxil olmaqla, hər kəs mənim mənbələrimi 
tanıyacaq.  Ümumiyyətlə,  professor  Livinin  (Lewy)  məsələ  ilə 
bağlı yazdığı kitab (Utah Univerisiteti Nəşriyyatı) bu məqsədə 
xidmət  edir.  “Erməni  genosidi”  hərəkatının  əsl  səbəbləri  bun-
lardır: 
1.  Genosidi  sübut  etdiyi  ehtimal  olunan  sənədlər  saxta-
laşdırılıb  və  Konstantinopolun  (İstanbulun  -red.)  dörd  ildən 
artıq  işğal  altında  qaldığı  dövrdə  britaniyalı  hüquq-mühafizə 
orqanlarının işçiləri onlardan istifadə etməkdən imtina ediblər. 
Onlar  təəssüflə  deyirdilər  ki,  saxladıqları  bir  neçə  yüz  adama 
qarşı məhkəmə qura bilmədilər. Dövlət Departmenti də onlara 
kömək  etməkdə  aciz  idi.  Fransanın  cənubundakı  muzeylərdə 
Fransa  diaspora  ermənilərinin  sənədləri  saxtalaşdırmasının 
(“Naim-Andonyan  sənədləri”)  ən  iyrənc  formasından  istifadə 
etməsinin qarşısını ala bilməmişdilər. 
2. Osmanlılar özləri 1915-ci ildə ermənilərin köçürülməsi 
zamanı  baş  vermiş  bəzi  cinayətlərə  görə,  1916-cı  ildə  1300 
adamı istintaqa cəlb etmiş və hökumət onların çoxunu edam et-
mişdi. 


 
175 
 
 
 
3. 1914-cü ildə ermənilərin lideri Boğos Nübara Osmanlı 
kabinetində  vəzifə  təklif  edilmişdi,  düzdür,  onun  türkcəsi  o 
qədər də yaxşı olmadığına görə, sonra oradan uzaqlaşdırılmışdı. 
4. Müharibədən sonra istifadə edilməsi üçün Boğos Nüba-
rın  fransızlara  verdiyi  sənədlərdəki  rəqəmlərə  görə  ermənilərin 
itkiləri 700 min  nəfər  idi. Onların  əksəriyyəti xəstəlikdən və  ya 
aclıqdan  ölmüşdü,  ancaq  şərqi  Türkiyədə  bütün  əhalinin  –  mü-
səlman və xristianların, ən azı dörddə biri belə səbəblərdən dün-
yasını dəyişmişdi. Bu, çox dəhşətli dövr idi. 
5.  Osmanlı  sənədləri  1915-ci  ilin  erkən  baharında  geniş 
yayılmış erməni millətçi hərəkatı mühitində “köçlərdən” danı-
şır. Həmin dövrdə ruslar və fransızlar Kiprdəki erməni alayla-
rından  və  legionerlərdən  istifadə  etmiş,  öz  tərəflərinə  çəkmiş-
dilər. 
6.  İstanbulun,  İzmirin  və  Hələbin  erməni  əhalisinə  köç 
əmri ilə təsir göstərilmədi... 
...Yeri gəlmişkən, əlavə edə bilərəm ki, mən özümü neyt-
ral  hesab  edirəm  və  mən  genosid  hesab  edilən  faciəni,  daha 
doğrusu  genosid  olduğunu  iddia  edən  baxışları,  yazıları  inkar 
etmək üçün heç vaxt, heç nə  yazmamışam.  Buna baxmayaraq, 
mən  tərəddüd  etmirəm,  mənim  topladığım  dəlillər  tam  aydın-
dır. 
* * * 
 Erməni “genosidi” bir imperializm sui-qəsdidir. Marksist 
üslubda  belə  söyləyirdi  Doğu  Perincek  və  o,  İsveçrədə  ürə-
yindəkini  demək  üçün  bu  ifadəni  seçmişdi.  İsveçrə  “1915-ci 
ildə Osmanlı  ermənilərinin  genosidi  olduğunu” inkar  edən  hər 
kəsi həbslə hədələyən qanun qəbul etmişdi və cənab Perinceki 
də bu sözlərinə görə polis sorğu-sual etdi. 
Başqa ölkələrdə də oxşar hadisələr baş verirdi və indinin 
özündə də  İsveçrəninkindən daha sərt bir qərar  – Fransız par-
lamentinin qəbul etdiyi “illik həbs və böyük pul cəriməsi” var. 
Bu  gülüncdür  və  iyrənc  bir  işdir  –  çirkin  tarix  və  ondan  daha 
yanlış,  çirkin  siyasət.  Bu,  həm  də  fiziki  baxımdan,  gerçəkdən 


 
176 
 
 
 
çox  kobudluqdur.  Biz  hamımız  bilirik  ki,  Amerikanın  hüquq 
sistemi  necə  işləyir:  hüquqşünaslar  məhkəmə  işinin  sonunda 
əldə edəcəkləri gəlirə görə, havayı işləməyə razı olurlar. Məh-
kəmə  işləri  çox  bahalıdır  və  məsələ  ilə  bağlı  mübarizə  apar-
maq, nəticədə (Amerikanın məhkəmə sisteminin işi əvvəlcədən 
bilinmədiyindən)  qalib  gəlmək  çox  bahalı  olur.  Soyğunçu  ev 
sahibinin şüşə damının üzərindən sürüşərək yıxılmış, ağır yara-
lanmışdı və o, ev sahibini məhkəməyə verdi: nəticə, ev sahibi-
nə  dəyən  milyon  dollarlarla  ziyan.  Kaliforniyadakı  Erməni 
Diasporunun  üzvləri  1915-ci  il  iddialarına  görə  Deutsche 
Bankı  sarsıtdılar,  ondan  on  yeddi  milyon  dollar  qopartdılar. 
Sonra  onlar  fransız  sığorta  şirkəti  ilə  eyni  işi  görməyə  cəhd 
etdilər. Mən tamamilə əminəm, əgər Türkiyə nə vaxtsa “geno-
sidi tanıyarsa”, onda bunun ardınca maddi tələblər gələcək. An-
caq  Türkiyə  bunu  qəbul  etməkdən  imtina  edirsə,  bu,  faktiki 
olaraq maddi tələbləri boşa çıxaran möhkəm zəmindir.  
Deyiləsi ilk şey odur ki, “genosid” məsələsi heç vaxt sü-
but  edilməmişdir.  Dolayısı  ilə  bunun  əsas  sübutu  odur  ki, 


Yüklə 8,56 Mb.

Dostları ilə paylaş:
1   ...   47   48   49   50   51   52   53   54   ...   88




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə