Elm və SƏNƏt məCLİSİ 11-20



Yüklə 8,56 Mb.
Pdf görüntüsü
səhifə59/88
tarix19.07.2018
ölçüsü8,56 Mb.
#56866
1   ...   55   56   57   58   59   60   61   62   ...   88

 
200 
 
 
 
və  s.  Bizim  də  faciəmiz  və  bədbəxtçiliyimiz  odur  ki,  Avropa 
səviyyəsinə qalxmaq üçün milli təlimi o səviyyədə görmək is-
təməyənlər var. O səviyyəyə çatandan sonra biz deyə bilərik ki, 
məsələn,  mən  mənəm,  sən  də  sən.  İndi  lokal  tarixləri  yazmaq 
üçün cəhd göstərməliyik və buna da müəyyən səviyyə lazımdır.  
 
Professor Turac Atabəki: 
 – Mən bir şeyi başa düşmədim, deyirsiz ki, məsələn, Av-
ropada  belədir,  biz  belə  danışırıq.  Amma  sual  budur  ki,  mən 
Şərq adamıyam. Mən sizə bir şey deyim, dəfələrlə Türkiyədə, 
müxtəlif  ölkələrdə  keçirilən  konfranslarda  da  demişəm.  Allah 
qoysa,  bir  neçə  aydan  da  sonra  bizim  burada  da  konfransımız 
olacaq.  Bizim  bir  cəmiyyətimiz  də  var.  Mən  deyirəm  ki,  niyə 
siz  Hindistana  baxmırsınız?  Hindistan  nəhəng  ölkədir.  Niyə 
Hindistan  tarixşünaslığını  araşdırmırsınız?  Mən  ora  gedəndə, 
bir  “kitab  evi”ndən  post-kolonializm  haqqında  kitablar  aldım, 
hindlilər yazıblar. Son dərəcə gözəldir, mən ondan çox istifadə 
edirəm.  
 
 Esmeralda Ağayeva: 
 –  Avropaya  çatanda  da  mən  deyə  bilərəm  ki,  mən 
mənəm. Çatmaq lazımdır, ötmək lazımdır. Mən istərdim ki, biz 
kosmosa  da  uçaq.  Məsələn,  oradan  baxıb  görək  biz  hansı 
məsələlərlə məşğuluq. Səviyyəmizi qaldırmaq lazımdır. 


 
201 
 
 
 
Professor Tofiq Hacıyev: 
 –  Əvvəla  Turac  bəy  çox  sağ  olsun  ki,  Qərbdə  yaşayan 
Şərqin  alimi  kimi  bizə  son  dərəcə  dəyərli  və  dərin  məlumat 
verdi. Biz hamımız istəyirik görək ki, bu baxışdan Qərbə domi-
nant  demək olar,  ya  yox. Yəni  Qərbdə tarixə bu nöqtədən, bu 
ocaqdan baxan adamların sayı çoxdur. Turac bəyə bu gün oriji-
nal  baxmağa  imkan  verən  Şərqin  keçmişidir,  Şərqin  mənşəyi-
dir.  Amma  bu,  tarixçilər  məclisidir.  Biz  burada  tarix  elminin 
problemlərindən  danışırıq.  Çox  böyük  tarixdən  –  makrotarix-
dən danışırıq. Şərq, Qərb... yüzilliklər, minilliklər... Amma biz 
bu gün müstəqil Azərbaycanda yaşayırıq. Biz indiki, indi yaşa-
dığımız tarixi düzgün bilirik. Deyirsiniz, o, tarix elmini Qərbdə 
oxuyub, Qərb elmini əks etdirir, Qərb  elminin  yüksəkliyindən 
danışırsınız. Biz də yüksək səviyyəli sovet elminin yetirmələri 
idik.  Sovet  elmi  dünyanın  inkişaf  etmiş  dövlətlərinin  elmi  ilə 
rəqabət  aparırdı  və  bizim  də  çox  güclü  metodologiyamız  var. 
Biz  onu  bir  kənara  qoyuruq.  Gəlin,  indiki  Azərbaycan  elmin-
dən  danışaq.  Çox  gözəl  sözlər  dedi  Turac  bəy.  Biz  meqatarix 
yazırıq, millətlərin tarixini yazırıq. Amma kiçik bir kəndin, bir 
rayonun, kiçik bir hadisənin tarixini yazmırıq. Mən sizə bir şey 
deyim. Məsələn, mən keçən il bir kitab oxumuşam. “История 
Второй  Республики  Азербайджан  1988-93”.
*
  Moskvada 
“Qranitsa”  nəşriyyatında  çıxıb.  Həmrəylik  mövzusundadır. 
                                                 
*
 Söhbət: Расим Агаев. Зардушт Ализаде. «Азербайджан. Конец второй респуб-
лики (1988-1993)».  Москва, 2006. – kitabından gedir. 


 
202 
 
 
 
Müəllifi Rasim Ağayevdir. O, Azərbaycanın 1-ci şəxslərin kö-
məkçisi  kimi  Prezident  Aparatının  5-ci  mərtəbəsindən  baxır. 
Mən də Azərbaycanın fəal vətəndaşlarından biri idim. Küçələr-
dən baxmışam. Təsəvvür eləyin ki, bu kitab çıxıb. Cəmisi 1000 
nüsxə  çıxıb,  700  nüsxəsi  Moskvada  yayılıb.  300  nüsxə  gəlib 
Azərbaycana. Deməli, balaca bir kitab şirkəti çap edib. Düşün-
düm  ki,  yəqin  bu  Azərbaycan  Elmlər  Akademiyasının  funda-
mental  kitabxanasının  direktorudur.  Dedim  ki,  bəs,  belə  bir 
kitab çıxıb, Moskvada yaşayan iki azərbaycanlı yazıb. Onun iki 
nüsxəsini  istəyirik  sizin  kitabxanaya  bağışlayaq.  Deyir,  onu 
kim yazıb?  
Mənim fikrimcə, Azərbaycan elmində çox mühümdür ki, 
elə  bir  hərəkatın  iştirakçıları  şahidi  olduqları  hadisələri,  öz 
xatirələrini  yazsınlar.  Məsələn,  mən  bilirəm  ki,  Azərbaycan 
Xalq Cümhuriyyətinin tarixinə dair elmlər doktoru adına disser-
tasiya  yazırdılar.  O  dissertasiyanın  mənbələrinin  98%-i  “Azad-
lıq”  qəzetinin  materiallarıdır.  Bu  necə  tarix  olubdur,  hamı  bil-
mir? Azərbaycanın müasir tarixi əsatirlər üzərində qurulub.  
 
Solmaz Rüstəmova Tohidi:  
 –  Esmeralda  xanım  bizim  çox  ağrılı  bir  nöqtəmizə  to-
xundu. Daha doğrusu Turac bəy buna təkan verdi.  
Turac  bəygilin  institutunda  bir  proyekt  var  idi.  Onu  bu-
rada  Bi-Bi-Si  ilə  birlikdə  mən  həyata  keçirtdim.  O,  bir  şifahi 
tarix  proyekti  idi  –  bəlkə  biz  bu  tarixə  ciddi  baxmırıq.  Amma 
onlar, o institut çox mobil işləyir. Biz 1988-93-cü illər ərzində 
bu hərəkatda olan həm kommunist liderlərdən, həm xalq hərə-
katında  iştirak  eləyən  adamlardan,  həm  də  xalqın  digər  nüma-
yəndələrindən müsahibə aldıq. Öz adımdan deyim ki, məncə, o 
da  son  istinad,  son  həqiqət  deyil.  Çünki  əvvəla  bu,  hər  kəsin 
subyektiv  mövqeyi  idi.  Yəni  bu  tarixə  kompleks  baxmaq  la-
zımdır. İkincisi, o partiya xadimləri şübhəsiz ki, səmimi deyil-
dilər.  Yəni  axıra  kimi  hamı  qorxurdu.  Amma  müəyyən  qeyri-
dəqiqliklər olsa da, o da bir mənbədir.  


 
203 
 
 
 
Professor Turac Atabəki: 
 – Mən sizə deyim ki, mənbələr müxtəlifdir. Biz heç vaxt 
iddia eləməmişik ki, filan mənbə yeganədir. Siz o həyatı keçib-
siz,  siz  gərək  öz  xatirələrinizi  yazasınız  –  bu  məmləkətdə  nə 
baş  verdi.  Bu,  çox  mühümdür.  Amma  deyim  ki,  məhəlli 
tarixlər tarixşünaslıq baxımından, mühüm əhəmiyyət kəsb edir. 
Ümumiyyətlə, əsrlər boyu həm Avropada, həm  Asiyada tarix-
şünaslıq  olubdur  –  politik  tarix,  siyasi  tarix  və  s.  XX  əsrdən 
başlayaraq,  tarixşünaslıqda  yeni  bir  səhifə  açıldı,  o  da  sosial 
tarixdir. Yəni yavaş-yavaş sosial tarix gəlir, ictimai tarix gəlir. 
Biz  buna  “tarixə  yuxarıdan  deyil,  aşağıdan  baxmaq”  deyirik. 
İndi  təqribən  30-35  ildir  ki,  bu  sosial  tarixdə  belə  bir  məktəb 
meydana  gəlibdir.  Ona  da  günlük  həyat  tarixi  deyirlər. 
Məsələn,  mən  sizə  bir  nümunə  verim.  1935-39-cu  illəri  əhatə 
edən çoxlu kitablar var. Ruslar yazırlar, avropalılar, asiyalılar... 
yazırlar.  Amma  onların  çoxu,  mənə  görə,  siyasi  tarixdir. 
Hadisələrə  yuxardan  baxırlar,  rəqəmlər  əsasında  məlumatlar 
verir – neçə nəfər getdilər, neçə nəfər qaldı, filan. Amma mən 
bilmirəm, məsələn, o dövrdə Maqadanda nə baş verdi, həyat nə 
cür  idi  Maqadanda?  İndi  iranlı  Dr.Səfərli  Tehranda  “Maqa-
danda heç kəs qalmır” adli təzə bir kitab çap etdirib. O qədər 
yaxşı  kitabdır  ki,  mən  onu  oxuyanda  görürəm  ki,  Maqadanda 
səhərdən  axşama  kimi  həyat  nə  cür  idi,  insanlar  nə  cür 
yeyirdilər, içirdilər, yatırdılar, işləyirdilər. Belə bir sosial tarix 
var.  
Bu gün Avropada artıq bu cür romanlar da var. Əslində, 
elə onlar da siyasi tarixdir.  
 
Solmaz Rüstəmova Tohidi: 
 –  Məncə,  bugünku  məclisimiz  də  kifayət  qədər  maraqlı 
oldu. Hər birinizə təşəkkür edirəm! Sağ olun! 


Yüklə 8,56 Mb.

Dostları ilə paylaş:
1   ...   55   56   57   58   59   60   61   62   ...   88




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə